Fakültə: Neft-Mexanika İxtisas: Texnoloji maşın və avadanlıqlar mühəndisliyi Qrup


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi



Yüklə 1,89 Mb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü1,89 Mb.
#35637
1   2   3
Multikulturalizm. Rəcəbov OR.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (bundan sonra – Mərkəz) azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azər- baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Preziden- tinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

Mərkəz bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

Mərkəzin müstəqil balansı, xəzinə və bank hesabları, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştamp və blankları vardır.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və bu Nizamnamədə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

Himayəçilik Şurasının sədri Azərbaycan multikulturalizmi fənninin dünyanın 19 ölkəsinin universitetlərində tədris olunduğunu bildirib. Əlavə edib ki, bu fənn ölkəmizin 38 dövlət və özəl universitetində tədris olunur, üç universitetdə Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Dillər Universitetində Multikulturalizm elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bundan əlavə, AMEA-da multikulturalizm şöbəsi açılıb.

Gördüyü işlər barədə:



Bundan əlavə, BBMM-in Rusiyada, İtaliyada, Almaniyada, Portuqaliyada, Moldovada, İsraildə, ABŞ-da filialları fəaliyyət göstərir. Bu günə qədər 7 yay və qış multikulturalizm məktəbi keçirilib. Bu məktəblər gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub saxlanıldığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaradır. Buraya gələn, Azərbaycanı sevən gənclərdən ibarət Azərbaycanın Gənc Dostları Klubu yaradılıb.

Diqqətiniz üçün təşəkkürlər !
Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin