Ev təsərrüfatlarının gəlirlərinin mövcud vəziyyəti: kənd təsərrüfatı fəaliyyəti sahələri üzrə gəlirlərin təhlili



Yüklə 388,33 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü388,33 Kb.
#43778
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10
Məmmədov UNEC 2021 Ev təsərrüfatlarının gəlirləri.

Mövzunun aktuallığı. Lakin bu tədqiqatlarda məxsusi olaraq dağlıq və dağətəyi rayonlarda örüşlər və şəxsi yardımçı təsərrüfatların ev təsərrüfatlarının büdcəsinə və gəlir mənbələrinə konkret olaraq necə təsir etdiyi müəyyənləşdirilməyib. Ölkəmizin təbii yem ehtiyatlarından sayılan örüşlərin münbitliyinin artırılması heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edən amillərdəndir. Bu baxımdan ölkəmizin bir çox bölgəsində olduğu kimi Kiçik Qafqazda yerləşən yay və qış otlaqları (örüş yerləri) əsas təbii yem bazalarından biri olaraq respublikamızın iqtisadiyyatında ( heyvandarlığın inkişafında) mühüm rol oynayır. Ona görə də bu torpaqlarından istifadənin iqtisadi səmərəliliyini yüksəltmək üçün ilk növbədə onların ekoloji vəziyyətinin öyrənilməsi və bu sahədə çatışmayan cəhətlərin aradan qaldırılması zəruri hal təşkil edir.

Həm yuxarıda vurğulanan məsələlər, həm də qeyd etdiyimiz bu fikir, yəni örüş və yardımçı təsərrüfatların rolunun tam əks olunmaması bizim tədqiqatımızın vacibliyini və aktuallığını əhəmiyyətli dərəcədə artırır, tədqiqat mövzusunun bu istiqamətdə müəyyənləşdirilməsini şərtləndirir. Digər tədqiqatlarımızda ev təsərrüfatları haqqında nəzəri fikirlər araşdırılmış, ev təsərrüfatlarının ailə, fərdi sahibkar, kəndli (fermer) təsərrüfatlarından fərqini və ən əsası ev təsərrüfatı nədir sualına cavab tapmışdıq [6]. Tədqiqatımızın bu hissəsində isə ev təsərrüfatlarının mövcud vəziyyəti, gəlir mənbələri, onlara təsir edən amillər, gəlir mənbələrinin sayının, gəlirin həcminin artırılması yolları araşdırılması tədqiqat işinin məqsədi məqsədi olaraq müəyyənləşdirilmişdir.




Yüklə 388,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin