ERMƏNİSTANDA AZƏRBAYCAN MƏNŞƏLİ TOPONİMLƏRİN İZAHLI LÜĞƏTİ-IV-
http://budaqbudaqov.com/index.php?option=com_content&view=article&id=40:ermnstanda-azrbaycan-mnl-toponmlrn-zahli-luet-4&catid=77:ermnstanda-azrbaycan-mnl-toponmlrn-zahl&Itemid=78
LAZRƏVAN - 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169,89]. Lzir şəxs adından və "kənd" sözündən ibarətdir.
LALABƏYİKƏNDİ - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169,63]. Lələbəy şəxs adındandır.
LALƏ - 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı [169,237].
LALƏÇİ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23,125)."Bir zamanlar bu kəndə Pirməhəmməd deyirmişlər" (yenə orada). 1728-ci ilə aid mənbədə çəkilir (23,110).Ehtimal ki, lələ stitul adındandır. Qızıl-başlar dövlətində yetgin yaşa çatmamış şahzadənin hamisi və tərbiyəçisi lələ adlanırdı.
LEYV - 1590-cı ildə Rəvan əyalətinin Zar nahiyəsində kənd adı [169,325]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Zarzəmin nahiyəsində Leyvə kimidir (23,120). Kəlbəcər r-nunda Lev qalasından çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
LEYLİQAÇAN - İrəvan qquberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 159]. Mənbədə Leylikaçan kimidir (yenə orada). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır. Qışlaq isə Leyli adlı qızın oğlana qoşulub qaçması ilə əlaqədar adlanmışdır.
LEHVAZ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı (133, 158). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə kəndin adı Leqvaz kimidir (yenə orada). Toponim "lək" (bir hörgüclü erkək dəvə, burada dağın kənardan lökün hörgücü formasında olmasını ifadə edir) və qədim türk dillərində bays (vayz) "sıldırım" (bax: Bozabdal) sözlərindən ibarətdir. Deməli, toponim lök dəvə belinə oxşadığına görə "hörgüc formalı sıldırım" mənasındadır. Adın "leh" hissəsi Kəlbəcər r-nunda Lök (yerli əhali içərisində Leh və Lev kimi də adlanır) kəndinin və oradakı sıldırım qaya üzərində Alban çarı Artnerseh oğlu Qriqori tərəfindən (IX) əsr tikilmiş Levqala qalasının adında da vardır. Meğriçayın bir qolu da Lehvaz adlanırdı [103,6].
LƏK - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı (159). 1728-ci ildə mənbədə Vedi nahiyəsində qeyd olunur (23,106). 1935-ci ildə kənd ermənicə Vartanadzor adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanda XIX əsrdə Cavanşir və Yelizavetpol qəzalarında Lək kənd adları (133, 162) da bu sıraya aiddir. XIX əsrdə Borçalı qəzasında Lək dağ və Lək çay adları (133, 159) ilə ehtimal ki, mənşəcə eynidir. XVI əsrdə Şərqi Anadoluda yaşamış Boz-Ulus tayfa ittifaqında bir elin adı (96, 35).
LƏLVƏR - Elizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Noyembaryan r-nunda) kənd adı [133]. XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar. Ləlvər dağının yamacında XIX əsrin birinci yarısında mis mədəni vardı. Orada mis qədimdən çıxarılırdı. Günəş işığında mis filizi parıldadığına görə azərbaycan dilində "ləl" (ləl kimi parıldayan mənasında) və "par" (parıldayan) sözlərindən ibarətdir.
LƏLƏKƏND - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı [133, 163]. 1978-ci ildə kənd ermənicə Vazaşen adlandırılmışdır. Türk dillərində lələ- "həddi-buluğa çatmamış şahzadələrin tərbiyəçisi" və kənd sözlərindən ibarətdir. Ehtimal ki, XVIIəsrin əvvəllərinə aid mənbədə İrəvan xanı Lələbəkə [91, 43] məxsus kənd olmuşdur.
LAMBƏYLİ - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Noyemberyan r-nunda) kənd adı (133). 1960-cı ildə kənd ermənicə Debedaşen, 1972-ci ildə Baqrataşen adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. "Lələyə (bax: Laləçi) məxsus kənd" mənasındadır.
LƏNGİTƏMİR - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan r-nunda) kənd adı (133). XX əsrin 30-cu illərində kənd dağılmışdır. Kənd oradakı "Lengi- Teymur" (Teymurləng) qalasının adı ilə adlanmışdır.
LİVADƏ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyyəsində kənd adı (23,125). "Dərbənd kəndinin yaxınlığında yerləşir (yenə orada).
LİVİS - 1590-cı ildə Rəvan əyalətinin Məvaziyi- Xatun nahiyəsində kənd adı [169,94].
LİLPƏR - İrəvan quberniyası Novobayazid qəzasında Hüseynquluuşağı kəndinin maldarlarına məxsus yurd yerinin adı (136,34). Bax Ləlvər.
LİÇVAZ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı (133, 160). XIX əsrin ortalarında Lişkvaz kimidir (103,6). Kəndin adı ermənicə "liçk", "lişk" "kol" və türk-monqol dillərində bays-"sıldırım" (bax: Bozabdal) sözlərindən ibarətdir. Meğriçayın bir qolu Lizikçay, digəri Lişikvazçay adlanırdı (103,5-6). İndi kəndə ermənicə Liçk adı verilmişdir.
MAĞANCIQ - Gorus r-nunda kənd adı (60, 87). Əsli Muğancıq. Kiçik Muğan mənasındadır. Bax: Muğancıq.
MAĞARACIQ - XIX əsrdə Qars əyalətində (133, 163), sonra Amasiya r-nunda kənd adı. 1989-cu ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Yaxınlıqdakı "Mağaracıq" dağının adı ilə adlanmışdır.
MAQDA - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133) 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunmuşdur (23, 90). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta [169,75]. 1728-ci ilə aid mənbədə isə Makta kimidir (170,52). Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir.
MAQOVUZ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiErmənistanın Qafan r-nunda) kənd adı [133]. 1949-cu ildə kənd ermənicə Kaxnut adlandırılmışdır. XVIIəsrdə İrəvan əyalətinin Maku nahiyəsindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Maku toponimindən və Uz tayfasının adındandır.
MAQUS - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Əsli:Manqus. XIX əsrdə Qaraqoyunlu hakimi Sultan Yaqubun fərmanında Mankus [135,72], 1577-ci ildə II Şah İsmayılın fərmanında Çuxur-Səddə Mənkus kimidir [134,188]. Zəngəzurda Xor- Virab (ermənicə "dərin quyu,çal") monastırının vəqfi idi [150,354]. Yerli tələffüz forması həm də Məngüzdür. Naxçıvanın qədim məhəllələrindən biri də Məngüz adlanır. Türk dillərində manq "hasarlanmış yer (mal-qara,qoyun üçün )" və küz "quzuların qışlaqda salındığı ağıl" sözündəndir. Azərbaycanda Manaxur (Zəngilan r-nu)Türkmənistanda Manqışlaq və b. toponimlərlə səsləşir.
MAYALI DURSUN - İrəvan quberniyasının Eçmiadzın qəzasında kənd adı . 1919-cu ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Monqol dilində mayla “tala”, “əkin sahəsi” sözündən və Dursun şəxs adından ibarətdir. “Dursunun əkin sahəsi” mənasındadır.
MAYMAQ - İrəvan quberniyasının Novobayazid qəzasında Pəmbək dağ silsiləsinin zirvələrindən birinin adı (136,2). Başqa mənbədə Maymex kimidir (133, 165). Bax: Molla Dursun.
MAKENİK - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150, 360]. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Mozdok dairəsində Məkən və Stavropol əyalətində Məkən təpə (133, 171) toponimləri ilə mənaca eynidir.
MAKRAVƏNG - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı (159). XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Azərbaycanca "Maqaravəng" adının təhrifidir.
MAKUQALASI - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində qala adı (23,40).
MALQARA - 1590-cı ildə Rəvan əyalətinin Abnik nahiyəsində kənd adı [169,257]. Ərəb dilində mal "malikanə" (145, 139) və Qara şəxs adından ibarətdir. "Qaraya (Qara adlı şəxsə) məxsus mülk, yer" mənasındadır.
MALDAŞ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı (133, 165). XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir.
MALİKİ - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Digər adı Mülkü [170,14]. Ximətinə görə müəyyən şəxsə hökmdar tərəfin-dən verilmiş (bağışlanmış) mülk (torpaq, ərazi).
MAMAN - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (159). Maman dağının adındandır.
MAMAN - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 166]. XX əsrin 30 cu illərində ermənicə Tsaxkadzor adlandırılmışdır. Mənası məlum deyil.
MAMZİGƏL - İrəvan quberniyasının Sürməli qəzasında aşırım adı [133]. Mənası məlum deyil.
MAMKİ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 166]. XX əsrin əvvəllərindən sonra mənbələrdə kəndin adı çəkilmir. Mənası məlum deyildir.
MAMUSKUN - 1728-ci ildə İrəvan əyalətinin İğdır nahiyəsində kənd adı (23,66). Digər adı Ərəbgirli (yenə orada).
MANAS - Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan r-nunda) kənd adı (133, 167). Tam adı Manaskənd (yenə orada). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Qədim türk mənşəli Manas şəxs adındandır.
MANQUQ - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133, 167). 1728-ci ilə aid mənbədə Vedi nahiyəsində Məngük kimidir (23,106).Ermənicə 1667-ci ilə aid mənbədə kəndin adı Mankaots (134,87), XVIIIəsrin ortalarına aid mənbədə isə Mankus [150,358], kimidir. İrəvan əyalətinin Qarni nahiyəsində Xor-Virap ("dərin zindan") adlanmış monastıra mənsub kəndlərdən olmuşdur (150,358). Mənası məlum deyil.
MANQUT - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (133). Digər adı Mankoy (20, 268). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd xaraba qalmışdır. 1922-ci ildə əhalinin müəyyən hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv olunmuşdur. Qədim türk mənşəli Manqut tayfasının adını əks etdirir. XIIIəsrdə monqolların tərkibində gəlmişdir.
MANTAŞKƏSƏN - 1621-ci ildə İrəvan əyalətində kənd adı [135,166]. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə kəndin Saatlı tayfasından Qayıtmış bək və oğlanları Əlibək və Qaraxanın, sonra Qaraxanın oğlu Məhəmməd bəyə və qızları Urixanım (əsli Hürixanım) və Zeynəb Sultana mənsub mülk olması qeyd edilir. [150,21]. Türkcə Mantaş tayfa adından və kəsən (bu söz barədə bax: Boğazkəsən) sözündən ibarətdir. Orta əsrlərdə qızılbaşların bir tayfası" Məntəşə eli" adlanırdı [15,16].
MANCAN YATAĞI - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Krasnoselo r-nunda) qışlaq adı. XX əsrin 30-cu illərində dağılmışdır.
MARAK - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kəndin adı (170,16). Türk dillərində marak "gözətçi məntəqəsi" (143, II, 1025) sözündəndir.
MARALDAQ - İrəvan quberniyasınınNovobayazid qəzasında (133, 167), Göycə gölünün cənub hövzəsində bir dağın adı (60, 88).
MARALZƏMİ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə qarışıq şəraitində yaşamışlar. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. XIXəsrin ortalarında qışlaq əsasında, "Maralzəmi" adlı yerdə yaranmışdır.
MARALLICA - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın Kranoselo r-nunda) kənd adı (133, 167). XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqəlar olaraq ləğv edilmişdir. XIX əsrin ortalarında "Marallıca" (maral olan yer) adlı qışlaq əsasında yaranmışdır.
MARALTƏPƏ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 168]. Marallutəpə də adlanır (yenə orada).
MARATUZ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133]. Mənşəcə XIX əsrin əvvəllərində Naxçıvan ərazisində və Dərələyəzdə yaşamış kürd mənşəli (lakin mənbədə qeyd olunur ki, bu tayfa azərbaycanca danışır) Bozlu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən (Tart,Məmmədrzaqışlaq,Arınc, Ağkənd, Gidbaz. Gomuşxana, İstisu,Qaralar və) biridir. (Sbornik svedeniy o Kavkaze. Tom VII,s. 247-248).Toponimin mənşəyi barədə iki fikir ola bilər. 1. Ad türk dillərində məra "örüş yeri" və düz sözlərindən ibarətdir. Türk dillərində mar-"təpə" və atiz "iki arx arasında əkin yeri " (93,67) sözlərindən ibarətdir. Bax:Mərətüz.
MARQARA - İrəvan xanlığnın Sərdarabad mahalında kənd adı [159]. XX əsrin əvvəllərinə aid mənbədə Markara kimidir (133, 168). Əsli Marak-Ara. Türk dillərində marak- "gözətçi məntəqəsi" (bax:Yuxarı Vandu-Marak) və Azərbaycan dilində ara (aralıq) sözlərindən ibarətdir.
MARDQİZ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasnda (indi Ermənistanın Sisyan mahalında) kənd adı (133, 168). XIX əsrin 80-cı illərinə aid məlumata görə oradakı Zabuq kəndindən yaranmış iki obadan (Markiz və Sus) biri Mərkizdir (103, 154). Mənbədə obada kürdlərin yaşadığı qeyd olunur (yenə orada). Mardqiz dağının adı ilə adlanmışdır.
MARDQİZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı [133, 168]. Xalq içərisində tələffüz forması Mərkiz, Mərküz . Mənası məlum deyil.
MARTNOS - 1590-cı ildə Rəvan əyalətinin Zebil nahiyəsində kənd adı [169,332].
MARÇAVAN - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır [159]. 1728-ci ilə aid türkcə mənbədə Baz-Marçivan və Marçivan adlı iki kəndin adı qeyd olunur [170,17].
MASRİZ - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı [150,361]. Mənası məlum deyil.
MASRUKA - XVIII əsrin ortalarında Göycə mahalında bir tərkidünya kilsə adı [150,361]. Türk dillərində mes "dağın cənub tərəfi", "yüksəkliyin meşəsiz tərəfi" [126,369] və örük "dayanacaq", "gəliş yeri" [93, 390], "düşərgə" (143, 1,2,1223) sözlərindən ibarətdir.
MASTARA - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 169]. 1590-cı ildən məlumdur [169,247]. 1728-ci ilə aidb mənbədə Masdara kimidir (23, 44). 1905-1906-cı illərdə azərbaycanlılar qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 176). 1965-ci ildə kənd ermənicə Dalarik adlandırılmışdır. Yerli tələffüz forması Məsdər və Məsdəri. 1724-cü ilə aid məlumat-da Eçmiadzin kilsəsinə məxsus kəndlərdən biri kimi qeyd olunur [150,177 və 386]. Türk dillərində mes "dağın cənub,meşəsiz tərəfi" [126,369] və dərə sözlərindən ibarətdir.Gədəbəy r-nunda Masxit (mes və türk-monqol dillərində xit "monastr","iqamətgah" sözlərindən), Ordubad r-nunda Masnis (mes ərəbcə naus sözlərindən) dağ adları ilə mənacə eynidir.
MARDİROS - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı (23,60). Həmin mənbədə kənddə təkcə Mardiros adlı erməninin yaşadığı qeyd olunur (32,319).
MAHMUDDAĞ - İrəvan quberniyasının İrəvan qəzasında dağ adı [133, 170]. Mahmud şəxs adındandır.
MAHMUDKƏNDİ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170,126]. Digər adı Turnalı (yenə orada). Mahmud şəxs adındandır.
MAHMUDLU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133). Digər adı 1940-cı ildən Çaykənd. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XVI-XVII əsrlərdə Van gölündən şərqdə yaşamış və XVI əsrin əvvəllərində Qızılbaşlara qoşulmuş (24,192) Mahmudlu tayfasının məskunlaşması nəticəsində yaranmışdır [160,500]. Kürdlər, Heydərli və Ortaqışlaq qollarından ibarət maldar el idi (yenə orada). Qarabağda qışlayan,yayı Zəngəzurda keçirən bu el Əliəsgərli,Musaxanlı Nəziralılı, Heydərli, Bəbirli, Əlihüseynli,Kərbəlayi Əlili , Əlişirəli və Sovxanlı tirələrindən ibarət idi. Azərbaycanda İmişli və Füzuli r-nlarında Mahmudlu kənd adları ilə mənşəcə eynidir. Kəkəli (bax) tayfasının bir qışlağı da Mahmudlu adlanırdı [103,150].
MAHMUDCUQ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 170). 1828-1832-ci illərdə əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1940-cı ildə kənd ermənicə Pemzaşen adlandırılmşdır. Kəndin adı " Kiçik Mahmudlu" mənasındadır.
MAHRUS - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [23,150]. XIX əsrə aid ədəbiyyatda Mahriz kimidir.
MAÇ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133). 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Sonra kənd qonşu erməni Yerastunkənd ilə birləşdirilmişdir.
MAÇDƏRƏ - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [170,46].
MEQYUB - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. XX əsrin sonlarına aid rusca məlumatda İrəvan qəzasında (indi Abovyan r-nunda) Mqub kimidir (133, 171). Yerli əhali içərisində Mühüb kimi tələffüz olunur. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1968-ci ildə kənd ermənicə Balahovit adlandırılmışdır. 1474 cü ilə aid hadisələrdə Türkiyə ərazisində,Krım yarımadasının cənüb sahilində "Manqyub qalası"nın adı çəkilir [160,134]. Ona görə də ehtimal ki, əhalinin hərəkəti ilə əlaqədar olaraq gətirilmə addır.
MEĞRİ - Yelizavetopol quberniyasının Zəngəzür qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı [133]. Meğri r-nun mərkəzidir. Rayonun ərazisi XII-XIIIəsrlərə aid ermənicə mənbələrdə Arevik kimidir. Meğri adı ilk dəfə 1576-cı ildən məlumdur [134,194]. Əsli "Miğri"dir, Meğri isə bu adın ermənicə tələffüs formasıdır. Miğri dağının adındandır. Bax:Miğri.
MEĞRİÇAY - Ciband dağlarından başlanır və Araza tökülür. Lişikvaz, Vahravarçay, Lişkçay və Lehvazçay qollarından ibarətdir.
MEYDAN - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170,14]. Mənbədə kəndin həm də Əliqışlağı adlandığı göstərilir (yenə orada). Həmin mənbədə kənddə cəmi bir azərbaycanlı ailəsinin (Musa Şahməhəmməd oğlunun ) yaşadığı qeyd olunmuşdur. (32,284). Azərbaycan dilində (əsli ərəbcə) meydan "yayla”, "açıq yer", "düzən",(145,142) sözündəndir. Şamaxı r-nunda Qız- Meydan yaylasının adı ilə mənaca eynidir. (Türkmənistanda Meydan-"dağ üstündə açıq yer" toponimi barədə bax. S.Atanıyazov Türkmənistanın qeoqrafik atlarının düşündirişli sözlüqi s.207).
MEYDAN - 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı (23,40) "əhalisi Dümbili camaatındandır" (yenə orada).
MEYDAN - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23,120).
MERADİK - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170,15]. Ehtimal ki, türk dillərində marak "gözətçi məntəqəsi" [148, IV, 2, 2025] sözündəndir. Bax: Vandu-Marak və Marak.
MERƏLAR KƏBİR - 1728-ci ildə İrəvan əyalətinin Vadi (Vedi) nahiyəsində kənd adı [170,10].
MERƏLƏR SAQİR - 1728-ci ildə İrəvan əyalətinin Vadi [Vedi] nahiyəsində kənd adı [170,10].
METSTAP - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361]. Ermənicə mets "böyük" və azərbaycanca "tap" sözlərindən ibarətdir. Bax: Tap.
MEHMANQIŞLAQ - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [170,128].
MEHMANQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23,123).
MEHMANDAR - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı (159). 1590-cı ildən məlumdur (169, 93). 1728-ci ilə aid mənbədə "Mehmandari Şollu" kimidir (23, 36). Şorlu Mehmandar da adlanmışdır (20, 252). Kənd əhalisinin bir qismi 1948-ci ildə, qalanı isə 1988-ci ildə Azərbaycana qovulmuşdur. "Mehmandar adlı şəxsə (mülkədara) məxsus Şollu (əsli Çollu) kəndi" mənasındadır. Bax: Şöllü.
MEHMANDARLI - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23, 81). "Qamışlı kəndinin yaxınlığında yerləşir" (yenə orada).
MEHRAB KÜRDKƏND - İrəavan quberniyasının İrəvan qəzasında kənd adı [133, 171]. XIXəsrin sonlarından sonra kəndin adı çəkilmir. "Mehrab adı şəxsə (mülkədara) məxsus Kürdkənd" mənasındadır.
MEHRABLI - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı (133). 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1948-ci ildə kənd ermənicə Vartaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbəyə görə oradakı Zöhrablı (bax) kəndindən yaranmış məntəqədir (170,79). Mehrablı kəndin əsasını qoymuş tirənin adıdır.
MEHRAB TƏPƏBAŞ - İrəvan quberniyasının İrəvan qəzasında dağ adı [133, 171]. Ərəb dilində mehrub "dağıdılmış, uçurulmuş (qala)", "xarabalıq" (145,149) sözündəndir.
MEHRİBAD - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. 1878-ci ildə kəndin əhalisi qovulmuşvə ermənilər yerləşdirilmişdir (6, 176). 1728-ci ilə aid mənbədə kəndin adı Meğriban kimidir [170,18]. Bax: Meğri və Miğri.
MEHRİBAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 171]. 1590-cı ilə aid mənbədə kəndin adı Mehribanlı kimidir [169,248]/ 1918-ci ildə kənd ermənicə Katnaxpur adlandırılmışdır.
MEÇETLİ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı (133, 173). Dağ oradakı qədim məscid xarabalığının adı ilə adlanmışdır.
MEÇİTLİ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 179). 1878-ci ildə azərbaycanlılar qovulmuş və 1880-cı ildə ermənilər yerləşdirilmişdir (6, 177). 1940-cı ildə kənd Norqyanı adlandırılmışdır.
MEŞİN - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170,13].
MƏĞRƏBABAD - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (23,66).
MƏDİNƏ - İrəvan xanlığının Göycə mahalında kənd adı [159] 1918-ci ildə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərazisinin Aşağı Qetaşen kəndindən ermənilər zəbt etmişdir [20,303].
MƏZARCIQ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. 1828-1832-ci illərdə kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. Gətirilmə addır. "Kiçik Məzar" mənasındadır. Qars əyalətinin Məzar kəndindən [133] gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
MƏZRƏ - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı (23,62).
MƏZRƏ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı (133). 1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1940-cı ildə kənd ermənicə Bartsravan adlandırılmışdır. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" ( sonralar məzrə əsasında yaranmış məntəqə) [bax:145, 62] sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mənaca eynidir.
MƏZRƏABBASGÖLÜ - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [170,17].
MƏZRƏ ARSAK - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [170,17].
MƏZRƏBAYRAMXAN - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170,4]. Mənbədə kəndin Kosacan kəndindən yarandığı qeyd olunur. (yenə orada).
MƏZRƏBƏZZAD - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170,4].
MƏZRƏ VARİNLU - 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı [170,12].
MƏZRƏ QARAUCA - 1728-c ildə İrəvan əyalətinin Vedi nahiyəsində kənd adı [170,10].
MƏZRƏ İŞHAVƏND - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170,3]. Əsli Məzrə Şixavənd, yəni " Şixavənd məzrəsi"
MƏZRƏ ƏGRİCƏ - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [170,17]. MƏZRƏ KƏMƏNKƏLUL - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170,14].
MƏZRƏ KƏRİNƏK - 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170,10].
MƏZRƏ KUÇƏKLİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170,19].
MƏZRƏ FƏRHADARXI - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nəhiyəsində kənd adı [170,4].
MƏZRƏ CƏLLADLU - 1728-ci ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [170,10]. Mənbədə Dərəçiçək kəndinin nəzdində yaranmış məntəqə olması göstərilir (yenə orada).
MƏZRƏ ŞİNLİ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170,4].
Dostları ilə paylaş: |