126
Morfoloji modeldə mədəniyyətin iki səviyyəsi qeyd olunur: adi (gündəlik) mədəniyyət və ixtisaslaşdırılmış
mədəniyyət. İnsanların təşkili üsulları, mədəni təcrübənin qorunub saxlanılması və istifadə edilməsi bu
səviyyələrdə bir -birindən fərqlənir.
Adi mədəniyyət insanların gündəlik həyat dünyasını mühafızə etməklə bağlıdır. İnsan həyatının ilk
günündən son gününə qədər onun hüdudlarında (ailədə, yaxın dostlarının əhatəsində, qeyri-formal qarşılıqlı təsir
prosesində) inkişaf edir. Burada fəaliyyətin sərt təlimati formaları yoxdur, insanın fəallığı dəyişkən xarakter daşıyır,
öz mənafe və tələbatlarının reallaşmasına yönüm əsas cəhətdir.
İxtisaslaşdırılmış mədəniyyət ictimai əmək bölgüsü ilə əlaqədardır, fəaliyyətin sistemli - təsisatlı sferalarının
(əmək, idarəetmə, təhsil, xidmət, peşəkar incəsənət və s.) olmasını
[319 - 320]
nəzərdə tutur. Burada fəaliyyət daha
rasional xarakter daşıyır; insana hər şeydən əvvəl işçi, vəzifəli şəxs kimi yanaşılır.
Mədəniyyətin hər iki səviyyəsi şaquli bölgü üzrə funksional baxımdan müstəqil sferaların ayırd edilməsi ilə
tamamlanır: təsərrüfat mədəniyyəti; siyasi mədəniyyət; hüquqi mədəniyyət; dini mədəniyyət; fəlsəfı mədəniyyət;
bədii mədəniyyət (incəsənət); elmi mədəniyyət; rekreasiya sferası (sağlamlığın qorunmasına yönəlmiş mədəni
fəaliyyət sahəsi).
Qeyd edilən vahidlərlə yanaşı mədəni praktikanın elə sahələri də ayırd edilir ki, onların vəzifəsi
mədəniyyətin bütün səviyyə və sferaları arasında əlaqəni təmin etməkdir. Buraya təhsil sferası, kütləvi informasiya
vasitələri, habelə mədəniyyət müəssisələri (arxivlər, kitabxanalar, muzeylər, konsert zalları və s.) aiddir.
Mədəni praktikanın səviyyələri və sferaları müəyyən funksiyaların həyata keçirilməsi ilə əlaqədardır. Sosial
praktikada onların hamısı çoxsaylı əlaqə və münasibətlərlə bir-birini tamamlayır. Deməli, onlar arasında keçilməz
hüdudlar yoxdur.
Mədəniyyət statik sistem deyildir; o, daim dəyişir, yeniləşir, müxtəlif hadisə və proseslərlə zənginləşir.
Mədəniyyətin özünəməxsus dinamikası dedikdə elə dəyişikliklər başa düşülür ki, onlar nizamlı xarakter daşısın,
məzmun baxımından müəyyənliyə malik olsun, əsas ictimai meyllərin istiqamətinə uyğun gəlsin.
Bəşəriyyətin mədəni təkamülünün tarixi mərhələləri belə dövrləşdirilir: ibtidai cəmiyyətin mədəniyyəti;
qədim dünya mədəniyyəti; orta əsrlər mədəniyyəti; yeni dövr mədəniyyəti. Buna uyğun olaraq, müxtəlif xalqların
mədəni praktikasının bir neçə mərhələsi və modifıkasiyası ayırd edilir: arxaik tipli mədəniyyət (adətən yazısı
olmayan mədəniyyətdir); ənənəvi tipli mədəniyyət; müasir tipli mədəniyyət.
Ənənəvi və müasir mədəniyyətlər təsərrüfat məşğuliyyətinin aparıcı formalarından və iqtisadiyyatın inkişaf
dərəcəsindən asılı olaraq, aşağıdakı kimi təsnif edilə bilər: ənənəvi
[320 - 321]
tipli mədəniyyət - torpaqbecərmə
mədəniyyəti; köçəri (yaxud yarıköçəri) heyvandarlıq mədəniyyəti; oturaq heyvandarlıq mədəniyyəti; müasir tipli
mədəniyyət - industrial cəmiyyət mədəniyyəti; postindustrial cəmiyyət mədəniyyəti. Mədəniyyətin tarixi tipləri
insanın ictimai təkamülünün xüsusiyyətlərini başa düşməyə kömək edir.
Mədəni dəyişikliklərin bir sıra amilləri mövcuddur. Mədəni dəyişikliklərin amilləri dedikdə, məlum
dəyişikliklərin əsasını təşkil edən, onları reallaşdıran hərəkətverici qüvvələr, mənbələr və şərait başa düşülür. Aydın
məsələdir ki, bu və ya digər amilin fəaliyyəti müəyyən tarixi şəraitdə ön plana keçə bilər.
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır:
a) təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin
təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir.
Dostları ilə paylaş: