Mömünlərin xəbəri
Ön söz
Həqiqətən, şükr və tərif yalnız Allaha məxsusdur! Biz ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyir, nəfsimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd onun qulu və elçisidir.
“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”
“Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardanda bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar”.
Hörmətli oxucu, dəyərli müsəlman qardaş və bacılarım! Allaha iman ətrafı nurlandıran bir işıqdır. Hansı ki, bu işıq altında şücaətlilər, təqva sahibləri və Rəbbinə layiqliyi ilə güvənənlər irəliləmişlər. İman elə bir silahdır ki, əgər onu əldə etmiş olsanız digərlərindən seçiləcəksiniz. İman elə bir gücdür ki, qəlbləri, üzləri, sözləri, əməlləri və hədəfləri doğru olana dəyişər. Lakin təəssüflər olsun ki, zaman keçdikcə insanlar bu dəyərləri unutdular, bununlada ümmət zəif düşdü. Ümmətin sonra gələnlərinin də əvvəli kimi güclü olmasını istəyiriksə o zaman ümmətin əvvəlinə müraciət etməli olacağıq. Çünki onların xəbərlərində izzət, sədaqət, Allaha layiqli iman var. Bizimdə onlar kimi izzətli olmamız üçün onların xəbərlərini bilməmiz lazımdır, çünki bu ümmətin əvvəli nə ilə islah olmuşsa axırıda onunla islah olmalıdır. Onun üçündə bu “Mömünlərin xəbəri” kitabını yazmağa qərar verdim ki, insanlar gedəcəkləri hədəflərini bilsinlər. Bununlada Allahdan, Onun əfv və məğfirətini umdum. Bu kiçik cəhdi, nə malın nə də övladın fayda vermədiyi bir gündə saleh əməllərimin siyahısında etməsini istədim.
Əbu Ubeydə Usamə ibn Muhəmməd əl-Cəmməl
¤Saleh dəvətçi¤
Suheyb Peyğəmbərin belə dediyini rəvayət edir: “Sizdən əvvəlki tayfaların birində bir şah yaşayırdı. O şahın bir sehirbazı var idi. Sehirbaz yaşa dolduğu za-man şaha belə dedi: “Mən artıq yaşa dolmuşam, mənə bir oğlan uşağı ver ki, ona sehri öyrədim!” Şahda sehirbazın yanına bir oğlan uşağı göndərdi ki, ona sehr öyrətsin. Uşağın getdiyi yolda bir rahib yaşayırdı. Bir dəfə uşaq rahibin yanına gəlib oturdu və onun sözlərini eşitdi. Rahibin sözlərindən uşağın xoşu gəldi. Beləcə uşaq sehirbazın yanına gələrkən, rahibin yanınada oturardı. Sehirbazın yanına gələndə sehirbaz onu (gecikdiyi üçün) döyərdi. Uşaq bu hadisə ilə bağlı rahibə şikayət etdi. Rahib də ona (məsləhət verərək) dedi: “Əgər sehirbazın səni döyməyindən qorxsan, de ki: “Ailəm məni gecikdirdi.” Səni ailənin döyməyindən qorxsan, de ki: “Sehirbaz məni gecikdirdi.” Uşaq bu şəkildə davam edərkən bir gün nəhəng bir heyvanın insanların qarşısını kəsdiyini gördü. Bunu görən uşaq dedi: “Bu gün mən rahibin, yoxsa sehirbazın Allaha daha yaxın olduğunu biləcəyəm. O, əlinə bir daş götürüb dedi: “Ey Allahım, əgər rahibin işi, sehirbazın işindən Sənə daha sevimlidirsə, onda həmin heyvanı öldür ki, insanlar keçib getsinlər!” O, bunları deyib əlindəki daşı atdı və heyvanı öldürdü. İnsanlar da keçib getdilər. Uşaq rahibin yanına gəlib ona bunu xəbər verdi. Rahib uşağa dedi: “Ey uşaq, bu gün sən məndən üstünsən, sənin işin (halın) gördüyüm həddə çatmışdır. Sən imtahana çəkiləcəksən. Əgər sən imtahan olunsan, məni ələ vermə!” Uşaq anadan gəlmə korları, cüzam xəstəliyinə tutulanları və insanları başqa xəstəliklərdən müalicə edirdi. Həmişə şahın məclisində iştirak edən və yaxınlarında olan kor birisi uşaq barəsində eşitdi və onun yanına çoxlu hədiyyələrlə gedib belə dedi: “Mənə şəfa ver, burada olanların hamısı sənin olsun!” Uşaq dedi: “Mən heç kəsə şəfa vermirəm! Şəfa verən Allahdır. Əgər Allaha iman gətirsən, məndə Ona dua edərəm və sənə şəfa verər!” O, Allaha iman gətirdi. (Uşaq Allaha dua etdi) Allah da ona şəfa verdi. Sonra həmin adam əvvəllər olduğu kimi gəlib şahın yanında oturdu. Şah ondan soruşdu: “Sənə gözlərini kim qaytardı?” O: “Rəbbim!” deyə cavab verdi. Şah ona: “Sənin məndən başqa Rəbbinmi var?” deyə soruşdu. O: “Bəli!” Mənim və sənin Rəbbin olan Allah!” dedi. Bundan sonra şah ona o qədər işgəncə verdi ki, axırda məcbur olub uşağın adını şaha söylədi. Şah uşağın yanına adam göndərib onu gətirtdi və ona dedi: “Oğlum, sehrin elə bir mərtəbəyə çatıb ki, anadan gəlmə korları, cüzam xəstəliyinə tutulanlara şəfa verirsən!” Uşaq dedi: “Mən heç kimə şəfa vermirəm! Şəfa verən ancaq izzət və cəlal sahibi olan Allahdır!” Şah ona da işgəncə verməyə başladı. Nəhayət uşaq məcbur olub rahibin adını söylədi. Şah rahibin yanına adam göndərib onu gətirtdi. Ondan dinindən dönmək tələb edildi. Rahib onun bu tələbini yerinə yetirmədikdə şah mişarla Rahibin başından ayağına kimi kəsib onu iki yerə parçaladı. Sonra da əvvəlcə kor olmuş yaxınını gətirtdi. Ondan dinindən dönmək tələb edildi. O da onun tələbini yerinə yetirmədi. Şah tələbinin yerinə yetirilmədiyini görüb onu da mişarla başından ayağına kimi kəsib iki yerə böldü. Sonra uşağı gətirtdi. Ona da dinindən dönməsi tələb edildi. Uşaqda onun bu tələbinə qarşı çıxdı. Şah uşağı öz adamlarına verib onlara dedi: ”Uşağı filan dağa aparın! Dağa qalxıb zirvəyə çatdıqda ondan dinindən dönməsini tələb edin! Yox əgər o, yenə də öz dinindən dönməsə, onda onu dağın başından aşağı atın!” Onlar uşağı apardılar və onunla dağa qalxdılar. Uşaq dedi: ”Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!” Bu zaman dağ silkələndi və onların hamısı dağdan yuvarlandılar. Uşaq şahın yanına gəldi. Şah ondan soruşdu: ”Səninlə gedənlərə nə oldu?” Uşaq dedi: ”Allah-Təala məni onlara qarşı qorudu!” Bundan sonra şah uşağı bir neçə nəfərə tapşırıb dedi: ”Aparın onu qayığa mindirin. Dənizin ortasına çatdıqda, ondan öz dinindən dönməsini tələb edin! Yox, əgər dinindən dönməsə, onu dənizə atın!” Onlar uşağı apardılar. (Dənizin ortasına çatdıqda) uşaq dedi: ”Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!” Qayıq çevrildi, bu zaman hamısı dənizə düşüb boğuldular. Uşaq yenə şahın yanına gəldi. Şah ondan soruşdu: ”Səninlə gedənlərə nə oldu?” Uşaq dedi: ”Allah-Təala məni onlara qarşı qorudu!” Sonra uşaq (daha sonra üzünü şaha tutub) belə dedi: ”Sən mənim dediyimi etmədikcə, məni öldürə bilməyəcəksən.” Şah soruşdu: “O nədir elə?” Uşaq dedi: “İnsanları bir yerə topla və məni bir kötüyə bağla, sonrada kamanından bir ox çıxart, oxu yayına qoy və “Uşağın Rəbbi olan Allahın adı ilə!” de və at! Əgər dediyim kimi etsən, məni öldürəcəksən. Şah belə də etdi. İnsanları bir yerə topladı sonra uşağı bir kötüyə bağladı, sonrada kamanından bir ox çıxartdı, “Uşağın Rəbbi olan Allahın adı ilə!” dedi və oxu atdı. Ox uşağın gözü ilə qulağının arasına sancıldı. Uşaq əlini oxun sancıldığı yerə qoyub öldü. Bunu görən insanlar dedilər: “Biz uşağın rəbbinə iman gətirdik! Biz uşağın rəbbinə iman gətirdik! Biz uşağın rəbbinə iman gətirdik!” Bu zaman şaha belə dedilər: “Gördün, qorxduğun şey başına gəldi. İnsanların hamısı iman gətirdi.” Şah küçələrin ağzında xəndəklərin qazılmasını əmr etdi. Sonrada xəndəklər də od qalatdırdı. Şah belə dedi: “Kim dinindən dönməsə onu xəndəyin içinə atın!” Onlar da belə etdilər. Hətta növbə körpəsi ilə olan bir qadına çatdı. O qadın oda düşüb-düşməməkdə tərəddüd etdi. Lakin körpə (dil açıb) anasına: “Ey anam, səbr et! Sən, həqiqətən də haqq üzərindəsən!” deyə söylədi” «Muslim».
¤Qurtuluş¤
Şafi`i رحمه الله belə deyir: “Bilki, kim Allahı Təsdiq edərsə qurtuluşa uğrayar, kim Onun dinində səhlənkarlıq edərsə həlak yolunu tutmuş olar, kim dünyada zahidlik edərsə sabah (qiyamət günü) Allahın ona vermiş olduğu əcrləri gördüyü zaman gözləri sevinər.”
Həmçinin belə buyurur: “Kimdə bu üç xüsüsiyyət olarsa onun imanı kamil olar:
1- “Yaxşılığı əmr edib özüdə edərsə.”
2- “Pislikdən çəkindirib özüdə çəkinərsə”
3- “Allahın hədlərini aşmazsa”
Həmçinin belə buyurur: “Dünyadan üz çevir, axirətə tələs, bütün işlərində Allahla sadiq ol, nicat tapıb qurtuluşa uğrayanlarla olarsan.” “Mavaiz əş-Şafi`i səh-56/57”.
¤Firounun qızının baş darayanı¤
Allahın Elçisi belə deyir: “İsra gecəsi mənə gözəl bir qoxu gəldi və Mən ey Cəbrail bu gözəl qoxu nədir deyə soruşdum? O da dedi ki, bu: “Firounun qızının baş darayanının və övladlarının qoxusudur. Dedim ki, onun hadisəsi nədir? Dedi: “Bir gün o firounun qızının saçlarını darayarkən daraq əlindən düşür və o “Bismilləh” (Allahın adı ilə) deyərək darağı götürür. Bu zaman firounun qızı ona atamı mı qəsd edirsən? dedi. O da xeyir, lakin mənim və atanın Rəbbi olanı dedi. Qız dedi: “O zaman atama xəbər verəcəm”. O da xəbər ver dedi. Qızı firouna xəbər verdiyi zaman Firoun o qadını çağırtdıraraq: “Ey filankəs sənin məndən başqa Rəbbinmi var?” deyə soruşdu. Qadında ona: “Bəli” mənim və sənin Rəbbin olan Allah dedi. (O zaman Firoun qəzəblənərək) böyük bir qazanın içinə yağ doldurulub altının yandırılmasını, qadın və uşaqlarınında ora atılmasını əmr etdi. Qadın Firouna mənim səndən bir xahişim var dedi. Firounda ona ehtiyacın nədəndir deyə soruşdu? O da cavabında: “Bizı yandırdıqdan sonra mənim və uşaqlarımın sümüklərini bir kəfəndə toplayıb bastırmağını istəyirəm” dedi. Firoun: “Bu sənin bizim üzərimizdə olan haqqındır dedi.” Sonra isə onun uşaqlarını gözləri qarşısında bir-bir qaynayan yağa atıb yandırdılar. Sonuncu uşağı isə süd əmər olduğundan sanki, ona görə bir az tərəddüd etdi. O zaman uşaq dil açaraq: “Ey ana (sən haqq üzərindəsən) özünü oda at, çünki axirət əzabı dünya əzabından daha şiddətlidir” dedi. O da özünü oda atdı.
“Hədis həsəndir Müsnəd imam Əhməd 3/309” “Heysəmi Məcmə-əz-Zavaid 1/65”.
¤Valideyinlərə yaxşı davranmaq¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Beşikdə yalnız üç adam danışmışdır: “Biri Məryəm oğlu İsa, digəri Cüreycin yoldaşı. (zamanındakı uşaq) Cüreyc abid bir adam idi. Bir kilsə düzəltdirdi. Onun içində yaşayırdı. O namaz qılarkən anası gəldi və: “Ey Cüreyc!” dedi. Cüreyc: “Ey Rəbbim! Anam və namazım!” dedi və namazına yönəldi. Anası getdi. Yenə sabahsı gün olunca, təkrar onun yanına gəldi. Cüreyc namaz qılırdı. Anası ona “Ey Cüreyc!” dedi. Cüreyc: “Ey Rəbbim! Anam və namazım!” dedi və namazına yönəldi. Anası getdi. Sabahsı gün olunca, təkrar onun yanına gəldi. Cüreyc namaz qılırdı. Anası ona “Ey Cüreyc!” dedi. Cüreyc: “Ey Rəbbim! Anam və namazım!” dedi və namazına yönəldi. Anası belə dua etdi: “Allahım! Pozğunların üzünü görmədikcə, bunun canını alma!” Bəni İsrail Cüreyci və ibadətini müzakirə etdilər. Pozğun bir qadın vardı. Gözəlliyi dillərə dastan olmuşdu. (Bu qadın): “İstəsəniz sizin üçün onu fitnəyə salaram!” deyə söylədi və ona sataşdı. Lakin Cüreyc ona fikir vermədi. Sonra qadın Cüreycin kilsəsində məskunlaşan bir çobanın yanına gəldi və ona özüylə zina etməsinə imkan verdi. O da onunla zina etdi. Qadın hamilə qaldı. Doğduğu vaxt: “Bu uşaq Cüreycdəndir!” dedi. (Kəndlilər) Cüreycin yanına gələrək onu aşağı endirdilər və kilsəni alt-üst etdilər. Onu da döyməyə başladılar. Bunun üzərinə Cüreyc: “Sizə nə olub?” dedi. Onlar: “Bu pozğun ilə zina etdin və səndən uşaq doğdu!” dedilər. Cüreyc: “Uşaq haradadır?” deyə onlardan soruşdu. Dərhal onu gətirdilər. Cüreyc onlara: “Məni buraxın, namaz qılım!” dedi və namaz qıldı. Namaz bitdikdən sonra uşağın yanına gələrək onun qarnına toxundu və: “Ey uşaq! Sənin atan kimdir?” deyə ondan soruşdu. Uşaq: “Filan çobandır!” deyə cavabını verdi. Bunun üzərinə kəndlilər Cüreycə yönəldilər və onu öpüb sığalladılar. Sənin üçün kilsəni qızıl və gümüşdən tikərik!” dedilər. O onlara: “Xeyr! Onu köhnəsi kimi palçıqdan tikin!” deyə buyurdu. Onun dediyi kimi etdilər. Bir dəfə uşaq anasını əmirdi. (Oradan) şaha layiq bir ata minmiş, paltarı gözəl bir adam keçdi. Uşağın anası: “Allahım! Oğlumu bunun kimi et!” deyə dua etdi. Uşaq dərhal döşü buraxıb adama doğru döndü və ona baxdı. Sonra: “Allahım! Məni bunun kimi etmə!” dedi. Sonra döşə dönərək əmməyə başladı.”
Əbu Hüreyrə belə demişdir: “Mən Peyğəmbərin şəhadət barmağını ağzına salaraq onu əmməyə başladığını və uşağın necə əmdiyini anlatmasını sanki hələdə görürəm. “(Sonra) oradan bir kəniz keçdi. Sahibləri onu döyür və: “Sən zina etdin! oğurladın!” deyirdilər. Kəniz isə: “Mənə Allah yetər! O nə gözəl vəkildir!” deyirdi. Uşağın anası: “Allahım! Oğlumu bu kəniz kimi etmə!” deyə dua etdi. Uşaq dərhal əmməyi buraxdı və kənizə baxaraq: “Allahım! Məni bu kəniz kimi et!” dedi. “Burada (uşaq anasıyla) danışmağa başladılar. Ana dedi ki: “Boğazı tutuldu! Gözəl paltarlı bir adam keçdi. Mən: Allahım! Oğlumu bunun kimi et!” dedim. Sən: “Allahım! Məni bunun kimi etmə!” dedin. Bu kənizi döyərək və “Sən zina etdin! Oğurladın deyərək yanımızdan keçirdilər. Mən: “Allahım! Oğlumu bunun kimi etmə!” deyə dua etdim. Sən: “Allahım! Məni bunun kimi et!” dedin. Uşaq belə cavab verdi:” O adam bir zalım idi. Bundan ötəri: “Allahım! Məni onun kimi etmə!” dedim. Bu kənizə isə: “Sən zina etdin! “deyirdilər. Hal buki zina etməmişdir. “Oğurladın! “deyirdilər. Hal buki oğurlamamışdı. Bu səbəblədə: “Allahım! Məni bunun kimi et!” deim.” «Muslim».
¤Etdiyi yaxşı əməllərlə dua etmək¤
Abdullah ibn Ömər Peyğəmbərin belə dediyini rəvayət edir: ”Üç adam yolla gedərkən onları yağış tutdu və dağda bir mağaraya sığındılar. Bu zaman dağdan bir qaya parçası qopdu və mağaranın ağzını örtdü. Onlar bir-birinə belə dedilər: “Allah üçün etdiyiniz yaxşı əməli düşünün! Onunla Allaha dua edin, ola bilsin ki, Allah sizi xilas etdi! Onlardan biri belə dedi: “Allahım! Mənim yaşlı qoca ata-anamla, bir xanımım və bir də kiçik uşaqlarım vardı. Onlara yaxşı baxırdım. Heyvanlarımı onların yanlarına gətirdiyim zaman süd sağıb, uşaqlardan əvvəl anamla atamdan başlayaraq onlara süd içirərdim. Bir gün odun yığmaq məni uzaqlara apardı. Axşama kimi ailəmin yanına gələ bilmədim. Gəldiyim vaxt anamla atamı yatmış halda gördüm. Hər gün sağdığım kimi (heyvanlardan) südü sağdım və içərisində süd olan qabı gətirdim. Onları yuxudan oyatmamaq üçün başlarının üstündə durdum. Onlardan əvvəl uşaqlara süd içirməyi istəmirdim. Halbuki uşaqlar ayaqlarımın yanında aclıqdan qışqırırdılar. Mənim və uşaqların halı, şəfəq doğana qədər belə davam etdi. Əgər bunu Sənin (razılığın) üçün etdiyimi bilirsənsə, bu qayadan bizim üçün bir az aç ki, oradan səmanı görək!” Bu zaman Allah-Təala, qayanı bir az araladı və oradan göy üzünü gördülər. O biri isə belə dedi: “Allahım! Mənim bir əmim qızı vardı. Mən onu kişilərin qadınları sevdikləri sevginin ən son dərəcəsiylə sevmişdim. Ondan nəfsini (mənə tabe etməsini) tələb etdim. Amma o, ona yüz dinar gətirmədikcə bunu qəbul etmədi. Mən bu pulu toplamaq üçün yoruldum. Nəhayət yüz dinarla onun yanına gəldim. Ayaqlarının arasına oturduğum zaman belə dedi: “Ey Allahın qulu! Allahdan qorx! Bu subaylıq möhrünü, Haqqı ilə (yalnız evlənməklə) aç!” Bu zaman onun üzərindən qalxdım. Əgər bunu Sənin (razılığın) üçün etdiyimi bilirsənsə, bu qayadan bizim üçün bir az aç! Və onlar üçün qaya bir qədər də açıldı. Digəri isə belə dedi: “Allahım! Mən bir faraq (üç saa miqdarında olan qab) düyü qarşılığında bir işçi tutmuşdum. İşini bitirdiyi zaman: “Mənə haqqımı ver! dedi. Mən də ona haqqı olan farağı verdim. O da bunu qəbul etmədi. Mən o işçiyə vermək istədiyim düyüsünü əkməyə davam etdim. Nəhayət o düyünün gəliri ilə çoxlu inək və çoban əldə etdim. Bu zaman o işçi yanıma gəldi və mənə: “Allahdan qorx! Mənim bu haqqıma zülm etmə!” dedi. Mən də: “O inəklərin və çobanların yanına get və onları götür!” dedikdə, o mənə belə dedi: “Allahdan qorx! Məni ələ salma!” Mən ona: “Səni ələ salmıram. Bu inəkləri və çobanları götür!” dedim. Bu vaxtı o işçi onları götürüb apardı. Əgər bunu Sənin (razılığın) üçün etdiyimi bilirsənsə, bu qayadan bizim üçün bir az aç! Bu zaman Allah, qayanın qalan hissəsinidə araladı.” «Muslim».
¤Nə üçün ölümə ikrah hissi duyuruq¤
Abdul Cabbar ibn abdul Əziz ibn əbi Həzm belə deyir: “Atam mənə belə dedi: “Süleyman ibn abdul Məlik əbu Həzmin yanına adam göndərərək onu öz yanına çağırır və ona: “Ey əbu Həzm nə üçün biz ölümə ikrah hissi duyuruq?” deyə ondan nəsihət istədi. O da cavabında: “Çünki, siz axirəti sona saxlayıb dünyanı imarət etdiniz, dünyanızı qurdunuz. Onun üçündə siz tikilmiş olandan xarab etdiyinizə, düzəltməyi unutduğunuz axirətə köçməkdən qorxursunuz. Dedi ki, düz deyirsən, bəs onda Allaha dönüş necə olacaq? dedi: “Yaxşılıq edən kəs səfərdə olub ailəsinə qovuşan, günahkar olan isə ağasına asi olub cəzalandırılmaq üçün gətirilən kəs kimi olacaq. Süleyman bunları eşitdikdə ağladı və belə dedi: “O zaman biz Allah yanında bizi nəyin gözlədiyini necə bilək?” Əbu Həzm dedi: “Nəfsini Allahın kitabının tərəzisinə qoy o zaman sən Allah yanında səni nələrin gözlədiyini biləcəksən.” Süleyman soruşdu bunu hansı ayadə oxuyum? Əbu Həzm dedi: “Allahın bu ayələrində: “” “Həqiqətən, itaətkarlar nemət içində olacaqlar. Şübhəsiz ki, günahkarlarda Cəhənnəmdə olacaqlar.” əl-İnfitar 13-14.
Süleyman dedi: “Bəs Allahın rəhməti?” Əbu Həzm onun bu sualının cavabında:
“” “Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.” əl-Əraf 56. ayəsini oxudu. Süleyman dedi: “O zaman Allahın Rəhmətini qazanma yolunu öyrət. O da: “Allahdan qorx! Onun səni qadağan etdiyi yerlərdə olma, Çalış O səni daim əmr etdiyi yerlərdə görsün.” Süleyman dedi: “Bizim üçün dua et ey əbu Həzim.” Əbu Həzm belə dua etdi: “Allahım! əgər Süleyman sənə itaət edənlərdəndirsə ona daha çox xeyirlər etməyi asanlaşdır, yox əgər asilərdəndirsə onu xeyirlərə müvəffəq et və xeyrə yönəlt.” Süleyman yanında olan qula ona yüz dinar verilməsini əmr etdi. Əbu Həzm isə bundan imtina edərək dedi: “Mənim ona ehtiyacım yoxdur və mən qorxuram ki, bu sənin məndən eşitdiklərinə görə olar.” “Sifətu əs-Safvəti 1/387”
¤Allah yolunda sədəqə malı qoruyur¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bir kişi geniş və susuz bir səhrada olduğu vaxt, bir bulud içində: “Filankəsin bagçasını sula!” deyən bir səs eşitdi. Bu əmrə tabe olaraq o bulud, söylənən bağçaya tərəf yönəldi və sularını bir qara daşlığa boşaltdı. Oradakı su yollarından, bu suyun hamısını tuta biləcək böyük bir kanal meydana gəldi. O şəxs bu su kanalını təqib etdi. Nəhayət bağçasında ayaq üstə duraraq suyu əlindəki alətlə bağa yönəldən bir kişi ilə qarşılaşdı və ona: “Ey Allahın qulu! Sənin adın nədir? deyə soruşdu”. Bağçadakı şəxs, bəridəkinin buluddan eşidmiş olduğu adla: «Mənim adım filandır deyə cavab verdi” və Ey Allahın qulu! Sən mənim adımı nə üçün soruşursan? dedi. Bəridəki şəxs də: Mən suları bu kanaldakı sular olan buludda sənin adın ilə: “Filanın bağçasını sula!” deyə əmr edən bir səs eşitdim. Buna görədə sən o bağça haqqında nə işlər edirsən? dedi. Bağçadakı şəxs: Sənin dediyin bu şeyə gəlincə; mən bu bağçadan çıxacaq məhsullara baxıram. Nəticədə məhsulun üçdə birini sədəqə edirəm. Üçdə birini, baxımları mənə düşən ailə üzvülərimlə birlikdə yeyirəm. Məhsulun qalan üçdə birini də yenidən əkmək üçün bağçada saxlayıram. «Muslim».
¤Allah üçün sevməyin mükafatı¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Bir kişi başqa bir kəntdə olan qardaşını ziyarət etdi. Bunun üzərinə Allah onun üçün yoluna nəzarət edən bir mələk qoydu. Adam mələyin yanına gəlincə (ona): “Hara getmək istəyirsən? deyə soruşdu. Adam: “Bu kəntdəki qardaşımın yanına getmək istəyirəm!” deyə cavab verdi. Mələk ondan: “Sənin onun üzərində islahına çalışdığın bir nemətin varmı?” deyə soruşdu. Adam: “Xeyr! Lakin mən onu Allah Təalə üçün sevdim” cavabını verdi. Mələk: «O halda mən sənin o qardaşını Allah üçün sevdiyin kimi, Allah da səni sevdiyini bildirmək üzrə Allahın sənə göndərdiyi elçiyəm.” «Muslim».
Fayda:
Ənəs Peyğəmbərin belə dediyini rəvayət edir: “Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun Elçisini başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq. «əl-Buxari».
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsində başqa heç bir kölgənin olmadığı bir gündə Öz kölgəsi altında kölgələndirəcəkdir: (bunlar) ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, biri-birini Allah xətrinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: “Mən Allahdan qorxuram!”-deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və ya qadındır).” «əl-Buxari».
¤Heyvanlara yaxşı davranmaq günahlara kəffarədir¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “(Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb (öz-özünə) “Mən susadığım kimi, bu (it də) susamışdır”- dedi və (quyuya enib) ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona (bunun) əvəzini verdi və onu bağışladı.” (Səhabələr) dedilər: “Ey Allahın elçisi, məgər heyvanlara (etdiyimiz yaxşılıqlara) görədə bizə savab yazılır?” O buyurdu: “Hər bir canlıya (göstərdiyin qayğıya) görə savab vardır.” «əl-Buxari».
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Quyunun başında durub ləhləyən, susuzluqdan az qala öləcək bir itin yanından keçən pozğun bir qadının (günahları) bağışlanmışdır.Qadın ayaqqabısını çıxardıb örpəyinə bağladıqdan sonra onu quyuya sallayıb it üçün su çıxartmış və bu səbəbdən də (onun günahları) bağışlanmışdır.” «əl-Buxari».
Dostları ilə paylaş: |