Mövzunun elmi işlənməsinin səviyyəsi. Azərbaycanda maşınqayırma
sənayesinin yenidənqurulması və inkişaf prespektivləri hər zaman keçmiş sovet
respublikalarında iqtisadiyyat elminin nəzərinin mərkəzində olmuşdur.Bununla
əlaəqədar dissertasiya üzərində işləyərkən əsasən maşınqayırma sənayesinin nəzəri
80
aspektlərini ətraflı əks etdirən MDB ölkələrinin alimlərinin elmi əsərlərindən geniş
istifadə etmişdir.
Bununla belə, qeyd etmək istərdim ki, müasir şəraitdə maşınqayırma
müəssisələrinin
yenidənqurulmasının
əsas
strateji
istiqamətləri,
investisiyalaşdırılmasının bir sıra məsələsi iqtisadi ədəbiyyatda kifayət qədər tam
həcmdə əksini tapmamışdır.
Eyni zamanda maşınqayırmanın iqtisadiyyatı məsələlərinə sərf edilmiş elmi
əsərlərin sayının çox olmasına baxmayaraq maşınqayırmanın bəzi problemləri
kifayət qədər tədqiq edilməmiş qalmaqdadır.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya tədqiqatının məqsədi
maşınqayırma müəssisələrinin yenidənqurulması mexanizminin təkmilləşdirilməsinin
müasir konsepsiyalarını, strateji qəraraların qəbulu xüsusiyyətlərini, investisiya
təminatını, yenidənqurulma əməliyyatının planlaşdırılmasının və təşkilinin metodoloji
əsaslarını araşdırmaqdır.
Tədqiqat obyekti - ölkənin iqtisadi inkişafının ayrılmaz hissəsi olan
maşınqayırma müəssisələrini qeyt etmək olar.
Tədqiqat predmeti - maşınqayırma müəssisələrinin əsas inkişaf istiqamətlərinin-
iqtisadi qeyt etmək olar.
Tədqiqatın nəzəri və metodoloji bazası kimi maşınqayırma müəssisələrinin
əsas istehsal fondlarının təkrar istehsalı və investitisiya münasibətlərini sahəsində
milli və xarici alimlərin elmi əsərlərində əks etdirilmiş konsepsiyalar, yenidənqurma
lahiyyələrini
tənzimləyən
beynəlxalq
standartlar, ölkədə yenidənqurma
münasibətlərini reqlamentləşdirən qanunvericilik və normativ sənədlər, dövrü
nəşrlərdə çap olunmuş məqalələr və internet şəbəkəsinin materialları, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsinin, İqtisadi inkişaf, Maliyyə və digər
Nazirliklərin rəsmi materialları istifadə olunmuşdur.
Tədqiqat prosesində və dissertasiyanın müddəalarının işlənməsi zamanı
ümumelmi metod və üsullar, dialektik, statistik, sistem təhlillər , sintez həmçinin
məlumatların emalının qrafik metodları istifadə edilmişdir.
|