ƏYƏR SİZDƏ VƏRƏM AŞKAR OLUNUBSA BUNLARI BILMƏYINIZ VACIBDIR:
Məlumatla silahlanmış xəstə vərəmə qalib gələ bilər
Vərəm xəstəliyindən məhşur insanlar müalicə olunub, sağalıb və başqalarına da kömək ediblər
Azərbaycanda vərəmə müayinə və vərəmin müalicəsi dövlət tərəfindən tam şəkildə təmin olunur
Vərəmin müalicəsi yalnız ftiziatr tərəfindən aparılmalıdır, başqa həkimlər tərəfindən müalicə qeyri-qanunidir və ağır fəsadlara gətirib çıxara bilər
Yaxınlarınızı yoluxdurmamaq üçün öskürəndə ağzınızı salfet, yaylıq ya da dəsmal ilə bağlayın
Tüpürcəyinizdə vərəm çöpü aşkar edilibsə cəmiyyət içinə çıxanda xüsusi maskadan istifadə edin
Müalicədən sonra tüpürcəyinizdə vərəm çöpləri aşkar edilmir və bundan sonra Siz maska taxmaya bilərsiniz
Müalicəsi başa çatdırılmış və vərəmdən tam sağalmış xəstələr vərəm dispanserindən qeydiyyatdan çıxarılırlar
Vərəmin müalicəsi xəstənin daimi yaşayış yerinə yaxın dispanserdə aparılır
Vərəmin müalicəsi eyni zamanda bir neçə dərman ilə uzun müddət ərzində aparılır
Dərman və davranış rejimi gözlənilərsə vərəm tam şəkildə müalicə olunur
Özünüzü yaxşı hiss etsəniz də həkimin qərarı olmadan müalicənin dayandırılması yolverilməzdir – bu halda bədəndə qalan vərəm çöpləri müalicə olunmayan formaya keçə bilər
Vərəmnən müalicənin ən etibarlı və yeganə vasitəsi – uzunmüddətli dərman müalicəsidir
Təmkinli olun, kalorili və keyfiyyətli qidalanın, vaxtında istirahət edin
Həkimlərə xəstəliyiniz barədə dəqiq və ətraflı məlumat verin
Tam sağalma üçün dərmanları fasiləsiz şəkildə həkim yazdığı qaydada qəbul edin
Müalicə alarkən siz ailənizi vərəmdən qorumuş olursunuz
Müalicə olunun, sağalın və başqalarına da kömək edin!