F. Q. Vahidov, T. B. Ağayev


 Onlar rasionaldır (onların fəaliyyətinin əsasında məqsədəuyğunluq durur).  2



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə83/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   131
sosiologiya

1. Onlar rasionaldır (onların fəaliyyətinin əsasında məqsədəuyğunluq durur). 
2. Onların daxilində insanların münasibətləri əsasən xidməti səciyyə daşıyır. 
3. Məqsədlər ancaq funksional məqsədlərdir (yəni bilərəkdən birqiymətlidirlər). 


76 
 
Formal təşkilatın əsas funksiyası fərdləri kollektiv əməyin vasitələri və məqsədləri ilə birləşdirməkdir. Bu 
xüsusiyyətlər onlara aşağıda göstərilən məsələləri uğurlu həll etməyə imkan verir (bunu müəyyən dərəcədə onların 
üstünlükləri hesab etmək olar): 
1.  İnsanların fəaliyyətinin və  təşkilatın struktur elementlərinin müxtəlifliyindən irəli gələn çatışmazlıqları 
məhdudlaşdırmaq yolu ilə səmərəliliyin artırılması. 
2. Vahid bir orqanizm kimi bütövlüyün təmin edilməsi. Formal sosial təşkilatı insanların sosial mühəndislik 
sahəsində çox qiymətli və qədim ixtiralarından biri hesab etmək olar. Formallaşdırma sosial münasibətləri rəsmi 
sənədlərdə, qanunlarda, təlimatlarda təsbit olunmuş normalar və qaydaların köməyi ilə bir növ sadələşdirir. Bu isə 
insanların, sosial birliklərin və qrupların davranışında gözlənilən problemləri qabaqcadan müəyyən dərəcədə həll 
etməyə və səmərəli təşkilatlar yaratmağa imkan verir. 
Sosial təşkilatın formal strukturu bölmələr və işçi yerlər arasındakı qarşılıqlı əlaqə və münasibətləri bir sıra 
nizamlayıcı sənədlərdə təsbit edir. Onlar qanuniləşdirilmiş tələblər, standartlar, nümunələr və davranış normalarının 
məcmusudur. Burada bütün işçilərin statusu, vəzifə və rol bölgüsü dəqiq şəkildə müəyyən olunur. Deyilənlərdən 
aydın olur ki, formal struktura malik təşkilatlar bütün əsas münasibətlərin qayəsini (məğzini) təşkil edir, onlarda 
sosial qaya-qanunun qərarlaşmasına səy göstərir. 
Bütün müasir formal təşkilatlar öz mahiyyətinə görə müəyyən qədər bürokratik xarakter daşıyır. Bu məsələ 
ilə bağlı ideal bürokratik təşkilatın M. Veber tərəfindən verilən xarakteristikasını nəzərdən keçirək. 
1. Təşkilatın hər bir hissəsinin məqsəd və vəzifələri aydın müəyyənləşdirilmiş olur. Onun qarşısında duran 
məqsədlərə çatmaq üçün zəruri olan bütün fəaliyyət  ən sadə  əməliyyatlara qədər dəqiqləşdirilir. Bu yüksək 
dərəcədə ixtisaslaşmaya imkan yaradır.  İxtisaslaşma isə peşəkarlığın artmasına kömək edir və personalı (işçi 
heyətini) onların keyfiyyətinə görə seçmək mümkün olur. 
2.  Təşkilat iyerarxiya prinsipləri üzərində qurulur, yəni mövqelər və  vəzifələr hakimiyyətin çoxmərhələli 
strukturu  şəklində  təşkil olunur. Adətən belə iyerarxiya piramida formasında çıxış edir. Bu piramidada hər bir 
vəzifəli  şəxs yuxarıda duranlar qarşısında həm özünün şəxsi qərarları  və  hərəkətləri, həm də onun tabeliyində 
olanların qərarları və hərəkətləri üçün məsuldur. Digər tərəfdən o, özündən aşağıda olanlar üzərində hakimiyyətə 
malik olur. Bu hakimiyyətin həcmi və hüdudları dəqiq surətdə müəyyənləşdirilir. 
3.  Vəzifəli  şəxslərin qərarları  və  hərəkətləri formal şəkildə  təsbit olunmuş qayda və  təlimatlar sistemi ilə 
idarə olunur. Belə inzibati təşkilatlarda fəaliyyət bu ümumi təlimatların konkret hallara (situasiyalara) tətbiqi 
deməkdir. 
[187 - 188] 
Təlimatlar fəaliyyətdə müəyyən yeknəsəqlik yaratsa da, bütövlükdə hakimiyyət strukturu ilə 
birgə fəaliyyətin müxtəlif növlərini əlaqələndirməyə, təşkilatın sabitliyini təmin etməyə imkan verir. 
4. Formal təşkilat xüsusi inzibati heyətə malikdir. Onun vəzifəsi təşkilatın normal işini, hər  şeydən  əvvəl 
onun rabitə kanallarının fəaliyyətini təmin etməkdir.  Əgər istehsal heyəti  əsas məqsədlərə çatmaqda birbaşa 
(bilavasitə) iştirak edirsə, inzibati heyət bu işdə yalnız vasitəlı (bilvasitə), yəni təşkilatın fəaliyyətinin təmin 
olunmasına yardım göstərmək yolu ilə iştirak edir. 
5.  Vəzifəli  şəxslər müştərilərlə  və digər vəzifəli  şəxslərlə  təmaslarında  şəxssizlik yönəmini rəhbər 
tutmalıdırlar. Hər bir əməkdaş bütün şəxsi mülahizələrini kənara qoymalı  və tam emosional qərəzsizlik 
mövqeyində dayanmalıdır. Tabeliyində olanlarla da məhz bu cür davranmaq zəruridir. Münasibətlərin belə rəsmi 
olmasının səbəbi iyerarxik səviyyələr, vəzifəli  şəxslər ilə onların müştəriləri arasında sosial məsafənin qorunub 
saxlanılmasının zəruriliyidir. 
6.  Təşkilat tərəfindən  əməkdaşların muzdla tutulması onların xidmət üzrə irəli çəkilməsini nəzərdə tutur. 
Böyüklüyə və ya uğurlu fəaliyyətə görə irəliyə çəkilmə sistemi mövcud olmalıdır. Muzdla tutulma siyasi, ailə və 
digər əlaqələrə deyil, fəaliyyətdəki keyfiyyətlərə əsaslanır. Adətən vəzifəli şəxslər vəzifələrə seçilmirlər, onlar təyin 
edilirlər. Buna görə də onlar hər hansı qrupdan yox, yuxarı pillədə duran rəislərdən asılı olurlar. Qulluqçular işdən 
əsassız olaraq azad edilməkdən mühafizə olunmalıdırlar. 
M. Veber hesab edirdi ki, formal strukturun bu cəhətləri təşkilatın yüksək səmərəliliyini təmin edə bilər. 
Başqa sözlə, formal struktur səmərəlilik (rasionallıq) prinsipləri üzərində qurulmalı,  şəxssizlik münasibətlərini 
möhkəmləndirməli və ilk növbədə yuxarıdan aşağıya idarəetmə təsirlərinin həyata keçirilməsinə yönəlməlidir. 
Peşəkarlığın artması  və informasiya texnologiyalarının 
[188 - 189]
 inkişafı prosesləri müasir formal 
təşkilatın fəaliyyətinə müsbət təsir göstərir. Yüksək ixtisaslı mütəxəssislər avtoritetlər iyerarxiyasına bağlanmırlar, 
adətən orta ixtisaslı işçilərdən daha çox səlahiyyətə malik olurlar. Təbii ki, bu hal bürokratik iyerarxik strukturun 
bürokratik təbiətini aradan qaldırır və daha çevik idarəetmə sisteminin yaranmasına səbəb olur. Bundan əlavə, 
informasiya texnologiyaları  aşağı ixtisaslı  işçiləri sıxışdırıb çıxarır və onların gördüyü işlərin bir hissəsini 
maşınların öhdəsinə verir. Buna görə  əminliklə demək olar ki, əgər mexanikləşdirmə standartlaşmaya doğru 
aparırsa, informasiyalaşdırma təşkilatın çevikliyinə doğru aparır. 
Formal strukturdan fərqli olaraq, qeyri-formal struktur aşağıdan başlayaraq yuxarıya istiqamətlənməklə 
qurulur və  hər  şeydən  əvvəl, öz-özünə  təşkil proseslərinin nəticələrini təsbit edir (möhkəmləndirir). O, işçilərin 


77 
 
şəxsi xüsusiyyətlərini və real insanlar arasındakı (vəzifəlilər arasında yox) münasibətləri əks etdirir. Bu halda bir 
çox normalar situasiya xarakteri daşıyır ki, bu da qeyri-formal strukturu çevik və mütəhərrik edir. 
Qeyri-formal struktur özündə  həm formallaşmış xidməti və  işçi  əlaqələri, həm də insanların ünsiyyəti 
zamanı yaranan sosial, psixoloji asılılıqları ehtiva edir. Münasibətlərdə qarşılıqlı  rəğbət və antipatiyalar, sosial-
etnik amil, yaş, peşə və s. ilə bağlı amillər əhəmiyyətli rol oynayır. 
Təşkilatda qeyri-formal strukturun əmələ  gəlməsi bir sıra səbəblərlə  şərtlənir. Həmin səbəblər 
aşağıdakılardır: 
- təşkilatda sosial münasibətlərin tam məcmusunu formallaşdırmağın mümkünsüzlüyü; 
- təşkilatın strukturunda konkret insanların özünəməxsus (spesifık) xüsusiyyətlərini və keyfıyyətlərini 
nəzərə almaq zərurəti; 
- xarici mühitin dəyişməsinə təşkilatın reaksiya vermək zərurəti; 
- təşkilatda gözlənilməyən situasiyaların (vəziyyətlərin) 
[189 - 190]
 yaranmasının və meydana çıxan 
problemlərin həllı üçün yeni yanaşmaların tələb olunmasının qaçılmazlığı. 
Real olaraq qeyrı-formal struktur qeyri-formal qrupların şəbəkəsi kimi fəalıyyət göstərir. Bu qruplar formal 
cəhətdən möhkəmlənmiş bölmələrə çox oxşardırlar. Onların öz liderləri, öz iyerarxiyaları vardır. Geniş 
açıqlanmayan həvəsləndirmələr və sanksiyalar (cəzalar) sistemi ilə qüvvətləndirilmiş yazılmamış davranış 
qaydaları  və normaları  fəaliyyət göstərir.  İstənilən təşkilatda  şayələr və  məxfı  məlumatlar  şəklində qeyri-formal 
kommunikasiya (rabitə) mövcuddur və bəzən bu, rəsmi məlumata nisbətən həqiqətə daha çox yaxın olur. 
İnsanları qeyri-formal qruplara daxil olmağa çox vaxt aşağıdakı səbəblər sövq edir: 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin