European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   ...   18
Meşə yanğınları zamanı havanın zəhərli 
tüstü, qazlarla və tozla çirklənməsi nəticəsində 
tənəffüsün pisləşməsi, hətta zəhərlənmə baş 
verə bilər. Ağır fiziki işlər zamanı meşəçilər 
müxtəlif bədən xəsarətləri ala bilir. Meşədə 
xidməti qırmalar zamanı ağır kötüklərin və 
yıxılmış ağacların daşınması zamanı kəskin 
hərəkətlər, bədənin əyilmiş vəziyyətdə uzun 
müddət qalması, toxum toplamaq üçün ağaclara 
çıxmaq və digər fiziki işlər sağlamlığa təsir 
göstərir. Uzun müddət ağır yüklə ayaq üstə 
durduqda ayaq əzələlərində və sümüklərdə 
dəyişiklik əmələ gəlir. Onurğa sütununda əyri-
liklər, ürək-damar xəstəlikləri, böyrəklərdə dis-
funksiya, venaların genişlənməsi baş verə bilir.

28
Meşəçilik müəssisələrinin yaşayış yerlərin-
dən uzaqda yerləşən məntəqələrində yerli su 
hövzələrindən içməli su mənbəyi kimi istifadə 
olunur. Əsasən bulaq və çay sularını içmək 
məqsədilə istifadə etməzdən əvvəl onların 
tərkibi yoxlanılmalıdır. Meşələrdə yerli əhalinin 
qədimdən bəri istifadə etdikləri bulaqlar daha 
təhlükəsiz hesab olunur. Meşədən axan kiçik 
çaylar çox vaxt yaşayış məntəqələrindən keçər-
kən çirkab suları və tullantılarla çirkləndirilir. 
Buna görə də suyun su təmizləyici qurğulardan 
və ya filtrlərdən süzülməsi, qaynadılaraq steri-
lizə edilməsi zəruridir. 
Suyun keyfiyyəti onun fiziki, kimyəvi xüsu-
siyyətlərindən və bakterioloji çirkləndiricilərdən 
asılıdır. Suyun fiziki xüsusiyyətləri onun duruluğu, 
şəffaflığı, tamı, qoxusu və temperaturuna görə 
təyin olunur. Suda kimyəvi maddələrin qatılığı 
təxminən 1000 mq/l-ə qədər ola bilər. İçməli 
suyun bakterioloji çirklənməsini göstərən əsas 
əlamət suda olan bağırsaq çöplərinin miq-
darıdır. 1 litr suda bağırsaq çöplərinin miqdarı 
1000 ədəddən artıq olmamalıdır. Suyun zərər-
sizləşdirilməsi zamanı fiziki üsullarla yanaşı 
xəstəliktörədici bakteriyaların məhv olması 
üçün tədbir görülür. Yaşayış məntəqələrində 
bu məqsədlə xlor məhlulu ilə suyun xlorlaşması 
həyata keçirilir. Meşəbəyilər sahəni yoxlamaq 
üçün əraziyə çıxdıqda özləri ilə mütləq içməli 
su ehtiyatı götürməlidirlər.
Meşə sahələrində insanların istirahəti 
zamanı, xüsusi ilə dayanacaq yerlərində tul-
lantı ların toplanması müxtəlif yoluxucu xəstə-
liklərin yayılmasına səbəb olur. Buna görə 
də meşə ekosistemini və insanların həyatını 
zərərli təsirlərdən qorumaq üçün tullantıların 
təmizlənməsi təşkil edilməlidir. Yerli əhalinin, 
gənc meşəçilər dəstələrinin, könüllülərin fəal 
iştirakı ilə təmizlik və abadlıq işləri həyata 
keçirilə bilər. Üzvü tullantıları və qida qalıqlarını 
toplayaraq xüsusi xəndəklərdə basdırmaq 
mümkündür. Digər polimer və qeyri-üzvü 
mənşəli tullantılar isə xüsusi təyin olunmuş 
yerlərə daşınaraq utilizasiya edilir. Təmizlik 
tədbirləri zamanı həm meşəçilər, həm də 
əhali örtülü geyimdə olmalı, xüsusi qoruyucu 
əlcəklər, tullantıların daşınması və meşə 
sahəsinin təmizlənməsi üçün xüsusi avadanlıqla 
təmin olunmalıdırlar. Təmizlik aksiyasında 
iştirak edən hər kəsin sağlamlığı təhlükəsizlik 
texnikası qaydalarına düzgün əməl etməsindən 
asılıdır. Tullantıların vaxtında toplanması və 
daşınması bir çox xəstəliklərin yayılmasının 
qarşısını alaraq, suların saflığının, meşənin və 
havanın təmizliyinin qorunmasına imkan verir.
Meşəçilər toxum tədarük edərkən təh-
lükə 
sizlik qaydalarına riayət etməlidirlər. 
Yetkin hündür ağaclardan yetişmiş qozaları və 
meyvələri toplamaq üçün yuxarı budaqlara 
qalxmaq lazım gəlir. Bu zaman qoruyucu 
kəmərlərin, nərdivanların, uzun payaların, 
əlcək və dəbilqələrin olması vacibdir. Hündür 
ağaclardan meyvə və qozaları toplamaq 
üçün uzun payalardan, dırmanmaq üçün 
xüsusi ləvazimatlardan istifadə olunur. 6-7 
m hündürlükdə olan ağacların toxumları 5 
m uzunluqda nərdivanın köməyi ilə toplanır. 
Nərdivanın bütün pillələrinin möhkəm 
bərkidilməsinə əmin olduqdan sonra yuxarı 
qalxmaq olar. Nərdivanın dirəklərinin alt 
tərəfinə iti dəmir ucluqlar keçirilir ki, torpaqda 
sürüşməsin. Bu zaman dayaq məqsədilə 
daşlardan, quru budaqlardan və ya kötüklərdən 
istifadə etmək yaramaz. Nərdivan yerə nisbətən 
600 bucaq altında qoyulmalıdır.
Daha yüksək hündürlükdə yerləşən meyvə 
və toxumları toplamaq üçün xüsusi dəmir alətdən 
istifadə olunur və bu alətin aşağı hissəsi kəmərə 
keçirilir. Ağaca qalxıb enərkən ehtiyatlı olmaq 
tələb olunur. Ağacların çətiri arasında xüsusi 
kəməri gövdəyə bərkitməklə dayaq üzərində 
təhlükəsiz işləmək olar. Eyni vaxtda iki nəfərin 
nərdivana qalxması, yağmurlu havada, ildırım 
çaxarkən, sıx dumanlı havada, yağışdan sonra 
ağacların yaş və sürüşkən gövdəsinə çıxmaq 
qadağandır. Əl çatmayan budaqlardan toxumlar, 
meyvələr xüsusi payalar vasitəsilə toplanır.
Toplanmış toxumlar və qozalar xüsusi 
örtülü yerdə qurudulur. Havası dəyişilən və 
temperaturu 200 C olan otaqda toxumların 

29
tam yetişməsi başa çatır. Toxumun qurudulması 
üçün xüsusi quruducu kameradan istifadə 
olunursa, mütləq yaxınlıqda yanğın əleyhinə 
avadanlıq, su ilə dolu qablar, tibb qutusu 
yerləşdirilir. Toxumları təmizləmək üçün xüsusi 
dəmir torlu ələkdən istifadə olunur.
Qoruyucu kateqoriyalı meşələrdə zərər-
vericilərə və xəstəliktörədən ziyanvericilərə 
qarşı zəhərli kimyəvi maddələrin tətbiq olun-
ması qadağandır. Zərərvericilərə qarşı yalnız 
mexaniki və bioloji üsullar tətbiq oluna bilər. 
Bu zaman meşəçilər müəyyən təhlükəsizlik 
qaydalarına əməl etməlidirlər.
Meşə tingliklərində əkin sahələrinə gübrə 
və pestisidlər verilərkən müəyyən tələblər və 
normalar nəzərə alınmalıdır. Zəhərli mayenin 
meşə işçilərinin əllərinə və digər bədən nahiyə-
sinə düşməsi yolverilməzdir. Bu zaman xüsusi 
uzun qollu kombinezonlardan, əlcək, eynək 
və respiratorlardan istifadə etmək lazımdır. 
Əldə, ayaqda və dəridə kiçik yaralar, çatlar 
olduqda zəhərli pereparatlardan uzaq olmaq və 
sağlamlığın qayğısına qalmaq lazımdır.
Meşə təsərrüfatında tikinti işləri aparılarkən 
müəyyən sanitar normalarına və təhlükəsizlik 
texnikası qaydalarına riayət olunmalıdır. Tikinti-
də çalışan fəhlələrin su, ərzaq və fərdi mühafizə 
vasitələri ilə təmin olunması əsas şərtlərdən 
biridir. İşlərin təşkili zamanı bədbəxt hadisələrin 
qarşısının alınması üçün işçilər müvafiq qayda da 
təlimatlandırılmalı, onlar alətlərin və avadanlıq-
ların iş üçün yararlı vəziyyətdə olmasına diqqət 
yetirilməlidir.
Tikintidə təhlükəsizliyin təmin olunması 
ilk növbədə işlərin düzgün təşkilindən və 
şəraitdən asılıdır. Buna görə də tikinti meydan-
çasının seçilməsi, avadanlığın, nəqliyyat vasitə-
lərinin yerləşdirilməsi əvvəlcədən müəyyən 
tələb 
lərə uyğun olaraq təyin edilməlidir. 
Tikinti materiallarının daşınması üçün yollar 
hamarlanmalı, qışda isə qardan və buz örtüyün-
dən təmizlənməlidir. Nəqliyyat vasitələrinin arx 
və çayların üzərindən rahat keçməsi üçün kiçik 
körpülər quraşdırılmalı, sürüşkən yaş torpağın 
üzərində taxta keçidlər qoyulmalıdır. Bütün 
fəhlələr texniki təhlükəsizlik qaydaları ilə tanış 
olmalı və bu qaydalara riayət etməlidir. Ağır 
yüklərin daşınması zamanı müəyyən qaydalara 
əməl edilməlidir. Adambaşı 50 kq-dan artıq 
yük götürmək qadağandır. 50 kq-lıq ağır yükü 
iki nəfər birlikdə 60 metrdən uzaq olmayan 
məsafəyə daşıya bilər.Yükün daşınması üçün 
xərəkdən və ya arabadan istifadə etmək daha 
məqsədəuyğundur.
Fərdi qoruyucu vasitələr və təhcizat
Meşə işçisi geyimə xüsusi diqqət yetir-
məlidir. Meşədə dəyişkən mühit amillərindən 
və təhlükələrdən qorunmaq üçün qoruyucu 
fərdi geyimdən və xüsusi təhcizatdan istifadə 
olunmalıdır. Fövqəladə hallarda, xüsusilə meşə 
yanğınları zamanı, dağ çaylarının daşarkən və 
qurumuş ağacların yıxılması nəticəsində müx-
təlif bədən xəsarətlərinin qarşısının alınması 
meşəçilərin gündəlik həyat fəaliyyətində nəzər-
də tutulmalıdır. 
Orqanizmi müxtəlif neqativ təsirlərdən 
(rütubətdən, zəhərli qazlardan, tullantılardan, 
tüstüdən, çirkləndiricilərdən və s.) qorumaq 
üçün xüsusi geyimdən istifadə oluna bilər. 
İqlim şəraitindən asılı olaraq bədənin istilik 
balansını tənzimləmək üçün geyimin şəraitə 
uyğun olmasına diqqət yetirilməlidir. Xüsusi 
geyim gigiyenik tələblərə cavab verməli, hava 
keçiriciliyinə malik olaraq tərləmənin qarşısını 
almalı, meşəçilərin sərbəst fəaliyyətinə mane 
olmamalıdır.
Odadavamlı və islanmayan materialdan 
tikil 
miş xüsusi geyim ekstremal hallarda 
insanların həyatını təhlükədən qoruyur. Meşənin 
dərinliklərinə səfər edərkən ilk növbədə başın 
və ayaqların örtülü olmasına diqqət yetirmək 

30
vacibdir. Meşə xidməti qırmaları zamanı quru 
budaqlardan, kəsilmış quru ağaclardan xəsarət 
almamaq üçün ağacın yıxılacağı yeri təxmini 
olaraq təyin edib, əks tərəfdə durmaq lazımdır. 
Meşədə tör-töküntünün, quru budaqların 
daşınması zamanı xüsusi brezent əlcəklərdən 
istifadə etmək vacibdir.
Tükənmiş meşə sahələrində meşə əkinlərini 
aparmaq üçün bel, kətmən, dırmıq və digər 
kənd təsərrüfatı alətlərindən istifadə olunur. 
Meşə bərpası və mühafizəsi müəssisələrinin 
xüsusi meşə tingliklərində artırılan ağac və kol 
bitkiləri meşənin bərpa olunması üçün istifadə 
olunur. Əkin işləri zamanı yüngül geyinməli, 
fiziki iş zamanı bədənin həddindən artıq yük-
lənməsi nəzərə alınmalıdır. Əkin aparılan 
ərazidə olan şüşə qırıntıları, konserv qabları və 
ya digər iti kənarlı əşyalar insanlarda müxtəlif 
zədələnmələrə səbəb ola bilər. Buna görə də 
ərazinin təmizliyinə xüsusi diqqət yetirmək 
lazımdır.
Məktəblilərin meşə əkini və meşə bərpası 
işlərində iştirakı zamanı xüsusilə diqqətli olmalı, 
onları nəzarətdə saxlamaq lazımdır. Bel, kətmən 
və digər alətlərin dəstəyi hamar, ilişiksiz olmalı 
və ələ götürdükdə dərini zədələməməlidir. 
Kənd təsərrüfatı üçün kəsici alətlərin düzgün 
tətbiq olunmasına diqqət yetirilməlidir.
Əgər təsadüfən meşə əkini işləri 
zamanı insan xəsarət alıbsa, ilk tibbi yardım 
göstərilməlidir. Bədənin zədələnmiş hissəsi 
antiseptik maddələrlə işlənməli, steril sarğı 
qoyulmalıdır. Yara dərin olduqda xəsarət alan 
şəxs təcili olaraq yaxınlıqdakı tibb məntəqəsinə 
çatdırılmalıdır. Açıq yaraya torpaq düşməsinə 
yol verməməli və yoluxmanın qarşısını almaq 
üçün xüsusi zərdablar vurulmalıdır.
Meşə müəssisələrinin işçiləri üstü bağlı 
və uzunboğaz ayaqqabılardan istifadə et-
məli dir. Belə ayaqqabılar insanları həm islan-
maqdan qoruyur, həm də qansoran həşərat-
lardan mühafizə edir. Meşə yanğınları zamanı 
gözləri mühafizə etmək üçün xüsusi qoru-
yucu eynəklərdən istifadə olunmalıdır. Tüstü-
nün, qazın və tozun tənəffüs orqanlarına 
daxil olmasının qarşısını almaq üçün xüsusi 
respiratorlardan, fövqəladə hallar zamanı isə 
əleyhqazlardan istifadə olunur.
İsti yay mövsümündə bədənin açıq nahiyə-
lərini qansoran həşəratlardan qorumaq üçün 
müxtəlif sürtgülərdən, mayelərdən və çiləyi-
cilərdən istifadə etmək olar. Bu məqsədlə 
kəskin qoxulu ətirlərdən də istifadə etmək olar.
Yanğının söndürülməsi üçün istifadə olunan 
vasitələr.
 Meşə yanğınına səbəb olan şəraitin 
aradan qaldırılması üşün xüsusi yanğınsöndürən 
maddələrdən istifadə olunur. Bu maddələr 
qaz, maye, bərk halda və ya kombinə edilmiş 
halda ola bilər (su, su buxarı, duz məlulları, 
kimyəvi maddələr, qum və s.). Su yüksək istilik 
keçiriciliyinə malik olduğu üçün temperatur 
artdıqca buxara çevrilir. Yanğını söndürmək 
məqsədilə yaxınlıqdakı su hövzələrindən 
istifadə edilir. Lakin suyun elektrik keçiriciliyinin 
yüksək olması elektrik xətlərinin olduğu 
ərazidə yanğının söndürülməsində onun tət-
biqini məhdudlaşdırır.
Meşə yanğınlarına qarşı mübarizədə 
istifadə olunan kimyəvi maddələr 3 qrupa 
ayrılır: suyun odsöndürmə qabiliyyətini artı-
ran qeyri-üzvü maddələr, səthi aktiv maddə-
lər və buxarşəkilli qarışıqlar. Yanğının söndü-
rülməsində tətbiq olunan bütün kimyəvi 

31
maddələrlə ehtiyatla davranmaq, təhlükəsizlik 
qaydalarına riayət etmək lazımdır. İslanmayan 
materialdan hazırlanmış xüsusi geyimdən və 
rezin əlcəklərdən istifadə edilməlidir. Kimyəvi 
maddələrin geyimdə əmələ gətirdiyi ləkələri adi 
su ilə yuyub təmizləmək olur. Bu maddələrin 
dəri ilə birbaşa təmasda olmasına yol veril-
məməlidir. Dəridə olan ən kiçik yaradan belə 
kimyəvi maddələrin qana keçməsinin qarşısını 
almaq lazımdır. Eyni zamanda göz ləri tozdan və 
tüstüdən qorumaq üçün qoruyucu eynəkdən 
istifadə etmək zəruridir. Tənəffüs orqanlarının 
mühafizəsi üçün xüsusi respiratorlar tətbiq 
olunur.
Odsöndürücü məhlulların tərkibinə daxil olan xlorlu karbohidrogenlər insan sağlamlığı üçün 
təhlükəsiz hesab olunsa da, odla təmas zamanı əmələ gələn buxar və parçalanma məhsulları 
olduqca təhlükəlidir. Buna görə də meşə yanğınını söndürərkən maye alova elə yönəldilməlidir 
ki, yaranan tüstü və qazlar insandan kənar olsun. Bütün təhlükəsizlik qayda larına düzgün əməl 
etdikdə bədbəxt hadisə lərin qarşısı alına bilər və meşəçilərin həyatı tam şəkildə gözlənilməz 
təsadüflərdən qoruna bilər.
Meşədə təhlükəsizliyin təmin olunması
Meşə - insanların ən çox sevdiyi istirahət 
yeridir. Meşənin zəngin təbiəti, bitki və 
heyvanlar aləmi istirahətə gələn insanların 
böyük marağına və sevincinə səbəb olur. 
Təbiətin gözəlliklərinə aludə olanlar bəzən 
unudurlar ki, tanış olmayan meşə ərazisində 
müxtəlif təhlükələrlə qarşılaşa bilərlər. İnsanın 
həyat fəaliyyətində təbii mühitin və fiziki-
coğrafi şəraitin böyük rolu vardır. İstənilən 
şəraitdə insanların davranış tərzi, qida və su 
təminatı, sığınacaq yeri, xəstəliklərə davamlılığı 
onların mühitə uyğunlaşmasından asılıdır. Təbii 
şərait insan orqanizminə güclü təsir göstərərək, 
yaşamaq ehtimalını artırır və ya azaldır.
Meşədə fövqəladə vəziyyət meşə yanğınları, 
dağ çaylarının daşması, zəlzələ, ildırım çaxması 
zamanı yarana bilər. Ən çətin şəraitdə belə 
insan sağlamlığını qoruyaraq, ətraf mühitin 
əlverişsiz təsirlərinə qarşı dözümlü və tədbirli 
olmağa çalışır. Müxtəlif ekstremal vəziyyətdə 
salamat qalmaq ehtimalı bir sıra amillərdən 
asılıdır. Belə vəziyyətlərə misal olaraq, meşədə 
azıb, yolun və ya bələdçinin itirilməsini, təbii 
fəlakətləri, əlverişsiz hava şəraitini, nəqliyyat 
qəzasını (avtomobil, təyyarə qəzası və s.), 
diqqətsizliyi, səhlənkarlığı və s. göstərmək 
olar. İstənilən halda hər kəs təbiətdə salamat 
qalmaq və təhlükəsiz həyat fəaliyyətini təmin 
etmək üçün müvafiq təhlükəsizlik qaydalarını 
bilməlidir. 
Həyat fəaliyyətinin təhlükəsizliyinin əsas-
larını öyrənməklə hər bir şəxs öz sağlamlığını, 
həyatını və iş qabiliyyətini qorumaq üçün fəal 
tədbirlərə hazır ola bilər. Belə vəziyyətdə 
əsas problem psixoloji stresin öhdəsindən 
gəlməkdir. Ətraf mühitin əlverişsiz təsirlərindən 
qorunmaq üçün müəyyən qaydaları bilməklə 
yanaşı bu qaydaları düzgün tətbiq etməyi 
də bacarmaq lazımdır. Bu baxımdan həyat 
fəaliyəti meşələrlə bağlı olan insanlar müxtəlif 
təhlükələrlə qarşılaşdıqda vəziyətdən çıxış 
yollarını tapmağı bacarmalıdırlar.
İnsan orqanizminin imkanları məhduddur 
və müəyyən dözümlülük həddi vardır. Təcrübə 
göstərir ki, soyuq qış aylarında meşədə azan 
insanlar ən çətin şəraitdə belə salamat qala 
bilirlər. İnsan digər canlılar kimi təbii mühitə 
yüksək dərəcədə uyğunlaşa bilmədiyinə görə 
müəyyən bacarıq və vərdişlərdən istifdə edərək 
salamat qalmaq üçün çalışmalıdır. Sərt iqlim 

32
şəraiti, qida və su çatışmzlığı orqanizmə güclü 
təsir edərək onun imkanlarını məhdudlaşdırılır.
Meşədə azan və ya çətin vəziyyətdə qalan 
insanların ilk tibbi yardım üsullarını bilməsi, 
müvəqqəti sığınacaq düzəltmək bacarığına, od 
əldə etmək səriştəsinə yiyələnməsi vəziyyətdən 
çıxış yolunu tapmağa kömək edir. Vaxtını və 
bütün qüvvəsini səfərbər edib, cəsarətlə çıxış 
yolunu axtaran insanların fiziki hazırlığından 
asılı olaraq salamat qalmaq ehtimalı daha 
yüksək olur. Ətrafdakı obyektlərdən öz maraq 
dairəsində istifadə edib təhlükəsizliyini təmin 
etməklə, sağlamlığı qorumaq üçün cəhd göstərə 
bilənlərin sağ qalması ehtimalı yüksək olur.
Təcrübə göstərir ki, fövqəladə vəziyyətə 
düşən insanlar psixoloji asılılığı dəf edə bildikdə 
təbii amillərin də öhdəsindən gəlirlər. Fövqəladə 
vəziyyətdə insan öz fiziki sağlamlığından asılı 
olaraq çıxış yolu axtarılır. Əgər ağır yaralanma 
və xəsarət halları yoxdursa, çətin şəraitə 
dözmək bir qədər asanlaşır. Yaşlı insanlar, 
hamilə qadınlar və uşaqlar fövqəladə halları 
çətin keçirlər.
Xarici amillərin təsirinə dözümlü, müstəqil 
qərar verməyi bacaran, nikbin düşüncə tərzinə, 
ruh yüksəkliyinə malik insanlar daha tez 
çıxış yolu tapırlar. Təkliyə, aclığa, ağrılara və 
gücsüzlüyə dözə bilənlər yalnız öz qüvvələrinə 
arxalanıb stresdən yaxa qurtara bilirlər.
Əgər turistlər təklikdə deyil, dəstə ilə 
birlikdə ekstremal vəziyyətə düşüblərsə, belə 
halda daha təcrübəli səyahətçilər yoldaşlarının 
köməyinə gəlir. Bəzən bir təcrübəli insan 
təkbaşına həyəcan və təlaş içərisində olan bir 
neçə yol yoldaşlarını sakitləşdirməli olur. Belə 
vəziyyətdə insanlardan həkimlik, xilasedici və 
psixoloq səriştəsi tələb olunur.
Meşəyə uzunmüddətli səyahətə hazırlaşan 
hər bir kəs aşağıdakı bacarıqlara yiyələnməlidir:
•  Səyahət  üçün  tələb  olunan  qida  və  su
ehtiyatı ilə təmin olunmalı;
•  Təbiətdə  içməli  suyu  əldə  etmək
üsullarını bilməli;
•  Xəritə,  kompas,  GPS-naviqasiyadan
istifadə etməyi bacarmalı;
•  İlk tibbi yardım üsullarını bilməli;
•  Balıqçılıq  və  ya  ovçuluq  qaydalarını
bilməli;
•  Tonqal  qalamağı  bacarmalı  və  yanğın
təhlükəsizliyinə riayət etməli;
•  Müvəqqəti
sığınacaq
hazırlamaq
vərdişlərinə malik olmalıdır.
Meşəyə təşkil olunan ekskursiyaların sağ-
lam lıq və sevinc dolu dəqiqələr bəxş etməsini 
istəyiriksə, ən sadə təhlükəsizlik qaydalarını 
bilməliyik. Meşəyə gəzintiyə gedərkən ən zəruri 
əşyaları götürmək lazımdır. Hər şeydən əvvəl 
su ehtiyatı, yemək, saat, kompas, mobil telefon, 
xəritə və s. yürüş iştirakçılarının ən çox gərəyi 
olan əşyalardır. Səyahətçilər dəstəsinin təchizatı 
üçün lazımi alətlər və müvafiq avadanlıq nəzərə 
alınmalıdır. İlk növbədə od əldə etmək üçün 
alışqan, tibbi yardım ləvazimatı, iynə, sap, cib 
fənəri, batareyalar, alətlər, çadır və islanmayan 
isti geyimlər əldə olunmalıdır.
Yürüşə hazırlaşarkən üst geyimə xüsusi 
diqqət yetirilməlidir. Meşədə zəhərli və qan-
soran həşəratlardan qorunmaq üçün uzun 
qollu gödəkçələr və hamar parçadan tikilmiş 
üst geyimi, örtülü ayaqqabılar, papaq və 
əlçək geyinmək lazımdır. Ağcaqanadlara və 
mozalanlara qarşı xüsusi çiləyici aerozollardan 
istifadə etmək məsləhətdir.
Uşaqların üst geyimi parlaq sarı, qırmızı, 
narıncı, ağ rəngdə olmalı, uzaqdan diqqəti cəlb 
etməlidir. Tünd geyim meşənin toranlığında 
çətin seçilir. Buna görə də bəzən səyahətçilər 
meşədə azarkən onların axtarışını çətinləşdirir. 
Yürüşdə iştirak edən hər kəs marşrutdan 
kənara çıxmamalıdır. Bəzən meşə sakinlərinin, 
o cümlədən kəpənəklərin, dələlərin, quşların 
ardınca düşüb, onları izləyən insanlar özləri 
də hiss etmədən cığırdan kənara çıxıb səmti 
itirirlər. Yürüş zamanı göbələk və giləmeyvələri 
toplayarkən də tez-tez ətrafa nəzər yetirib, 
harda olduğunuzu yadda saxlamağa çalışın.
Əgər hər hansı bir səbəbdən yolu azıb 
yoldaşlarınızdan ayrı düşmüsünüzsə, təlaş 
etmək məsləhət görülmür. Telefon əlaqəsi 
yaratmaq mümkün olduqda mobil telefonla 

33
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə və 
ya xilasetmə departamentinə məlumat verin. 
Sonra sakitlik yaradıb ətrafı dinləməyə çalışın. 
Sizi axtaran insanların, avtomobillərin və itlərin 
səsini eşitdikdə səs gələn tərəfə getməyə çalışın. 
İtlərin hürməsini təxminən 2-3 km məsafədən, 
işləyən traktorun səsini 3-4 km məsafədən, 
qatarın səsini isə 10 km məsafədən eşitmək 
mümkündür. Meşədə yolu azdıqda vəziyyətdən 
digər çıxış yolu kimi çay kənarına çıxmaq və 
suyun axını istiqamətində sahil boyu hərəkət 
etmək lazımdır. Yaşayış məntəqələri çox zaman 
çay sahillərində salındığına görə bu istiqamətdə 
gedib insanlar yaşayış yerlərinə çıxmaq olar.
 Uzaqdan diqqəti cəlb etmək üçün meşənin 
kənarında açıq sahədə quru budaqlardan 
tonqal qalamaq olar. Lakin yanğın təhlükəsizliyi 
qaydalarına riayət edərək tonqalın yerini 
hazırlamaq lazımıdır. Bu məqsədlə sahədə 
torpağın üst qatı təmizlənir 1-2 m məsafədə 
quru otlardan, budaqlardan təmizlənir və 
tonqalın ətrafında xəndək qazılır. Yadda saxla-
maq lazımdır ki, isti, quru və küləkli hava 
şəraitində tonqal qalamaq təhlükəlidir. Bunun 
üçün xüsusi təyin olunmuş yerlər vardır. 
Ağacların altında tonqal qalamaq olmaz. Ağac-
ların yaxınlığında yandırılan tonqal bitkilərin 
məhv olmasına səbəb olur. Siqaretin kötüyü 
quru otların üzərinə düşdükdə yanğın baş verə 
bilər. Ehtiyatsızlıq nəticəsində ətrafa sıçrayan 
kiçik bir qığılcım böyük yanğına çevrilə bilər. 
Bu təhlükəli vəziyyətin qarşısını almaq üçün 
odla ehtiyyatlı olmalı və təhlükəsizliyə riayət 
olunmalıdır.
Meşədə olarkən müəyyən davranış qayda-
larını bilmək vacibdir:
► Meşədə səs-küy salmaq olmaz. Belə 
olduqda siz vəhşi heyvanları və onların 
balalarını hürküdürsünüz.
► Ağacların budaqlarını qırmaq, onların 
gövdəsində yazı yazmaq olmaz. Ağac-
ların qabığı altında qida maddə lərinin 
hərəkət etdiyi borular zədələndikdə 
yaraya zərərverici həşəratlar və ya 
mikroorqanizmlər daxil olub, ağacı 
xəstələndirə və nəticədə məhv edə 
bilər.
►  Meşədə və meşə talasında rast gəldi-
yiniz çiçəkləri qırmayın. Hər gün buraya 
istirahətə gələn insanları bu gözəllikdən 
zövq almaqdan məhrum etməyin.
► Əylənmək məqsədilə kəpənəkləri, 
qarış qaları və digər heyvanları tutmaq, 
on ların yuvalarını dağıtmaq olmaz.
► Meşəni tullantılarla çirkləndirmək ol-
maz. İstirahət yerlərini tərk edərkən 
bütün tullantıları toplamaq və təyin 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin