Eşitmə Və Görmə Pozuntusu Tərif :Zəif eşitmənin tərifi belə ifadə olunur: “ Zəif eşitmə eşitmə qabiliyyətinin daimi, yaxud qeyri-müntəzəm olaraq zəifləməsidir ki, bu, uşağın öyrənmə qabiliyyətinə mənfi təsir göstərir”.
Qismən görmə, zəif görmə, qanuni kor, tamamilə kor halları təhsilalma kontekstində görmə pozuntusu olan şagirdlərə aid olaraq işlədilir. Bu hallar aşağıdakı qaydada müəyyənləşir:
“Qismən görmə” görmə probleminin o növünü bildirir ki, bunun nəticəsində xüsusi təhsilə ehtiyac yaranır.
“Zəif görmə” adətən kəskin dərəcəli görmə qüsuruna aid olaraq işlədilir və hökm deyil ki, bu qüsur məsafədən görmə məsələsi ilə məhdudlaşsın. Zəif görmə bütövlükdə o fərdlərə aiddir ki, onlar gözlüyün, yaxud təmaslı linzaların köməyi ilə belə normal görmə məsafəsindən qəzetdə yazılanları oxuya bilmirlər. Onlar görmə ilə digər duyğuların kombinasiyasından istifadə edirlər. Bununla belə, onlar üçün şriftlərin işıqlandırılması, yaxud onların ölçüsünün görmə qabiliyyətinə uyğunlaşdırılması zəruri ola bilər. Bəzən onlar Brayldan da istifadə edə bilərlər.
“Kor” o şəxsə deyilir ki, onun gözünün ən yaxşı görmə dərəcəsi 20/200-dən az olur, yaxud olduqca məhdud bir görmə sahəsini əhatə edir .
Tamamilə kor olan şagirdlər dərs öyrənməyi Brayldan, yaxud qeyri-vizual vasitələrdən istifadə etməklə həyata keçirirlər.
Görmə pozuntusu nəinki gözün özündəki pozuntu halını, həm də daha çox funksional görmə itkisini ifadə edir. Görmə qüsurlarına gətirib çıxaran göz pozuntuları sırasına gözün torlu qişasının degenerasiyası, albinizm, katarakta, qlaukoma, vizual pozuntulara səbəb olan əzələ problemləri, gözün buynuzlu qişasındakı pozuntular, şəkərlə bağlı qişa pozuntusu, anadangəlmə pozuntular və infeksiyanı göstərmək olar.
Xüsusiyyətlər Çoxsaylı əlillikləri olan bir çox uşaqlarda fiziki, dərketmə, ünsiyyətqurma bacarıqlarının inkişafında ləngimə törədən səbəblər sırasında görmə qüsurları da ola bilər.
Görmə pozuntuları olan uşaqlar ətraf mühitdə maraqlı obyektlər aşkarlamaq üçün çox da həvəsli olmurlar. Bununla da onlar təcrübə keçmək və öyrənmək imkanlarını genişləndirmirlər. Ətrafa bu cür biganəlik o vaxta qədər davam edə bilər ki, öyrənmək məsələsi həvəsləndirici bir məzmunda olsun, yaxud xüsusi müdaxilə tədbirlərinin həyata keçirilməsinə başlanılsın.
Uşaq valideynləri və yaşıdlarını görə bilmədiyindən ünsiyyətlə bağlı davranışları təqlid edə və qeyri-verbal işarələri anlaya bilmir. Görmə əlilliyi uşağın müstəqilliyinin inkişafı qarşısında əngəllər yarada bilir.