EşİTMƏ VƏ GÖRMƏ pozuntusu; Tərif


Təhsil zamanı görülməli tədbirlər



Yüklə 20,74 Kb.
səhifə3/3
tarix30.04.2023
ölçüsü20,74 Kb.
#105099
1   2   3
EŞİTMƏ VƏ GÖRMƏ POZUNTUSU

3. Təhsil zamanı görülməli tədbirlər
Görmə pozuntuları olan uşaqlar erkən çağlarından etibarən yoxlamadan keçməlidirlər ki, tətbiqi mümkün olan zaman erkən müdaxilə proqramlarından faydalana bilsinlər. Kompüter, zəif görənlər üçün optik cihazlar, video alətlər qəbilindən olan texnologiyalar qismən görən, zəif görən və kor uşaqlara adi dərs fəaliyyətlərində iştirak etməyə imkan yaradır. Onların istifadəsinə böyük şriftli çap materialları, səs lentlərinə yazılı kitablar, Braylla yazılı kitablar verilir.
Görmə pozuntuları olan şagirdlər əlavə yardım qəbilindən xüsusi cihazlara və dərs proqramlarında müvafiq uyğulaşdırmalara da ehtiyac duya bilərlər. Bunlar o zaman köməyə gəlir ki, həmin şagirdlər dinləmə, ünsiyyətqurma, istiqamətlənmə, fiziki bacarıqlarını göstərə, iş karyerası ilə bağlı seçimlərini edə və gündəlik həyatlarının qayğısına qalma qabiliyyətlərini tətbiq edə bilsinlər. Azacıq görmə imkanlarından, xüsusi yardım alətləri və materiallarından daha yetərli bir tərzdə istifadə edə bilmələri üçün zəif görən, yaxud kor olan şagirdlərə kömək etmək lazımdır. Görmə qüsurları ilə bərabər digər əlillikləri olan şagirdlərin isə daha çox ehtiyacı var ki, onların dərslərində hərtərəfli və çoxşaxəli bir yanaşma tətbiq olunsun, daha çox diqqət onların özlərini müstəqil idarə etməsi və gündəlik həyatlarının qayğısına qalması ilə əlaqədar bacarıqların inkişafına yönəldilsin



1 Open Society Institute and Council for Exceptional Children (2008). Understanding Disability. Manual

Yüklə 20,74 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin