Əsas prinsipləri Elmi rəhbər : Musayev Məsud Tələbə : Həsənli Zaur Plan



Yüklə 0,9 Mb.
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#47363
zaur


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes Universiteti

Fakültə : İqtisadiyyat və İdarəetmə

İxtisas : Sosial iş

Qrup : 821A

Kurs : I

Fənn : Sosial işə giriş

Mövzu : Sosial siyasət anlayışı və

əsas prinsipləri

Elmi rəhbər : Musayev Məsud

Tələbə : Həsənli Zaur

Plan

1. Sosial siyasət anlayışı nədir ?

2. Sosial siyasətin vəzifələri.

3. Sosial siyasətin əsas prinsipləri.

Sosial Siyasət anlayışı nədir ?

Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra inkişaf edərək geniş mənada işlədildi. Sosial siyasət müasir mənada: cəmiyyətdəki bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin cəmidir.

Sosial siyasət - dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər sistemidir.

Sosial siyasətin vəzifələri

Sosial siyasətin vəzifələri dedikdə, onun həll etməli olduğu əsas məsələlər nəzərdə tutulur. Sosial siyasətin əsas vəzifələrini aşağıdakı kimi təsnif etmək olar: Gəlirin ədalətli bölgüsü və yoxsulluğun azaldılaması: Sosial siyasətin qarşısına qoyduğu ən əsas məsələlərdən biri milli gəlirin cəmiyyətdə ədalətli bölügüsü ilə əlaqədardır. Dövlət bu yöndə siyasətlər həyata keçirərək siniflər arası maddi uçurumun qarşısını alır və sosial ədaləti yaratmağa çalışır. Gəlirin ədalətsiz bölgüsü zamanı yaranan yoxsulluq probleminin həlli də sosial siyasətin ən əsas vəzifələri sırasındadır.
Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin