10. Apelyasiya
10.1. Ümumdünya Antidopinq kodeksinə uyğun olaraq qəbul edilən qərarlardan apelyasiya verilə bilər.
10.2. Apelyasiya – idmançının yarışlardan kənarlaşdırma qərarından şikayət prosedurudur.
10.3. Apelyasiya verilir:
- antidopinq qaydalarının pozuntuları haqda qərardan;
- sanksiyaların çıxarılması haqda qərardan;
- qayda pozuntusu olmaması haqda qərardan;
- terapevtik istifadə üzrə komissiyanın hər hansı bir işi aparması üçün kifayət qədər
səlahiyyətlərə malik olmaması haqda qərardan;
-
müvəqqəti uzaqlaşdırma haqda qərardan;
-
yarışdan kənarlaşdırma müddətindən;
Apelyasiyaya baxan orqan əksinə qərar vermirsə, apelyasiyalara baxılan zaman qərarlar öz qüvvəsində qalır.
10.4. Əgər milli səviyyəli idmançının işinin dinlənilməsi, bu prosedura üçün ayrılmış 3 aydan çox çəkərsə, Beynəlxalq Federasiya işi bilavasitə baxılmaq üçün Apelyasiya Dopinq Tribunalına verə bilər.
10.5. ADK səlahiyyətli şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxmaq kompetensiyasına malik olan 3 hakimdən ibarət xüsusi komissiyadır.
10.6. ADK-nın qərarlarından şikayət Gənclər və İdman Nazirliyinə və ya Beynəlxalq İdman Arbitrajına apelyasiya verməklə mümkündür.
10.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində apelyasiya şikayətinə baxmaq proseduru; (maddə 9.5-lə bağlamaq)
Gənclər və İdman Nazirliyinə apelyasiya şikayəti Antidopinq komissiyasının dinləmələrində qərar çıxarılmış gündən 30 gün ərzində verilir.
Apeliyasiya komissiyasında apelyasiya şikayətlərinə baxılması aşağıdakı qaydada aparılır:
-
apelyasiya şikayəti daxil olandan 30 gün ərzində dinləmələrə başlamaq;
-
apelyasiya şikayətinə baxılmasından ötən 15 gün ərzində çıxarılmış qərarın motivi də daxil olmaqla yazılı qərar göndərmək;
10.8. Beynəlxalq İdman Arbitrajında (bundan sonra – BİA) apelyasiya şikayətlərinə baxılması, BİA-nın xüsusi səlahiyyətində olan aşağıdakıların qəbulu zamanı mümkündür:
- beynəlxalq səviyyəli idmançılara və beynəlxalq idman yarışlarına aid olan qərarlar;
- idmanda qadağan olunmuş maddə və metodların terapevtik istifadəsinə hüquq verilməsi və ya imtina edilməsi haqda AADT-nın qərarı:
- təşkilatların aqibəti haqda qərar, hansı ki, bunun əsasında qərar (qəbul edilmiş reqlamentə uyğun şikayət edilir)çıxarılır;
- ÜADA-nın laboratoriyalarının fəaliyyətinin dayandırılması və ya akkreditasiyadan məhrum edilməsi haqda qərarı;
- təşkilatlara münasibətdə çıxarılmış qərarlar, hansı ki, bu münasibətdə ümumdünya Antidopinq Kodeksinin üçüncü hissəsi üzrə sanksiyalar çıxarılır (tərəflərin rolu və məsuliyyəti)..
BİA-nın qərarları qətidir və sonradan şikayətə məruz qalmır.
10.9. Dinləmələrdə beynəlxalq səviyyəli idmançıya münasibətdə qərar çıxarıldığı təqdirdə, aşağıdakı şəxslər apelyasiya şikayəti verə bilərlər.
- şikayət verilən qərarın subyekti olan idmançı və ya digər şəxs;
- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;
- qərar Olimpiya və ya paralimpiya ilə əlaqədar olduğu təqdirdə MOK və ya MPK;
- ÜADA;
10.10. Milli səviyyəli idmançıya aid qərardan şikayət verildiyi halda apelyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir.
- şikayət edilən qərarın subyekti olan idmançı və ya digər şəxs;
- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;
- ÜADA;
- AADT.
10.11. İdmançını və ya onun personalının idmandan və yarışlardan müvəqqəti uzaqlaşması səbəbindən apelyasiya şikayəti idmançı və ya haqqında müvəqqəti uzaqlaşdırma haqda qərar qəbul edilmiş şəxs tərəfindən verilir.
10.12. Apelyasiya proseduru məxfiliyə riayət olunması ilə keçirilir və işə baxılmanın vəziyyəti haqda beynəlxalq federasiyanı və ÜADA-nı məcburi məlumatlandırma ilə müşayiət olunur. Qərar və yazılı dəlillər ictimaiyyət üçün qiyməti sübuta çevrilir.
10.13. Əgər beynəlxalq federasiya beynəlxalq səviyyəli idmançının işi ilə bağlı dinləmələri ADK-da ayrılmış 3 ay ərzində başa çatmaması ilə bağlı öz komissiyasına və ya BİA-na keçirmək haqda qərar verirsə, bilinməlidir ki, BİA-na istənilən apelyasiya bu təşkilatın qaydalarına uyğun verilməlidir.
10.14. Antidopinq qaydalarının pozulmasında yaxalanmış idmançıların oxşar məlumatları B nümunəsinin analizinin müsbət nəticəsi alındıqdan sonra və ya “A” nümunəsinin nəticəsinə idmançının yazılı razılığı olduqdan sonra, rəsmi orqanların (federasiya, AADT, ADK, ÜADA da akkreditə olunmuş laboratoriyalar, milli antidopinq laboratoriyası - bundan sonra MADL) qərarları əsasında tam aydınlıq olduqda, hadisə haqda (dopinq nümunənin müsbət nəticəsi, yarışlardan uzaqlaşdırma, yarışdan kənarlaşdırma müddətlərinin müəyyən edilməsi) müvafiq qərar çıxarılandan 20 gündən gec olmayaraq açıqlana bilər.
Apelyasiyaya baxılmasının gedişatında antidopinq qaydalarının pozulması halları təsdiqlənməzsə, ADK gecikdirmədən idmançının və ya digər şəxsin cari statusu haqda maraqlı tərəflərə məlumat verməlidir.
10.15. Qadağan olunmuş formokoloji vasitələrin istifadəsinə səbəbkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilə bilərlər.
10.16. AADT-nın müvafiq şöbəsinin əməkdaşları və idmançılardan bio-nümunələrin götürülməsinə cəlb edilmiş şəxslər kod nömrələrini, nümunələrin nəticəsi haqda məlumatları sirr saxlamağa, nümunələrin götürülməsi proseduruna, qorunmasına, nəqliyyata, protokolların və müvafiq sənədlərin tərtibatına düzgün riayət olunmasına cavabdeh olmağa borcludurlar.
10.17. MADL -in vəzifəli şəxsləri AADT-nın əməkdaşları və ya nümayəndələri (kuryer) tərəfindən gətirilən nümunələri qəbul etməkdən imtina etmək hüququna, eləcə də nümunələrin götürülməsi üçün federasiyalar və digər idman təşkilatları ilə müqavilələr bağlamaq hüququna malik deyillər. Müqavilələr AADT-nın razılığı əsasında nümunələrin analizlərinin keçirilməsi və ya elmi-tədqiqatların aparılması üçün bağlana bilər.
MADL -ın əməkdaşları Azərbaycan Respublikasının ərazisində keçirilən bütün idman yarışlarında dopinq-nümunə götürmək, həmçinin yarışdan kənar dopinq-nəzarəti həyata keçirmək hüququna malik deyillər.
10.18. Antidopinq qaydalarının pozulmasından artıq səkkiz ildən çox vaxt keçərsə idmançıya və onun digər istənilən personalına qarşı bu qaydaların pozulması ilə bağlı heç bir hərəkət tətbiq edilə bilməz.
10.19. İdmanda qadağan olunmuş maddə və metodlardan terapevtik istifadəyə icazə verilməsi və ya verilməməsi haqda ÜADA-nın qərarından BİA-na yalnız idmançı və ya AADT tərəfindən apelyasiya şikayəti verilə bilər. AADT-dan başqa istənilən digər antidopinq təşkilatının ÜADA tərəfindən dəyişdirilməyən terapevtik istifadəni qadağan edən qərarından apelyasiya beynəlxalq səviyyəli idmançılar tərəfindən BİA-na, digər idmançılar tərəfindən isə səlahiyyətli milli strukturlara verilə bilər. Əgər milli struktur terapevtik istifadəyə icazə verilməməsi haqda qərarı dəyişirsə, bu zaman ÜADA belə qərar üçün BİA-na apelyasiya verə bilər.
Dostları ilə paylaş: |