Fakültə: Energetika, elektrotexnika və avtomatika Kafedra



Yüklə 369,4 Kb.
səhifə1/4
tarix12.10.2022
ölçüsü369,4 Kb.
#64926
  1   2   3   4
Elektromexaniki cihazların ölçmə mexanizmləri


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti


Fakültə: Energetika, elektrotexnika və avtomatika
Kafedra: Avtomatika və idarəetmə
Qrup: 679a2
Fənn: Ölçmə texnikasının əsasları
Tələbə: İsmayılova Leyla
Sərbəst iş


Mövzu : Elektromexaniki cihazların ölçmə mexanizmləri


Mənbə: M.A. Rzayev “ELEKTRİK ÖLÇMƏLƏRİ VƏ VASİTƏLƏRİ – 2”


Müəllim: Əhmədova Xədicə


Bakı 2021

Elektrik cərəyan gərginliyi və şiddətinin ölçülməsi üçün elektromexaniki cihazlar geniş istifadə olunur. Elektromexaniki ölçü cihazlarının struktur sxemi ümumi halda şəkil 1–də göstərilmişdir.


Bu sxemə ölçmə sxemi (ÖS), ölçmə mexanizmi ÖM və hesablama qurğusu (HQ) daxildir. Elektromexaniki ölçü cihazları maqnitoelektrik elektromaqnit, elektrostatik və induksiya sistemli oluralar. Bu sistemlər çox vaxt daha mürəkkəb ölçmə vasitələrinin tərkibinə daxil olurlar.
Quruluşunun fiziki prinsipi və konstruksiyasının icrasına görə bu cihazlar analoq ölçmə vasitələridir. Bu cihazların göstəriciləri ölçülən kəmiyyətin fasiləsiz funksiyası kimi çıxış edir. Cihazların ölçmə sxemi müqavimətlərin, induktivlikıərin, tutumların və cihazın elektrik dövrəsinin digər elementlərinin məcmusudur. Cihazın əsas vəzifəsi ölçülən fiziki kəmiyyəti x hər hansı y kəmiyyətinə çevirmək və bunun təsirindən isə ölçmə mexanizminin göstəricisinin yerdəyişməsini hesablama qurğusunda əks etdirməkdir.



Şəkil 1.Elektromexaniki cihazların struktur sxemi

Beləliklə, əgər α = f (x) asılılığı yerinə yetirilirsə, onda cihazın şkalası ölçülən kəmiyyətin vahidi ilə dərəcələnir. Əksər elektromexaniki cihazlarda yerdəyişmə bucaq yerdəyişməsi ilə yerinə yetirilir. Belə cihazın ölçmə mexanizminin hərəkət edən hissəsi şəkil 2.- də verilir. Burada dabanlarda 3 oturmuş fırlanan ox 1, əqrəb 2, onun dönməsini məhdudlaşdıran dayaqlar 4 və cihazın şkalası vardır.





Şəkil 2. Elektromexaniki cihazn ölçmə mexanizminin


hərəkət edən hissəsi

Ölçmə sxeminə ölçülən kəmiyyət verildikdə fırlanma momenti yaranır:





Elektromexaniki cihazların əksəriyyətində əks təsir momenti Mə spiral yay 6 vasitısilə yaradılır və belə tapılır:





burada W - yayın materialı və ölçüsündən asılı əmsal, a - yerdəyişmədir. şərtindən alarıq:



Bu tənliyin həlli cihazın dərəcələnmə xarakteristikasını özündə əks etdirir. Ölçmə mexanizminin hərəkət edən hissəsinin rəqslərini söndürmək üçün elektromexaniki cihazlarda sakitləşdiricilər tətbiq edilir.


Sakitləşdirmə momenti yerdəyişmə sürəti ilə düz mütənasibdir:



burada P- sakitləşdirmə əmsalıdır.


Elektromexaniki cihazlarda hava, maye və maqnitoinduksiya sakitləşdiriciləri istifadə edilir.


Texniki ölçmələr təcrübəsində daha çox maqnitoelektrik və elektromaqnit sistemli elektromexaniki cihazlar tətbiq edilirlər.



Yüklə 369,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin