Barbotaj kalonları quruluş etibarilə başlıqlı kalonlardan mürəkkəbdir. Onların qurulması, istismarı, təmizlənməsi daha çətindir və xərcləri də böyükdür. Bununla belə, bu aparatlarda çevrilmə əmsalı böyük, intensivlik yüksək olur.

Mayeni səpələyən kalonlar.
Mayeni səpələyən reaktorlar da çox yayılmışdır. Mayeni səpələyən reaktorlar iki cür olur: səpələyən kalon tipli və tsiklonlu skrubber tipli. Bu tip reaktorlarda maye pnevmatik və ya mexaniki yolla qaz axını və ya qaz həcmində səpələnərək dispersləşir.