AMASİYA - Anadolunun şərqində Qars əyalətində kənd adı [133, 14]. 1930-cu ilədək Ağababa r-nun və mərkəzinin adı. 1988-ci ildə 295 ailədən (6,153) ibarət əhalisi Azərbaycana qovulmuşdur. Yaxınlıqdakı Çətindərə adlı yerdə Amasiya (Hamasiya) qala xarabalığının adındandır. Qala və mahal XIII əsrdə xatırlanır [144, 209]. Mənşəcə qədim yunan yaşayış məntəqəsinin adındandır (I əsr məşhur yunan coğrafiyaşünası Strabonun vətənidir). Mənası məlum deyil. Əsli Amasadır. Toponiminin sonluğu olan "asa" şəkilçisi Kiçik Asiyada er.əv. XIV əsrdən məlum olan Hayasa (ermənilərin etnik "hay" adı da bu əyalətin adındandır) əyalətinin adındakı Luviya dil mənşəli "asa" sözü ilə mənşəcə eynidir. Maraqlıdır ki, XIX əsrdə Dağıstan əyalətinin Dargin dairəsində Amasiya adlı kənd vardı [133, 14].
AMARAT - İrəvan xanlığının Sürməli qəzasında kənd adı. İrəvan əyalətininaİqdır ndhiyəsinaə kənd adı [170, 15]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağılmışdır. İlk dəfə adı 1728-ci ilə aid mənbədə çəkilir [170, 18]. Ehtimal ki, ərəbcə imarət -"tikinti", "bina", "saray" sözündəndir.
AMPERT - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı [133, 15]. Azərbaycan türklərinin yaylaq yeri. Oradakı qədim Ambert qala xarabalığı azərbaycanlılarda Qızqaladağı adlanırdı. İlk dəfə XVII əsrdən məlumdur [150, 197]. (Bax: Qızqalası dağı)
AMRBAR - Mənbədə Göycə mahalında kənd adı [150, 361]. Əmirbar (yaxud Əmirvar) toponiminin ermənicə yazılışıdır. Əmir (titul, ya da şəxs adı) və farsca per "dağ", "daś beli" 145, 171] sözlərindən ibarətdir.
AMUDUQ - Azərbaycanın Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-da) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Əsli Armudluqdur. "Armud meyvə ağacı bol olan yer" mənasındadır.
AMURQALASI - Qərbi Arpaçayın sahilində qədim qala adı. (6, 153).
ANAGÜNEY - Krasnoselo (Dilican) r-nunda təpə adı.
ANATAN - Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 270].
ANQARSAQ (ANKERSAQ) - İrəvan quberniyasının Eçmiadzin qəzasında (indiki Aştarak r-nunda) kənd adı [133, 15]. Yerli tələffüz forması Əngərsaqdır. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağıdılmışdır. 1728-ci ilə aid sənəddə İrəvan əyalətinin Vedi nahiyəsində Əngir ("Qarabaqi Kəbir kəndi nəzdində Ənkir") kəndinin adı qeyd olunur [170, 10]. Anqarsaq dağının adındandır. Türk və monqol dillərindəki anqar - "dərə", "vadi”, "keçid" [126, 50] və saq -"içməli su" sözlərindəndir. (Bax: Aksak) XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara-Noqay dairəsindəki Ankar tubə təpə [133, 16], Qubar r-nun Rustov kəndindəki Qala Əngər (yerli forması Kələngər) dağ adı ilə səsləşir.
ANDİ (AND) - İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat r-nu) kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir (Favst Buzand, VI kitab, 6-cı fəsil). "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720-705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır. Bu toponim Azərbaycan xalqının etnik tarixi üçün bir bəlaya çevrilmişdir. İlk dəfə Q.A.Melikişvili Mannada Dağıstan dillilərin (indiki andilərin) yaşadığı fikrini söyləmiş və sonra tarixçilərimiz də yağlı tikə kimi onu udmuşlar. Er. əv. VIII əsrdə Urartu kitabəsindəki Andamaniv, XIX əsrdə Şərqi Anadoluda Fərat çayının yuxarı axımının sol sahilindəki Andit [142, 99], XIX əsrdə Şimali Qafqazda Stavropol quberniyasındakı And Ağı göl adı və And çayı, Dağıstan əyalətindəki Andi dairəsinin adı və həmin dairədəki Andi-Girey göl adı [133, 16], Tiflis quberniyasının Axalsix qəzasındakı Anda kəndi [133, 16], həmin quberniyanın Tioneti qəzasındakı Andakist-skali çay adı [133, 16], Naxçıvan qəzasındakı And-Əmiç (Əndəmiç) kənd adı, Dağıstanın Qunib dairəsindəki Andik kəndi [133, 16] toponimləri ilə mənaca eynidir. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə Handu (əsli Andu) qala adı "Alban tarixi"ndə çəkilmişdir (Alban tarixi, III kitab, 19-cu fəsil). Ərəb mənbələrində Həndan - indiki Xanta, Dağlıq Qarabağda 1288-ci ilə aid mənbədə ermənicə yazılışda Handaberd (əvvəlinə "h" səsinin əlavə olunması ilə "Andqala") toponimi [82] məlumdur. Türk dillərindəki anta, anda, andı, andi "izləmək", "gözləmək", "keşik çəkmək", "qaravulunu çəkmək" və s. [147, I, 157-158] sözündəndir. Deməli, and tərkibli toponimlər mənşəcə qaravul (keşikçi) məntəqələri (qalaçaları) əsasında yaranmışdır. (Habelə bax: Hand)
ANDİ - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Türk dillərində andi - "qaravulunu çəkmək" sözündəndir.
ANDOK - İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [169, 236]. Mənbədə kəndin həm də Yellitəpə adlandığı qeyd olunur (yenə orada). Ehtimal ki, türk dillərindəki an -"karst çuxuru, yarığı" [126, 50] və utuq -"sulu çəmən", "suvarıla bilən biçənək" [126, 584] sözlərindəndir.
ANDOK - İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170, 104].
ANDON - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 136]. Məlikkənd də adlanır (yenə orada). Türk dillərindəki an "karst çuxuru, yarığı" və ton "təpə" sözlərindən ibarətdir.
ANİPEMZA - Ani rayonunda kənd adı. 1878-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 153). Sonralar kənd ermənicə Temzaşen adlandırılmışdır. Zağa və Qızqülləsi də adlanmışdır (6, 153). Anadolunun şərqində erkən orta əsrlərdə mövcud olmuş Ani şəhər xarabalığının adındandır. Qeyd edilməlidir ki, Ani adlı iki qədim şəhər məlumdur. Bu adı Şərqi Anadoluda (erməni mənbələrində Kamax) və Ərməniyədə Şirak düzünə er. əv. II əsrdə gəlmiş bulqarlar yaratmışlar. Xarabalıqları Arpaçayın kənarında qalmaqdadır. Paytakaran (Balasakan) əyalətində də bir şəhər Hani adlanŮrdı. Orson-Yenixey mənbələrində Altayda Ani adlı çay adının çəkilməsi [93, 45] toponimin türk mənşəli olduğunu göstərir.
ANUXS – Mənbədə Göycə mahalında kənd adı [150, 360].
APADAR - İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 361]. Abay şəxs adından və tör "dağ örüşü" [126, 550] sözlərindən ibarət adın ermənicə tələffüz formasıdır.
APAXE - İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360]. İlk dəfə bu toponimin adı "Alban tarixi"ndə çəkilmişdir (Alban tarixi, II kitab, 7-ci fəsil).
APAKLI - Stepanavan şəhərindən şimal-şərqdə yerləşən dağın adı (60, 64). XX əsrin 30-cu illərində dağ ermənicə Akakesar adlandırılmışdır. Azərbaycan dilindəki (zirvəsi həmişə qarlı ogduğuna lörə) ağappaq sözündəndir.
APAĞA - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 4].
APNAKƏND - İrəvan xanlığının Abaran mahalında kənd adı [159]. XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər Azərbaycan türklərindən ibarət yerli əhalini qovmuş və yerini tutmuşlar. Ermənicə kənd Apnaqyux adlandırılmışdır. Ermənicə apn - "qırağı", "kənarı" (dərəsinin, su mənbəyinin) və azərbaycanca kənd sözlərindən ibarətdir.
ARAVUS - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı (60, 65). Yerli tələffüz forması -Ərəvüz.
ARAZDƏYƏN - İrəvan quberniyasının İrəvan qəzasında (indi Ararat r-nunda) kənd adı [133, 17]. Başq7 adı - Qotur (yenə orada). XIX əsrin II yarısında xaricdən gəlmiş ermənilər də məskunlaşmışlar. 1968-ci ildə ermənicə Erasx (Araz adının ermənicə tələffüzü) adlandırılmışdır. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana qovulmuşdur. Yerli tələffüz forması -Arazdayan. Arazdəyən çayın yazda daşaraq sahilləri basması (döyməsi) ilə bağlı yer adı olmuş və kənd də yarandıqda bu adı qəbul etmişdir. 1905-ci ildə dəmiryol stansiyası da Arazdöyən adlandırılmışdı. Azərbaycan ərazisinə (Naxçıvana) mənsub kənd və stansiya sonra Ermənistana verildi. Sədərək kəndinin bir məhəlləsi indi də Arazdöyən adlanır. Azərbaycanda ilk dəfə XIII əsrdən məlum olan [144, 243] Arazbar (əvvəlcə Ordubad-Meğri arası ərazinin, sonra Pənah xanın və İbrahim xanın mal-qarasının otlaq yeri olmuş Qarabağın Araz sahili hissəsinin adı) toponimi ilə (Araz çayının adından və farsca bər "sahil", "kənar" sözlərindən) mənaca eynidir.
ARAZKƏND - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Razdan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və ermənilər yerləşdirilmişdir. Əsli - Arzakənd. Araz çayının adı ilə əlaqəsi yoxdur. Ərəb coğrafiyaşünası Belazurinin (IX əsr) VIII əsrə aid hadisələrdə qeyd etdiyi "Arezax daqları" toponimi isə Artsaka aiddir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Arzi kəndi və Arzi-Çaç-Kort dağ adı, Stavropol quberniyasında Arzqir-təpə (iki kənd və iki təpə adı) [133] toponimləri ilə mənaca eynidir. Orta əsrlərdə Türkiyədə Arzənsu [90, 28], Ərzrum (XIII əsrə aid mənbədə Arz-an-Rum -129, 37), Azərbaycan-da hazırda Arzanax dağı (Qax r-nu) adları ilə əlaqəsi aydın deyil. XIX əsrdə Naxçıvanda Arazin dağının [133, 17] və indiki Ərəzin kəndinin adı, erkən orta əsrlərdə Albaniyada Arajank (Alban tarixi, I kitab, 28-ci fəsil) toponimləri göstərir ki, bu adlar bir tayfanın adını əks etdirir. Herodot (er.əv. V əsr) Midiyada bir tayfanın Arizant adlandığını yazmışdır (bu barədə bax: 13, 119-120).
ARAGAHÇALA - İrəvan ərazisinin Aralıq nahiyəsində kənd adı [170, 20]. Digər adı Biləkli [23, 70].
ARALIQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. Tam adı - Aralıq-Kolanı, yəni «aralıqda yerləşən Kolanı kəndi». Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Aralıq Ulya və Aralıq Sufla kənd adları qeyd olunmuşdur [170, 3]. Qazaxların məşhur Qarapapaq tayfasının yaşadığı kəndlərdən idi. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Erazqavors adlandırılmışdır. 1970-ci ildə Arpaçay su ambarının tikilməsi ilə əlaqədar olaraq əhali köçürülmüş, kəndin ərazisi su altında qalmışdır. Kəndin adı "iki müxtəlif mənşəli yaşayış məntəqəsi arasındakı kənd" mənasındadır. XIX əsrdə İrəvan quberniyasında Aralıq, Aralıq-Başkənd, Aralıq-Bək, Aralıq Gilanlı, Aralıq-Surb Ohan, Aralıq-Xan və b. kənd adları vardı (bax: 133, 17).
ARALIQ - İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
ARALIQ - Talin r-da kənd adı. 1919-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi daşnaklar tərəfindən qovulmuş və kənd dağıdılmışdır. 1920-ci ildə Türkiyədən gəlmə ermənilər yerləşdirilmiş və ermənicə Micnadzor adlandırılmışdır [20, 111]. Tam adı Aralıq-Başkənd, yəni "Başkənd yaxınlığındakı Aralıq kəndi".
ARALIQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. Oxçu-Aralıq da adlanmışdır. 1918-ci ildə azərbaycanlı əhali qovulmuş və ermənilər yerləşdirilmişdir. Sonralar Aralıq kəndi Oxçu kəndi ilə birləşmişdir.
ARALIQ - Axuryan r-nunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Erazqovors adlandırılmışdır.
ARALIQ BAŞKƏND - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 17).
ARALIQ QOYUN – Krasnoselo r-da qışlaq adı.
ARALIQ GİLANLI - Eçmiadzin r-nunda kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra İrandan və Suriyadan gəlmə ermənilər yerləşdirilmişdir. Kənd ermənicə Verin Qelanlu adlandırılmışdır.
ARAMLU - İrəvan xanlığının Karnibasar mahalında kənd adı [159]. Digər adı Aramanis-köy (133, 18) 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Aramlı dağının adındandır.
ARAMLI - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanda Sisyan r-da) Bərgüşad dağ silsiləsində zirvə adı [133, 18]. Ehtimal ki, tayfa adındandır.
ARAMUS - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir. Zəngəzur qəzasında XIX əsrdə azərbaycanlıların yaşadığı Aramis (indi İrimis) kənd adı ilə mənşəcə eynidir (Bax: Armaz və Aramaz).
ARAN - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 77]. Kənd İsmayıl Abdulla oğlu adlı bir şəxsə məxsus idi (yenə orada). Bu toponim iki cür izah olunur: 1. Qədim türk mənşəli Aran tayfasının adını əks etdirir (Bax: Eranos). 2. Qədim türk dillərindəki aran "qışlaq yeri", "mülayim iqlimli yer" sözündəndir.
ARANİ-MİRZƏ - Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 72]. Türk dillərindəki aran "çəmən", "mülayim iqlimli ərazi", "aşağı yer", "qışlaq" [143, 1, 1, 255] və ərəbcə məzrə "əkin yeri" sözlərindən ibarətdir. Toponimlərdə aran sözü eranın əvvəllərində artıq Albaniyada yaşaması güman olunan Aran tayfasının adı (bax: Eranos) ilə qarışdırılmamalıdır.
ARATAN - İrəvan xanlığının Karnibasar mahalında kənd adı [159]. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan [171] kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
ARAXUS - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [23, 79]. "Kəndin başqa adı Başköydür" (yenə orada) 1. Azərbaycan dilindəki ara (yer) və qədim türk dillərindəki küz "payız (otlağı)" sözlərindən ibarətdir. 2. Toponim türk dillərində örək "qala" sözündən və "us" şəkilçisindən ibarətdir. Mənbədə kəndin Qatar-Göl monastrına mənsub olması qeyd olunmuşdur [58, 358].
ARAÇIN - Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adı (60, 10).
ARAÇIN - Talin r-nunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır.
ARBAT - İrəvan quberniyasının İrəvan qəzasında (133, 18) (indiki Masis r-nunda) kənd adı. Mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Arebat kimidir [170, 24]. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Arpat kimi [150, 117], 1590-cı ilə aid türkcə mənbədə Arbad [169, 37] kimidir. Ərəbcə rabat "sərhəd məntəqəsi", "din uğrunda mübarizələrin istehkamı" (Bartolğd V.V. Soç. t.III, M. 1965, c.119) sözündəndir. Türkmənistanda Daş Arbat və Kızıl Arbat şəhərinin (S.Ataniyazov. Türkmenistanın qeoqrafik atlarının düşündirişli sözlüqi. s.125, 136) və Azərbaycanda XIX əsrdə Cavad qəzasında Arbat kənd xarabalığı [133, 18] adları ilə mənaca eynidir.
ARQIÇI - Göycə gölü ilə Gədikçay arasında dağ adı (60, 65).
ARQIÇI - Göycə gölünün cənub-qərb hövzəsində çayın adı.
ARDAQ - İcevan r-nunda İcevan şəhərindən qərbdə bir dağın adı (60, 66). XX əsrin 30-cu illərində dağ ermənicə Arsar adlandırılmışdır.
ARDALAS - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. Yerli tələffüz forması - Ardaraz. 1949-50-ci illərdə əhalisi Azərbaycana köçürül-dükdən sonra kənd ləğv edilmişdir.
ARDANİÇ (ARDANIŞ) - İrəvan quberniyasının Novobayazid qəzasında (indiki Krosnoselo r-da) kənd adı [133, 18]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Mənbədə Araniç kimidir [170, 16]. Şərqi Türkiyədəki Ərzrum əyalətində Ardanuç [83, 261], XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Ardanuç kəndi (133, 18), Ardanuçsu çay adı ilə mənşəcə eynidir. Mənası məlum deyil. Yalnız ehtimal tərzdə iki fikir irəli sürmək olar: 1. Ad İran dillərindəki arta (arda) "müqəddəs" (məsələn, Artavanta, indiki Ərdəbil - "Müqəddəs su", həqiqətdə də Ərdəbildə qədimdə türklər tərəfindən "Çeraq Cu" adlanan müalicə əhəmiyyətli mineral su vardır, türk dillərində çeraq - "müalicə əhəmiyyətli su" mənasındadır) sözündəndir. 2. Ad türk dillərindəki art "dağ keçidi", "aşırım" və eniş sözlərindən ibarətdir. (Parxar dağının yanındakı Orciqax (gürcücə Artapuci, türkcə Ardapuc) haqqında bax: 159, 25).
ARDANIŞ - Göyçə gölünün şərq hissəsində görfəzin adı (60, 66).
ARDANIŞ - Göyçə gölünün şərq hissəsində yarımada adı (60,66).
ARDAŞAR - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. XIX əsrin I yarısında azərbaycanlı əhali qovulmuş və Türkiyədən gəlmiş ermənilər və yezid kürdləri yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə İrəvan əyalətindəki həm Artaşir [170, 9], həm də Karbi nahiyəsindəki Ardeşir [170, 21] kənd adlarının adı çəkilir. Mənbədə Qarni nahiyəsində Ərdəşir [169, 206], Artaşar [150, 358], digər ermənicə mənbədə isə [91, 28] Ardaşer kimidir. Qədim türk dillərindəki art - "dağ", "dağ keçidi" [93, 55] və aşar (aşmaq felindən) "aşı-rım" sözlərindən ibarətdir.
AREBAD - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində ("Xaçaparaq kəndinin yaxınlığında yerləşən") kənd adı [23, 77]. İbrahim Əhməd oğluna məxsus mülk idi (yenə orada).
ARZNİ - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. Azərbaycan türklərinə mənsub kənddə XIX əsrin I yarısında İrandan gəlmə ermənilər və aysorlar yerləşmişdir. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. Sonra az hissəsi qayıtsa da, 30-cu illərdə sıxışdırılmışdır [20, 266]. 1590-cı ilə aid türkcə mənbədə Ərzni kimidir [169, 54]. 1728-ci ilə aid türkcə mənbədə də adı çəkilir [170, 3]. Lakin həmin mənbədə Arzqan kəndinin adı da vardır [170, 3]. XIX əsrdə Şimali Qafqazda Arzqir (kənd), Arzqir tubə (təpə), Arzi (kənd), Arzi-çaç-Kort (dağ) toponimləri (133, 19) ilə sıra təşkil edir.
ARİSUBAT - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı [133]. Türk dillərindəki əgri (əyri) və suvat "suvarılan sahədə dairəvi axıdılan su" sözlərindən ibarətdir. (Bax: Ağrısifət)
ARIQVƏLİ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133]. Mənbədə İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adıdır [23, 128]. "Digər adı Aydınkəndi" (yenə orada). 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə ermənicə Lernut adlandırılmışdır. "Kitabi-Dədə Qorqud" eposunda Arkubeli toponiminin təhrif formasıdır. Türk dillərindəki arqu - "dərələrlə şaxələnmiş" [93, 54] və bel (dağ beli) sözlərindəndir.
ARIQLI - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 126]. "Güneykənd və Güllücə də deyirlər" (yenə orada).
ARIQLI - İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. "Başqa adı Cəfər Taşanlı" (yenə orada).
ARIQLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərigli kimidir (32, 252). Mənbədə bu kənddə üç xristian ailəsinin yaşadığı qeyd olunur (yenə orada). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ondan XIX əsrin ortalarında İkinci Arıqlı məntəqəsi yaran-dıqdan sonra Birinci Arıqlı adlanmışdır. Gətirilmə addır. Şərqi Anado-luda orta əsrlərdə Boxtan əmirliyinin Arux mahalından (90, 77) gəlmə ailələr-lə əlaqədardır.
ARINC - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı. Mənbədə Ərinc kimidir [169, 59]. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. XIX əsrdə Naxçıvan qəzasında (indi Şahbuz r-da) Arinc kənd adı ilə eynidir.
ARINC - İrəvan əyalətinin Dərələyəz nahiyəsində məzrə adı [32, 321]. Mənbədə məzrənin Muğanlı kəndinə məxsus olması qeyd olunmuşdur (yenə orada).
ARKAUNER - Göycə mahalında kənd adı [150, 360].
ARKOL - İrəvan əyalətinin Katak mahalında kənd adı [150, 362]. (Bax: Ərkel)
ARKURİ - İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı [150, 350]. "Kitabi-Dədə Qorqud" eposundakı Arkuri toponimi ilə eynidir.
ARMAZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı [133]. Bərgüşad dağ silsiləsində zirvələrdən birinin adı olan Aramazd (60, 65) oronimi ilə eynidir. Qədim İran mənşəli Ahuramazda (Hörmüzd) allahının adını əks etdirir. V əsr müəllifi Moisey Xorenasi yazır ki, Ara-mazd ermənilərin baş allahıdır (Moisey Xorenasi, II kitab, 11-ci fəsil). Tiflis quberniyasının Duşet qəzasında, Araqvi çayının Kürə töküldüyü yerdə Armazi şəhərinin adı ilə mənşəcə eynid^r.
ARMAũ - İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat r-nunda) kənd adı [159]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Anadoludan gətirilmə addır. Orta əsrlərdə Türkiyədə Armaş nahiyəsinin adı məlumdur [150, 115].
ARMUDAĞACI - İrəvan əyalətində kənd adı [150, 191].
ARMUDLU - İrəvan xanlığının Vedibasar mahalında kiçik kənd adı [159]. XIX əsrin birinci yarısından sonra adı çəkilmir. "Armud (cır, yabanı armud, yaxud meşə armudu) bol olan yer" mənasındadır.
ARMUDLU - İrəvan quberniyasının Eçmiadzin qəzasında (indiki Oktemberyan r-nunda) kənd adı [133]. Mənbədə Ermudlu kimi qeyd olunur [170, 53]. XIX əsrin I yarısında kənddə ermənilər də məskunlaşmışlar. 188l-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. 1936-cı ildə kənd ermənicə Tandzu, 1968-ci ildə Tasik adlandırılmışdır. "Armud bol olan yer" mənasındadır.
ARMUDLU - Artik r-nunda kənd adı. Mənbədə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı kimidir [23, 128]. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. (6, 154) 1946-cı ildə ermənicə Tuvaşen adlandırılmışdır.
ARMUDLU - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133, 19]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.
ARMUDLU - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Quqar r-nunda) kənd adı. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır [20, 313].
ARMUDLU - İrəvan əyalətinin Dərəçiçək nahiyəsində Kərniki kəndinə məxsus məzrənin adı [23, 115].
ARMUDLU – Dilican r-nunda qışlaq adı.
ARMUDLUQ - Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı [169, 332].
ARNALI MƏZRƏSİ - Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169, 182]. Türk dillərindəki arna "kanal" [126, 55] sözündəndir.
ARNEQİ - Göycə mahalında kənd adı [150, 361]. Arnalı adının ermənicə tələffüz formasıdır.
ARPA - Araz çayının sol qollarından birinin adı. Zəngəzur dağlarından başlanır. Coğrafi ədəbiyyatda Şərqi Arpaçay da adlanır.
ARPA - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. Məlumdur. 1920-ci ildə qarpapaqlardan ibarət əhalisi Türkiyəyə köçmüşdür. 1940-cı ildə kənd ləğv edilmişdir. Mənbələrdə 1728-ci ildən məlumdur [170, 13]. Şərqi Arpa çayının adındandır.
ARPA - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. Ermənilər XIX əsrin 70-ci illərində yerləşdirilmişdir. XX əsrin 30-cu illərində azərbaycanlılar çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Areni adlandırılmışdır. Arpaçayın sağ sahilində yerləşdiyinə görə Arpa çayının adındandır.
ARPAVA (ALPA-VA) - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı [159]. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Əsli - Arpaova, yəni "Arpa obası". Azərbaycanda, Ermənistanda və Türkiyənin şərqində çoxlu Arpa adlı toponimlər vardır. Albaniyada Artsax əyalətində Arpa kənd adı XII əsrdən məlumdur (82). Dağlıq Qarabağda Arpayurdu, Arpagədik, Arpayazı; Zəngəzurda Arpatəpə, Arpadağı, Arpakənd; Qars əyalətində Arpalıq və s. toponimləri var. Qazaxıstanda İssıkgölə tökülən bir çay Arpasu adlanır. Orta əsrlərdə Türkiyədə arpa "becərmək üçün mülkədara verilmiş torpaq sahəsi". Bəlkə də tayfa adıdır.
ARPAVAR - Artaşat r-nunda kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. XX əsrin 30-cu illərində azərbaycanlılar kənddən sıxışdırılıb çıxarılmışdır. 1945-ci ildə kənd ermənicə Lyusakert, 1968-ci ildə İşavan adlandırılmışdır. Arpa və azərbaycanca var - "dayanacaq", "köç yeri" sözlərindən ibarətdir.
Dostları ilə paylaş: |