35
Səthi kürə ilə diyirlətmədə standart kürələr istifadə
olunur və kürənin bərkliyi emal olunan səthin
bərkliyindən
yüksək
olmalıdır.
Tablandırılmış
səthlərin emalında isə daha da yüksək bərkliyə malik
kürələr seçmək lazımdır (HRC63-65). Alətin
davamlılığı emal rejminin parametrlərindən və
pəstahın materialının xüsusiyyətlərindən asılıdır. Emal
təzyiqinin və diyirlənmə sürətinin, həmçinin pəstahın
bərkliyinin artması alətin davamlılığını azaldır.
Emal zamanı kürənin səthində kiçik oyuqlar, çatlar
və çökmələr müşahidə olunur. Xüsusən tablanmış
poladların səthini uzun müddət kürə ilə emal etdikdə,
kürənin səthində mikroçatlar əmələ gəlir. Aşağidakı
cədvəldə bu üsula emal edilmiş nümunənin bəzi emal
parametrləri verilmişdir.
Dostları ilə paylaş: