Əsgərov Elməddin Firudin oğlu “ Azərbaycanda maşınqayırma sənayesinin yenidən qurulması və inkişaf prespektivləri



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix22.04.2023
ölçüsü1,09 Mb.
#101605
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
sg-rov-Elm-ddin

İllər 
Göstəricilər 
 
2013 
2014 
2015 
2016 
Cəmi investisiya qoyuluşları 
3,1 
0,2 
0,1 

Xarici investisiyalar
2,8 



Daxili investisiyalar
0,3 
0,2 
0,1 



63 
Bununla belə, müasir şəraitdə maşınqayırma müəssisələrinin əsas istehsal
fondlarının təkrar istehsalının investisiyalaşdırılmasının bir sıra məsələsi iqtisadi
ədəbiyyatda kifayət qədər tam həcmdə əksini tapmamışdır. 
Azərbaycan Maşınqayırma sənayesinin yenidənqurulması və inkişafının 
investisiya təminatı baxımdan yeni texnikanın istehsal dövrünün qısaldılmasına kömək 
edir və bu texnikaya olan ödəmə qabiliyyətli tələbin saxlanılması üçün əlverişli şərait 
yaradır.Bu, 
maşınqayırma, 
müəssisələrində 
elmi-texniki 
tərəqqinin 
sürətlənməsinə,lizinq əməliyyatlarında keçən bütün iştirakçıların rəqabət 
qabiliyyətinin möhkəmlənməsinə imkan verir. 
Lizinq uzunmüddətli aktivlərin maliyyələşdirilməsinin alternativ forması
kimi axırıncı onilliklərdə elmi- iqtisadi ədəbiyyatlarda geniş tədqiq olunur. Ancaq 
onun əsasında həyata keçirilən real investisiyaların həcmi çox məhduddur. Bunun 
səbəblərindən biri də bu maliyyə mexanizminin incəliklərinin kifayət qədər tədqiq
olunmamasıdır. 
Azərbaycan Maşınqayırma sənayesinin yenidənqurulması və inkişafının 
investisiya təminatına dair tədqiqatın predmeti maşınqayırma müəssisələrinin əsas 
istehsal fondunun təkrar istehsalı sistemində lizinq investisiyalaşdırılmasının təşkilati- 
iqtisadi mexanizmidir.tədqiqatının məqsədi maşınqayırma müəssisələrinin əsas 
istehsal fondlarının müasirləşdirilməsi və yeniləşdirilməsinə yönəlmiş investisiya 
mənbə-lərini aktivləşdirmək imkanını verən lizinq mexanizminin təşkilati- iqtisadi 
təkmilləşdirilməsi və maliyyələşdirilməsinin səmərəliyinin artırılması üzrə 
tövsiyələrin işlənməsidir. 
Azərbaycan Maşınqayırma sənayesinin yenidənqurulması və inkişafının 
investisiya təminatına dair tədqiqat;n predmeti maşınqayırma müəssisələrinin əsas 
istehsal fondunun təkrar istehsalı sistemində lizinq investisiyalaşdırılmasının təşkilati- 
iqtisadi mexanizmidir. 
Qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı vəzifələrin həll edilməsi zəruri 
idi: 


64 
- investisiyalaşdırmanın lizinq formasının müsbət və mənfi cəhətlərini aşkar 
etmək, onun investisiyaladırmanın kredit forması və icarə ilə müqayisəli təhlilini 
aparmaq; 
- sənaye biznesində lizinqin xarici təcrübəsini və tendensiyaları ümuiləşdirmək; 
- ölkənin maşınqayırma müəssisələrinin əsas istehsal fondlarının müasir
vəziyyətini və onların təkrar istehsalı prosesində mövcud dinamikanı təhlil etmək; 
- ölkənin maşınqayırma müəssisələrində investisiya proseslərinin mövcud olan 
vəziyyətini tədqiq etmək; 
- Azərbaycanda lizinq bazarının inkişafının təhlilini aparmaq və sonradan
maşınqayırma müəssisələrinin əsas istehsal fondlarının təkrar istehsalı prosesində 
lizinqin istifadəsinə yönəlmiş investisiya tədbirlərinin aktivləşdirilməsi üzrə təklifləri 
işləyib hazırlamaq; 
- Azərbaycanda lizinqin tənzimlənməsinin iqtisadi- hüquqi məsələlərini tədqiq 
etmək; 
- milli maşınqayırma biznesində investisiyalaşdırılmanın lizinq formasının 
inkişafının qabağını alan amilləri müəyyən etmək; 
- avadanlığı göndərən, maliyyə institutu ( bank) , lizinqalan ( maşınqayırma 
müəssisələri) arasında yaranan və göstərilən münasibətləri tənzimləyən lizinq 
mexanizminin təkmilləşdirilməsinin təşkilati- iqtisadi yolları müəyyən etmək; 
- ölkədə bazar iqtisadiyyatının inkişaf xüsusiyyətlərinin nəzərə alınması ilə 
lizinq subyektlərinin hüquqi münasibətlərini tənzimləyən qanunvericiliyin 
təkmilləşdirilməsi üzrə tövsiyələri işləmək; 
bazar iqtisadiyyatı şəraitində maşınqayırma müəssisələrinin əsas istehsal
fondlarının təkrar istehsalının maliyyə metodu olan investisiya fəaliyyətinin lizinq 
mexanizminin təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənməsindən ibarətdir. 
İnvestisiya təminatına dair lizinq xidmətinin tətbiqinin əhəmiyyətli nəticələr
aşağıdakılardır: 

əsas kapitalın elementləri kimi çıxış edən həmçinin onların mülkiyyətə 
alınması və sonradan müvəqqəti istifadəyə verilməsi üzrə hərəkətlərin məqsədli 


65 
istiqamətləndirilməsini müəyyənləşdirən lizinq münasibətləri anlayışları müəllif 
tərəfindən dəiqiqləşdiril-mişdir; 

investisiyalaşdırmanın lizinq formasının müsbət və mənfi cəhətləri 
müəyyən edilmişdir və onun kredit forması və icarə ilə müqayisəli təhlili aparılmışdır; 

lizinq münasibətlərinin anlayışlar aparatı sistemləşdirilmişdir, lizinq 
təsnifatlandırma əlamətləri təklif edilmişdir ki, onların quruluş ardıcıllığı lizinqin
məzmunun, növlərini və milli lizinq fəaliyyətinin inkişaf istiqamətini təşkil edən
sistemdir ; 
Ölkənin maşınqayırma müəssisələrində lizinq mexanizminin istifadəsi üzrə işdə 
təklif olunan tövsiyələrin tətbiqi investisiya resurslarının məhdudluğu şəraitində qısa 
və ortamüddətli dövrlərdə əsas istehsal fondların təkrar istehsalı prosesinin əsas 
məsələsini- fiziki və mənəvi aşınmasının aradan qaldırılmasının həll edilməsində 
kömək göstərə bilər. İşlənmiş praktiki tövsiyələr universal xarakter daşıyır və sahə 
mənsubiyyətindən asılı olmayaraq istənilən müəssisədə istifadə oluna bilər. 
Lakin lizinqin illi müəssisələrin əsas fondlarına səmərəli investisiya metodu 
kimi istifadəsi perspektivi yalnız fəaliyyətdə olan normativ- hüquqi aktlardan asılı 
deyil, vacib yeri dövlətin sənaye siyasəti və ölkədə olan investisiya mühiti tutur. 
Ötən il ölkə iqtisadiyytının bütün sahələrində ciddi uğurlar qazanılıb. Heç şübhəsiz ki, 
bu nailiyyətlər ölkədəki sabitlikdən və əmin-amanlıqdan, müdrikliklə yürüdülən və 
həyata keçirilən iqtisadi siyasətdən güc alır. 
Ölkə prezidenti, möhtərəm Ilham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin 
sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr 
olunmuş iclasındakı proqram xarakterli nitqində əldə olunan uğurların əhəmiyyətini 
önə çəkərək deyib: “Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla 
aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar 
öz həllini tapdı. Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan 
düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır”. 
Bu gün Azərbaycanda daxili investisiyalar xarici sərmayələri üstələyir. Yalnız 
2010-cu ildə ölkə iqtisadiyyatına 15.5 milyard dollar vəsait qoyulub ki, bu da çox 


66 
böyük rəqəm olmaqla dünyada böhranın fəsadlarının hələ də aradan qaldırılmadığı bu 
şəraitdə Azərbaycanın davamlı inkişaf yolunda olduğunun bariz təsdiqidir. 
Respublikamız nəhəng neft-qaz ölkəsi kimi tanınsa da, əslində bu gün qeyri-neft 
sektoru daha sürətlə tərəqqi edir ki, bu da yürüdülən siyasi kursun məqsədyönlülüyünü, 
ilk növbədə məhz xalqın maraqlarının yüksək səviyyədə təmin olunduğunu göstərir. 
Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il ölkə sənayesində 
təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2009-cu 
illə müqayisədə 2.6 faiz artaraq 27.4 milyard manat təşkil etmişdir. Sənayenin 
mədənçıxarma və emalı sahələrində də artım müşahidə olunmuşdur. Ölkə sənayesinin 
bu inkişaf tendensiyasında sizin rəhbərlik etdiyiniz sahənin də uğurları az olmamışdır.
2016-cı ildə “Azneftkimyamaş” ASC-yə daxil olan müəssisələr bütün 
imkanlarını səfərbər edərək istehsalın əhəmiyyətli artımına nail olmuşdur. Hesabat 
ilində 23.5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə 
müqayisədə 130.2 faiz təşkil etmişdir. “Bakı neftmaşınqayırma zavodu”, “Bakı fəhləsi 
maşınqayırma zavodu”, “Suraxanı maşınqayırma zavodu”, “Səbail maşınqayırma 
zavodu” və “Balaxanı maşınqayırma zavodu” TASC-lər hesabat ilində daha yüksək 
göstəricilərə nail olmuşdur. 
Cəmiyyətin müəssisələri tərəfindən alıcılara 21.5 mln. manatlıq məhsul 
göndərilmişdir (satılmışdır) ki, bu da əvvəlki ildəkindən 3.0 mln. manat yaxud 16.0 
faiz artıq olmuşdur. Bu onu göstərir ki, əksər törəmə açıq səhmdar cəmiyyətləri əvvəlki 
illə müqayisədə məhsul həcmini xeyli artırmışdır. 
Məhsullarımızın əsas alıcısı olan Azərbaycan Dövlət Neft Şirkətinin bütün 
sifarləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Dövlət Neft Şirkətinin 
müəssisələrinə 18.0 milyon manatlıqdan artıq məhsul yola salınmışdır. 
Satış bazarlarının genişləndirilməsi, ixrac həcminin artırılması üçün marketinq 
fəaliyyəti Səhmdar Cəmiyyətinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində 
saxlanılır. 2016-cı ildə respublikamızdan kənara 3.5 mln. manatdan çox neft-mədən 
avadanlığı yola salınmışdır ki, bu da ümumi məhsul satışının 15.0 faizinə bərabərdir. 


67 
Ixrac edilən məhsullarımız əsas etibarilə Rusiyaya, Qazaxıstana, Ukraynaya, 
Türkmənistana göndərilmişdir. 
Ölkəmizin neft-mədən avadanlıqları bu vaxtadək respublika və beynəlxalq 
sərgilərdə dəfələrlə nümayiş etdirilib.
2016-cu ildə Cəmiyyətin müəssisələri Bakıda hər il təşkil olunan beynəlxalq 
neft-qaz sərgisi ilə yanaşı, Qazaxıstan və Türkmənistan respublikalarında təşkil edilən 
beynəlxalq neft-qaz sərgilərində iştirak etmiş, gələcək fəaliyyət üçün bir sıra təşkilat 
və şirkətlərlə danışıqlar aparmışdır. 
Sərgidə nümayiş etdirilən yeni tipli fontan avadanlıqları və qazma açarları 
neftçilər tərəfindən alınmışdır.
Cəmiyyətin marketinq xidmətinin apardığı səmərəli fəaliyyət nəticəsində 
müxtəlif neftçıxarma regionlarında məhsullarımız geniş reklam edilmiş, bir sıra 
məhsulların göndərilməsi barədə müqavilələr bağlanmışdır. Buna misal olaraq “Bakı 
fəhləsi maşınqayırma zavodu” TASC tərəfindən Qazaxıstan Respublikasına məhsul 
göndərilməsi müqavilələrinin bağlanmasını göstərmək olar. Hazırda 2011-ci ildə 
məhsul göndərilməsi üzrə müxtəlif alıcılarla danışıqlar davam etdirilir. 
Belə ki, mütəxəssisləriniz tərəfindən müəssisələrin istehsal-təsərrüfat fəaliyyəti 
daim diqqət mərkəzində saxlanılır. Əgər belə olmasaydı, bugünkü uğurlardan da söz 
açmaq olmazdı. 
İstehsal həcminin artırılması və buraxılan məhsulların keyfiyyətinin 
yüksəldilməsi üçün TASC-lərə hərtərəfli kömək göstərilir. Bu istiqamətdə 
müəssisələrin işi təhlil edilərək maliyyə vəziyyətlərinin yaxşılaşdırılması, istehsalatda 
yaranmış problemlərin həll edilməsi, ixtisaslı işçilərlə təmin edilməsi üzrə operativ 
tədbirlər həyata keçirilmişdir. 
2016-cı ildə müəssisələr buraxılan məhsulların keyfiyyətinin yüksəldilməsi ilə 
yanaşı, yeni məhsulların layihələşdirilməsini və istehsalın mənimsənilməsi işlərini 
davam etdirmişlər. İl ərzində 4 yeni məhsul nümunəsi yaradılmışdır. Bunlara misal 
olaraq 80 və 100 ton yükqaldırma qabiliyyətinə malik quyuların təmiri və qazma 


68 
avadanlığı, neft məhsullarının daşınması üçün avtosistemlər, səyyar təmir 
emalatxanaları və mədənlər üçün mobil yaşayış evlərinin istehsalını göstərmək olar. 
Neft-mədən avadanlığı ilə yanaşı müəssisələrdə qeyri-profilli məhsulların 
istehsalı da mənimsənilmişdir. Əsasən Bakı şəhərində tikilən körpülər və yol 
qovşaqları üçün müxtəlif metal konstruksiyalar və digər məhsullar istehsal edilmişdir. 
Cəmiyyətət daxil olan 9 müəssisə və təlim mərkəzi ISO Sertifikatı almış və 
monitorinq keçirilərək bunların fəaliyyət müddəti uzadılmışdır. Müəssisələrdə istehsal 
olunan əsas neft-mədən avadanlıqları API monoqramını almışlar və sifarişlər olduğu 
halda APİ standartları ilə istehsal olunurlar. 
2016-cu ildə müəssisələrdə işçilərin sayı 2800 nəfərə yaxın olmuşdur. Orta 
əməkhaqqı 385 manat təşkil etmişdir. 
Bakı şəhərinin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə sənaye 
obyektlərinin şəhərdən kənara köçürülməsi ASC-nin müəssisələrindən də yan 
keçməmişdir. 
Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 60 saylı 
sərəncamına uyğun olaraq bir sıra sənaye müəssisələrinin, o cümlədən 
“Azneftkimyamaş” ASC-yə daxil olan maşınqayırma zavodlarının Bakı şəhərinin 
kənarlarına köçürülməsi işləri həyata keçirilmişdir. 
Sərəncamın icrası ilə əlaqədar olaraq “Səttarxan adına maşınqayırma zavodu”, 
“Bakı neft-mədən maşınqayırma zavodu” və “Bakı maşınqayırma zavodu” TASC-ri 
birləşərək yeni müəssisə- “Bakı neft- maşınqayırma zavodu” TASC yaratmışdır. 
“Keşlə maşınqayırma zavodu” isə “Bakı fəhləsi TASC” ilə birləşmişdir. Müəssisələrdə 
işləmiş ixtisaslı fəhlə kadrları və mühəndis-texniki işçilər yeni zavodlarda işləməyə 
başlamışlar. Hazırda Bakı neftmaşınqayırma və “Bakı fəhləsi” zavodlarında sexlərin 
yenidən qurulması və yeni istehsal sahələrinin yaradılması işləri uğurla davam etdirilir. 
Müəssislərdə yenidənqurma və bərpa işləri başa çatdıqdan sonra işləyənlərin sayı xeyli 
artacaqdır. Eləcə də “Bakı neft-qaz-mədən avadanlığı zavodu” TASC Qala 
qəsəbəsindən Əmircan qəsəbəsində yerləşən “Suraxanı maşınqayırma zavodu” TASC-
nin ərazisinə köçürülür. 


69 
Azərbaycan Maşınqayırma sənayesinin yenidənqurulması və inkişafının 
investisiya təminatı öz növbəsində gələcəyin maşınqayıranların hazırlanması 
prosesinə də təsir edir. 
Qeyd etdiyiniz məsələ ilə ələqadər cəmiyyətin nəzdində yaradılmış Təlim 
mərkəzində yüksək ixtisaslı gənc fəhlə kadrların hazırlanması və mütəxəssislərin 
ixtisas səviyyəsinin yüksəldilməsi üçün hər cür şərait yaradılmış, onun işi 
təkmilləşdirilmiş və maddi- texniki bazası möhkəmləndirilmişdir.
Ötən il mərkəzdə 400-ə yaxın fəhlə kadr hazırlanaraq əsasən cəmiyyətin
müəssisələrində işlə təmin olunmuşdur. Bundan başqa, 40 nəfər mühəndis- texniki işçi 
burada öz peşə səviyyələrini artırmışlar. Təlim mərkəzində Səhmdar Cəmiyyətə daxil 
olan müəssisələrlə yanaşı, digər müəssisə və təşkilatların da sifarişləri əsasında 
ixtisaslı fəhlə kadrlar hazırlanmış və onlara beynəlxalq sertifikatlar təqdim 
olunmuşdur. 
Ölkəmizin neft maşınqayırma kompleksinin qarşısında 2017-ci ildə məsul və 
şərəfli vəzifələr dayanır. Belə ki, ötən il bütün sahələrdə uğurla başa vuran Azərbaycan 
2011-ci ildə möhtəşəm nailiyyətlər əldə etmək əzmindədir. İlin əvvəlindən 
bügünədək görülən işlər, proqnozlaşdırılan layihə və tədbirlər bunu əminliklə 
söyləməyə ciddi əsas verir. Həyata keçirilməsi nəzərdə tutulan bütün qlobal layihələr 
həyatımızın sahə və istiqamətlərini əhatə etməklə ölkəmizin daha da
qüvvətlənməsinə, insanların həyat şəraitinin durmadan yüksəldilməsinə xidmət 
edəcəkdir. Ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial – 
iqtisadi inkişafının uekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş 
iclasında bu il görülüəcək işlər barədə ətraflı danışılmış, lazımi tapşırıqlar verilmişdir. 
Bununla sahibkarlığın inkişafına dəstək, Xəzər dənizinin suyunun şirinləşdirilməsinə 
dair layihələrin icrası, bərpa olunan enerji mənbələrinin yaradılması, kəqnd 
təsərrüfatının və kosmik sənayenin inkişafı, sosial infrastukturun daha da 
təkmilləşdirilməsi və digər mühüm məsələlər aiddir. Dövlətimizin başçısı İlham Əliye
müşavirəyə yekun vuraraq deyib: “ 2017-ci il başlayıb, mən gələcəyə çox böyük 
nikbinliklə baxıram. Tam əminəm ki, 2017-ci ildə ölkəmizin hərtəfli inkişafı üçün 


70 
uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik ki, ölkəmizi daha 
da gücləndirək. Azərbaycanı inamla irəli aparaq ”. 

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin