Etika elminin predmenti, formalaşması Etika elminin bölmələri Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq



Yüklə 82,88 Kb.
səhifə1/20
tarix30.11.2022
ölçüsü82,88 Kb.
#71609
  1   2   3   4   5   6   7   8   9   ...   20
etika pdfler


Mövzu 1. Etika elmi, onun predmenti .
Plan

  1. Etika elminin predmenti, formalaşması

  2. Etika elminin bölmələri

  3. Qədim yunan ədəbi və fəlsəfi məktəblərində əxlaq

  4. Sofistlər məktəbində əxlaq

  5. Qədim yunan fəlsəfəsinin klassik mərhələsində əxlaqi təsəvvürlər

  6. Ellinizm dövrünün əxlaqi ideyaları

Etika (yunanca ethika – ethos – “adət” sözündən yaranan termindir) əxlaqı öyrənən fəlsəfi elmdir. Etika fəlsəfənin ən qədim tərkib hissəsi olan nəzəri fənlərdən biridir. İlk dəfə mənəviyyat haqqında təlimi “etika” adı ilə Arsitotel adlandırıb. İlk dəfə olaraq Aristotel «ethosu» həm isim – «etika», həm də sifət – «ethikos» kimi işlətdi. O, «ethosu» «insanların adət etdikləri yaşayış məskəni», daha sonra isə sadəcə olaraq «adət», «vərdiş», «xarakter», «temperament» kimi mənalardan uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxlaqın müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzərdən keçirən «etik» – «ethikos» şəklinə saldı. Aristotelin fikrincə bu keyfiyyətlər «etik fəzilətlər» olub, «Etika»nın əsas tədqiqat obyektini təşkil edir. Etik fəzilətlər insanın xarakterinin, temperamentinin xüsusiyyətləri, həmçinin qəlbinin keyfiyyətləridir Etikanın vəzifəsi insana praktik olaraq mənəvi məsələlərin həllində köməklik göstərmək idi (necə hərəkət etməli, xeyir nədir? şər nədir? və s.). Bu səbəbdən görə də hələ qədim dövrlərdən etikaya həm də “praktik fəlsəfə” deyirdilər. Əxlaq nəzəriyyəsi olan «Etika» xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir.


«Etika» sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar, xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz dediyi kimi, latın dilini zənginləşdirmək məqsədilə Aristotelin yunan dilində olan «etik» anlayışından «moralis», yəni «əxlaqi» terminini yaratdı. O, bunu tək halda «mos», cəm halda «mores» kimi işlədib ki, bunlar da yunanca olan «ethos» sözünün birbaşa latın analoqudur. Bu haqda Siseron «Tale haqqında» adlı əsərində (I kitab, I fəsil) yazaraq əxlaq fəlsəfəsindən danışır və bu zaman Aristotelin «Etika» adlandırdığı biliklər sistemini nəzərdə tutur. Öz yunan sələfi kimi xasiyyət, adət, xarakter, davranış, xassə, qanun, göstəriş, dəb (moda), paltar biçimi (fasonu) mənalarını verən «moralis»dən sonralar, eramızın IV əsrində latın dilində «moralitas» – əxlaq termini yaranır ki, bu da yunan «etika» termininin latın ekvivalentidir. Beləliklə, yunan dilindəki «ethika» və latın dilindəki «moralitas» sözləri etimoloji məzmununa görə birbirinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, tədqiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir çox ölkələrində «etika» və «moral» (əxlaq) sözləri geniş yayılmışdır.
Etikada iki qrup problem fərqləndirilir:

  1. insan necə hərəkət etməlidir (normativ etika);

  2. əxlaqın mənşəyi və mahiyyəti ilə bağlı olan nəzəri məsələlər (nəzəri etika).

Etika predmetinin əsasını təkil edir:

  • 1.xüsusi sosial hadisə və ictimai şüur forması olan əxlaqın təbiəti haqqında təlim;

  • 2.cəmiyyətin həyatında əxlaqın rolu;

  • 3.mənəvi təsəvvürlərin inkişaf qanunları, burada insanın maddi həyat şəraitinin inikasının xüsusiyyətləri nəzərdə tutulub.

Burada bir sıra daha konkret məsələlər də öyrənilir: 1.mənəvi fəaliyyətin təbiəti; 2.əxlaqi münasibətlər; 3. əxlaqi şüur
. Əxlaqi münasibətlərin, şüurun və fəaliyyətin əsas elementləri etik kateqoriyalarda əks olunur. Əxlaqi şüur strukturunun öyrənilməsi xüsusi bir sahəni təşkil edir (əxlaqi dilin məntiqi). Bundan başqa, əxlaqi dəyərlər problemi də təhlil olunur (aksiologiya). Etika həm də müxtəlif cəmiyyətlərdə əxlaq məsələlərin konkret-sosioloji tədqiqatlarını aparır (deskriptiv etika). Etikanın vəzifələrindən biri də etik təlimlər tarixinin təhlil etməsidir. Məlumdur ki, bu tarix olduqca ziddiyyətli və zəngindir.
Müasir əxlaq nəzəriyyəsində əxlaqi naturalizm cərəyanı nümayəndələri hesab edirlər ki, əxlaqi prinsipləri elmin köməyi ilə əsaslandırmaq olar. İntuitivizm təmsilçiləri isə hesab edirlər ki, əxlaqi birliklər unikal xarakter daşıyır və elmi metodlarda dərk edilə bilməzlər. Neopozitivistlər isə əxlaqi təsəvvürlərdə biliyin, həqiqətin olmasını tam inkar edirlər.
Etika haqqında təsəvvürlərin tarixi mərhələləri və təkamülü müxtəlif şəkildə təsvir edilirdi:

  1. Əxlaq vahid ümumikosmik, borc anlayışı üzərində qurulan prinsipdir.

  2. Əxlaq mədəni hadisə olaraq insanlararası ictimai münasibətləri bildirir

  1. . 3. Əxlaq şəxsiyyəti digər insanlarla harmonik münasibətləri yaratmaq, birgə yaşamaq qabiliyyətinə malik olan varlıq kimi səciyyələndirir.

  1. Əxlaq insanın daxili borcunun xüsusi, ali mərhələsidir. Bunun məzmunu real həyat tərzi, real motivlər və dəyərlərə münasibətdir.

  2. Əxlaq abstrakt, fərdi olandan uca, ümuməhəmiyyətli, şərtsiz qəbul olunan davranış qaydalarıdır.

Yeni dövrdə buraya daha iki xüsusiyyət əlavə edilib: 6. Əxlaq fəzilətlər və normaların bütövlüyü, fərdi və ümuminin birliyidir . 7. Əxlaq mənfi, pozğun mahiyyətli ictimai davranış formalarını inkar edərək tarixən dəyişilir, özünü bunlardan təcrid edərək müəyyənləşir və əxlaqi məzmunlu, predmetli realığa qayıdır
Bununla belə əxlaq daha geniş və daha qədim sosial fəaliyyət sahəsidir. ,Şübhəsiz, din də qadağalar (tabu) vasitəsilə, insan davranışına təsir etməyə çalışırdı, lakin həmin dövrdə dinlə bağlı olmayan qadağalar da var idi. Ümumiyyətlə insanlar arasında yaranan əlaqələr insan tələbatları və istehsal üsulu ilə bağlıdır. Tarixin gedişatında həmin tələatlar və istehsal üsulunda baş verən dəyişikliklər də insan mənəviyyatına davranışına əsaslı təsir göstərir. Bir sıra tədqiqatçıların (İ.Bahofen, “Ana hüququ”; R.Briffolt, “Analar”; M. Kosven, “Matriarxat”) hesab etdiyi kimi, qadın, ibtidai mədəniyyətin yaradıcısı olaraq həm də əxlaqın formalaşmasında əhəmiyyətli rol oynamışdır. İlk növbədə qadın cinslər arasında, yaşlı nəsil və gənclər arasında ilk əxlaq normalarını yaratmağa cəhd etmişdi. Qədim dövrün əxlaqi dəyərlərin ən alisi kollektivçilik olmuşdur. İnsanlar özləri haqqında düşünəndə həm də təmsil etdikləri qrupu düşünürdülər. Qədim insanların dilində də birinci olaraq “biz”, “bizimki”, sonra isə “mən”, “mənimki” sözləri əmələ gəlmişdir. Daha ümumi, abstrakt anlayışlar – xeyir, şər, borc, ədalət, vicdan, qeyrət və s. – tədricən, əxlaqi təsəvvürlərin uzun müddət sürən inkişafı və formalaşması nəticəsində yaranmışdır. Əxlaqın başlıca kateqoriyası isə xeyir və şərdir. Əgər icmanın xeyrinə, inkişafına cavab verən, xidmət edən bir şey varsa, buna xeyir, yaxşılıq deyilir, yoxdursa – pis, bəd, şər kimi qiymətləndirilirdi. 212 Tədricən “vicdan” anlayışı da formalaşırdı, vicdan – törədilən hərəkətə görə utanmaq hissidir.
Mənəviyyat “əxlaq” sözünün sinonimi kii işlədilir. Etika tarixində mənəviyyatı bəzən əxlaqdan fərqli olduğunu düşünürdülər. Məsələn, Hegel əxlaq dedikdə burada subyektin şəxsi və özəl qarşılıqlı münasibətlərini əhatə edən əxlaqını başa düşürdü. Buraya o, həm də sosial hadisələrə tənqidi münasibəti də aid edirdi. Hegel mənəviyyatı daha yüksək qiymətləndirərək, adət-ənənələri də buraya aid edirdi: burada fərd adət etdiyi davranış qaydalarından faydalanır, özünü onlarla bir tuturdu. Müasir etikada başqa yanaşmalar da var. Bəzən hesab edilir ki, əxlaq şüur forması, mənəviyyat isə praktik hərəkətlər, adətlər, qaydalardır. Bəzən də hesab olunur ki, əxlaq – xüsusi ciddi tənzimlənmiş qaydalar xarici psixoloji təzyiq və nəzarət, qrup meyarı, ictimai rəy əsasında davranışın idarə edilməsidir.

Yüklə 82,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin