Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


Əruz qəliblərini necə sadələşdirmək



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   12   13   14   15   16   17   18   19   20
esh evsq

Əruz qəliblərini necə sadələşdirmək 

olar? 

 

Öncə qeyd etmişdik ki, Əkrəm Cəfər əruz qəliblərinin 



cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə  can) vasitəsi 

ilə ifadəsini vermişdir (1). Lakin, hesab edirik ki, 6 ünsür 

də çoxdur, çünki, bu 6 ünsür özü də cəmi iki ünsürdən – 

uzun 

  qısa  hecalardan    düzəlmişdir.  Elmdə  bu  növ 

hecaların  şərti  işarələri  də  qəbul  olunmuşdur.  Uzun 

hecalar  - 

”–”,  qısa  hecalar  isə  -  “”  işarəsi  ilə  göstərilir. 

Əruzda  “ikiqat  uzun  heca”  anlayışından  da  istifadə 

olunur. 

X. İ. Əhməd təfilələrindəki belə hecalar saiti böyük 

h

ərflə yazılan qapalı hecalarla (məs., “lAn”) ifadə olunur. 



B

elə  hecaların  şərti  işarəsi  isə  “~”  kimidir.  Əkrəmi 

qəliblərində bu növ heca “can” ünsürü ilə ifadə edilmişdir. 

Lakin, 


Azərbaycan  əruzu  üçün  ikiqat  uzun  heca 

anlayışının  qəbul  olunmasına  ehtiyac  yoxdur.  Çünki, 




 

21 


Azərbaycan  əruzunda  ikiqat  uzun  heca  uzun  heca  ilə 

demək olar ki, eyni əhəmiyyətə malikdir. Yəni, ikiqat uzun 

hecanı  elə  uzun  heca  kimi  qəbul  etmək  olar.  Deməli  ən 

sadə əruz qəliblərini düzəltmək üçün mümkün qədər dilə 

yatımlı  olan  cəmi  2  qəlib  ünsürü  qəbul  etmək  kifayətdir. 

Bu  ünsürlər  “da”  (qısa  heca)  və  “dah”  (uzun  heca)  ola 

bilər.  Səslərin  sayına  görə  də  bu  ünsürlər  ən  sadəsidir. 

Belə ki, bu ünsürlərdə minimum sayda səsdən (“d”, “a” və 



“h”)  istifadə  olunmuşdur.  Buradakı  “da”

 

ünsüründə  “a” 



saiti uzadılmamalıdır, çünki, qısa hecanı ifadə edir.  

Onu  da  qeyd  edək  ki,  orta  əsr  şərq  musiqişünas-

lığında əruz qəliblərinə uyğun musiqi ritmlərinin nisbətən 

sadə  “tən”,  ”tə”,  “tə-nən”  kimi  ünsürlərlə  ifadəsi  mövcud 

olmuşdur.  (bax,  Bədəlbəyli  Ə,  Musiqi  lüğəti,  Bakı-1969, 

səh.-61).  Şeirdə  isə  nədənsə  ən  sadə  əruz  qəlibi 

ünsürlərindən  istifadəyə  rast  gəlmirik.  Ümumtürk 

əruzunun  ilk  tədqiqatçılarından  olan  Ə.  Nəvai  (1441-

1501) 


və  Z.  M.  Babur  (1483-1530)  da  qəlib  ünsürlərini 

sa

dələşdirməmiş, yalnız rüknləri (təfilə əmələ gətirən ilkin 



ritmik 

ünsürlər) fars və türk sözləri ilə ifadə etmişlər (2). 

Aşağıda  Azərbaycan  əruzunda  işlədilən  76  əsas  

qəlibin  X.  İ.  Əhməd  təfilələriylə  və  qəbul  etdiyimiz  iki 

ünsür  (“da”  və  dah)  vasitəsiylə  sadələşdirilmiş  ifadəsi 

ver


ilmişdir. Sadələşdirilmiş qəliblərdəki “-“ (tire) işarəsinin 

heç  bir  ritmik  mənası  yoxdur  və  yalnız  qəliblərin  asan 

oxunmasına xidmət  edir.  Sadələşdirilmiş qəliblərdə uzun 

hecalar 


(“dah”) seçilmək üçün qara hərflərlə verilmişdir.  

Burada 


Ə.  Cəfərin  kitabında  (1)  verilmiş  nümunə  və 

misallardan 

və  başqa  mənbələrdən  istifadə  etmişik. 

Həmin  kitabda  müəllif Azərbaycan  əruzu  bəhrlərinin  266 

variantda  92  növünün  siyahısını  vermiş  (bax,  qeyd 

olunan  kitabda 

səh.  362–370)  və  bu  266  qəlibin  hər  biri 

üçün Azərbaycan şeirində real  misalların olduğunu qeyd 

etmişdir.  Aşağıda  verdiyimiz  76  qəlibdən  74-ünü  həmin 

92  növ  qəlibindən  əsas  qəlib  kimi  seçmişik,  qalan  ikisini 




 

22 


(həzəc-17  və  həzəc-18)  isə  M.  Ə.  Sabirin  şeirlərindən 

müəyyən  etmişik.  M.  Ə.  Sabir  bu  qəlibləri  hər  dəfə  eyni 

şeirdə növbə ilə işlətmişdir.  M.  Ə.  Sabirin  bu qəliblərdən 

istifadə  etdiyi  cəmi  üç  şeirinə  rast  gəlmişik  (bax, 



M.Ə.Sabir,  Hophopnamə.  Bakı,  “Yazıçı”-1992,  səh.-240, 

274, 279).  

 

Ə. Cəfərin müəyyən etdiyi 266 variantda 92 növdən  



74 

qəlibi  ona  görə  əsas  qəlib  kimi  seçmişik  ki,  qalan 

bütün  növ  və  variant  qəliblərinin  demək  olar  ki,  hər  biri, 

bu 74 qəlibdən yalnız  birinci və ya sonuncu hecaya görə 

fərqlənən  “törəmə”  qəliblərdir.  Daha  dəqiq  desək, 

“törəmə”  qəliblər  əsas  qəliblərdən  aşağıdakı  xüsusiy-

yətlərinə görə fərqlənirlər: 



Fə’ilAtün  (Dada-dahdah)  təfiləsi  ilə  başlayan 

qəliblərdə  birinci  hecanın  qısa  əvəzinə  uzun  olması. 

Azərbaycan  əruzunda  bu  halın  eyni  şeirdə  baş  verməsi 

bir qayda olaraq xəta syılmır. Məsələn, birinci hecası qısa 

olan  r


əməl-6  qəlibində  yazılmış  aşağıdaki  beytdən  bunu 

görmək olar: 

 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin