Antidopinq qaydalarının pozulmasının aqibəti – idmançı və ya digər persona tərəfindən antidopinq qaydalarının pozulması aşağıda göstərilən aqibətlərdən biri və ya bir neçəsi ilə nəticələnə bilər:
Hər hansı bir yarışda və ya idman hadisəsində idmançının nəticəsinin bütün mükafat və hədiyyələr alınmaqla hesab edilməməsi, ləğv edilməsi;
Kodeksin 10.9 maddəsində nəzərdə tutulduğu kimi, idmançının və ya digər personanın müəyyən müddətə istənilən yarışlarda iştirakdan uzaqlaşdırılması, digər fəaliyyətdən və ona maliyyə dəstəyi göstərilməsindən azad edilməsi;
Dinləmələrdə son qərar çıxarılana qədər idmançının yarışlarda iştirakdan müvəqqəti uzaqlaşdırılması, azad edilməsi (Maddə 8)