1
AŞIQ ƏLƏSGƏR – 190
BİBLİOQRAFİYA
BAKI – 2011
2
Tərtibçilər:
Sevgiyə Əsədova
Gülbahar Misirova
Buraxılışa məsul və
ixtisas redaktoru:
Kərim Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
Mədinə Vəliyeva
Aşıq
Ələsgər
–
190: biblioqrafiya
/tərt. ed.:
S.Əsədova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov;
red. M.Vəliyeva; M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası.- Bakı, 2011.- 149 s.
3
© M.F.Axundov adına Milli Kitabxana
,
2011TƏRTİBÇİDƏN
Milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorun-
ması və onların YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi
mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əli-
yev Fondunun, eləcə də Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq əhə-
miyyətli tədbirlərin nəticəsidir. Aşıq sənəti də YUNESKO-nun
qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınmış
mənəvi sərvətlərdən biridir.
2011-ci ilin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi
və Azərbaycan Aşıqlar Birlyi tərəfindən “Aşıq Ələsgər ili” elan
edilməsi ilə əlaqədar M.F.Axundov adına Milli Kitabxana
tərəfindən “Aşıq Ələsgər -190” biblioqrafik göstərici tərtib
edilib.
Bu Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu) haqqında tərtib
edilmiş ilk vəsaitdir.
Biblioqrafiyada aşıq sənətinin ən uca zirvəsində dayanan
Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında olan materiallar
öz əksini tapmışdır. Ədəbiyyat 1927-cı ildən 2011-ci ilə qədər
olan bir dövrü əhatə edir.
Aşıq Ələsgər irsini geniş oxucu kütləsinə çatdırmaq
məqsədilə tərtib edilmiş bu biblioqrafik göstərici üç hissədən
ibarətdir. Birinci hissədə Aşıq Ələsgərin əsərləri, ikinci hissədə
onun həyat və yaradıcılığı haqqında çap olunmuş ədəbiyyat,
üçüncü hissədə rus dilində olan ədəbiyyat öz əksini tapmışdır.
Göstəricidə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlifba
sırası ilə qruplaşdırılmışdır.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi-
lə sonda “Aşıq Ələsgərin əsərlərinin əlifba göstəricisi” və
“Aşıq Ələsgər haqqında yazmış müəlliflərin əlifba göstə-
ricisi”ndən ibarət köməkçi aparat verilmişdir.
4
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir
mütəxəssisə
və
oxucuya
əvvəlcədən
minnətdarlığımızı
bildiririk.
Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi 29
E-mail:
contact@anl.az
URL: www.anl.az
5
MƏNİ SEVİNDİRƏN KİTAB
Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca
zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti,
yaradıcılığı hamımız üçün əziz və doğmadır. Bu əzizliyin və
doğmalığın səbəbi ondan ibarətdir ki, Aşıq Ələsgər bir böyük
istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi
dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini,
ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz
əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Onun əsərlərində
Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri,
bulaqları, göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz
əksini tapmışdır. Elə bu səbəbdən də onun bizə gəlib çatan
zəngin yaradıcılığı özündən sonra gələn istedad sahiblərinin –
şairlərin, aşıqların, bəstəkarların, xanəndələrin, müğənnilərin,
rəssamların diqqətini çəkmiş, hər kəs öz imkanı daxilində bu
böyük sənətkara öz töhfəsini vermişdir.
Aşıq Ələsgər irsinin toplanıb üzə çıxarılmasında, ustada
layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimi-
zin – Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgər-
linin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar Axundovun,
Osman Sarıvəllinin, Hüseyn Arifin, Məmməd Aslanın, İlyas
Tapdığın, Vaqif Vəliyevin və b. böyük və danılmaz xidmətləri
olmuşdur.
Xüsusən, Aşıq Ələsgər irsinin geniş şəkildə araşdırılma-
sında, öyrənilməsində, tədqiqində Hümbət Əlizadənin daha çox
xidməti olmuşdur.
Aşıq Ələsgərin sağlığında kitabı nəşr edilməmişdir. İlk
nəşri 1937-ci ildə Hümbət Əlizadənin tərtib etdiyi “Aşıq
Ələsgər” adlı kitabı olmuşdur. Bundan sonra müxtəlif illərdə
ustadın kitabları dolğunlaşa-dolğunlaşa, təkmilləşə-təkmilləşə
nəşrdən nəşrə daha mükəmməl şəkildə çap olunmağa başla-
mışdır. İldən-ilə onun yaradıcılığına maraq daha da güclənmiş,
6
xalqımızın görkəmli alimləri onun yaradıcılığını bütün yönlər-
dən, müxtəlif istiqamətlərdən təhlil və tədqiq etmişlər.
1972-ci ildə ustadın anadan olmasınınm 150 illiyi, 1988-
ci ildə 175 illiyi çox böyük təntənə ilə qeyd edilmiş, əsərləri
Azərbaycan Elmlər Akademiyası tərəfindən iki cilddə çap
edilmişdir.
Bəstəkarlarımızdan Bayram Hüseynli, Qəmbər Hüseynli,
Səid Rüstəmov, Hacı Xanməmmədov və başqaları Aşıq
Ələsgərin əsərlərinə dillər əzbəri olan musiqilər bəstələmişlər.
Ümumiyyətlə, elə bir bəstəkar, xanəndə, müğənni, aşıq
təsəvvür etmək olmaz ki, o, Aşıq Ələsgər yaradıcılığına
müraciət etməmiş olsun.
Bu gün məni sevindirən bir yeniliklə qarşılaşıram. İlk
dəfə olaraq Aşıq Ələsgərlə bağlı “Biblioqrafik göstərici” nəşr
olunur. Aşıq Ələsgərin anadan olmasının 190 illiyinə həsr
olunan bu göstərici M.F.Axundov adına Milli Kitabxananın
əməkdaşları Sevgiyə Əsədova və Gülbahar Misirovanın
tərtibçiliyi, Milli Kitabxananın direktoru Kərim Tahirovun
ixtisas redaktorluğu ilə işıq üzü görür. Baxmayaraq ki, bu vaxta
qədər Aşıq Ələsgər yaradıcılığı ilə bağlı çox iş görülüb, bu
biblioqrafik göstərici ilk dəfə nəşr olunur və böyük tarixi-
ictimai əhəmiyyəti var. Tarixi əhəmiyyəti ondan ibarətdir ki,
böyük sənətkarın həyatı, yaradıcılığı, ayrı-ayrı şeirləri,
kitabları, haqqında yazılan elmi məqalələr, müxtəlif illərdə və
müxtəlif dillərdə nəşr olunan əsərləri xronoloji ardıcıllıqla
oxuculara təqdim olunur. Bu işdə tərtibçilərin zəhmətini xüsusi
qiymətləndirirəm, ona görə ki, ilk təşəbbüs həmişə daha
məsuliyyətli, daha çətin olur. Onlar bu çətinliyin öhdəsindən
uğurla gələ bilib, bu kitabla ustad sənətkarımıza yeni bir ədəbi
abidə qoyublar. Biblioqrafik göstəricinin bir gözəlliyi də
ondadır ki, böyük sənətkarın yaradıcılığı, həyatı, əsərləri rus
dilində də oxucuya təqdim olunur. Bu isə Aşıq Ələsgər
yaradıcılığından istifadə edən rusdilli oxucular üçün də geniş
imkanlar açır.
7
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və
Azərbaycan Aşıqlar Birliyinin “Aşıq Ələsgər” ili elan etdiyi
2011-ci ildə belə bir kitabın nəşrini mən ustadın ruhuna
bağışlanan ən qiymətli hədiyyə hesab edir, bu kitabın araya-
ərsəyə gəlməsində zəhməti keçən hər bir əməkdaşa ürəkdən
təşəkkür edirəm.
Zəlimxan Yaqub,
Xalq şairi,
Azərbaycan Aşıqlar Birliyinin sədri
8
Aşıq Ələsgərin həyat və yaradıcılığı
Azərbaycan
aşıq şeirinin ən böyük nümayəndələrindən
biri Aşıq Ələsgər - Ələsgər Alməmməd oğlu 1821-ci ildə İrə-
van xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan ol-
muşdur.
Ailəsi böyük olduğundan Alməmməd kişi Ələsgəri 14
yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökər vermiş,
Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir.
Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini
el sənətkarlarının və ağsaqqalların yanında öyrənmişdi. İlk
şeirini də yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarları-
nın təsiri ilə söyləmişdir.
Aşıq qoşmalar, təcnislər, gəraylılar, dodaqdəyməzlər
yazıb, onları şövqlə sazda ifa etmiş, dastanlar söyləyən aşıq
olmuşdur. O, aşıq sənətini müəllimi - böyük ustad Aşıq Alıdan
öyrənmişdi.
Aşıq Alının yanında şəyirdlik edən Ələsgər aşıqlıq
sənətinin sirləri ilə bərabər ondan ədəb və mərifət qaydalarını
da öyrənmişdir. Aşıq Alı toy məclislərinin birində Ələsgərlə
deyişmiş və şəyirdinin söhrətini qaldırmaq, onu el içində
ucaltmaq məqsədilə qəsdən ona məğlub olaraq sazını qalib
tərəfə - Ələsgərə təslim etmək istəmişdir. Ələsgər isə böyük
təvazökarlıq hissi ilə ustadının qarşısında baş əyib, ona öz
ehtiramını bu sözlərlə ifadə etmişdir:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə
ilə yanaşı İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda,
Gəncədə də məşhurlaşmış, Göyçə aşıq məktəbinə rəhbərlik
etmişdir.
9
Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislə-
rində keçirən Aşıq
Ələsgər təkcə Azərbaycanda yox,
Türkiyədə, İranda və Dağıstanda da ustad sənətkar kimi
tanınmışdır.
1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi
qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz
dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur
olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra
Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər
birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçə-
də idi. O gözünü açıb gördüyü doğma yerlər: Srınər, Murov,
Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxırdı.
Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün
son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı
günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən
aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayət-
lənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat
barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu
Ağkilsə kəndində vəfat etmiş və burada da dəfn edilmişdir.
Lakin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı
illərin əvvəllərində Azərbaycanın böyük aşıq-şairinin qəbri
ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir.
Aşıq Ələsgərin ilk mətbu əsərləri -
“Dağlar”, “Bizim
dağlar” şeirləri 1927-ci ildə “Yeni kənd” jurnalında (№3) çap
olunmuşdur.
Hümmət Əlizadə
nin onun haqqında ilk dəfə tərtib
etdiyi “Aşıq Ələsgər” adlı kitabı isə 1934-cü ildə nəşr
olunmuşdur.
10
Aşıq Ələsgərin sözlərinə yüzlərlə mahnı və romanslar
bəstələnmişdir. O, xalq tərəfindən bu gün də sevə-sevə dinləni-
lir.
1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illiyi,
1998-ci ildə isə 175 illiyi Azərbaycanın hər yerində böyük
təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər
Akademiyası tərəfindən onun əsərlərinin iki cildlik elmi nəşri
hazırlanmış və çap edilmişdir.
Aşıq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdi-
rilib. Onun adına küçə, mədəniyyət sarayı, respublika Xalq
Yaradıcılığı evi fəaliyyət göstərir, Bakıda isə Hüseyn Hacı
Qulu oğlu tərəfindən “Aşıq Ələsgər muzeyi” yaradılmışdır.
11
ƏSƏRLƏRİ
Kitablar
1929
1. Azərbaycan aşıqları [Mətn] /toplayanı Hümmət
Əlizadə.-Bakı: Azərnəşr, 1929.- C.I: El ədəbiyyatı nümunələ-
ri.- 293 s.
Kitabın içindəkindən: Əsərlərindən nümunələr: Deyişmə:
[Aşıq Ələsgərlə Aşıq Söyünün]; Təcnis; Dağlar: [şeir]; Dodaq
dəyməzdən və ya zərxətaji təcnis; Gözəlləmə; Deyişmə: [Aşıq
Ələsgərlə Həcər xanım].- [S.11-30].
1930
2. Azərbaycan aşıqları [Mətn] /toplayanı Hümmət
Əlizadə.- Bakı: Azərnəşr, 1930.- C.II: El ədəbiyyatı nümunələ-
ri.- 273 s.
Kitabın içindəkindən: Aşıq Ələsgər: Çərşənbə günündə,
çeşmə başında; Ay ariflər gəlin sizə söyləyim; Can deməkdən
candan can əksik olmaz; Arif olan gəlin sizə söyləyim; Tovuz
kimi qalxıb çeşmə
başından; Gedin deyin o gəlinə;
Qabiliyyətdə, mərifətdə, camalda; Durum dolanım başına; Can
qurban eyləsən layiqdi, layiq; Bir bölük pərilər, pərizadələr;
Eşq oduna yanan aşkara yanmaz; Gözəl səndə nə qaydadı;
Göz-gözə baxanda məhəbbətnən; Güləbətin qıyı tər sinən üstə
[S.22 -28].
1934
3. Aşıq Ələsgər [Mətn]: [şeirlər] /Aşıq Ələsgər; topl.
Hümmət Əlizadə.- Bakı: Azərnəşr.- 1934.- 183 s.
12
Kitabın içindəkilərdən: Əlizadə H. Aşıq Ələsgər haqqın-
da; Əlizadə H. Aşıq Ələsgərin tərcümeyi-halı. Lirik şeirlər:
İncimərəm; Şirin-şirin; Güllü; Gəlibdir; Nə damaq var; Gülən-
dam; Köynəginə; Dönübdür; Öldürür; Ürəyimdə; Əvəzdir;
Düşdü; Getmə amandır; Xoş gəldin; Eyləmişəm; Dağılsın;
Sənə qurban; Bir ləzzəti var; Zülflərin; Şirindir; Qaşların;
Gördüm; Xurşud; Olacaqdır; Qanan olsa; Gözəl; Şəkər xanım;
Can dərman; Aşqım Murad; Nişanəsi; Müşqünaz; Olmaz-
olmaz; Nə dedi; Mənim; Düşərmi; Olmaz; Yetmədi; Gözəllər;
Ola; Kimi; Düşdü; Salamatdır; Telli; Kəsibdi; Sarı köynək;
Dolanıb; Dilbər; Gəraylılar: Gözəl sənin nə vədəndir; Gözəl
sənə nə qalıbdı; Gözəl sənə məlum olsun; Pəncərədən o gün
baxdım; Durum dolanım başına; Gözəllər seyrəngahısan; Ala
gözlü telli ceyran; Gözəl səndə nə qaydadır. Tərifləmələr: Bir
gözəl gördüm bu gün; Həcər; Gözəllər. Təcnislər və dodaq
dəyməzlər: Könül sən ki, düşdün eşqin bəhrinə; O sərxoş
yerişin, bu sallanırsan; Hicran tüccarıyam, qəm şikəstəsi;
Səndən ötrü ömrüm barın becərdim; Bilirsə könlümün nədir
davası; Əlifdən dərs aldım, əbcəd oxudum; Yenə axdı çeşmim
yaşı sel oldu; Ay nazənin dərdin mənim canımı; Sağ əlində
qızıl şanə sevdiyim; İbtida ustaddan dərsim alanda; Xudam
onnan səni yoldan yaradıb; Gəldi yaz ayları həsrət çəkər xak;
Xudam səni nə xoş gündə yaradıb; Var olsun Qarabağ əcəb
səfadır; Mükənnəd, sək rəqib xayini-xəbis; Dağlar sinəsində
lala seyr edər; Sabah dost zülfünə şanə çəkəndə; Elə qafil atdın
qaçın müjganın; Gözəllər sultanı, mələklər şahı; İsmin üç
hərfdir ay çeşmi xumar; Qarlı dağlar gəldi düşdü araya; Arif
olan diqqət ilə fəhm elə; Cığalı təcnislər: Ay bimürvət həsrətini
çəkəndə; İsmin üç hərfi ilə eylərəm bəyan; Ay əziz yar can,
min dərdə
dərman. Dodaqdəyməz təcnislər: Hər kəsin
qəsdindən aşiqlik keçər; El yeridi yalnız qaldıq səhrada;
Sarsaqla seyrə çıxsan səhraya; Qeyz eylər səndən çəkilər
dağlara.
Müxtəlif şeirlər: Dağlara; Bahar fəsli, yaz ayları
gələndə; Şah dağ; Bağlama; Nəsihət; Xədəngi söz; Düşərsən;
13
Aşiq necə olmalıdır; Şikayət; Görmədim; Fələk; Olmaz;
Nəsihət; Yaxşıdır; Məməm; Çəkməyə; Qocalıq; Həcvlər:
Qarışdırma Şəmsəddini, Qazaxı; Bir adamsan bir adama namə
yaz;
Həcər xanıma; Arif olan insanlıqdan keçməsin;
Gəlmədin; Elçilərə; Arvadına; Pustalçıya; Pişik; Birə; Tufəng;
Nəmər. Deyişmələr: Aşıq Ələsgər və Şair Vəli; Aşıq Ələsgər
və Aşıq Söyün; Aşıq Ələsgər və Həcər. Aşıq Ələsgərə
bənzətmələr: Şair Vəli; Aşıq Musa; Aşıq Nəcəf; Abdulla; Aşıq
Hüseyn; Sarı köynək; Gözələ.
1935
4. Aşıq Ələsgər. Əsərləri [Mətn] /Aşıq Ələsgər; topl.
Hümmət Əlizadə; bədii tərt. Əmir Hacızadə; red. S.Hüseyn.-
Bakı: Azərnəş, 1935.- 233 s.
Kitabın içindəkilər: T.Əli. Aşıq Ələsgər haqqında. Lirik
şeirlər: İstər asdır, istər yara qul elə; Məcnun təkin bu dağları
gəzirdim; Tovuz kimi qalxdı çeşmə başından; Arif olan gəlin
sizə söyləyim; Göz-gözə baxanda məhəbbətilə; Güləbətin qıyı
tər sinən üstə; Səni gördüm, əl götürdüm dünyadan; Ala
gözlüm, səndən ayrı düşəli; Fələyin qəhrindən, el tənəsindən;
Dərdim çoxdur dindirməyin həzarat; Ay bimürvət, biinsafın
balası; Gözəllər sultanı ay Cəlbi xanım; Çərşənbə günündə,
çeşmə başında; Gözəllər sultanı, mələklər şahı; Tərlan
tamaşalı, maral baxışlı; Ala gözlüm səndən ayrı düşəli; O
cəllad qaşların qəhri zəhməti; Bir sözüm var sənə ruhən
deməli; Qadir mövlan yazar yazanda; Ay nazənin, xatirinə
dəyməsin; Bir gözəl görmüşəm “Çalqılınc”da; Ay nazənin, ay
qabağın altından; Gedirdim güzarım düşdü bulağa; Camalın
şöləsi nuri-təcəlla; Dedin könül içmə eşqin camını; Can qurban
eləsən, layiqdir, layiq; Görürsənmi oğrun baxan gözəli; Gəl
getmə buradan, ey Şəkər-xanım; Dürdanəni səngi-siyah içində;
Kamil ovçu ölməyincə usanmaz; Ay ariflər gəlin sizə
söyləyim; Səhər çağı mah camalın görəndə; Eşq oduna yanan
14
yanmaz aşkara; Aman qasid mənim ərzi-halımı; Bilmirəm ki,
nə bəlalı qul oldum; Həcər xanım, qaşın gözün təhrində;
Qabiliyyətdə, mərifətdə, kamalda; Səhər vaxtı mənim müşkül
çağımda; Adı Tərlan, özü tərlan balası; Sevdiciyim hanı,
gözəllər xanı; Pasibanı oldum mən dost rahinin; Şahmar
zülflərini görəndən bəri; Əsdi sər-sər yeli yenə üzümə;
Cilvələnib nə durubsan qarşımda; Gərdanına neçə şahmar
dolanıb; Sallana-sallana gedən salatın; Könlümün şüşəsi sağın
ki sınar; Yayda yaylağındır, qışda oylağın; Orğun-orğun
daldalardan baxanda; Səhər-səhər bağda gəzən nazənin; İltimaz
eylərəm gedən canlara; Dodağın qönçədir, dəhanın sədəf.
Gəraylılar: Gözəl sənə nə qaydadır; Gözəl sənə məlum olsun;
Pəncərədən o gün baxdım; Durum başına dolanım; Gözəllər
seyrangahısan; Ala gözlü telli Ceyran; Durum dolanım başına;
Küsmə ay bimürvət gözəl; Səhər çağı çeşmə üstə; Deyin deyin
o gəlinə; Həsrətini çəkə-çəkə. Tərifləmələr. Təcnislər və
dodaq dəyməzlər: Könül sən ki, düşdün eşqin bəhrinə; O
sərxoş yerişin, bu sallanışın; Hicran tüccarıyam, qəm şikəstəsi;
Səndən ötrü ömrüm barın becərdim; Bilirsə könlümün nədir
davası; Əlifdən dərs aldım, əbcəd oxudum; Yenə axdı çeşmim
yaşı sel oldu; Ay nazənin dərdin mənim canımı; Sağ əlində
qızıl şanə sevdiyim; İbtida ustaddan dərsim alanda; Xudam
onnan məni yoxdan yaradıb; Gəldi yaz ayları həsrət çəkər xak;
Xudam səni nə xoş gündə yaradıb; Var olsun Qarabağ əcəb
səfadır; Mükənnəd, sək rəqib xayini-xəbis; Dağlar sinəsində
lala seyr edər; Sabah dost zülfünə şanə çəkəndə; Elə qafil atdın
qaşın müjganın; Gözəllər sultanı, mələklər şahı; İsmin üç
hərfdir ay çeşmi xumar; Qarlı dağlar gəldi düşdü araya; Arif
olan diqqət ilə fəhm elə; Əlif hökmü ilə, cim fərmanilə;
Götürüb sazımı girrəm meydana; Ay çimürvət həsrətini
çəkməkdən; Ay əziz yaxşı can, min dərdə dərman; Arif olan,
bu dərd alıb canımı; Mərifət bəhrinə qavvasam deyən; Hər
kəsin qəsdindən aşıqlıq keçər; El yeridi yalınız qaldıq səhrada;
Sarsağıla seyrə cıxsan səhraya; Ğeyz eləyər çən çəkilər
15
dağlara; Bir gözəl gördüm bu gün; Mən səni bənzətmişəm;
Yetişib bahar fəsli; Qafıl pəncərədən baxdım; Canımı qurban
eylərəm; Yaraşdırıb əndamına; Bu gün bir gözəl görmüşəm;
Cilvələndi tovuz kimi; Naqafil çıxdı qarşına; Məşədi gəhm elə
gör; Bir bivəfa dost yolunda. Müxtəlif şeirlər: Bir ay
növbahardan keçəndə; Bahar fəsli yaz ayları gələndə; Süsənli,
sünbüllü, tər bənövşəli; Yaradan yaradıb külli aləmi; Aləmdə
dastan olub; Məğrurluq eyləyib ustadam deyən; Sərraf yüz
bəzəsə səngi siyahi; Məğrurluq eyləyib ustadam demə; Aşıq
olub diyar-diyar gəzənin; Yazır aşıq vermə ömrünü zaya;
Bivəfanın, müxənnəsin, nakəsin; Dad sənin əlindən a qanlı
fələk; Müxənnəd zamanı bimürvət fələk; Arif məclisində bir
söz söylərəm; Can deməklə candan can əksis olmaz; Bu
dünyanı mən təcrübə eylədim; Arif olan gəlin sizə söyləyim;
Əqildən kəm, hüşdan çaşqın, dildən küt; İnsan payız ölə, yazda
dirilə; Nə sevda tapıbsan, nəyə talıbsan; Ay həzərat, gəlin sizə
söyləyim!; İki bədən gördüm altmış baş var; Mərifətlə nəfs
girdi cahada; Bu gün bir əcayib gördüm; Mərd igidin
məclisindən; Gün kimi aləmi tutubdur adın; Dəli Alı bir sədd
açıb; Dəli Alının tərifini. Həcvlər: “Qarışdırma Şəmsəddini,
Qazağı; Bir adamsan bir adama namə yaz; Söyütdür zatınız
billəm mollalar; Yüz igidin birin bəyən boyun əy; Arif olan
insafından keçməsin; Qərib, qürbət eldə qız sevən oğlan; Ala
gözlü nazlı dilbər!; Danışdıq, barışdıq mərhəmətlə; Aman
siçanın əlindən; “Qanlı”da qonaq qalanda. Deyişmələr: Aşıq
Ələsgər və Şair Vəli; Aşıq Ələsgər və Aşıq Söyün; Aşıq
Ələsgər və Həcər. Aşıq Ələsgərə bənzətmələr: Şair Vəli; Aşıq
Musa; Aşıq Nəcəf; Abdulla; Aşıq Hüseyn; Şair Vəli.
1937
5. Aşıq Ələsgər [Mətn]: [şeirlər] III çapı /Aşıq Ələsgər;
topl. Hümmət Əlizadə.- Bakı: Azərnəşr, 1937.- 264 s.
16
Kitabın
içindəkilər:
Aşıq
Ələsgərin
bioqrafiyası.
Qoşmalar: Çərşənbə günündə, çeşmə başında; İstər asdır, istər
yara qul elə; Tovuz kimi qalxdı çeşmə başından; Görürsənmi
oğrun baxan gözəli; Gözəllər sultanı, mələklər şahı; Ala
gözlüm, səndən ayrı düşəli; Dərdim çoxdur dindirməyin
həzarat; Ay bimürvət, biinsafın balası; Gözəllər sultanı ay
Cəlbi xanım; İki sevgi bir araya gələndə; Səni gördüm, əl
götürdüm dünyadan; Tərlan tamaşalı, maral baxışlı; O cəllad
qaşların qəhri zəhməti; Kamil ovçu ölməyincə usanmaz; Bir
sözüm var sənə pünhan deməli; Qadir mövlan yazar yazanda;
Ay nazənin, xətirinə
dəyməsin; Bir gözəl görmüşəm
“Çalqılınc”da; Ay nazənin, ay qabağın altından; Gedirdim,
güzarım düşdü bulağa; Camalın şöləsi nuri-təcəlla; Dedim,
könül, içmə eşqin camını; Can qurban eyləsən layıqdır, layıq;
Göz-gözə baxanda məhəbbət ilə; Gəl getmə buradan, ey Şəkər-
xanım; Dürdanəni səngi-siyah içində; Könlümün şüşəsi, saqın
ki, sanar; Fələyin qəhrindən, el tənəsindən; Yayda yaylağımdır,
qışda oylağım; Orğun-orğun daldalardan baxanda; Güləbətin
qıyı tər sinən üstə; İltimas eylərəm gedən canlardan; Dodağın
qönçədir, dəhanın sədəf; Arif olan, gəlin sizə söyləyim;
Bilirsən könlümün nədir davası; Bir dili qurumuş kaf, lam, sat,
dedi; Ay ariflər, gəlin sizə söyləyim; Dad sənin əlindən, a qanlı
fələk; Çərxin gərdişindən bimürvət fələk; Adil padşahsan,
ədalətin var; Yazıq aşıq, vermə ömrünü zaya; Arif məclisindən
bir söz söylərəm; Can deməklə candan əksik olmaz; Bu
dünyanı mən təcrübə eylədim; Arif olan, gəlin sizə söyləyim;
İnsan payız ölə, yazda dirilə; Bu dünyada üç şey başa bəladı;
Həcərxanım, qaşın, gözün təhrində; Səhər vaxtı mənim müşkül
çağımda; Adı tərlan, tərlan balası; Sevdiciyim, hanı gözəllər
xanı?; Pasibani oldum mən dost rahının; Şahmar zülflərini
görəndən bəri; Əsdi sər-sər yeli yenə üzümə; Cilvələnib nə
durubsan qarşımda; Gərdəninə neçə şahmar dolanıb; Sallana-
sallana gedən salatın; Arif olan insafından keçməsin;
Məərifətlə nəfs girdi cahada; Gün kimi aləmi tutubdur adın;
17
Ala gözlüm, səndən ayrı düşəli; Səhər çağı mah camalın
görəndə; Eşq oduna yanan yanmaz aşkara; Aman qasid, mənim
ərzi-halımı; Bilmirəm ki, nə bəlalı qul oldum; Qabliyətdə,
mərifətdə, kamalda; Ömrüm ah-vaynan keçdi dünyada;
Müddətdir, gəzirdim mən təbib deyə; Hər yetən gözələ gözəl
demərəm;
Aşıq
olub
diyar-diyar
gəzənin;
Bivəfanın,
müxənnəsin, nakəsin; Yüz igidin birini bəyən, boyun əy;
Məğrurluq eyləyib ustadam demə; Yaradan yaradıb külli-
aləmi; Nə sevda tapmısan, nə yatalmısan; Bahar fəsli, yaz
ayları gələndə; Bir ay yarım nobahardan keçəndə. Təcnislər:
Könül, sən ki, düşdün eşqin bəhrinə; Hicran düşkünüyəm,
gözəl müştaqı; Əlifdən dərs aldım, əbcəd oxudum; O sərxoş
yerişin, bu sallanışın; Səndən ötrü ömrüm barın becərdim;
Şahmar zülfün bədnəzərdən daldala; Ay nazənin, dərdin mənim
canımı; Sağ əlində qızıl şana sevdiyim; İbtida ustaddan dərsim
alanda; Xudam onnan məni yoxdan yaradıb; Xudam səni nə
xoş gündə yaradıb; Var olsun Qarabağ, əcəb səfadır; Müxənnəs
seyrağıb, xaini-xəbis; Sabah dost zülfünə şana çəkəndə; Elə
qafil atdın gözün müjganın; Gözəllər sultanı mələklər şahı;
İsmin üç hərfdir ay çeşmi xumar; Qarlı dağlar gəldi düşdü
araya; Arif olan diqqət ilə fəhm elə; Əlif hökmü ilə, cim
fərmanilə. Dodaqdəyməz təcnislər: Gəldi yaz ayları həsrət
çəkər xak; El yeridi yalnız qaldıq səhrada; Hər kəsin qəsdindən
aşığlıq keçər; Sarsağla seyrə çıxan səhraya; Ğeyz eyləyər çən
çəkilər dağlara; Dağlar sinəsində lalə seyr edər. Cığalı
təcnislər: A bimürvət, həsrətin çəkməkdən; Arif olan, bir dərd
alıb canımı; Arif olan, bir od düşüb canıma; Mərifət bəhrində
qəvvasam deyən; İsmin üç hərfi ilə eylərəm bəyan; Götürüb
sazımı girrəm meydana. Gəraylılar: Səhər-səhər sağal verir;
Nə
baxırsan pəncərədən; Bir gözəl keçdi yanımdan.
Dostları ilə paylaş: |