98
larının qohumluğu; adları konkret olaraq ifadə olunmuş Oğuz
xanımlarının qohumluğu.
1) Kimliyi qohumluq terminləri və evfemistik ifadələr kon-
tekstində bəlli olan Oğuz xanımlarının qohumluğu
Heç şübhəsiz ki, “Kitab”ın poetik strukturunda daha çox gö-
rünən, aparıcı obrazlardan biri kimi çıxış edən Oğuz xanımlarının
qohumluq əlaqələrinə münasibət bildirmək lazımdır. Bu mənada
aşağıdakılara diqqət yetirək:
Dirsə xanın xatunu: I boyda işlənib; ərinə “Dirsə xan” “xan
babamın göygüsü”, oğlu Buğaca “ay oğul” kimi sözlərlə müraciət
edən bir obraz kimi görünür; onun qohumluq əlaqələri ilə bağlı
aşağıdakıları söyləmək olar:
əri – Dirsə xan
oğlu – Buğac
Ulaşın xatunu: “Kitab”da Ulaşın xatunu kimi yox, əsasən,
Qazanın qarıcıq anası”, “Qazanın anası” kimi təqdim olunur; qo-
humluq əlaqələri də daha çox Qazanla bağlı parçalar kontekstində
müəyyən olunur:
əri – Ulaş
oğlu - Qazan
oğlu – Qaragünə
nəvəsi – Uruz (Qazanın oğlu)
nəvəsi – Qazanın qızı
nəvəsi –Qarabudaq (Qaragünənin oğlu)
gəlini – Burla xatun
qudası – Bayındır (Burla xatunun atası)
qudasının atası – Qam Ğan (Bayındırın atası)
nəvələri ailə qurub – Qarabudaq Qazanın qızı ilə evlənib
nəvəsinin arvadı, kiçik gəlini – Uruzun arvadı
qardaşı – Aruz
qardaşı oğlu – Basat
qardaşı oğlu – Qıyan Selcik
qardaşı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu)
qardaşı gəlini – Qıyan Səlcikin arvadı
“Dədə Qorqud”un möcüzələr dünyası
99
əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək
əmizadəsinin qudası - Baybörə (Baybicanın qudası)
əmizadəsinin əri – Beyrək (Banıçiçəyin əri)
əmizadəsinin kürəkəni – Beyrək (Baybicanın kürəkəni)
Alp Aruzun xatunu: XII boyda ona işarə edilir: “Övrətiŋ-
dənmi ögrəndiŋ sən bu işi, qavat?!” (D-297); qohumluq əlaqələrini
aşağıdakı kimi bərpa etmək olar:
əri – Alp Aruz
oğlu – Qıyan Səlcik
oğlu – Basat
nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu)
gəlini – Qıyan Səlcikin arvadı
ərinin əmizadələri – Baybican, Dəli Qarçar, Banıçiçək
baldızı – Aruzun bacısı, Ulaşın arvadı, Qazanın və Qaragü-
nənin anası
baldızı oğlu – Qazan
baldızı oğlu – Qaragünə
baldızı nəvəsi – Uruz
baldızı nəvəsi – Qarabudaq
baldızı gəlini – Burla xatun
baldızının qudası – Bayındır
baldızının qudasının atası – Qam Ğan
Duxa qocanın xatunu: V boyda işlənmişdir; daha çox oğlu
Dəli Domrulla bağlı mikro və makromətnlərdə müşahidə olunur;
qohumluq əlaqələri aşağıdakı kimidir:
əri – Duxa qoca
oğlu – Dəli Domrul
gəlini – Dəli Domrulun arvadı
nəvələri – Dəli Domrulun oğulları
Dəli Domrulun xatunu: V boyda əsas obrazlardan biri kimi
görünür; tərkibində həlal, övrət, xatun, yoldaş kimi qohumluq
terminləri işlənmiş cümlələr onun Dəli Domrulun həyat yoldaşı
olduğunu aydın şəkildə göstərir: “Dəli Domrul yüz qırq yıl dəxi
yoldaşıyla yaş yaşadı” (D-169). Burada maraqlı məqamlardan biri
“Dədə Qorqud”un möcüzələr dünyası
100
də budur ki, arvadı anlamlı “yoldaşı” sözü yalnız Dəli Domrulun
xatunu ilə bağlı işlənib. Dəli Domrulun xatununun qohumluq
əlaqələri ilə bağlı aşağıdakıları söyləmək olar:
əri – Dəli Domrul
qayınatası – Duxa qoca
qayınanası – Duxa qocanın arvadı
oğulları – mətndə onlara işarə edilir
Burada bir cəhəti də qeyd etmək lazım gəlir: Dəli Domrul
arvadı haqqında danışanda “yad”qızı ifadəsini işlədir: “Yad qızı
həlalım var, andan mənim iki oğlancığım var...” (D-136). K.Əli-
yev bu cümlənin semantikasına söykənərək Dəli Domrulun xanı-
mının kimliyini müəyyənləşdirir: “Yad qızı ifadəsi Dəli Domrulun
xanımının kafər düşərgəsindən olmasını tam sübut edir”
1
.
Araşdırmalar göstərir ki, Dəli Domrulun xatunu çox sədaqətlidir,
hətta o, Dəli Domruldan sonra yaşamaq belə istəmir:
“Səndən soŋra bir yigidi sevib
varsam, bilə yatsam.
Ala yılan olub, məni soqsun!” (D-167)
Bu misalların semantik yükü Dəli Domrulun xatununun ən
xarakterik cəhətləri barədə dolğun təəssürat yaradır. Yeri gəlmiş-
kən, o, bu müstəvidə “Ərkəg sinəgi üzərimə qondırmıyam”, - de-
yən Səyrəyin nişanlısı ilə bir sırada durur.
Qanlı qocanın xatunu: Qanturalının dilindən verilmiş
“Qadın ana, bəg baba, əsən qaluŋ!” (D-175) cümləsi, yaxud təhki-
yəçi dilindəki “Atasınıŋ - anasınıŋ əllərin öpdi” (D-177) tipli cüm-
lələr Qanlı qocanın xatununun qohumluq əlaqələrindən bəhs
etməyə imkan verir:
əri - Qanlı qoca
oğlu – Qanturalı
gəlini – Selcan xatun
qudası – Təkür (Trabzon təkürü, Selcan xatunun atası)
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.81.
“Dədə Qorqud”un möcüzələr dünyası
101
Bəkilin xatunu: Bəkilə “Altun təxtim ayası, bəgim yigit!”,
“Yigidim, bəg yigidim!” kimi sözlərlə müraciət edərək onu çox
yüksək dəyərləndirir; bir sıra cümlələrdə onun Bəkilin arvadı ol-
ması açıq-aydın şəkildə ifadə edilir, bəzən isə bu qohumluq dərə-
cəsi birbaşa onun öz dili ilə canlandırılır: “...Kişi, qoynında yatan
həlalına sirrin deməzmi olur?” (D-242)
əri – Bəkil
oğlu – Əmran
oğlu – mətndə ona işarə edilir (Bəkillə bağlı belə bir cümləyə
rast gəlinir; “Oğlancuqları qarşu gəldi, oxşamadı)
gəlini – mətndə ona işarə olunur (bax: Əmranın qohumluğu).
Uşun qocanın xatunu: bir sıra cümlələr onun qohumluğu
barədə müəyyən təəssürat yaradır (Ana, mən də varayınmı, nə
deirsən? ...Ağzıŋ içün öləyim, oğul!):
əri - Uşun qoca
oğlu – Səyrək
oğlu – Əyrək
gəlini – Səyrəyin arvadı
gəlini – Əyrəyin arvadı
Səyrəyin nişanlısı: qeyd etdiyimiz kimi, ən sədaqətli, ən na-
muslu türk qadınlarının ümumiləşdirilmiş obrazı kimi çıxış edir
(bax: Əyrəyin qohumluğu); bir sıra cümlələrin ümumi semantik
tutumu onun qohumluq əlaqələrinə işıq salır: “Yauqlısı vardı, tez
dügün-diring etdilər” (Səyrəklə bağlı deyilmiş cümlədir); “Atam-
dan yegrək qayın ata! Anamdan yegrək qayın ana!...” (D-262):
əri – Səyrək
qayınatası – Uşun qoca
qayınanası – Səyrəyin anası
qaynı – Əyrək
qaynı arvadı (qayınxatını) - Əyrəyin arvadı
ərinin əmiləri – mətnə görə müəyyən olunur (bax: Əyrəyin
qohumluğu)
K.Əliyev Səyrəyin xanımının Oğuz elindən olmadığını, kafər
(kafir – Ə.T.) düşərgəsindən gətirildiyini göstərir: “...Səyrəyin xa-
“Dədə Qorqud”un möcüzələr dünyası
102
nımının düşüncə sistemində 6 rəqəmi əsas yer tutur. İndi qəti şə-
kildə demək olar ki, Səyrəyin xanımı da məhz kafər (kafir – Ə.T.)
düşərgəsindəndir”
1
.
Yuxarıda qeyd etdiklərimiz Oğuz cəmiyyətində ər-arvad,
ana-oğul, gəlin-qayınana, gəlin-qayınata münasibətləri, eyni za-
manda Oğuzun kafir əsilli gəlinləri (əslində, daha çox qıpçaq
əsilli) barədə müəyyən təəssürat yaradır.
2) Adları konkret olaraq ifadə olunmuş Oğuz xanımlarının
qohumluğu
Qeyd etdiyimiz kimi, “Kitab”da adı konkret olaraq ifadə
edilmiş on iki qadın obrazına rast gəlinir. Bu obrazların qohumluq
əlaqələrinin çox və ya az olmasından asılı olmayaraq, hər birinə
ayrılıqda münasibət bildirməyi məqsədəuyğun hesab edirik
(Çeşmə obrazından bəhs etmişik. Bax: Kafirlərin qohumluğu).
Ayna Mələk: “müqəddimə”də cəmi bir dəfə işlənib; apel-
yativlərinin məna yükü belədir: “ayna” – fars mənşəli güzgü an-
lamlı “ayinə” sözündəndir; “mələk” – ərəb mənşəli olub, fövqəl-
təbii bir məxluq; gözəl; həlim; nəcib (adam) və s. mənaları ifadə
edir: onun qohumluq əlaqələri ilə bağlı heç bir detala rast gəlin-
mir.
Banıçiçək: III boyun əsas obrazlarından biridir; mürəkkəb
quruluşlu bu adın tərkibindəki birinci söz fars mənşəli olub,
xanım, padşah arvadı mənasındadır; ikinci söz isə türk mənşəlidir,
gül, çiçəkləri olan bitki, zərif, gözəl anlamlı, həm də gözəllik
simvollu bir apelyativdir: ayrı-ayrı parçalarda onun bir sıra qo-
humluq əlaqələri konkret olaraq ifadə olunub: burada təkcə onu
qeyd etmək kifayətdir ki, “Baybörə bəgiŋ oğlancuğı Beyrək Bay-
bican məlikin qızın aldı” (D-121) cümləsində onun atası, əri və
qayınatasının adı dəqiq şəkildə verilib. Banıçiçəyin qohumluq
əlaqələrinin əhatə dairəsi genişdir:
atası – Baybican
1
K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.84.
“Dədə Qorqud”un möcüzələr dünyası
103
anası – mətn kontekstində anlaşıla bilir
qardaşı – Dəli Qarçar
əri – Beyrək
qayınatası – Baybörə
qayınanası – Beyrəyin anası, mətndə ona işarə edilir (...Ağ
bircəklü anası buldur-buldur ağladı...)
baldızları – Beyrəyin yeddi bacısı
əmizadələri – Aruz, Basat, Qıyan Səlcik, Dondar, Qazanın
qarıcıq anası...
“Beyrək aydır; “Baybican bəgün bir qızı varmış anı görməgə
gəldim!” Qız aydır: “Ol öylə adam degildir kim, saŋa görinə!” –
dedi” mikromətnini təhlil süzgəcindən keçirən K.Abdulla yazır:
“Qədim Oğuz aləmində belə yasağın olması bu aləmin daxili
bütövlüyünə dəlalət edən cəhətdir və bu cəhət Beyrəklə Banıçiçə-
yin görüşü zamanı Banıçiçəyin Beyrəyə dediyi “Ol qız elə adam
deyil ki, sənə görükə” sözlərində özünü göstərir. Banıçiçək özü də
bilir ki, Beyrəyə görünmək yasaqdır, etik normanın pozulması-
dır”
1
.
Müəllifin bu fikirlərinə istinad edən R.Kamal “Kitab”dakı
yasaqları başqa mətnlər kontekstində nəzərdən keçirir: “Ərə varan
Banıçiçəyin ritual “gizlədilməsi”, Bamsı Beyrəyin onu “görməsi”
toy mərasiminin tərkib elementləridir: “Gördi gög çayırın üzərinə
bir qırmızı otağ dikilmiş... xəbəri yoq ki, alacağı ala gözli qızın
otağı olsa gərək...”. “Yasağa görə, ərə varan qız toy-düyünə qədər
gözə görünməməlidir”
2
.
Fikrimizcə, Beyrəklə Banıçiçəyin sevgisini, toy-düyününü
yalnız “yasaqlar” müstəvisində izah etmək azdır. Bəri başdan qeyd
edək ki, Banıçiçəklə Beyrəyin məhəbbəti son dərəcə gözəl bədii
lövhələr daxilində ifadə olunub. Hətta III boydakı parçaların
qarşılaşdırılması bir sıra maraqlı nəticələr söyləməyə imkan verir:
1
K.Abdullayev. Gizli Dədə Qorqud. Bakı, 1991, səh.58.
2
R.Kamal. “Kitabi-Dədə Qorqud”un kommunikativ məkanı: miforitual aspekt.
Bakı, 2013, səh.162-163.
“Dədə Qorqud”un möcüzələr dünyası
104
III boyun əvvəlində Beyrəyin ölüm xəbərini eşidən Banıçiçək
deyir: “Göz açuban gördigim, köŋül ilə sevdigim, bir yasduqda
baş qoduğım!” (D-92). Beyrək toyundan əvvəl, daha doğrusu, 16
illik dustaqlıqdan qayıtdıqdan sonra deyir: “Üç öpüb, bir dişləyüb,
altun yüzigi barmağıŋa keçirmədimmi?” (buradakı “üç öpüb bir
dişləmək” ifadəsi ilə Banıçiçəyin dilindən verilmiş “bir yastığa
baş qoymaq” ifadəsi eyni semantik yuvaya daxil olur). Boyun
sonunda isə Beyrəklə Banıçiçəyin toyu təsvir olunur: “Baybörə
bəgiŋ oğlancuğı Beyrək Baybican məlikin qızın aldı... Qırq gün –
qırq gecə toy-dügün eylədilər” (D-121). Bu cümlələrin ümumi
semantik yükündən belə məlum olur ki, Banıçiçəklə Beyrək toy-
düyündən əvvəl ər-arvad olub.
Dəqiq desək, həmin mətndəki “bir yastığa baş qoymaq”
ifadəsi məhz “ər-arvad olmaq” mənasındadır. Amma “Kitab”ın
1988-ci il Bakı nəşrində keçmiş zaman məzmunlu “baş qoduğım”
feli sifəti “baş qoyduğum” yox, “baş qoyacağım” şəklində sadələş-
dirilib: “...bir yasdıqda baş qoyacağım!” Digər feli sifətlər isə ey-
nilə saxlanılıb: gördüyüm, sevdiyim, öldüyüm, qurban olduğum
(səh.156). Görünür, “Kitab”ı nəşr etdirənlər (Zeynalov-Əlizadə)
mətnlərə daha çox islami dəyərlər, müsəlman əxlaqi baxımından
yanaşıblar.
Yeri gəlmişkən, N.Cəfərov həmin misradakı “baş qoduğım”
ifadəsini “baş qoyduğum” şəklində sadələşdirib. Eyni zamanda
həmin ifadənin ümumi semantik yükünün boyun digər hissələri ilə
ziddiyyət təşkil etdiyini nəzərə alaraq misranın sonunda sual
işarəsi qoyub: “Bir yasdıqda baş qoyduğum” (?). Sonra isə müəllif
bu misraya yox, bütövlükdə parçanın semantikasına belə bir şərh
verib: “Həmin ağı müraciətdə Banıçiçəyin intim hissləri onun
ictimai (ailə) məsuliyyəti ilə üzvi vəhdətdə təqdim olunur – onun
(Banıçiçəyin) sevgilisinin (Beyrəyin) yolunda ölməyə hazır olması
da, bir tərəfdən, intim dünyası ilə əlaqədardırsa, digər tərəfdən,
sosial-mənəvi tələbatdır”
1
.
1
N.Cəfərov. Xanım, hey! Bakı, 1999, səh.29.
“Dədə Qorqud”un möcüzələr dünyası
105
“Baş qoduğum” ifadəsinə başqa prizmadan diqqət yetirək:
qeyd etdiyimiz kimi, Baybican həm də “məlik” titulunda çıxış edir
ki, bu da onun xristian keçmişinə işarədir. Yaxud Baybican öz qızı
Banıçiçəyi xristian dininə qulluq edən bir bəyə, daha dəqiqi, Bay-
burd hasarının bəyinə ərə vermək istəyir. Bu mənada “Beyrəyi ça-
dırında qəbul edən, özünü çox sakit, sərbəst aparan Banıçiçək”
1
bir türk-müsəlman yox, türk-xristian qızı da hesab oluna bilər. Di-
gər tərəfdən, qeyri-müsəlman həyat tərzi keçirən Banıçiçəyin toy-
dan əvvəl nişanlısı ilə ər-arvad münasibətində ola bilməsi də
mümkündür. Bu fakt da “baş qoduğım” ifadəsinin məhz “baş qoy-
duğum” şəklində sadələşdirilməsinin düzgün olduğunu arqument-
ləşdirir.
“Kitab”da “bir yastığa baş qoymaq” frazemi iki dəfə işlənib:
Banıçiçəyin dilində: “...bir yasduqda baş qoduğım” (D-92); Dəli
Domrulun xatununun dilində: “Bir yasdıqda baş qoyub əmişdi-
gim” (D-167). Bu qarşılaşdırma ilə bağlı ilk olaraq onu qeyd edək
ki, Dəli Domrulun xatunu da kafir düşərgəsindəndir, islam dinini
sonra qəbul edib (əvvəlki səhifələrə bax). İkincisi, O.Ş.Gökyay
hər iki frazemin məna yükünü düzgün verib: bir yastıkta baş
koymak – evlenmek, aynı yatakta yatmak
2
. Burada ”bir yasduq-
da baş qoduğım” ifadəsini V.V.Bartoldun necə başa düşdüyünü,
necə tərcümə etdiyini xatırlatmaqla kifayətlənirik: “... с кем клала
голову на одну подушку…» (səh.39).
Banıçiçəyin taleyində, ürəyinin dərinliklərində yalnız bir
kişi, bir ər var. O da Boz ayğırlı Bamsı Beyrəkdir. Həm də o
Beyrəkdir ki, ana bətninə düşdüyü gündən onun göbəkkəsmə
adaxlısıdır, obrazlı desək, “eşqin bəlasına ana bətnində düşüb”:
“Baybican bəg aydır: “Bəglər, allah-təala maŋa bir qız verəcək
olursa, siz tanıq olıŋ: mənim qızım Baybörə bəg oğlına beşikkərt-
mə yavuqlu olsun!” – dedi (D-69). Banıçiçək atasının verdiyi bu
vədə sadiq qalır: “...dayələr babam maŋa bən səni yüzi niqablu
1
X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.163.
2
O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.177
“Dədə Qorqud”un möcüzələr dünyası
106
Beyrəgə vermişəm, diərdi...” (D-77). Qeyd etdiyimiz kimi, bu se-
mantik dinamika Beyrəklə Banıçiçəyin toy-düyünü ilə tamam-
lanır. Amma bir həqiqət də var ki, Beyrəyin igidliyi, mərdliyi
olmasa idi, Banıçiçək başqalarının ola bilərdi. Bu cəhət “Kitab”ın
poetik strukturunda aydın şəkildə görünür:
– birincisi, Banıçiçək Bayburd hasarının bəyinin arvadı ola
bilərdi: “...Varıb Bayburd hasarı bəginə xəbər verdi. Aydır: “Nə
oturarsan, sultanım, Baybican bəg ol saŋa verəcəgi qızı Beyrəgə
verdi” (D-90). K.Abdulla bu mikromətni “Baybican məlik – Dəli
Qarcar – Bayburd Hasarının bəyi” müstəvisində təhlil edir və belə
qənaətə gəlir ki, Beyrəyin acı taleyini bu üçbucaqdan kənarda
axtarmaq olmaz: “... Deməli, bu bir cümlədən aydın olur ki, Bay-
becan məlik Oğuz bəylərinə verdiyi sözə - qızını Beyrəyə verəcəyi
barədə andına xilaf çıxıb. Daha sonra nə zamansa, Dastanda təsvir
edilməyən bir vaxtda o, qızını Bayburd bəyinə - kafir bəyinə ərə
verməyə vəd verib. Yəqin ki, Dəli Qarcarın da bu vəddən xəbəri
var və indi artıq biz bu ayırdığımız cümlənin köməyi ilə bütövlük-
də “Baybican məlik Dəli Qarcar” poziyasının üzərinə işıq salmış
oluruq. Bu bir cümlə bu pozisiyanı dərk etməyin açarına çevrilir.
Bu bir cümlə gizli bir motiv kimi ikinci informasiya sisteminin
əsasını təşkil edir... Yenə də canlı adamlardan ibarət möhkəm və
sabit bir xətt alınır: Baybican məlik – Dəli Qarcar – Bayburd hasa-
rının bəyi...”
1
. Müəllifin şərhlərinə bir neçə bucaqdan yanaşmaq
olar: Beyrəyin acı taleyi məhz həmin üçbucaq kontekstində açılır;
III boyda müəyyən süjetləri bərpa etməyə imkan verir; Baybican
həm də “məlik” tituluna malikdir – qənaətini qüvvətləndirir; müəl-
lifin üslubu nə qədər elmidirsə, o qədər də bədiidir, daha doğrusu,
bunlar sintez şəklindədir: şərhlərdəki cümlə modellərində “b”
samitinin alliterasiyası, “bu bir cümlə” ifadəsinin anafora kimi
çıxış etməsi obrazlılıq yaradırsa və daha çox bədii üslub üçün
səciyyəvidirsə, həmin cümlələrdəki motiv, informasiya, sistem,
pozisiya terminləri də daha çox elmi üslub üçün səciyyəvidir;
1
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.198-199.
“Dədə Qorqud”un möcüzələr dünyası
107
– ikincisi, Banıçiçək Yalançı oğlu Yalıncığın arvadı ola
bilərdi (bunu şərti olaraq qeyd edirik; əvvəlki səhifələrə bax):
“Göz açuban gördigim, köŋül verüb sevdigim Banıçiçək Yalançı
oğlu Yalancuğa varar olmış” (D-97);
– üçüncüsü, Banıçiçək Aruz oğlu Basatın arvadı ola bilərdi:
“Ağca yüzli görklimi Aruz oğlı Basat gəlüb almadıŋ” (D-299).
K.Abdulla bu cümlənin semantik yükündən bir kod kimi istifadə
edərək bəzi gizli məqamlara işıq salır: “Basat və Beyrək münasi-
bətlərinin də çox dərində yaşayan münasibət olduğuna, tədqiqata
gələ bilən, təhlilə layiq olan məsələ olduğuna işarədir... Bəlkə,
Basat da vaxtilə Banıçiçək həsrətilə yaşayıb? Bəlkə, Basatın
eiçiləri də Dəli Qarcarın yanına gediblər (yada salaq: Dəli Qarcar
qız qardaşını istəyəni öldürür), amma Dəli Qarcarın ağlasığmaz
sınaqlarından çıxa bilməyiblər. Dastanın hələ açılmayan, gizli qat-
larından, inanıram ki, nə vaxtsa bu sualların da cavabı gələcək”
1
.
Deməli, Beyrək adi qəhrəmanlardan deyil. O, Bayburd hasa-
rının bəyinin, Aruz oğlu Basatın, Yalançı oğlu Yalancığın Banıçi-
çəyə qovuşmasının qarşısını mərdliklə alan bir türk cəngavəridir.
Bir məqamı da qeyd edək ki, ölüm ayağında olan Beyrək sevgili-
sinin heç kimə yox, məhz Qazan oğlu Uruza ərə getməsini vəsiy-
yət edir: “Qazan maŋa yetişsün... Ağca yüzlü görklümi oğlına alı
versün” (D-299). Bu mənada Uruz da Banıçiçəyi almaq istəyən-
lərin cərgəsində verilə bilər ki, bu da Banıçiçək eşqiylə özünü
“oda yaxanların” bir yox, beş olması – qənaətini reallaşdırır.
Boğazca Fatma: yalnız III boyda işlənmişdir; “Boğazca”
ayamasının apelyativi kimi işlənmiş “Boğaz” sözü “qarnında
balası olan heyvan” mənasındadır və bu, Beyrəyin dilindən veril-
miş “Səniŋ adın qırq oynaşlı Boğazca Fatma degilmiydi” cümlə-
sindəki “qırq oynaşlı” ifadəsi ilə assosiativ olaraq bağlanır; həmin
antroponimik modeldəki ərəb mənşəli süddən kəsilmiş, döşdən
ayrılmış anlamlı “Fatma” adı isə ərəb mənşəlidir; qohumluq
əlaqələri barədə heç bir informasiya yoxdur.
1
K.Abdulla. Mifdən yazıya və yaxud gizli Dədə Qorqud. Bakı, 2009, səh.206-207.
“Dədə Qorqud”un möcüzələr dünyası
108
Burla xatun: II, III və IV boylarda müşahidə olunur; bütöv
antroponimik modeli belədir: “Boyı uzun Burla xatun”. Bu model-
dəki “boyı uzun” ləqəbi gözəllik simvolludur, “burla” apelyativi
“ətir saça”, “gözəl gözünə” mənalarına uyğun gəlir, “xatun” isə
“qadın”, “xanım” mənasındadır; qohumluq əlaqələri aşağıdakıları
əhatə edir:
babası – Qam Ğan
nənəsi – haqqında heç bir məlumat yoxdur
atası – Bayındır xan
anası – mətn kontekstində bərpa oluna bilər
əri – Qazan
oğlu – Uruz
qızı – Qarabudağın arvadı, mətn kontekstində müəyyən
olunur
qayınatası – Ulaş
qayınanası – Qazanın qarıcıq anası
qaynı və qudası – Qaragünə
qaynı oğlu və kürəkəni – Qarabudaq
gəlini – Uruzun arvadı (bax: Qazanın qohumluğu)
ərinin dayısı – Aruz
ərinin dayısı oğlu – Basat
ərinin dayısı oğlu – Qıyan Səlcik
ərinin dayısı nəvəsi – Dondar (Qıyan Səlcikin oğlu)
ərinin dayısı gəlini – Qıyan Səlcikin arvadı
ərinin dayısının əmizadələri – Baybican, Dəli Qarçar,
Banıçiçək...
Dostları ilə paylaş: |