ErməNİstanda azərbaycan məNŞƏLİ



Yüklə 1,02 Mb.
səhifə4/15
tarix18.01.2017
ölçüsü1,02 Mb.
#5785
1   2   3   4   5   6   7   8   9   ...   15

OYUQLU - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı [133, 197].

OYUQLUDÜZ-YURD - İrəvan quberniyasının Novobayazid qəzasında Kankan kəndinə məxsus yaylağın adı (136,32).

OYUQTƏPƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133, 197].

ONBİNƏK - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23,102).

ORQAÇI - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovuldudan sonra kənd dağılmışddır. Gətirilmə addır. Anadolunun şərqində orta əsrlərdə Orka mahalının (Bax: 34) adındandır.

ORQOV - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 194). Bax: Ərqov.

ORİ - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23, 121). "heç kim yaşamır" (yenə orada).

ORUZ - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170, 20]. Mənbədə bu kəndin Quzugüdənli camaatının bir hissəsinin məskunlaşması nəticəsində yarandığı qeyl olunur (yenə orada). Bax: Kovunlu.

ORUNCA - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı [170, 47]. Mənbədə məzrənin Tərkəqut kəndinə məxsus olması göstərilir.

ORTAVİRAN - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı [169, 60].

ORTAKƏND - İrəvan əyalətinin Şərur-Dərələyəz qəzasında kənd adı (133, 195).

ORTUKİŞ - 1590-cı ildə Rəvan əyalətinin Sisyan mahalında kənd adı [169, 362]. 1727-ci ilə aid mənbədə Ortagir kimidir (32, 32).

ORTAKƏND - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 195]. XIX əsrin II yarısında kənddə ermənilər məskunlaşmış və tədricən azərbaycandan sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Qladzor adlandırılmışdır.

ORTAKİLSƏ - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133, 195]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı kimi qeyd olunmuşdur (23, 134). 1878-ci ildə əhalisi  qovulduqdan  sonra ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Masisyan adlandı-rılmışdır (6, 178).

ORTAGƏDİK - Axuryan r-nunda kənd adı. 1878-ci ildə əhalisi qovul-muşdur (6, 178). 1967-ci ildə kənd ermənicə Pokraşen adlandırılmışdır.

ORUCKÖY - 1728-ci ildə İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı (23,70). Əhalisi Quzugüdənli camaatındandır (yenə orada). XIX əsrin II yarısında kənddə ermənilər oturduqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Maisyan adlandırılmışdır.

ORUŞMIŞ - irəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 195).

OSKAŞEN - XVIII əsrin ortalırında Göycə mahalında kənd adı [150,360].

OSMAN KƏNDİ - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı [159]. XIX əsrin ortalarında kənd dağılmışdır. Osman şəxs adındandır.

OSMANKÖY - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Osman şəxs (mülkədar) adından və köy-"kənd" sö.zündən ibarətdir.

OSMAN MƏZRƏSİ - 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyəsində məzrə adı [169,233].

OSTUN - İrəvan xanlığının Şərur- Dərələyəz qəzzasında kənd adı [159]. XIX əsrin axırlarından sonra kəndin adı çəkilmir.

OXDAR - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133). 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1926-cı ildə əhalanin az hissəsi kəndə qayıdıraq yenidən məskunlaşmış,1988-ci ildə Azərbaycana qovulvulmuşdur.

OXDAR - Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nundda) çay adı [133].

OXDAR BİNƏ - Yelizavetopol (Gəncə) Quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır. Oxdar kəndindən çıxmış ailələrin yaratdığı binə əsasında yaranmışdır.

OXDARLU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

OXÇABERD - İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı [159]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (11,164). 1946-cı ildə kənd ermənicə Voxçaberd adlandırılmışdır. İlk dəfə 1590-cı ildən məlumdur [169, 39]. Həmin mənbədə kəndin "Məhəmməd vələdi Mustafa" adlı şəxsə (mülkədara) məxsus olması qeyd olunur [170, 39]. Toponim Oxçu tayfasının adından (bax: Oxçu) və "bert" sözündən ibarətdir. Erməni tarixçiləri bu toponimdəki "bert" sözünü ermənicə olduğunu (erməni dilində bert-"qala" sözzündəndir) bildirirlər. Lakin bu yanlış mülahizədir,çünki kəndin əsasını qoymuş türdilli əhali yaşayış məntəqə tipini göstərmək üçün kifayət qədər termin (abad,kənd,oba,qışlaq və s.) olduğu halda ermənicə "bert"sözündə istifadə etməzdi. Əslində,toponimin "bert" hissəsi türk dillərində bert-"çətin keçilən yer","əlçatmaz yer" [126,81-83],komi dilind bert "dağ yamacı" (yenə orada) sözündən ibarətdir və deməli,iki müxtəlif dil mənşəli bert sözü yalnız zahiri oxşarlığ malikdir.

ORTLU TƏZƏKƏND - İrəvan əyalətinin Şərur-Dərələyəz qəzasında kənd adı  (133, 195). Urutlu  (bax: Urut) yeni kənd mənasındadır.

ORTULU - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı  (133, 195). Qars əyalətində Ortuldağ və Ortu-Su  kənd adları ilə mənşəcə eynidir. Türk dillərində ordu “hərbi düşərgə” sözündəndir.

OXÇU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133, 197). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Oxçu adlı türk tayfasının adını əks etdirir. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçioğlu [133],Cənubi Azərbaycanda Oxçu və Oxçular [Bax:145] kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı [34]. 1588-ci ilə aid mənbədə Bərdə nahiyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur (167,219). Bulqarıstanda üç Oxçular və iki Oxçulu adlı kənd barədə bax: M. Türker Acaroğlu. Bulqarstanda türkcə yer adları klavuzu. Ankara, 1988, s. 300 (türkcə).

OXÇUOĞLU - Qars əyalətinin Qars dairəsində, sonra Amasiya r-nunda kənd adı (133, 197). 1989-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

OCAQQULU - Axuryan r-nunda kənd adı. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Arapi adlandırılmışdır. Ehtimal ki, Ocaqqulu kəndin əsasını qoymuş şəxsin adıdır.

OŞAĞAN - İrəvan quberniyasının Eçmiadzın qəzasında dağ adı [133, 197]. Azərbaycanlılar içərisində tələffüz forması Üşəyən. Oradakı Oşağan kəndinin adı ilə mənşəcə eynidir. V əsrə erməni mənbəsində Oşakan kimidir [bax: 111] Ehtimal ki, Altay dillərində (məsələn, buryat-monqol dillərində) oşiq-"külək tərəfindən çox aşınmış dağ suxuru" [120,433] sözündəndir. Bax:Uşağan.

ÖKSÜZ - Amasiya r-nunda kənd adı. 1989-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. 1990-cı ildə kənd ermənicə Darik adlandırlmışdır. Kəndin adı qədim  türk dillərində ökü,ükü-"mağara","sığınacaq","zağa" və sos-"qovaq",yaxud sus-"su çıxan yer" (bax:Sos) sözlərindən ibarətdir. Öksüz oradakı dağın adıdır. Azərbaycanda Yuxarı və Aşağı Oysüzlü (Tovuz r-nu) kəndlərinin adları da mənşəcə Amasiyanın Öksüz toponimi ilə bağlıdır.

ÖKÜZBULAQ - 1728-cci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170,42]. Tezxarab kəndindən yaranmış məntəqənin adıdır (23,84). Əsli Oğuzbulaq.

ÖKÜZDAĞ - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı [133, 193]. Əsli Oğuzdağ. 1728-ci ilə aid mənbədə Oğuz - Taş kimidir  (170, 3).  Azərbaycanın Gədəbəy və Tovuz r-larında Öküzdağ [2, 196] dağ, Laçın r-nunda Öküz qayası, Masallı r-nunda Öküz dərəsi (Ərkivan k.), Lerik r-nunda Öküz təpəsi (Andurma k) və s. adları  ilə mənaca eynidir. Oğuzdağ adının təhrifidir.

ÖKÜZLÜ - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 193]. XIX əsrin sonlarından sonra kəndin adı mənbələrdə çəkilmir. 1728-cci ilə aid mənbədə kəndin adı Oğuzludur [170,19]. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Oğuzlu kənd adı (133, 192) ilə mənşəcə eynidir.

ÖKÜZLÜ - 1728-cci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (21,68). Oğuzlu adından təhrifdir.

ÖRDƏKLİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133]. 1920-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir [170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: er əvVIII əsrə aid Urartu dilində bir mənbədə Urtex kimi qeyd olunmuşddur (bax: 14).

ÖRDƏKLİ - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı [133, 194]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Mənşəcə Göycə mahalında Ördək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

ÖRDƏKLİ - İrəvan əyalətinin Dərəçiçək mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-ccı ilə aid məlumatda kənddə ermənilərin yaşadığı göstərilmişdir (136,64). Qızılbaşların Baharlı tayfasının Ördəkli qolunun (bax: 15) məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə Qars əyalətinin Ördəkli kənd [133] adı ilə mənşəcə eynidir.

ÖRDƏKLİ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı (133, 194). Qızılbaşların Baharlı tayfasının Ördəkli qolunun (15) adındandır.

ÖRDƏKLİ - Ağababa bölgəsində, Arpagölün cənub şərqində xaraba kənd adı (6, 179). 1920-ci ildə kəndin Qarapapax tayfasına mənsub ailələri Türkiyəyə köçmüşdür. Kənd oradakı Ördəkli gölünün adı ilə adlanmışdır. Gölün adı isə orada qışda çöl ördəginin bolluğu ilə əlaqədardır.

ÖRƏNOTBAĞI - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (23,84). Başqa adı "Tez-Ərvan" (yenə orada). Bax: Tez- Ərvan k.

PALIDLI - İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Qukasyan r-nunda) kənd adı (133, 198). 1878-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşmişdir (6, 179). 1978-ci ildə kənd ermənicə Arpeni adlandırılmışddır.

PALIDLI - 1590-cı ildə İrəvan əyalətinin Zebil nahiyəsind kənd adı (169, 332).

PALÇIQLI - 1590-cı ildə Rəvan əyalətinin Abaran mahalında kənd adı [169, 234]. 1728-ci ilə aid mənbədə bu kəndin həm də Qızılviran adlandığı qeyd olunur (23,109).

PALÇIQLI - 1728-ci ildə İrəvan əyaplətinin Dərəçiçək nahiyəsində kənd adı (23, 117). "Başqa adı Alışıq" (yenə orada).

PALU - 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169,92].

PƏKRAN - 1590-cı ildə Rəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı (169, 186).

PAMB - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 198]. Əsli Bam. Onun Pamb kimi yazılışı ("b" səsinin "p" səsilə əvəzlənməsi və "m" səsindən sonra "b" səsinin əlavə olunması erməni dili əsasında baş vermişdir.) Türk dillərində buam "yüksək dağ burnu" [126, 91] sözündəndir. Bəlkə də "Kitabi Dədə Qorqud" eposunun III boyunda çəkilən "Bambam dərə" adı ilə səsləşir.

PAMB - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı (133, 198). XIX əsrin ortalarından sonra adı çəkilmir. Pamb dağının adı ilə adlanmışdır. Bax: Pamb dağı .

PAMBUX - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133, 198]. Əsli Pamboyuq. Türk dilində bom, buam (Bax:Pamb) və oyuq (təbii yarıq, mağara) sözlərindən ibarətdir.

PANA QALASI - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı (159). 1828-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (yenə orada). Kənd yaxınlıqdakı "Pana qalası"nın adı ilə adlanmışdır.

PANİK - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 198). 1728-ci ildən məlumdur [170, 15]. XIX əsrin sonlarından sonra kəndin adı mənbələrdə çəkilmir. XIX əsrdə Qars əyalətində Panik (kənd) və Şimali Qafqazda Kuban əyalətində Panik (kənd) adları ilə (133, 198) eynidir. Mənası məlum de-   yil.

PANİSLU - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı [133, 198]. XIX əsrin 80-cı illərinə aid məlumata görə kəndin əhalisi erməni idi (103, 162). Həmin mənbədə Panoslu kimidir (yenə orada). XIX əsrin sonlarından sonra kəndin adı mənbələrdə çəkilmir.

PARAĞA - İrəvan quberniyasının Novobayazid qəzasında Pəmbəkdağ silsiləsində zirvələrdən birinin adı (136,2).

PARAKAR - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması Pərəkər. Şirabad da adlanmışdır ((133, 199). XVII əsrin ortalarından məlumdur [150, 117]. Ararat vilayətinin hakimi Əmirqunə xanın [1605-1625]. Şərqi Anadoludan köçürüb gətirdiyi ermənilərin yerləşdirdiyi kəndlərdəndir [135,70]. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində,Qars və Çorak bölgələrində yerləşən Parqar dağının (inli bu dağ sistemi Barkal adlanır) adındandır. Erməni mənbələrində Parxar dağı kimi XI əsrdən məlumdur [142, 97]. Erməni tarixçiləri bu adı ermənicə hesab edirlər,halbuki Orta Asiyada Yuxarı Zərəfşan (Tacikistanda) bir əyalət VIII əsrdə Parqar adlanırdı. (O.İ.Smirnova. Karta verxovev Zarafşana pervoy çetverti VIII veka. "Stranı i narodı Vostoka". Vıp. II, M. 1961, S. 223-225). XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Pyatiqorsk nahiyəsində Perkal dağı, Kuban əyalətinin Maykop dairəsində Barkal xutoru, Dağıstan əyalətinin Qazıqumuq dairəsində Perkaludaq [133] toponimləri ilə mənaca eynidir. Qars əyalətinin Oltin qəzasında Paragüldağ və Naxçıvan qəzasında  Paradaş (133, 199) toponimləri də bu sıraya aid edilə bilər.

PARAKƏND - İrəvan xanlığının Talin mahalında kənd adı [159]. 1830-ccu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şirakel nahiyəsində Parakəndi kimidir. [170, 29]. "Başqa adı Qüzeykənd" (yenə orada). Kəndin adı fars dilində para,"kəndin aralı hissəsi","bostan və əkin üçün torpaq sahəsi" (145, 108) (bax: Əskipara) və kənd sözlərindən ibarətdir.

PARAKUNAK - XVIII əsrin ortalarında İrəvan əyalətinin ermənicə Qeqarkun adlandırılan Göycə mahalında kənd adı [150, 360]. Azərbaycanca para "(kəndin) hissəsi" və türkcə kunak   sözlərindəndir.

PARALUQ - İrəvan əyalətinin Aleksandropol qəzasında xaraba kənd adı (133, 199).

PARKİS - XVIII əsrin ortalarında İrəvan əyalətinin Göycə mahalında kənd adı [150, 360].

PARMAR - İrəvan əyalətinin İrəvan qəzasında aşırım adı (133, 199).

PARNAVUT - İrəvan xanlığının Dərəkənd- Parçenis mahalında kənd adı [159].  XX əsrin əvvəllərinə aid məlumatda Parnaut kimidir (133, 199). XIX əsrin sonlarından sonra mənbələrdə çəkilmir. Mənası məlum deyil.

PARPİ - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

PARPİ - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Yerli tələffüz forması Parbi. XX əsrin əvvəllərinə aid mənbədə də Eçmiadzin qəzasında Parbi kimidir (133, 199). V əsr erməni  tarixçisi Lazar Parblının doğulduğu kənddir. İlk dəfə V əsrdə adı çəkilir. 1728-ci ilə aid mənbədə kəndin Abdulla Əhməd oğluna məxsus olduğu göstərilir (23,85). Orta əsrlərdə kənddə Azərbaycan türkləri də yerləşmişdir. 1886-cı ildə kəndin əhalisi erməni və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. XIX əsrdə Qars əyalətində Par-qadan (kənd), Parqet (kənd), Naxçıvanda Pardıx (dağ) adları ilə (133, 199) ehtimal ki, mənaca eynidir.  Mənası məlum deyil.

PARÇALIGÖL - 1728-ci ildə İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [170,17].

PARÇENİSQALAÇA - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı (159). XIX əsrin ortalarından sonra çəkilmir. Kəndin adı " Qalaça yaxınlığındakı Parçenis" mənasındadır. 1728-ci ilə aid mənbədə "Pareçi-kənd" kimi qeyd olunmuşdur [170,3]. Həmin mənbədə Parçi kəndinin adı da vardır [170,4]. 1728-ci ilə aid mənbədə Naxçıvan əyalətinə Aşağı Parçı, Yuxarı Parçi və Parçi Vayxır kənd adları çəkilmişdir. (23,37 və 67). Şərur r-nunda Vayxır kəndi 1728-ci ilə aid mənbədə həm də Parçi- Su adlanmışdır. (yenə orada). Parçenis "Parçi" kənd adının ermənicə yazılışı formasıdır ("Vardenis" adı kimi,ermənicə vard-"gül","çiçək" sözündən). Bax Aştarak.

PARÇENİSXARABA - İrəvan xanlığının Dərəkənd- Parçenis məhəlında kənd adı [159]. "Xarabalıq yaxınlığındakı Parçenis " mənasındadır.

PARÇİ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 199).

PATRİNC - İrəvan xanlığının Karbibasar mahalında kənd adı (159). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1949-cu ildə kənd ermənicə Voskehat adlanmışdır. 1590-cı ilə aid mənbədə Batrınc [169,84], 1728-ci ilə aid mənbədə isə kəndin adı Batrinci kimidir [170,3]. Ehtimal ki, toponimi naməlum Bat və arınc (bax) sözlərindən ibarətdir.

PAŞADÜZ - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. 1832-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Paşa şəxs adından və düz (düzən) sözündən ibarətdir. Kənd yarandıqda " Paşa düzü" yerinin adı ilə adlanmışdır.

PAŞAKƏND - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı (133, 200. Digər adı Dəli Paşa (yenə orada). 1918-ci ildə kənddə ermənilər lə yerləşmişdi [20,207]. 1935-ci ildə kənd ermənicə Marmarik adlandırılmışdır. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür.

PAŞAKƏND - İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı (133, 200). Digər adı Məmməd Ağalı (yenə orada).

PAŞALI - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 200). 1728-ci ildən məlumdur (23,60).Həmin mənbədə kənddə üç müsəlman (azərbaycanlı) kişinin yaşadığı göstərilir (32,315).  1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd Əzizbəyov,1957-ci ildə Zarişat adlandırılmışdır.

PEHAN - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı [170, 161]. 1727-ci ilə aid  başqa məlumatda Pehin kimidmr (32,331). Mənbədə kənddə cəmi 2 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur (yenə orada). XIX əsrin ortalarında Yelizavetopol quberniyasının Zəngəzur qəzasında Peyqan kimidir (133, 200).  Pəyhan Gigili tayfasının (bax: Gəgəli) qışlarından birinin adı idi (103, 150). Ehtimal ki, Türkiyədə Boxtan əmirliyində Piykan türk tayfasının (90, 77) adındandır. 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə bir hissəsi geri qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. XIX əsrdə Qazax qəzasında  Peykanlı kənd adı ilə (133, 200) mənşəcə eynidir.

PEÇENEKLİ - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı(170, 3).  Qədim türk mənşəli peçeneq  tayfasının adını əks etdirir.

PƏDİK - Tumanyan r-nunda kənd adı. Digər adı Pendik [23, 310].  Qədim adı Qızıldaş. Alaverdi mis mədənləri ilə əlaqədar olaraq yaranmış qəsəbə adı. Qəsəbədə azərbaycanlılarla yanaşı yunanlar və ermənilər də yaşamışlar. 1939-cu ildə Şamlıq qəsəbəsi ilə birləşdirilmişdir. XIX əsrdə Şim. Qafqazda Kuban əyalətində Pedika kənd adı ilə (133, 200) eynidir.

PƏYƏDƏRƏ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında qışlaq adı [133]. XX əsrin əvvəllərində kənd dağılmışdır.

PƏMBƏK - İrəvan xanlığının Abaran mahalında kənd adı. 1831-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır, [159]. Pəmbək dağının adındandır. Dağın adı ilə Quqar və Hamamlı rayonlarının ərazisi orta əsrlərdə Pəmbək mahalı  adlanırdı.

PƏMBƏK - İrəvan quberniyasının Aleksandropol qəzasında (Basar-Keçər r-nunda) kənd adı (133, 31). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı "Quşçu dərəsi". Bax: Pəmbək dağı.

PƏMBƏK - Ermənistanın ərazisində dağ adı. Oradaki Azərbaycan türklərinin yaylaq yerlərinin yerləşdiyi dağlardandır. Türk dillərində buam, "çay dərəsində hündür sıldırım qaya","çay dərəsində hündür dağ burnu" sözünün bəzi türk dillərində ( məsələn,qırqız dilində) buam kimi tələffüzdən (bax:126,91) və bək-"təpə" sözündən ibarətdir. XIX əsrdə Kuban əyalətində Pambak dağ adı (133, 30) ilə mənaca eynidir.

PƏMBƏKÇAYI - Mənbəyini Maymaq, Boz Abdal, Bayatdağ və b. alan çayın adı. Uz. 86 km. Pəmbək dağının və Pəmbək dərəsinin adındandır.

PƏRLİ - İrəvan quberniyasının Sürməli qəzasında çay adı [133]. Bax: Pirlu.

PƏRSİ - İrəvan xanlığının Seyidli-Axsaqlı mahalında (XIX əsrdə Eçmiadzin qəzasında - 133, 201) kənd adı. 1919-cu ildə kəndin əhalisi qovulmuşdur. 1926-cı ildə kənddə Türkəyədən gəlmə ermənilər yerləşmişlər. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində  Persi kimidir (170, 48).1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Pərsi kəndi qeyd olunur [170, 48]. XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Persa,Kutais quberniyasının Kutais qəzasında Persati [133, 201], Azərbaycanın Daşkəsən r-nunda Vərsi-Yal dağ adı (əsli Bərsi-Yal) toponimləri ilə mənşəcə eyni olsa da,mənası məlum deyil.

PİNALDAQ- İrəvan quberniyası Novobayazid qəzasında dağ adı (136, 2).

PİR - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında xarabalıq adı (133, 203).

PİRAĞAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.

PİRAĞAN - İrəvan quberniyasının Sürməli qəzasında qışlaq  adı [133, 202]. Digər adı Güngörməz Eçmiadzin qəzasında Pirağan (133, 202).. Şamaxı r-nunda Piraxan toponimi (133, 202) ilə mənaca eynidir. Dağ Pir-Aqan (Əsli Pir Ohan) xristian ziyarətgahının adı ilə adlanmışdır.

PIRAYAĞI - İrəvan quberniyasının Karbibasar mahalında kənd adı [159]. XX əsrin əvvəllərində kənd dağılmışdır. 1590-cı ilə aid türkcə mənbədə Pir-Əkək kimidir [169, 70]. Kəndin indiki adı "Pir Əkəki" adının təhrifidir. Oradakı Pir Akagi xristian ziyarətgahının adındandır.

PİRQAYİB QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Vedi nahiyəsində qışlaq adı. Digər adı Qayçı [170, 10].

PİRDAVİDAN - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133]. XIX əsrə aid rusdilli ədəbiyyatda bu ad təhrif olunmuş şəkildə Pir-Todan kimi yazılırdı. Erməni tarixçilərinin buranın binadan erməni kəndi olduğunu iddia etmələri ağ yalandır. XIX əsrin ortalarında 30 evdən ibarət kənddə 130 azərbaycanlı yaşayırdı [103,162]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1950-ci ildə kənd Kaçalan qəsəbəsinə birləşdirilmişdir [20,153]. Azərbaycan xalqının tarixi ilə bağlı maraqlı toponimdir. Kənd oradakkı Pir-Cavidan ziyarətgahının adı ilə adlanmışdır. Xürrəmilər hərəkatının başçısı Cavidanın (807-816) qəbri orada yerləşirdi.

PİRDAĞ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı [133, 202].

PİRDAĞ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında dağ adı (133, 202).

PİRDAĞ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı (133, 202).

PİRDƏMİR - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı (159). XIX əsrin sonlarından sonra mənbələrdə kəndin adı çəkilmir.

PİRİ - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı. (23,49). Mənbədə kəndin oradaki Dəlilər kəndindən yarandığı qeyd olunur (yenə orada).

PİRİ - 1590-ccı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı (169,94].

PİRİQIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində qışlaq adı (23,127).

PİRƏMƏNİ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kənd oradakı "Pirməni" ziyarətgahının adı ilə adlanmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qafan nahiyəsində Pir kimidir [170,9].

PİRƏHMƏD ABDAL - 1590-cı ildə Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı [169,210].

PİR DƏRVİŞLİ - 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində Kərəclu kəndinə məxsus məzrənin adı (23, 113).

PİRLU - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 202]. 1828-ci ilə aid mənbədə Pirlu kimidir [170].

PİRMƏZRƏ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. XIX əsrin ortalarında Purxud (Furxud) kəndindən yaranmış məntəqə idi (103, 164). 1828-1829-cu illərdə İrandan gəlmə ermənilər kənddə yerələşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1918-1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1949-cu ildə kənd ermənicə Katnarat adlandırılmışdır. "Pir olan yerdə məzrə (əkin yeri)" mənasındadır.

PİRMƏLƏK - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 202). 1828-1832-ci illərdə kəndin əhalisi qovulmuşdur. Sonra əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən məskunlaşmışdır. 1918-ci ildə kəndin əhalisi yenidən qovulmuş və 1915-1918-ci illərdə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1935-ci ildə kənd ermənicə Areq adlandrılmışdır. Kənd oradakı "Pirmələk" pirinin adı iləç adlanmışdır.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin