ErməNİstanda azərbaycan məNŞƏLİ



Yüklə 1,02 Mb.
səhifə5/15
tarix18.01.2017
ölçüsü1,02 Mb.
#5785
1   2   3   4   5   6   7   8   9   ...   15

PİRİLƏR - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169,226].

PİRLİDƏK 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı (23,122) "heç kim yaşamır" (yenə orada).

PİRNAQUT - 1727-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı (32,33).Mənbədə kənddə 5 müsəlman və 8 xristian ailəsinin yaşadığı qeyd olunur (32,243). XIX əsrin 80-cı illərinə aid mənbədə Pirnaut kimidir (103, 162). 1828-1829-cu illərdə İrandan gəlmə ermənilər yerləşdirilmiş və azərbaycanlılar qovulmuşdur. Ermənicə Prnakot kimidir (103, 10).

PİRPOLAD - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Əsli Pir Palıd. Kənd oradakı "Pir Palıd"ziyarətgahının adı ilə adlanmışdır.

PİRSAX - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 202). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Kənd oradakı "Pir Saq" ziyarətgahının adı ilə adlanmışdır.

PİRTİKAN - İrəvan xanlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sonralar əhali geri qayıdaraq yenidən məskunlaşmışdır. XIX əsrin axırına aid məlumatda çəkilir (133, 202).

PİRTİKAN - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba kənd adı [133].

PİRUS - 1590-cı ildə Rəvan əyalətinin Zar nahiyəsində kənd adı (169,26).

PİRXARAB - 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı (170,44).

PİRHƏSƏNLİ - 1727-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı (32,311). Mənbədə qeyd olunur ki, kənddə heç kim yaşamır. (Türkiyə İrəvan əyalətini tutduqdan sonra işə qızılbaş əhali kəndlərdən köçüb getməyə məcbur idi). Pürhəsənli yazılış forması da var (23, 60).Kəngərlərin Pirhəsənli tayfasının adını əks etdirir. Türkiyədə bir kürd tayfasının Pirəsəni adlandığı da məlumdur (90, 19).

POLAD - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda kənd adı [133]. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Polad Ayrumdur (133, 204). Ayrumların (bax: Ayrum). Həmin qəzada Poladçayı (133, 204) kənarında məskunlaşmış hissəsinin adıdır.

POLADLI - 1590-cı Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169,270].

POLADCIQ - 1590-cı ildə Rəvan əyalətinin Talin mahalında kənd adı [169,249].

PONUS - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169,223].

POR - İrəvan xanlığının Dərələyəz mahalında kənd adı (159). 1728-ci ilə aid mənbədə Dərələyəz nahiyəsində qeyd olunmuşdur (23,60). Mənbədə kənddə təkcə bir (azərbaycanlı) evli kişinin (Məhəmməd Əli oğlunun) yaşadığı qeyd olunmuşdur (32,313). 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra ermənilər yerləşmişdir. Sonra Azərbaycan türklərinin az hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşasalar da tədricən sıxışdırılıb çıxarılmışdır. Mənası məlum deyil.

PORSUQLU - İrəvan əyalətinin Abaran mahalında kənd adı. İlk dəfə 1590-cı ilə aid mənbədə Porsuq-köydür [169,235]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. Kənd qışlaq əsasında yaranmışdır [170]. Qışlaq isə "Porsuqlu" yerinin adındandır.

PORTAK - XVIII əsrin ortalarında Göycə mahalında kənd adı [150,361].

PULAĞALI - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı [133].

PULKƏND - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı (133, 207).1727-ci ilə aid mənbədə Pul kimidir (32,253). Həmin mənbədə kənddə 6 xristian (xristian albanlar nəzərdə tutulmalıdır) ailəsinin yaşadığı qeyd olunur (yenə orada). XIX əsrin 80-cı illərinə aid mənbədə də Pul yazılmış (103, 164) və kəndin əhalisinin tatar (azərbaycanlı) olduğu göstərilmişdir.1917-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Fars dilində pul (pol) "körpü" sözündəndir.

PULURDAQ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında dağ adı (133, 207). XIX əsrdə Qars əyalətinin Oltin qəzasında Pulur kənd adı (yenə orada) ilə  mənşəcə eynidir. Mənası məlum deyil.

PUMBA - İrəvan quberniyasının Sürməli qəzasında dağ adı.

PUNUT - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 203]. XIX əsrin ortalarından sonra adı çəkilmir. Azərbaycanda Bunut (Oğuz r-nu) kənd adı ilə mənşəcə eynidir. Mənası məlum deyil.

PUPYUT - İrəvan xanlığının Vedibasar mahalında kənd adı (159). 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

PUR - 1590-ccı ildə Rəvan əyalətinin Bazarçayı nahiyəsində kənd adı [169,156]. 1728-ci ilə aid mənbədə bu kənd Dərələyəz nahiyəsində qeyd olunur [170,15].

PURTAQ MƏZRƏSİ - 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı. Digər adı Tahirviranı [169,55].

PURÇA - İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ehtimal ki, Kiçik Asiyada orta əsrlərdə mövcud olmuş Bursa qalasının (bu qalanı 1322-ci ildə Osman Qazi tutmuşdu) adındandır (bax: 34, 60).

PUSAKAN - İrəvan xənlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159].

PUTA - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd ddağılmışdır.

PUTQİN - İrəvan xanlığının Qırxbulaq mahalında knd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir.

PUŞADİZ - 1727-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı (32,Zən). Mənbədə kəndin həm də Daylaqlı olduğu qeyd olunmuşdur (32,304). Bax:Daylaxlı.

PUŞAN - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi ErmənistanınSisyan mahalında) qışlaq adı. XX əsrin əvvəllərində kənd dağılmışdr.

PUŞANLI - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XIX əsrdə Zəngəzurda yaşamış Puşanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. XIX  əsrin ortalarında bu tayfa 7 qışlaqda (Vəjnəri, Daşbaşı, Pəri-Bərtaz, Pərgi, Sanalı,Tarnavuş və Ulab) yaşayırdı (103,164).

PUŞGAH - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Kənd ermənicə Ayqedzor adlandırılmışdır.

PÜRÜLÜ - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133, 202]. Mənbədə Pirilu kimimdir (yenə orada).  1918-ci ildə kəndin əhalisi qovulmuş, 1922-ci ildə bir hisəsi geri qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi yenidən qovulmuşdur.

PÜSYAN - 1723-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı (23, 150). XIX əsrin I yarısında Naxçıvan və Zəngəzur bölgələrində yaşamış, Babalı, Sultanlı, Zodbanlı və Potanlı qollarından ibarət olmuş kürd mənşəli tayfadır (103, 13).

PÜSYAN - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı (133, 207).

PÜSƏK - Yelizavetopol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 207]. 1590-cı ilə aid  mənbədə Pisək (169, 364) XX əsrə aid məlumatda Pusyak (133, 207) kimidir. Orta əsrlərdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının bir qışlağının (bax: Acıbac) adıdır (103, 166). Bax: Pisək. XX əsrin 30-cu illərində kənd dağılmışdır.

RAMAZANABAD - İrəvan xanlığının Sürməli mahalında kənd adı [133]. Digər adı Rəhmətəbad [150]. XIX əsrin ortalarından sonra kəndin adı mənbələrdə çəkilmir. Ramazan şəxs adından və abad sözündən ibarətdir. Kəndin adı Anadoluda orta əsrlərdə (1378-1563) hakimiyyətdə olmuş Ramazanoğlu sülaləsinə də aid edilə bilər.

RASİDLİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı (23,68).

RAÇDAR - İrəvan quberniyasının Eçmiadzzin qəzasında kənd adı [133]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.

RAŞPARA - İrəvan xanlığının Sərdərabad mahalında kənd adı [159]. 1830-cu ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ərəb dilində ras-"zirvə","dağ burnu" və farsca para əkin və bostan üçün torpaq sahəsi (145,108) sözlərindəndir.

RAŞPARAÇARXAN - İrəvan xanlığının Sərdarabad mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə kəndin adı çəkilmir.

REYHANLI - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. 1919-cu ildə əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1935-ci ildə Kalinin adlandırılmışdır.

REYHANLI - İrəvan xanlığının Vedibasar mahalında kənd adı (159). 1728-ci ildə mənbədə Vedi nahiyəsində Reyhanlu kimi qeyd olunmuşdur (23,52). Sarıbaş-Yurdu da adlanmışdır (20,230). 1918-1919-cu illərdə azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Haykavan adlandırılmışdır. 1948-ci ildə kəndin az miqdar azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. 1728-ci ildən məlumdur [170,10]. Səlcuq oğuzlarının Anadoluda yaşamış Boyat tayfasının 300 çadırlı Reyhanlı qolunun [34, 232-233] məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir.

RƏBATİ AĞCAQALA - 1590-cı ildə  İrəvan əyalətinin Ağcaqala nahiyəsində kənd adı [169,189]. Ərəbcə rabat-”sərhəd hərbi məntəqəsi" (145,176), "din uğrunda mübarizlərin istehkamı, dayanacaq yeri" (V.V.Bartolğd. III, s.119) sözündəndir.

RƏVAZLI - Yelizavetopol (Gəncə) quberniyasının Qazax qəzasında  (indi Ermənistanın İcevan r-nunda) kənd adı. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. 1967-ci ildə kənd ermənicə Ditavan adlandırılmışdır. Rəvazlı kəndin əsasını qoymuş nəslin adıdır.

RƏNDAMAL - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159].  XX əsrin əvvəllərinə aid mənbədə Rındamal kimidir (133, 212). XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və ermənilər məskunlaşmışdır. 1886-cı ildə kəndin əhalisi ermənilərdən ibarət idi. XVIII əsrdən məlumdur [150, 361]. Ərəbcə mal “malikanə”, “mülk” (145, 139) (Yasamal və Ziqdəmal toponimlərində olduğu kimi) sözlərindən ibarətdir. Qazax r-nunda Aq-Mollaçal dağının (rəng bildirən aq, türk dillərində mola “məzar”143, 2125- və cal “yal” sözlərindən) adındakı molla” (əsli “mola”) sözü ilə əlaqəsi yoxdur. Qazaxıstanda Kara Mola (“Qara məzar”) toponimi barədə bax: 108, 122.

RƏNCBƏR - İrəvan xanlığının Zəngibasar mahalında (bax: 159). XIX  əsrdə  Eçmiadzin qəzasında  (133, 209) kənd adı. Digər adı Şorlu Kolanısı. 1988-ci ildə kəndin əhalisi qovulmuşdur.

RƏSULQIŞLAQ - İrəvan quberniyasının Şərur-Dərələyəz mahalında qışlaq adı. XIX əsrin sonlarında dağılmışdır.

RƏSULLU - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133]. 1728-ci ildən məlumdur [170, 19]. 1828-1832-ci illərdə kəndin əhalisi qovulmuş və kənd dağılmışdır.

RƏHİMABAD - İrəvan xanlığının Sərdarabad mahalında kənd adı [159]. Digər adı Molla Bədəl (yenə orada). 1828-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır (159).

RƏHİMABAD - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. 1988-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur.

RƏHMANKƏND - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra İrəvan quberniyasının Novobayazid qəzasında kiçik məntəqə idi (136, 32). Kəndin digər adı Əfəndikənd olmuşdur (133, 209). XIX əsrin sonlarından sonra məlum deyil.

RƏŞİDƏLİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

RƏŞİDƏLİ QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində qışlaq adı [170, 19].

RUS GƏRGƏRİ - İrəvan əyalətinin Cəlaloğlu r-nunda kənd adı. 1988-ci ildə kəndin əhalisi qovulmuşdur. Əsli Rus Qarqarı, yəni “Rus kəndi yaxınlığındakı Qərqər kəndi”. Qədim türk mənşəli Qarqar tayfasının adını əks etdirir. Bax: Gərgər.

RÜSTƏMLİ - 1728-ci ildə İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 19].

SAAT - 1590-cı ildə Rəvan əyalətinin Abnik nahiyəsində kənd adı [169, 254].

SAATLI - İrəvan xanlığının mahallarından birinin adı [159]. XIV əsrdə Ağqoyunlu hakimi, Ararat əyalətinin əmiri Əmir Saadın adı ilə Arpaçayın  aşağı axarı və Arazın sol sahili “Çuxur Saad” (XVI əsrə aid mənbədə “Çoxur Saad” [160, 174] (ermənicə “Sahatapos”), ona tabe türk tayfaları Saadlı (sonralar Saatlı) adlanmışdır. XVII əsrə aid erməni mənbəyində “Sad ölkəsi” [57, 50]. XVI əsrdə bu əyalət Dərəçiçək, Abaran (Niq) və Şirakel mahallarına ayrılmışdır [135, 50]. 1431-ci ildə Qaraqoyunlu hökmdarı İsgəndər saatlıların hakimiyyətinə son qoyduqdan sonra bu tayfa İrəvan əyalətinə keçmiş, bir hissəsi Qazax mahalına, oradan 1756-cı ildə Qarabağa köçmüşdür. XIX əsrin əvvəllərində Qarabağda 15 ailədən ibarət Saatlı eli yaşayırdı (bax: 78). Azərbaycanda Saatlı, Gürcüstanda Dmanisi r-nunda Saatlı toponimləri mənşəcə bu tayfanın məskunlaşması nəticəsində yaranmışdır.

SAATLI - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində Sınıq körpü (başqa adı Bigəmli) kəndinə məxsus məzrənin adı (23, 98).

SAAT MƏZRƏSİ - 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 93].

SAATLI - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133]. 1728-ci ildən məlumdur [170, 20]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Saatlı tayfasının adındandır.

SAATLI SABUNÇU - 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində kənd adı (23, 49).

SABANÇI - Talin r-nunda kənd adı. Digər adı Kotanlı olmuşdur. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Hatsaşen adlandırılmışdır. Türk dillərində saban-”kotan” sözündəndir.

SABAT - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı. Erməni mənbələrinin birində “Ararat ölkəsinin bəylərbəyi” adlandırılan Əmirqunə xanın (1605-1625) Şərqi Anadoluya hərbi səfəri zamanı köçürüb gətirdiyi erməni ailələrinin yerləşdirildiyi kəndlərdəndir [135, 70].  Ehtimal ki, ərəb dilində sevad "şəhərətrafı malikanə" (145, 186) sözündəndir.

SABUNÇU - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 213]. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xınzirək nahiyəsində qeyd olunmuşdur (23, 48). 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1949-cu ildə azərbaycanlı əhali köçürülmüşdür. 1978-ci ildə kənd ermənicə Araksavan adlandırılmışdır. Türk mənşəli Sabunçu tayfasının adını əks etdirir. XIX Qars əyalətinin Kaqızman dairəsində Sabunçi (133, 213), 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində Sabunçu [170, 64] və Qarni nahiyəsində Sabunçulu [170, 9] kənd adları ilə mənşəcə eynidir. Sabunçu tayfası ilk dəfə 1588-ci ilə aid mənbədə Gəncə sancağının Kürəkbasan nahiyəsində “Sarı-Sabunçu eli” kimi məlumdur [167, 219]. 1728-ci ilə aid mənbədə isə Sarı-Sabunçu adlı camaat adı Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində çəkilir [31, 160]. Azərbaycanda Sabunçu (Abşeronda) və Xanlar r-nu Fatılı kəndi yaxınlığında “Sabunçu dərəsi”, Qax r-nu Qıpçaq kəndi ərazisində Sabunçu kənd xarabalığı və bu xarabalığın adı ilə “Sabunçu arxı” adları ilə mənşəcə eynidir. Geniş məlumat üçün bax: 39.

SABUNÇU - İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı [133, 213]. Sabunçu tayfasının adındandır.

SABUNÇU - İrəvan quberniyasının Eçmiadzin qəzasında xaraba kənd adı (133, 213).

SABUNÇU - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı (23, 94).

SAVRALI - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı (23, 125).

SAQAGİRD - 1590-cı ildə Rəvan əyalətinin Karbi nahiyəsində kənd adı [169, 94]. Türk dillərində saqa “uzun əyri çökəklir”, “dağ ətəyi”, “çay ağzı” (26, 491) və gird “qala” sözlərindən ibarətdir.

SAQQALTUTAN - İrəvan quberniyasının Eçmiadzin qəzasında qışlaq adı (133, 214). XIX əsrdə Qars əyalətində Sakaltutan (dağ), Cavanşir qəzasında Saqqaltutan (qaya), Qazax qəzasında Saqqal-qızılqaya (dağ), Yelizavetopol qəzasında Sakkaltəpə (təpə) adları ilə (133, 215) mənaca eynidir.

SAQMOSAVƏNG - 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı (23, 102).

SAQMOSAVƏNG - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 213]. Orta əsrlərdə əhalisi qarışıq yaşayan kəndlərdən olmuşdur. İlk dəfə XVII əsrə aid ermənicə mənbədə adı çəkilir [150, 365]. 1886-cı ildə kənddə azərbaycanlılar və ermənilər yaşayırdı. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Ermənicə Saqmos “Zabur” və vəng-”kilsə” sözlərindən ibarət Saqmosavəng monastırının adındandır.

SAQSAĞAN - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [159]. XIX əsrdə Zəngəzurda Saqsağan dağı, Kəlbəcər r-nunda Sağsağanqaya, Əsgəran, Laçın və Şuşa r-nlarında Sağsağan dağ, Qazax r-nunda Sağsağandərə, Qarabağ dağ silsiləsinin şim.-şərq qolu olan Sağsağan sıra dağ adları ilə eynidir. Bu dağ adlarının  sağsağan quşu ilə əlaqədar olması ağlabatan deyil.

SADAXLI - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba kənd adı [133, 214]. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı (23, 94). Qədim türk mənşəli Sadak tayfasının adını (bax: 79) əks etdirir. XIX əsrdə Tiflis quberniyasının Duşet qəzasında Sataq-Uri [133, 221], Gürcüstanda və Azərbaycanda çoxlu Sadaqlı və Sadıxlı kənd adları ilə mənşəcə eynidir.

SADİBAĞLI - Tumanyan r-nunda kənd adı. 1935-ci ildə kənd Çkalov adlandırılmışdır. Əsli: Sadibəyli.

SADIQLI - İrəvan xanlığının Talin mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Sadağlı tayfasının adındandır.

SADIQLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd adı (133, 214). XIX əsrin ortalarında qəzadakı Qarağaclı (Qaraqaşlı) kəndindən yaranmış obadır (103, 156). Sadıq obada yaşayan tirənin başçısı olmuşdur. Mənbədə Sadıxlu kimidir (yenə orada).

SADIQLI - 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [170, 61]. XVIII əsrin ortalarına aid ermənicə mənbədə kəndin adı Sadıqlı kimidir [150, 209]. Qədim türk mənşəli Sadak tayfasının adını əks etdirir.

SAYBALI - Kamo r-nunda kənd adı. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd Sarnakunk adlandırılmışdır.

SAYBALI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı [133]. 1919-cu ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşmişdir. 1946-cı ildə kənd ermənicə Sarnakunk adlandırılmışdır. Kəngərlərin məskunlaşması nəticəsində yaranmış kəndlərdəndir.

SALAMƏLEYK - 1590-cı ildə Rəvan əyalətinin Zar nahiyəsində (169, 328), 1728-ci ilə aid mənbədə Zarzəmin nahiyəsində (23, 120) kənd adı. XVII əsrə aid ermənicə mənbədə Salamalik kimidir [150, 360]. XIX əsrdə Borçalı qəzasında Salamaleyk dağ adı (133, 216) ilə mənaca eynidir.

SALAMLUK - 1728-ci ildə İrəvan əyalətinin Məzrə nahiyəsində kənd adı [170, 15]. XVIII əsrin ortalarında ermənicə mənbədə Salamalik kimidir [150, 360].

SALAHLI - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (indi Ermənistanın İcevan r-nunda) kənd adı. (133, 216). 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

SALBARTON - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində yaylaq adı (23, 150). “Əvvəllər burada Kəngərli eli yaylayırmış” (yenə orada). Monqolca salbar "şaxələnmiş" və türkcə  ton "təpə" sözlərindən ibarətdir. Azərbaycanda Salvartı dağ adı ilə mənaca eynidir.

SALDAŞ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) dağ adı. Dağın adı Azərbaycan dilində sal-”hamar”, “bütöv və iri hamar qaya”, “sıldırım qaya” və daş (qaya) sözlərindən ibarətdir. Azərbaycanda Ağsal (Şərur r-nu), Baysal (yenə orada), Saltaq (yenə orada), Salavat (sal və qədim türkcə bət-”səth”, “üz”, “aşırım” sözlərindən), Salağıl (Babək r-nu), (sal və ağıl sözlərindən) dağ adları ilə mənaca eynidir. XIX əsrin ortalarında Zəngəzur qəzasında yaşayan Sofulu tayfasının qışlaq-larından (bax: Acıbac) biri bu dağın adı ilə Saldaş adlanırdı (103, 166).

SALDAŞINLI QIŞLAĞI - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində qışlaq adı (23, 130). “Başqa adı Qazıkənd” (yenə orada).

SALDAŞLI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan mahalında) kənd adı (133). 1906-cı ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Saldaş dağının adındandır. Bax: Saldaş.

SALDIBULAQ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı (133, 216). XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Əsli Sallıbulaq yəni “sal qayada olan bulaq”.

SALİHİ - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 15]. XIX əsrin əvvəllərində Naxçıvan əyalətində yaşamış Kəngərlərin Səleykə tayfasının (153, 32) adındandır.

SALKUT - XVIII əsrin əvvəllərində İrəvan əyalətində kənd adı [150, 360]. Ermənicə mənbədə kəndin Qeqarkuni mahalında yerləşdiyi qeyd olunur (yenə orada). Kəndin adı türk dillərində sal-”hamar qaya”, “daş” və kut sözlərindən ibarətdir. Kut sözünün bu toponimdə dəqiq mənasını müəyyən etmək çətindir. Monqolca xut “düşərgə”, türk dillərində kot “quru otlaq” [143, II, 1605], kut “qalmaq yeri”, “gəliş yeri” [143, II, 1991] mənalarındandır.

SALLI - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı [133, 216]. 1728-ci ildən məlumdur (32, 291). Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir (yenə orada). Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Mənşəcə hunların Sal tayfasının adını əks etdirir. Bu tayfanın adı Zal formasında VI əsrdən məlumdur. Bizans tarixçisi Menandr zalların Şimali Qafqaz çöllərində avarlarla müharibə etdiyini qeyd edir (Vizantiyskie istoriki, SPB., 1961, S. 324). Ehtimal ki, avarların ya da xəzərlərin tərkibində bu tayfa Ermənistan ərazisinə gəlmişdir. Azərbaycanda Salyan, Şimali Qafqazda Sal stepi və s. toponimlərdə iz qoymuşdur (Sal tayfası barədə bax: M.İ.Artamonov. Oçerki drevneyşey istorii Xazar. L., 937, s. 27-28).

SALMAN - İrəvan quberniyasının Aleksandropol  qəzasında dağ adı (133, 216).

SALMANAB - İrəvan xanlığının Göycə mahalında kənd adı [159]. XIX əsrin ortalarından sonra mənbələrdə bu kəndin adı çəkilmir.

SALMANSARAY - 1590-cı ildə Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 225].

SALUT - İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı [133, 216]. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Sal tayfasının adından (bax: Sallı) və türk dillərində cəm bildirən "t" şəkilçi-sindən ibarətdir.

SALÇI - 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı (23, 60). Mənbədə qeyd olunur ki, kənddə adam yaşamır. (şiə olduqlarına görə əhali köçüb getmişdir) (32, 311).

SAMAQAR - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 217]. 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində qeyd olunmuşdur (23, 47). XIX əsrin 70-ci illərində kəndin əhalisi erməni idi. 1978-ci ildə kənd ermənicə Qeqakert adlandırılmışdır. Əsli Sovməqar. Ərəbcə soumə (azərbaycanca sovmə) “ibarətgah”, “monastır”, “ucu şiş "tikinti”, “minarə” (Bartold V.V. Soç. tom II, ç. 2, s. 228). və ərəb dilində qar-"maqara" sözlərindən ibarətdir.

SAMADƏRVİŞ - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 217]. 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində Samdərviş kimidir (23, 110). XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə Yezid kürdləri yerləşdirilmişdir. 1940-cı ildə kənd ermənicə Çknax adlandırılmışdır. Əsli: Sovmə-Dərviş, yəni “Dərvişlərin sovməsi”. Bax: Dərvişqıran. Türkiyədə XIX əsrdə Sama-Qovcuq toponimi ilə [83, 263] mənaca eynidir.

SAMURLU - İrəvan quberniyasınnı Aleksandropol qəzasında (indi Qukasyan r-nunda) kən adı (133, 217). 1890-cu ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Sarapat adlandırılmışdır. Qədim türk mənşəli Samur tayfasının adını əks etdirir [bax: 78, 68]. Azərbaycan-Dağıstan sərhəddində Samur çayının (ilk dəfə çayın adı 1386-cı ildən məlumdur) [33, 10] adı ilə mənşəcə eynidir.

SANALI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. Orta əsrlərdə Zəngəzur bölgəsində yaşamış Puşanlu tayfasının qışlaqlarından (Vəjnəri, Daşbaşı, Pəri-Bartaz, Bərki, Sanalı, Tarnavuş və Ulab) birinin adıdır (103, 164). XIX əsrin sonlarında qışlaq dağılmışdır.

SANDAXLIDAQ - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında  dağ adı (133, 218), XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Kızıl-Yar dairəsində Sandık və həmin əyalətin Kara Noqay dairəsində Sandıktəpə adları ilə (133, 218) mənaca eynidir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin