Həzəc bəhri 1. MəfA’İlün məfA’İlün məfA’İlün məfA’İlün
Dadah-dahdah dadah-dahdah dadah-dahdah dadah-dahdah Misal: Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər. İ. Həsənoğlu
2. MəfA’İlün məfA’İlün fə’Ulün
Dadah-dahdah dadah-dahdah da-dahdah Misal: Cənabından səva yoxdur gümanı. X. B. Natəvan
Rəməl bəhri 1. FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilAtün
Dahda-dahdah dahda-dahdah dahda-dahdah dahda-dahdah
Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-5 bölgüsü ilə:
dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah-dah
Misal: Şövqi-vüslət əldən aldı taqətü səbrü qərarın. M. H. Səhhaf
2. FA’ilAtün fA’ilAtün fA’ilAtün fA’ilün
Dahda-dahdah dahda-dahdah dahda-dahdah dah-dadah
Azərbaycan əruzuna daha uyğun olan 3-4-4-4 bölgüsü ilə:
Dah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah Misal: Sevgidir, yalnız məhəbbətdir həyatın gövhəri. Ə. Vahid
Mütədarik bəhri 1. FA’ilün fə’il fA’ilün fə’il
Dah-dadah dadah dah-dadah dadah
Azərbaycan əruzuna daha uyğun olan 5–5 bölgüsü ilə:
Dahda-dahdadah dahda-dahdadah Misal: Səndən əl çəkib kəsməm ülfəti. M. Ə. Ləli
2. FA’ilün fA’ilün fA’ilün fə’
Dah-dadah dah-dadah dah-dadah dah Misal: Elm ilə əqli təkmil edək biz. Rza Zəki
Rəcəz bəhri 1. Müstəf’ilün müstəf’ilün müstəf’ilün müstəf’ilün
Dahdah-dadah dahdah-dadah dahdah-dadah dahdah-dadah Misal: Axır zamanın fitnəsi şol gözləri şəhla imiş. İ. Nəsimi
2. Müstəf’ilün müstəf’ilün
Dahdah-dadah dahdah-dadah Misal: Aşiq olan kamil gərək. Ş. H. Rəncur xanım
Müzare bəhri 1. Məf’Ulü fA’ilAtü məfA’İlü fA’ilün
Dah-dahda dahda-dahda dadah-dahda dah-dadah Azərbaycan əruzuna daha uyğun olan 1-4-4-5 bölgüsü ilə: Dah dahda-dahda dahda-dadah dahda-dahdadah Misal: Bilməm bu nazənin kimin istəkli yarıdır. Ə. Vahid
2 Məf’Ulü fA’ilAtün məf’Ulü fA’ilAtün
Dah-dahda dahda-dahdah dah-dahda dahda-dahdah Azərbaycan əruzuna daha uyğun olan 1-4-2-1-4-2 bölgüsü ilə: Dah dahda-dahda dahdah dah dahda-dahda dahdah Misal: Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır. M. Ə. Sabir