Azərbaycan Respublikasında idman sahəsində



Yüklə 191,5 Kb.
səhifə2/22
tarix26.12.2016
ölçüsü191,5 Kb.
#3651
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   22
I Ümumi müddəalar
1.1. Anti-dopinq sahəsində fəaliyyət göstərən təşkilatlar.
Anti-dopinq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, Ümumdünya Anti-dopinq Kodeksi və mövcud Əsasnaməyə uyğun olaraq səlahiyyətli təşkilatlar tərəfindən həyata keçirilir.

Hazırkı əsasnamənin reallaşmasında iştirak edən səlahiyyətli təşkilatlar:



  • Azərbaycan Respublikasında bədən tərbiyəsi və idman sahəsində anti-dopinq nəzarətinin təşkili və həyata keçirilməsini tənzimləyən Azərbaycan Anti-dopinq təşkilatı (AADT)

  • Respublika İdman Tibb Mərkəzi;

  • Respublikanın regional İdman Tibb Mərkəzləri.

AADT müstəqil təşkilat səlahiyyətlərinə malikdir və aşağıdakılara görə məsuliyyət daşıyır:

  • dopinqə nəzarətin təşkili üzrə planlaşdırılmaya, əlaqələndirməyə,

monitorinqə və rəylərə;

  • digər yerli və beynəlxalq anti-dopinq təşkilatları ilə qarşılıqlı əlaqələrin

yaradılması və inkişafına;

  • anti-dopinq təşkilatları arasında qarşılıqlı səmərəli testlərin keçirilməsinə

köməklik göstərməyə;

  • anti-dopinq tədqiqatlarının keçirilməsi istiqamətində fəaliyyətə;

  • maarifləndirmə proqramlarının planlaşdırılmasına və hazırlanmasına görə.

1.2. Əsasnamənin tətbiq edilməsi


İdman növləri üzrə federasiyalar (ittifaqlar, assosiasiyalar) mövcud əsasnaməni qəbul etməli və bu əsasnaməni öz nizamnamələrinə və ya qaydalarına daxil etməlidirlər.

Bu əsasnamənin tətbiqi idmançıların idman yarışlarında iştirakının əsasını təşkil edir.

Dövlət və yaxud MOK tərəfindən idman federasiyalarına (ittifaqlar, assosiasiyalar) göstərilən maliyyə və digər yardımların əsas şərtləri anti-dopinq qaydalarını pozmuş idmançılara sanksiyalarının tətbiqi daxil olmaqla bu əsasnamənin tələblərini qəbul etmək və riayət etməkdən ibarətdir.

İdman növləri üzrə federasiyalar (ittifaqlar, assosiasiyalar) AADT-nın səlahiyyətlərinə hörmətlə yanaşmalı və anti-dopinq işinin bütün aspektləri üzrə AADT və digər orqanlarla əməkdaşlıq etməli, Ümumdünya Anti-dopinq Kodeksinə əsasən müvafiq beynəlxalq federasiyaların qaydalarına riayət etməlidirlər.

Ümumdünya Anti-dopinq Kodeksində göstərildiyi kimi Beynəlxalq federasiyalar və AADT bir-birinin səlahiyyətini tanıyırlar.
1.3. Hazırkı əsasnamənin reallaşmasında idmançıların rolu və məsuliyyəti
İdmançılar bilməlidir:


  • mövcud əsasnamə ilə tanış olmalı və ona riayət etməlidirlər;

  • anti-dopinq müayinələrinə hazır olmalıdırlar;

  • qəbul və istifadə etdikləri hər bir qidanın məsuliyyətini daşımalıdırlar;

  • öz tibb personalına qadağan edilmiş maddələr və vasitələrin qəbulunun yolverilməz olduğunu bildirməli və aldıqları hər hansı tibbi xidmətinin hər hansı bir anti-dopinq qaydalarına zidd olmaması üçün məsuliyyət daşımalıdırlar;

  • beynəlxalq idman federasiyalarına harada olmaları haqda məlumat təqdim etməli, əgər Ümumdünya Anti-dopinq Agentliyinin (ÜADA) məlumat mərkəzində bu haqda məlumat yoxdursa, surətini AADT-ya göndərməlidirlər.

1.4. Hazırkı əsasnamənin reallaşmasında məşqçi, həkim və digər personalın rolu və məsuliyyəti
İdmançıların personalı bilməlidirlər:

  • mövcud əsasnamə haqqında məlumatlı olmalı və ona riayət etməlidirlər;

  • idmançıların testlərdən keçirilməsinin təşkilində köməklik göstərilməlidirlər;

  • idmançılar arasında anti-dopinq vasitələrinin dəyərini təbliğ etmək üçün öz nüfuzlarından istifadə etməlidirlər.

1.5. Hazırkı əsasnamənin reallaşmasında Milli Olimpiya Komitəsinin və Paralimpiya Komitəsinin rolu və məsuliyyəti


Milli Olimpiya və Paralimpiya Komitələri:

- mövcud əsasnamədə və ÜADA–nın kodeksində göstərilmiş qaydalarla öz anti-dopinq qaydalarının uyğunluğunu təmin etməlidirlər:

- idman növləri üzrə federasiyaların (ittifaqlar, assosiasiyalar) Milli Olimpiya və Paralimpiya komitələrinə üzv olmaları üçün əsas şərt ÜADA-nın kodeksinin və bu əsasnamənin tələblərini tanımalarından ibarətdir.

- Milli Anti-dopinq təşkilatı ilə əməkdaşlıq etməlidirlər;

- idmançıya və yaxud idmançının personalına anti-dopinq qaydalarını pozduğuna görə idman yarışlarında iştirakdan kənarlaşdırıldığı müddətdə maliyyələşdirməni qismən və ya tam şəkildə dayandırmalıdırlar;

- qaydaları ÜADA–nın kodeksində göstərilmiş qaydalara uyğun gəlməyən bəzi və yaxud bütün federasiyalara (ittifaqlar, assosiasiyalar) maliyyələşdirməni qismən və ya tam şəkildə dayandırmalıdırlar.

1.6. Milli Anti-dopinq təşkilatlarının rolu və məsuliyyəti
Anti-dopinq təşkilatları aşağıda göstərilənlərə riayət etməlidirlər:


  • Anti-dopinq tədqiqatlarının keçirilməsinə köməklik göstərməlidirlər;

  • Anti-dopinq fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb vaxtında təqdim etməlidirlər;

  • İdmançıların müayinə qeydiyyatına daxil edilməsinin meyarlarını müəyyən etməlidirlər;

  • Respublika İdman Tibb Mərkəzində və Respublikanın regional İdman Tibb Mərkəzlərində məlumat-maarifləndirici işləri və nümunələrin toplanmasını təşkil etməlidirlər;

  • Terapevtik istifadə (Tİ) ilə bağlı sorğular tərtib edilərkən texniki cəhətdən və məsləhətçi tərəfindən köməklik göstərilməsi də daxil olmaqla sorğuları anti-dopinq təşkilatlarına, ÜADA-ya göndərməli, mübahisəli və mürəkkəb vəziyyətlərdə tibbi ekspertlərin rəyini öyrənməli, həmçinin terapevtik istifadə məsələləri üzrə idman federasiyaları ilə qarşılıqlı fəaliyyəti tənzimləmək üçün komissiya təşkil etməlidirlər;

  • Anti-dopinq laboratoriyalarından idmançıların bioloji nümunələrinin nəticələrini əldə etməli, analizin xoşagəlməz nəticələri aşkar edildiyi təqdirdə idman federasiyalarını (ittifaqları, assosiasiyaları ) bu haqda məlumatlandırmalıdırlar;

  • A nümunəsinin analizi xoşagəlməz nəticə verdiyi təqdirdə idmançıya öz hüquqlarını bildirməlidirlər;

  • milli səviyyəli idmançıların apelyasiya vermə qaydalarını müəyyən etməli, apelyasiya və dinləmə prosesində idmançının müdafiəsini təmin etməli, idmançının idman arbitrajının məhkəməsinə ardıcıl apelyasiya vermək hüququnu təmin etməlidirlər;

  • idmanda dopinq qəbuluna qarşı yönəlmiş maarifləndirici və digər anti-dopinq proqramlarını hazırlamalı, planlaşdırmalı və reallaşdırmalıdırlar;

  • dopinq nümunəsinin götürülməsi üçün mütəxəssis heyətinin təlimini və attestasiyasının keçirilməsini təşkil etməlidirlər.

1.7. Mühüm beynəlxalq idman yarışlarında təşkilat

komitələrinin rolu və məsuliyyəti
Mühüm beynəlxalq idman yarışlarının təşkilat komitələri bilməlidir:


  • Anti-dopinq siyasətini aparmalı və mövcud əsasnaməni (anti-dopinq qaydalarını) qəbul etməlidirlər;

  • mövcud əsasnaməyə və ÜADA-nın Kodeksinə zidd olan halların aradan qaldırılması üçün tədbirlər görməlidirlər;

  • müstəqil müşahidəçi proqramlarının həyata keçirilməsinə sanksiya verməli və köməklik göstərməlidirlər.

1.8. İdman növləri üzrə federasiyaların rolu və məsuliyyəti


İdman növləri üzrə federasiyalar aşağıda qeyd olunanlara riayət etməlidir:

- mövcud əsasnaməyə və ÜADA-nın kodeksinə uyğun olaraq anti-dopinq siyasətini həyata keçirməlidirlər;

- idmançılardan və idmançıların bütün personalından bu əsasnaməyə və ÜADA-nın kodeksinə uyğun olaraq anti-dopinq qaydalarına riayət etmələrini tələb edilməlidirlər;

- müayinə üçün milli və beynəlxalq qeydiyyata götürülmüş idmançıların olduğu yer haqqında məlumatın toplanması və yeniləşməsini həyata keçirməlidirlər. İdmançının olduğu yerlə bağlı məlumatların AADT-na çatdırılmasını təmin etməlidirlər;

- qadağan olunmuş maddələrin terapevtik istifadəsi üzrə komissiyanın işinin təşkili üçün AADT ilə birgə fəaliyyət göstərilməlidirlər;

- hazırlanmış anti-dopinq proqramlarının həyata keçirilməsinə nəzarət etməlidirlər;

- beynəlxalq idman yarışları zamanı müstəqil müşahidəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməlidirlər;

- anti-dopinq qaydaları ÜADA-nın kodeksində şərh olunan qaydalara uyğun gəlməyən federasiyaları maliyyələşdirməkdən tam və ya qismən imtina etməlidirlər;

- Azərbaycan idmançıları, məşqçiləri və həkimləri tərəfindən anti-dopinq qaydalarının pozulması hallarına ÜADA –nın tələblərinə uyğun baxmalıdırlar;

- anti-dopinq qaydalarının pozulması hallarında istintaq aparmalı, istintaq başa çatdıqdan sonra idmançını onun nəticələri haqda xəbərdar etməlidirlər;

- ÜADA-nın kodeksinin qüvvədə olan tələblərinə əsasən anti-dopinq qaydalarını pozan idmançılar və digər şəxslər üçün onların yarışlardan kənarlaşdırılma müddətini təyin etməlidirlər;

- idmançını, klubları, milli anti-dopinq təşkilatlarını, beynəlxalq federasiyaları və ÜADA-nı qəbul edilmiş qərar haqqında məlumatlandırmalıdırlar.


2. Anti-dopinq qaydalarının pozulması
Anti-dopinq qaydalarının pozulması halları aşağdakılardır:

  • idmançıdan götürülmüş nümunələrdə qadağan edilmiş substansiyaların yaxud onların metobalitləri və markerlərinin aşkar edilməsi;

  • qadağan edilmiş maddələr yaxud qadağan edilmiş üsulların istifadəsi və yaxud istifadəsinə cəhd göstərilməsi;

  • nümunənin verilməsinin vacibliyi haqda xəbərdarlıq edildikdən sonra idmançının üzrlü səbəb olmadan nümunəni verməkdən imtina etməsi, təqdim etməməsi, həmçinin nümunə verməkdən yayınması;

- idmançının yeri haqda məlumatın verilməməsi və növbəti testləşdirmədə iştirak

etməməsi də daxil edilməklə mövcud tələblərin pozulması;

- dopinq nəzarət prosesinin istənilən mərhələsində saxtakarlıq və yaxud saxtakarlıq

cəhdləri;



  • yerindən və vaxtından asılı olmayaraq qadağan olunmuş maddələr və üsullara yiyələnmək;

  • qadağan olunmuş istənilən maddələrin və yaxud qadağan edilmiş üsulların yayılması;

  • idmançıya qadağan edilən istənilən üsul və maddələrin təyini, yaxud təyin etmək cəhdi və yaxud köməklik, təhrikçilik, yardım etmək, gizlətmək və istənilən digər anti-dopinq qaydalarının pozulmasında iştirakçı olmaq və ya pozulmasına cəhd göstərmək.

3. Dopinqin qəbul edilməsini təsdiq edən sübutlar.


3.1. Anti-dopinq qaydalarının pozulmasını sübut edən meyarlar:

- anti-dopinq qaydalarına riayət olunmayan şərtləri sübut edən dəlillərin əsaslandırılması və təqdim edilməsinin zəruriliyi AADT-ya həvalə olunur. İrəli sürülən təqsirləndirilmənin ciddiliyini nəzərə alaraq, tələb edən təşkilatın qəbul etdiyi tələblərin yerinə yetirilməsinin AADT tərəfindən aşkar edilməsi sübutların əsas meyarıdır.

Bu sübut meyarı bütün hallarda sadə ehtimal balansından daha güclüdür, şübhə doğurmayan sübutdan isə daha az gücə malikdir.

Kodeks idmançını yaxud digər şəxsi tələbləri yerinə yetirməməkdə təqsirli biləndə gümanları, müəyyən fakt və şayiələri inkar etmək üçün sadə ehtimal balansı sübutun meyarı olacaqdır.

3.2. Anti-dopinq qaydalarının pozulması faktlarını təyin edən metodlar və təqsirsizlik prezumsiyaları:

Dopinqə nəzarət tələblərinin yerinə yetirilməməsi faktları etiraf daxil olmaqla istənilən etibarlı vasitə ilə müəyyən edilə bilər.

3.3. Anti-dopinq qaydalarının pozulması haqda sübutların təqdim edilmə meyarları:

Dopinq məsələlərində anti-dopinq qaydalarının pozulması zamanı sübutların təqdim edilməsi üçün aşağıdakı meyarlar tətbiq ediləcəkdir:



  • ÜADA tərəfindən qeydiyyatdan keçirilmiş laboratoriyalara beynəlxalq standartlara uyğun laboratoriya analizləri üçün nümunələrin təhlilinin aparılmasına səlahiyyət verilir.

  • idmançı testləşdirmə və laboratoriya tədqiqatında beynəlxalq standartlardan yayınma hallarını aşkar edərsə, mövcud səlahiyyətləri tanınmaqdan imtina edə bilər.

  • əgər idmançı yuxarıda qeyd olunan səlahiyyətləri qəbul etməkdən imtina edir və beynəlxalq standartlara riayət olunmadığını bildirirsə, bu zaman riayət olunmayan faktların analizin xoşagəlməz nəticəsinə səbəb olmasını əsaslandırmaq AADT-ya həvələ olunur.

  • testləşdirmə zamanı beynəlxalq standartlara riayət edilməməsi əgər arzuolunmaz analitik nəticələrə, yaxud anti-dopinq qaydalarının pozulmasına gətirib çıxarmırsa mövcud nəticə ləğv edilmir.

  • əgər idmançı testləşdirmə zamanı beynəlxalq standartlara əməl olunmadığını aşkarlayırsa, bu faktorun xoşagəlməz analitik nəticəyə, yaxud tələblərin yerinə yetirilməməsinin faktiki əsasına gətirib çıxarmasını əsaslandırmaq AADT-ya həvalə olunur.

4. İdmanda qadağan olunmuş dopinq maddələrinin

(substansiyaların) və vasitələrinin siyahısı

İdmanda istifadəsi qadağan olunmuş maddələrin siyahısının nəşri və ona yenidən baxılması ÜADA-nın imtiyazındadır. Siyahıya hər il yenidən baxılır. ÜADA zəruri olduğu halda ildə bir dəfədən gec olmamaq şərti ilə siyahını nəşr etməyə borcludur. Qadağan olunmuş siyahı beynəlxalq standart kimi Ümumdünya Anti-dopinq Kodeksinin ayrılmaz hissəsidir. Qadağan olunmuş siyahının hər il üçün versiyası və ona edilmiş dəyişikliklər Kodeksi imzalayan tərəflər tərəfindən vaxtlı – vaxtında ÜADA–ya təqdim edilir və ÜADA–nın veb saytında yerləşdirilir. Siyahını imzalayan hər bir tərəf qadağan olunmuş siyahını öz üzvlərinə və etibar etdikləri şəxslərə təqdim etmək üçün müvafiq addımlar atmalıdırlar.

Əgər siyahıda, yaxud dəyişikliklərdə ona qarşı çıxılmırsa o zaman siyahı yaxud ona edilmiş dəyişikliklər ÜADA-da da nəşrdən 3 ay sonra AADT-ya heç bir tələb irəli sürülmədən AADT-nın yurisdiksiyası (mühakiməsi) altında ərazidə qüvvəyə minir.

ÜADA-nın bu və ya digər maddəni (substansiyanı) yaxud metodu qadağan oedilmiş siyahıya daxil etməsi qərarı qətidir və idmançı yaxud digər şəxs tərəfindən müzakirə predmetinə çevirə bilməz.

5. İdmanda qadağan olmuş maddə və metodların terapevtik istifadəsi (Tİ).
5.1 Hazırkı əsasnamə vaxtaşırı edilmiş düzəliş və dəyişikliklərlə bərabər ÜADA tərəfindən qəbul edilmiş terapevtik istifadənin Beynəlxalq standartına uyğundur. İdman prosesinin bütün iştirakçıları və idman federasiyaları (ittifaqlar, assosiasiyalar) bu düzəlişləri qəbul etməlidirlər.

Tibbi göstəricilərinə görə qadağan olunmuş maddə və metodların istifadəsini tələb edən idmançılar terapevtik istifadə haqqında razılıq verilməsi üçün AADT-ya (milli səviyyədə) yaxud müvafiq Beynəlxalq federasiyaya (beynəlxalq səviyyədə) sorğu göndərməlidirlər.

Beynəlxalq səviyyəli idmançılar və beynəlxalq yarışlarda iştirak edən idmançılar Beynəlxalq federasiya tərəfindən əvvəlcədən aldığları razılıq əsasında terapevtik istifadənin (Tİ) hazırkı vaxta qədər fəaliyyətdə olması və bu barədə AADT-na məlumat verilməsi halı istisna olmaqla, AADT tərəfindən müvafiq Beynəlxalq federasiyanın tibbi komissiyasına (Tİ)-yə razılıq verilməsi üçün sorğu göndərirlər.

Beynəlxalq səviyyəli idmançı Beynəlxalq federasiyanın testdən keçmək üçün siyahısına daxil edilmədiyi təqdirdə AADT- na terapevtik istifadə (Tİ) üçün sifariş verir, terapevtik istifadə (Tİ) üzrə komissiya sifarişin Beynəlxalq federasiyaya təqdim edilməsi üçün qərar qəbul edir.

Azərbaycan Respublikasının ərazisində keçirilən yarışlarda iştirak edən idmançılar terapevtik istifadəyə (Tİ) razılıq almaq üçün AADT- na sorğu göndərməlidirlər.

5.2 Terapevtik istifadə üzrə komissiya.

AADT terapevtik istifadəyə razılıq verilməsi üçün komissiya yaradır (bundan sonra TİK) Komissiyanın üzvləri məxfiliyin qorulması və zidd maraqların olmamağı haqqında müqavilə imzalayırlar.

TİK-nın əsas vəzifəsi – sorğunu terapevtik istifadənin beynəlxalq standartlarına uyğun olaraq diqqətlə öyrənməkdən və bu sorğu ilə bağlı qərar qəbul etməkdən ibarətdir. TİK -nın çıxardığı qərara AADT-nin qərarı kimi baxılır.

5.3 Terapevtik istifadəyə (Tİ) razılıq verilməsi üçün sifariş.

(Tİ) – yə razılıq verilməsi üçün sifariş beynəlxalq standartlara ciddi surətdə uyğun olmalıdır. İdmançı sifarişdə TİK –nın üzvlərinə və əgər tələb olunursa digər müstəqil tibbi və elmi ekspertlərə və terapevtik istifadə (Tİ) üzrə verilmə, baxılma və apelyasiya üzrə proseslərə qoşulmuş digər əməkdaşlara istənilən zəruri məlumatların təqdim edilməsi haqqında yazılı sürətdə razılıq verir.

İdmançı eyni zamanda TİK- nın çıxardığı qərarın kodeksin müddəalarına uyğun olaraq digər anti-dopinq təşkilatlarına ötürülməsi haqqında, həmçinin məlumatların ÜADA- nın məlumat mərkəzinə verilə bilməsi haqda yazılı surətdə razılıq təqdim edir.

5.4 Terapevtik istifadənin (Tİ) qərarına yenidən baxılması.

ÜADA idmançının xahişi yaxud öz təşəbbüsü ilə terapevtik istifadəyə (Tİ) razılıq verilməsi və yaxud verilməməsi haqqında AADT-nın qərarına yenidən baxa bilər. Əgər ÜADA AADT tərəfindən çıxarılmış qərarın terapevtik istifadə (Tİ) üzrə beynəlxalq standartlara uyğun olmaması və hazırkı vaxtda fəaliyyətdə olmaması haqda qərara gələrsə AADT-nın qərarını dəyişdirə bilər, bu zaman qadağan olunmuş maddə və metodların terapevtik istifadəsinə (Tİ) verilmiş razılıq ləğv olunacaqdır.


Yüklə 191,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin