DÖRDÜNCÜ FƏSİL
BIR DAHA QIDALAR HAQQINDA
Yada salıram:qidanın kalorisi həyatımızda heç bir rol
oynamır.Əsas vəzifə: qida vasitəsilə mümkün qədər çox Günəş
enerjisi qəbul etməkdir.Günəş enerjisini isə,dediyimiz kimi,
Bitki Səltənətində axtarmaq lazımdır.Günəş enerjisi-cismimiz
və ruhumuz üçün lazım olan bütün vitaminləri,mikroelement-
ləri özündə cəmləyir.Bu sadə və danılmaz həqiqəti dərk etmə-
dən,yadda saxlamadan,sağlamlığımızı qoruya bilmərik.Onu da
bilməliyik ki,Günəş enerjisi zərərli bakteriyalara qarşı müntə-
zəm olaraq immunlar yaradır.Günəş enerjisi çox ucuz başa
gəlir.O,rəng,metal duzu, turşu kimi maddələri özündə saxlamır.
Ona görə də Günəş enerjisi ilə zəngin olan çiy qida ilə
qidalanmaq zəruridir.Yüksək keyfiyyətli karbohidratları da,
zülalları da bitkilər aləmində tapa bilərsiz.
Köhnəlmiş təsəvvürə görə,zülal-qidanın keyfiyyət və
kalorilik göstəricisi sayılır.Yuxarıda deyildiyi kimi,hələ indinin
özündə də belə fikir var ki,insan sutka ərzində 120 q zülal,50 q
yağ və 500 q karbohidrat qəbul etməlidir.Biz artıq demişik ki,
insan orqanizimindəki zülal mütləq yanmalıdır.İstiyə ehtiyac
downloaded from KitabYurdu.az
83
olmayanda da.Yanmayan zülal zəhərli maddəyə çevrilir.Bir
anlığa qaz sobasını gözünüzün qabağına gətirin.Qaz pis yanan-
da ətrafı his basır,hava zəhərlənir.Yaxud da qaz yüksək təz-
yiqlə gələndə(onu mədəyə ötürülmüş artıq qida ilə müqayisə
edin),çatdırıb yana bilmir.Bu halda da havanın zəhərlənməsi və
evin hisslənməsi(həm də hədər yerə artıq qaz israf edilməsi)
baş verir.Yoğun bağırsaqdakı zülal da eynən buna bənzəyir.
Mədəyə düşən zülal son damlasınadək yanmalıdır.Yanmasa
fəsad verəcək.
Rubner adlı bir alman aliminin apardığı tədqiqat
maraqlı nəticələrə gətirib çıxarmışdır.Aydın olub ki,zülal əvvəl
mədədə,sonra isə yoğun bağırsaqda pektinə çevrilir və qana
sorulur.Bundan sonra tez bir zamanda 2 hissəyə bölünür:
azotlu hissə,azotsuz hissə.Azotlu hissə orqanizmi enerji ilə
təmin etmək qabliyyətinə malik deyildir. Bu hissə sidik törədən
maddəyə çevrilir, bədəndən kənara ifraz olunur. Azotsuz hissə
isə zülalın istehsal etdiyi bütün enerjini orqanizmə daşıyır.
Rubner tapıb ki,azotsuz hissə,sən demə,zülalın özündə mövzud
olan karbohidratdan başqa bir şey deyilmiş.Buradan aydın olur
ki, bizim orqanizmimizi enerji ilə təmin etmək üçün zülal və
yağ yox,karbohidrat lazımdır.Bu karbohidrat zülaldan sintez
edildikdə də faydalıdır.Çıxarılan nəticə belədir:insan orqaniz-
minə enerjini karbohidratlar daşıyır.
Əfsuslar olsun ki,nə bizim özümüz,nə tibb elmi,nə də
sənaye bu inkaredilməz faktla hesablaşmaq istəyir.Uzun illər
Bakının klinikalarında yatanda da,Moskvada müalicə olunanda
da, evdə də mənə təkidlə çoxlu ət-yağ yeməyi(orqanizim
güclənsin deyə) məsləhət görürdülər.Ona görə ki,hamı əmindir:
insan üçün ən dəyərli qida-ət,süd,yumurta,kolbasa, şokolad və
sairədir.Halbuku tədqiqat göstərir:bütün bu sadalanan ərzaqdan
cəmisi 52-56 faiz karbohidrat alırıqsa,balda,şirin meyvələrdə
və tərəvəzlərdə karbohidrat həm yüksək keyfiyyətdə,həm də
gözəl tənasübdə mövcuddur.
downloaded from KitabYurdu.az
84
Rubnerin tədqiqatları onu da sübut edib ki,karbohid-
ratlar ən qənaətli qida növüdür.Zülalların,ələlxüsus,ət,yağ,süd,
kulinariya məmulatlarının 80 faizi itkiyə məruz qalırlar, orqa-
nizmə lazım olan miqdarda enerji vermək nöqteyi-nəzərindən
çox səmərəsiz qida növü sayılırlar.Həm də zülalın həzm olun-
ması,mənimsənilməsi,çevrilməsi və orqanizimdən kənar edil-
məsi üçün külli miqdarda enerji itirməli oluruq. Bu da ayrı-ayrı
orqanların sıradan tez çxmasına səbəb olur:.
Diqqət!Orqanizmə daxil olan hər artıq qram zülal,
zəhərə çevrilib, qanı zəhərləyir, qatılaşdırır, qaraldır, qan
dövranını pisləşdirir.Bunu dönə-dönə sinaqdan çıxarmı-
şam, hər dəfə də dəhşətli ağrılar dərhal baş qaldırıb, halım
pisləşib, təcili tədbir görmək məcburiyyətində qalmışam.
Tədqiqatların daha bir maraqlı nəticəsi barədə.Yaşlı
adamların qidadan aldığı bütün enerjinin yalnız 4 faizi yeni
hüceyrələrin yaradılması üçün istifadə olunur,qalan 96 faizi
enerji istehlakına sərf olunur.Bu,bir daha sübut edir ki, “canlı”
qida-ən gözəl qidadır,onu ətlə əvəz etməyə,yaxud tamamla-
mağa heç bir ehtiyac yoxdur.Əksinə,sağlam adamı,nə qədərki
xəstələnməyib,ət yeməkdən çəkindirmək böyük savabdır. Xəs-
tə adama isə,əsasən,bitki qidası(çiy şəkildə) və tərkibində az
miqdarda zülal olan qida vermək məsləhətdir.Belə bir məsələyə
diqqət yetirmək lazımdır ki,ana südündə çox cüzi miqdarda
zülal vardır.Bu normanı Ana Təbiətin özü təsbit edib.
Bəli,Ana Təbiət hər şeyi dəqiq ölçüb-biçib ki,biz
həmişə sağlam və gümrah yaşayaq,uzun ömür sürək,xoşbəxt
olaq.Biz isə onun əbədi və dəyişməz qanunlarını müntəzəm
pozuruq.Qəribə olsa da,guya, bunu sağlamlıq naminə edirik.
Yaşlı adamlar soruşa bilər:mənə nə qədər zülal lazım-
dır?Dünyanın bir çox alimləri hesab edirlər ki, ümumiyyətlə,
hər kq çəkiyə 1 qram zülal bəs edər.İnkişaf edən orqanizmə və
xəstələrə bir qədər artıq lazımdır.Bu məsələ hələlik mübahisəli
qalıb. Mən isə öz üzərimdə və xəstələrin üzərində apardığım
sınaqlardan belə qənaətə gəlmişəm ki,ahıl və ya xəstə adam
downloaded from KitabYurdu.az
85
zülaldan çox cüzi miqdarda istifadə etməlidir.Ümumdünya
Sağlamlıq Təşkilatı da çox yüksək norma təyin edib:65 kq
çəkisi olan kişi üçün 37-62 q zülal, 55 kq çəkili qadın üçün 29-
48 q zülal. Təbii yeməkləri təbliğ edənlər isə hər iki halda
göstərilən aşağı həddi (yəni: 37-29 q) normal sayırlar.Bəzi
tədqiqatçılar belə hesab edirlər ki,zehni işlə məşğul olan
adamlara 25-20,hətta, 15 q zülal kifayyət edər. Bu qədər zülalı
almaq üçün 100 q badam,qoz,yaxud fındıq ləpəsi yemək lazım
gələr.Bunlarla yanaşı, banan, əncir,xurma (karalyok) və bir çox
başqa meyvələr karbohidratlarla zəngindir.Günəbaxan tumu
özündə çox gözəl qida zülalı ilə təbii yağın,vitaminlərin,bir çox
mikroelementlərin və karbohidratların qarışığını cəmləyib.
Amma onu çiy şəkildə qəbul etmək lazımdır.Günəbaxan
tumunu üyüdüb oradan yağı çıxartsanız, tərkibində 88 faiz çox
qiymətli zülal qalar.
Yada salaq ki,heyvanların yediyi otlarda kifayyət qədər
zülal vardır.Fikir verin:quruda yaşayan heyvanların ən irisi,ən
güclüsü və ən zəhmətkeşi olan fil nə ət yeyir,nə yağ yeyir,nə də
şokalad,onun qidası çiy bitkidir.Bu ağıllı heyvan 60-70 il azar-
bezarsız yaşayır,zəhmətkeşdir,ağıllıdır.Başqa bir məqam:bizə
ət,süd,yumurta verən heyvanlar da zülalı otdan,yarpaqdan və
dəndən alır-zəngin Bitki Səltənətindən.Bir neçə yüz il ömür
sürən qarğanın əsas qidası bitki,ən sevimli “xörəyi” isə -
qozdur. Bu barədə düşünməyinə dəyər.Yarpaqlar və yaşıl kütlə
insan orqanizmini zülalla təmin etmək üçün çox perspektivli
qida sayılır. Kim bilir,bəlkə də elə gün gələcək ki,insan ev
heyvanlarını yedizdirib,onlardan zülal almaq üçün bu qədər
vəsait,enerji və vaxt sərf etmək,dənizləri,okeanları ələk-vələk
edib balıq ovlamaq əvəzinə,elə zülalı birbaşa Təbiətin zəngin
“süfrəsindən”-otlardan,yarpaqlardan,şüluldan alacaq.Əlbəttə,bu
sabahın işidir.Bu gün isə bol-bol meyvə,tərəvəz,göy-göyərti,
şülul(hamısı da çiy) yemək vacibdir.İnsanın çörəksiz, makaro-
nsuz,ətsiz,yağsız,şokoladsız,mürəbbəsiz daha yaxşı yaşaya
downloaded from KitabYurdu.az
86
biləcəyi fikrinə,azar-bezardan həmişəlik yaxa qurtaracağı
fikirinə tədricən alışın.
ƏT HAQQINDA NƏYİ BİLMİRİK?
Hamıya elə gəlir ki,ət insana güc verir,orqanizmi möh-
kəmləndirir.Əslində isə bu güclənmə araq içən sərxoşun “güc-
lənməsinə”, “cəsarətlənməsinə” bənzəyir.Qıraqdan baxan ayıq
adamlar sərxoşun necə “gücləndiyinə” gülür,onu ələ salır.
Çünki hamı bilir:alkoqol adama güc vermir,sadəcə,orqanizmi
qıcıqlandırıb oyadır.Bu təsir-toksik təsirdir.İnsan toksik təsiri
yanlış olaraq bədənə güc axması kimi qəbul edir.Həqiqət
budur.Eyni fikiri ət haqqında da söyləmək olar.Bu gün belə bir
yanlış təsəvvür var ki,ət yemədən güc toplamaq,iş qabliyətini
saxlamaq,hətta,yaşamaq belə mümkün deyil.
Mən özüm ucqar dağ kəndində dünyaya gəlmişəm.
Cütlə yer şumlayan,qızmar Günəş altında zəmi biçən,dərz bag-
layan, xırman döyən,ot çalan kişilərin,dovşanı qova-qova
yorub tutan cavanlarımızın,kürəyində odun şələsi daşıyan
oğlanlarımızın ət-yağla,sən deyən, arası yoxudu.Uşaq vaxtı və
yeniyetmə çağında ət yediyim günləri barmaqla saya bilərəm.
Əti,əsasən,bayramlarda,toylarda,yaslarda,bir də evə qonaq gəl-
əndə görərdik.Belə hadisələr isə çox olmur.Odur ki,ət dilimizə
təsadüfdən-təsadüfə dəyərdi.Həm də ət yemək simvolik xarak-
ter daşıyırdı.Yediyimiz mer-meyvə, göy-göyərti,şülul olardı.
Bu barədə 1990- cı ildə işıq üzü görmüş “Arandan gələn adam”
adlı povestimdə həvəslə söz açmışam.Bu əsəri yazanda Nişi
təlimindən tam bixəbər idim.Sadəcə olanları-həyat həqiqətlə-
rini qələmə almışdım.Bu gün yenidən həmin mətləbin üstünə
qayıtmağı,o vaxt yalnız boş mədəmizi doldurmaq naminə qəbul
etdiyimiz çox dəyərli qidaların adını çəkmək istəyirəm.Yaz
gələndə(əlbəttə,göy guruldayandan sonra:nənələrimiz deyirdi-
lər ki,göy guruldamamış pencər yeməyin,zəhərlənərsiniz.Bu
hikməti hələ aça bilməmişəm) özümüzü salırdıq zəmi yerlərinə,
downloaded from KitabYurdu.az
87
səpələnirdik düzlərə,doluşurduq dərələrə,güneyləri və qüzeyləri
əldən salırdıq,yemlik,quşəppəyi,qazayağı,quzuqulağı,göy lalə,
gicitkan,keşniş,qırxbuğum,nə bilim daha nələr yeyirdik. Hamı-
sını da yumamış,üstünə qaynar su tökməmiş,uşaqlıq illərinin
təbiri ilə desək,“ötürürdük içəri”.Mikrob haqqında heç bir
anlayışımız yox idi.Hər şeyi bilən müdrik babalarımız və nən-
əlrimiz bizə bu barədə,nədənsə,bir söz demirdilər.Görünür,
dünyagörmüş bu aqillər çöldə bitən pencəri yuyub yeməyə
ehtiyac duymurdular.Pencərdən “tarçığımızı götürəndən” ,yğni,
doyandan sonra keçirdik şülullara,meyvələrə.Bizi haçan
axtarsayıdılar,ya tut ağacının,ya da gilasın, “gilənarın” (albalı)
başında tapardılar.Cırcıramalar cırıldayanda vururduq meşə-
lərə,yal-yamaca.Yabanı meyvələr,böyürtkən,çiyələk,cır alma,
cır armud,alça,qora,cəviz,fındıq,zoğal,qaragilə,əzgil,yemişən
biz tərəflərdə bol olur.Olan olub,“keçənə-güzəşıt” deyiblər,
boynuma alıram:hərdən də bostanlara “hücum” edirdik.Böyük-
lər buna oğurluq deyirdilər.Biz isə buna “igidlik”, “kişilik”
kimi baxırdıq.Tağdan dərdiyimiz sütül xiyarı,alyanaq pomi-
doru,zolaqlı qarpızı,xoş ətiri bir köçlükdən adami məst eliyən
qovunu(indi belsi yoxdu!),bəmbəyaz,yupyumuşaq sulu kələmi
bostandan bir azca aralanan kimi,xəlvət bir yerdə həzmi–
rabedən keçirirdik.Yay vaxtı qışı da yaddan çıxartmırdıq,qış
tədarükünü yayın istisində görürdük:qax kəsirdik,meyvə quru-
durduq,faydalı otlardan yığıb damların milindən asırdıq.
“Hökumət çayı”nın tamını bilməzdik.Çayı yarpızdan, qantəpər-
dən,qaymaq çiçəkdən,kəklik otundan,zirədən,itburnundan, hey-
va yarpağından,daha nə bilim nələrdən dəmlərdik.Paltonun,
papağın,çəkmənin nə olduğunu bilməzdik.Çarıqlarımıza yeddi
qat yamaq vururduq.Bəzi uşaqlar,hətta,kiçik çillədə də dərsə
bir köynəkdə,ayaqyalın gələrdi.Ağır,ağır zamana idi-dünyada
qanlı müharibə gedirdi,ölkədə heç nə tapılmırdı.Amma çox
qəribə idi, ayaqlarımız dizəcən suya-palçığa batsa da, şaxta
üzümüzü qılınc kimi kəssə də,külək yeddi qatımızdan keçsə də,
azar-bezarın nə olduğunu bilmirdik.Nənələr bunu öz dərra-
downloaded from KitabYurdu.az
88
kələri çərçivəsində izah edirdilər,deyirdilər,Allahın tifillərə
rəhmi gəlir.Əlbəttə,Allah saxlayırdı bizi.Amma təkcə rəhmi ilə
deyil,həm də səxavəti ilə saxlayırdı:məhəbbətlə bizə göndər-
diyi mer-meyvə,göy-göyərti vitaminlərlə,üzvi duzlarla və digər
elementlərlə çox zəngin imiş,onlar bədənimizdə güclü immun
sistemi yaradırmışlar.Mən yalnız indi,Nişi Sistemi ilə tanış
olduqdan sonra dəqiq başa düşmüşəm ki,biz o vaxt nə üçün
xəstələnmirdik:göy-göyərti,mer-meyvə şəkilində qəbul etdi-
yimiz vitaminlər,təmiz hava və təmiz su,Günəşlə kifayət qədər
təmasda olmağımız-bədənimizdə Təbiət tərəfindən qoyulmuş
şəfaverici qüvvələri gücləndirir,işlədir və basılmaz Müdafiə
Xətti yaradırdı.Yalnız indi,Nişi Təlimini oxuyandan sonra başa
düşdüm ki, necə olub mənim zahirən çox cılız görünən cismim
təkcə müharibə dövrünün əzablarına deyil,həm də sonralar,
bolluq və gümrahlıq dövründə yaxamdan bərk-bərk tutan və
uzun illər yaxamı buraxmaq istəməyən 8 dəhşətli xəstəliyin
hücumuna tab gətirə bilib.
İndi mənə çox şirin görünən xatirələri çözələyərkən bir
şeyi açıq-aydın dərk edirəm:mən və yaşıdlarım təkcə əti deyil,
çörəyi də az yemişik,şirniyyat üzünə həsrət qalmışıq.O vaxt
qarın dolusu çörək yemək “səadəti” tək-tək adamlara nəsib
olurdu.Sən demə,bu “şərin” içində bir gözəgörünməz xeyr
gizlənibmiş.Bu reallığı nəzərdən qaçırmayın,əziz analar.
Həzin və kövrək xatiratdan sonra yenidən ətin üstünə
qayıdaq,baxaq görək,ət mədədə necə həzm olur və nəyə çevri-
lir? Əgər düyü bir saata,çiy yumurta,vələmir yarması 1 saat 20
dəqiqəyə,təzə süd 2 saata həzm olursa,ət 3-5-6(yağlılıq dərəcə-
sindən asılı olaraq) saata həzm olunur.Məhz bu hal-ətin mədə-
də uzun müddət həzm olmadan qalması halı insanda “toxluq”
və “gümrahlıq” ovqatı yaradır.Çünki adam ət yeyəndən sonra
mədə-bağırsaq xeyli vaxt dolu qalır.Amma bizi yaşadan hücey-
rələr məhz belə vaxtlarda qidadan korluq çəkir:xeyli vaxt
lazımdır ki,mədəyə düşmüş yağlı kabab həzm olunsun,yoğun
downloaded from KitabYurdu.az
89
bağırsağa tökülsün və qana sorulsun.Həm də bişmiş,yaxud
qurudulmuş ətdə zülaldan başqa heç nə qalmır.
İndi isə gəlin mədəyə düşmüş ətin sonrakı taleyi ilə
maraqlanaq.Mədəyə düşən kotlet,küftə-bozbaş və kababın
həzm olunması üçün böyük miqdarda mədə şirəsi tələb olunur.
Nəzərə alsaq ki, hamımız illər boyu mədəmizi korlamışıq və
zavallı mədə daha öz funksiyasını lazımi səviyyədə yerinə
yetirə bilmir,üstəlik,biz əti kifayət qədər çeynəmirik,o zaman
düşdüyümüz vəziyyəti təsəvvür etmək çətin deyil.Bizlərdən hər
birimiz “mədəm partlayır”,“mədəm daşa dönüb”,“mədəm məni
öldürür” deyə şikayət edən adamların məzlum sifətini çox
görmüşük.Onlar heç ağıllarına da gətirmirlər ki,həyat mənbəyi
olan “baş laboratoriya”nı biz özümüz,özü də ətin,yağın,
çörəyin,tortun,peraşkinin, şokaladın və sairənin köməyi ilə bu
hala salmışıq.Bir də kəskin temperatur dəyişikliyi(isti xörəyin
üstündən buz kimi suyu,arağı içmək) öz dağıdıcılıq işini görüb.
Ətin zərəri təkcə mədəyə əzab verməklə,onu tədricən
sıradan çıxarmaqla bitmir.Ət yeyəndə-qanın tərkibinə küllü
miqdarda sidik turşusu(purin maddəsi),nuklein turşusu daxil
olur, acıxmış hüceyrələr daraşıb onları yeyir və məhv olur.
Dəhşətli xəstəliklər belə yaranır.Biz də bütün həyatımız boyu
onlara qarşı dava-dərmanın köməyi ilə mübarizə aparır və
cismimzi təkrarən zəhərləyirik.Dağıdıcı proses təkrarlanır, xəs-
təliklər ilbəil artır,güclənir və insan ömürü sürətlə gödəlir.
Müdafiə gücü, müqavimət gücü zəyif olan uşaqlar məhz
“dadlı” ət xörəklərinin böyük “xidməti” sayəsində xəstələnir-
lər.Odur ki,uşaq 7-8 yaşa çatana qədər ona ət,ət suyu (bulyon),
yumurta vermək düzgün deyil.Bu yaşda uşağın orqanizmi
toksinlərə qarşı hələ yaxşı mübarizə aparmaq iktidarında deyil.
Bilmək lazımdır ki,ətin tərkibində külli miqdarda müxt-
lif ekstraktiv maddələr mövcuddur,onlar əsəb sisteminə çox pis
təsir göstərir.Həmin maddələrdən yaranan duzlar isə damar
sistemini qıcıqlandırır.Heç təsadüfi deyil ki,çox ət yeyən adam-
lar arasında nevrasteniya, cinsi pozğunluq,damarların yenidən
downloaded from KitabYurdu.az
90
əmələ gəlməsi(pererojdenie) halları,ürək xəstəliyi və digər
xəstəliklər daha çox olur.
Belə bir danılmaz faktı da yada salaq:ət xörəyi çürümə
prosesinə məruz qalmış ölü toxumalardan hazırlanır.Ölü
toxumalar,yəni,ölü ət müxtəlif zəhərli maddələrlə zəngindir.
Ovçuları məyus etmək zorundayıq:zəhərli maddələr vəhşi
quşların,xərçəngin,balığın və köhnə pendirin tərkibində daha
çox cəmləşir.Üzümü “kabab qanlı-igid canlı”,“çiy ət-ət gətirər”
misallarını bayraq edənlərə tutmaq istəyirəm:çiy ət,yaxud pis
bişirilmiş ət -müxtəlif parazitlərin yumurtalarını hifz edib
özündə saxlayır. Onlar bizim orqanizmimizə daxil olub, ağır
xəstəliklər törədir.Öz ömrünə siqaretin və spirtli içkinin, qay-
nar çayın və soyuducudan çıxarılmış soyuq suyun,soyuq içki-
nin hesabına balta vuran “ağıllı” insanın təzadlarından biri də
budur ki,çox vaxt xəstələrə və uşaqlara “çox faydalı” ət suyu
(bulyonlar) verirlər.Xərçəng şişini kəsib götürəndən sonra xəs-
təyə bulyon verən adamlar heç fikirləşmirlər ki, bu xəstəliyin
yaranmasında ət çox fəal iştirak etmişdir.Bəzi adamların təbliğ
etdiyi qığırdaqlar,sümüklər,damarlar və ilik heç bir dietik keyfi
-yətə malik deyil.Ət xörəklərinə əlavə edilən yarmalar,tərəvəz,
meyvələr,göy-göyərti olmasaydı,biz təkcə ətin ümidinə qalsay-
dıq,dünyamızı çox tez dəyişərdik.Ət bulyonunun göstərdiyi
təsiri-çayın,kofenin,spirtli içkinin,tütünün,bibərin,vanilin və
xardalın göstərdiyi təsir ilə müqayisə etmək düzgün olar. Bun-
lar orqanizmi qidalandırmır,bioenerji ilə təmin etmirlər,insan
üçün bəlaya çevrilirlər.Onların hamısını çox işləyib haldan
düşmüş arıq yabını yeriməyə məcbur edən qamçıya bənzətmək
düzgün olar.Nəticə:pulunuzu ətə verib canınız üçün bəla
almayın.Üzünüzü bazarın o biri tərəfinə-tərəvəz(ələlxüsus,kök,
kələm,kahı,çuğundur,xiyar,pamidor!),göy-göyərti(ispanax,turp
və yarpağı, kərəviz, cəfəri,göy soğan, sarımsaq, şüyüd), meyvə,
şülul,qoz-fındıq,püstə-badam,tumlar,quru meyvələr olan tərəfə
tutun.Çayı quru meyvələrlə için.Bir neçə aya əhvalınız
dəyişməsə,sizi əldən salmış mədə qıcqırtısından,ağrılardan,
downloaded from KitabYurdu.az
91
köpdən,qəbzlikdən,yaxud ishaldan,ürək-damar xəstəliyindən,
digər bəlalardan yaxa qurtarmasanız,məni də Nişiyə qatıb,
lənətləyin.Amma bizi söyməzdən qabaq özünüzdən hesabat
tələb edin:Nişi Təliminə vicdanla əməl edirsənmi?
YAĞ DOSTUMUZDU, YA DÜŞMƏNİMİZ?
Baxır söhbət hansı yağdan gedir.Sizi üzmədən kəsə
deyim:bitki yağları heyvan yağlarından üstündür.Heyvan yağla
-rından yalnız kərə yağı(duz vurmadan),gündə 20 qr. istifadə
etmək məsləhətdir.Sutkada bir xörək qaşığı qaymaq yemək
olar.Bunları qızdırmaq məsləhət deyil.Təbii yağlar qozun,fındı-
ğın,günəbaxan tumunun və digər tumların tərkibində kifayət
qədərdir.Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal,
yağ,karbohidrat,vitaminlər,mikroelementlər və Günəş enerjisi
cəmləşib.Lakin yağla zəngin olan bu qidaları çox qəbul etmək
pis nəticələr verə bilər.Əgər siz qoz-meyvə dietası saxlamaq
istəyirsinizsə,onda qozu və ya tumu 100 qramdan artıq yemə-
yin.Əgər bunları qatıq,balıq,ət,yumurta,kəsmiklə bərabər yeyir-
sinizsə,onda qozu azaltmaq,ya da rasiondan çıxarmaq lazımdır.
Evdar qadınlara ən başlıca məsləhətim budur ki,zəhmət
çəkib qozu,fındığı,püstəni,badamı və digər dəyərli qidaları
maşından keçirməsinlər,süfrəni bəzəmək və özünü kulinariya
bilicisi kimi göstərmək naminə,onlardan şirniyyat bişirmə-
sinlər.Öz zəhmətlərinə və ailə büdcəsinə hayıfları gəlsin.Qida
süfrədə gözəllik və harınlıq əhvalı yaratmaq üçün deyil. Qadın-
ların böyük əzabla bişirdiyi tortlar,kekslər,piroqlar,paxlava,
şəkərbura və digər şirniyyatlar nə onların özünə,nə övladla-
rına,nə də əziz qonaqlara fayda verə bilər.Zərəri isə hədsizdir.
Qoz-fındığı,püstə-badamı,kişmişi və digər quru meyvələri elə
çiy şəkildə süfrəyə düzün və nuş edin.Bunu etsəniz və Nişinin
digər tələblərini də yerinə yetirsəniz,canınız həmişə sağlam
olacaq,xərciniz az çıxacaq,havayı zəhmətdən yaxa qurtara-
downloaded from KitabYurdu.az
92
caqsınız.İstirahət etməyə,uşaqların tərbiyəsi ilə məşqul olmağa
daha çox vaxtınız qalacaq.
Orqanizm üçün lazım olan enerjini özündə cəmləyən və
qana daşıyan “akkumulyatordan” ən vacibi,yuxarıda qeyd etdi-
yimiz kimi,göy-göyərti,meyvə-tərəvəz,şülul,qoz-fındıq,yarpaq-
lar,zoğlar,müxtəlif köklər və tumlardır.Digər vacib “akkumu-
lyator” ana südü və çiy toyuq yumurtasıdır(xüsusilə də sarısı).
Ana südündən sonra,bütün yaş dərəcələri üçün ən faydalı süd -
keçi südüdür.Keçi südü təmiz qidadır,onun hər hansı bir xəstə-
lik törətmək təhlükəsi yoxdur.Bu,onunla izah olunur ki, keçi ev
heyvanları arasında ən təmizkarıdır.Onun ifraz orqanları ideal
səviyyəyə yaxındır.Çiy keçi südünün tərkibində çoxlu zülalsız
azot var,faydalı niasin və tiaminlə zəngindir.Uşaq ishal olan-
da,keçi südü ilə müalicənin yaxşı səmərə verməsi məhz bunun-
la izah olunur.Bütün südlər kimi keçi südü də 75 dərəcdən artıq
qızdırıldıqda tərkibini dəyişir və orqanizm üçün zərərli olur.
Qaynamış inək südü çox çətin həzm olunur.Həm də onun
tərkibində artıq nə Günəş enerjisi qalmışdır,nə vitaminlər,nə də
mikroelmentlər.
Yumurtanın ağını ayrıca bişirib yemək, sarısını isə çiy
qəbul etmək məsləhətdir.Salmanell xəstəliyinə tutulmamaq
üçün onu içməzdən 10-15 saniyə əvvəl üstünə hər hansı turşu
damcısı(limon,alma sirkəsi,yaxud tomat) əlavə etmək lazımdır.
Qayğanağı və suda bişmiş yumurtanı tərəvəz salatlarının və
çiy göy-göyərtinin müşayəti ilə yemək lazımdır.Yumurtaya çox
uymaq lazım deyil. Bu uşaqlara daha çox aiddir.
Dostları ilə paylaş: |