Etnik münaqişə


Konstruktivizm nəzəriyyəsi



Yüklə 25 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü25 Kb.
#46801
1   2
Etnik münaqişə-WPS Officem

Konstruktivizm nəzəriyyəsi XX əsrin 70-ci illərində primordializmə cavab olaraq yaranmışdır. Bu nəzəriyyəyə görə etniklik cəmiyyətin sosial təməlini təşkil edir və cəmiyyət tərəfindən ona ehtiyac olduğu təqdirdə yaradılır. Etniklik dəyişkən təbiətə malikdir, eləcə də etnik mənsubiyyətin sərhədləri dəyişə bilər.

Konstruktivizmin banisi Norveç alimi F.Bart hesab olunur. Bartın nəzəriyyəsində etnik sərhədlər əsas kateqoriya kimi çıxış edir. O, “etnik sərhədlərin sosial həyatı istiqamətləndirdiyini” və “davranışın və sosial münasibətlərin kifayət qədər mürəkkəb təşkilinə səbəb olduğunu” hesab edir. Digər tərəfdən, etnik sərhədlərin qorunub saxlanması “müxtəlif mədəniyyətlərin nümayəndələri arasında sosial əlaqələrdən” asılıdır: etnik qruplar yalnız davranışlarında müəyyən fərqlər olduqda ayrı-ayrı vahidlər kimi mövcud olurlar.Konstruktivizmin nümayəndələri etnik zorakılığın yenidən bərpa olunmasının səbəblərini izah edərkən, mədəni elitanın ideoloji fəallığına xüsusi yer verirlər. Rusiya tədqiqatçısı A.P.Sadoxin həlledici rola etnosun mədəniyyətinin deyil, hal-hazırda tələbat olan mədəni xüsusiyyətlərin malik olduğunu göstərir. Mədəni irsdə xalqların əməkdaşlıqlarının və qarşıdurmalarının nümunələri qorunub saxlanır.
Yüklə 25 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin