Kütləvi informasiya vasitələri haqqında Qanun Kütləvi informasiya vasitələri



Yüklə 436.83 Kb.
səhifə1/3
tarix22.04.2017
ölçüsü436.83 Kb.
  1   2   3
Kütləvi informasiya vasitələri haqqında Qanun
Kütləvi informasiya vasitələri

haqqında
Azərbaycan Respublikasının Qanunu


Bu Qanun

Azərbaycan Respublikasında kütləvi

informasiyanın axtarılması, əldə edilməsi,

hazırlanması, ötürülməsi, istehsalı və yayımının

ümumi qaydalarını, habelə mətbuatın, informasiya

agentliklərinin, televiziya və radio

təşkilatlarının vətəndaşların tam, doğru-dürüst

və operativ informasiya almaq hüququnun həyata

keçirilməsinə yönəldilmiş fəaliyyətinin

təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən

edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Kütləvi informasiya azadlığı
Azərbaycan

Respublikasında kütləvi informasiya azaddır.

Kütləvi informasiya azadlığı

vətəndaşların qanuni yolla informasiya

axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək,

istehsal etmək və yaymaq hüququna dövlət

tərəfindən təminat verilməsinə əsaslanır.

Kütləvi informasiya vasitələrinin

təsis olunması, onlara sahiblik, onlardan

istifadə, onların idarə olunması, kütləvi

informasiyanın axtarılması, əldə edilməsi,

hazırlanması, ötürülməsi, istehsalı və yayımı

Azərbaycan Respublikasının kütləvi informasiya

vasitələri haqqında qanunvericiliyində nəzərdə

tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 2. Bu Qanunun tətbiq sahəsi
Bu Qanun

Azərbaycan Respublikasının ərazisində təsis

olunmuş bütün kütləvi informasiya vasitələrinə,

həmçinin onun hüdudlarından kənarda yaradılan

kütləvi informasiya vasitələri məhsullarının

yalnız Azərbaycan Respublikasının ərazisində

yayılan hissəsinə şamil edilir.
Maddə 3. Əsas anlayışlar
Bu Qanunda

istifadə olunan anlayışlar aşağıdakı mənaları

ifadə edir:
kütləvi informasiya-axtarılması, əldə

olunması, hazırlanması, ötürülməsi, istehsalı və

yayımı Azərbaycan Respublikasının

qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi

istifadə üçün nəzərdə tutulmuş mətbu, audio,

audiovizual xəbər və digər məlumatlar;

kütləvi informasiya vasitələri-dövri mətbu

nəşrlər, teleradio proqramları, informasiya

agentlikləri, internet, kinoxronika

proqramları və digər yayım formaları;

teleradio və kinoxronika proqramları-daimi

adı olan və ildə azı bir dəfə efirə buraxılan

audio, audiovizual xəbər və materialların

(verilişlərin) məcmusu;

dövri mətbu nəşrlər- çap prosesinin və ya hər

hansı surətçıxaran texnika vasitəsilə

hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox,

daimi adı və cari nömrəsi olan, ildə azı on

iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə

çap olunan jurnal, toplu, bülleten və başqa dövri

nəşrlər;

kütləvi informasiya vasitəsinin məhsulu-mətbu

nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir

hissəsi, teleradio, kinoxronika proqramlarının

ayrıca buraxılışı, proqramın audio və ya

videoyazısının tirajı, yaxud tirajının bir

hissəsi;

kütləvi informasiya vasitəsi məhsulunun

yayılması-dövri mətbu nəşrlərin, teleradio

proqramlarının, audio və ya videoyazıların

satılması və ya paylanması, teleradio

proqramlarının yayımı, kinoxronika

proqramlarının nümayişi;

ixtisaslaşmış kütləvi informasiya

vasitələri-istehsalı (yayımı) üçün bu Qanunla

xüsusi qaydalar müəyyən edilmiş kütləvi

informasiya vasitələri;

kütləvi informasiya vasitəsinin

redaksiyası-kütləvi informasiya vasitəsinin

istehsalını və yayımını həyata keçirən təşkilat,

müəssisə, idarə və ya vətəndaş, yaxud vətəndaşlar

birliyi;


məsul redaktor-mətbu nəşrə rəhbərlik edən baş

redaktor (redaktor), yaxud onu əvəz edən şəxs;

teleradio təşkilatında verilişlərin

(proqramların) yayımına icazə verən şəxs;

naşir-mətbu nəşrin məhsulunun istehsalını

maddi-texniki cəhətdən təmin edən nəşriyyat,

digər müəssisə (sahibkar), naşirə bərabər tutulan

və əsas gəlir mənbəyi bu fəaliyyət növü olmayan

fiziki və ya hüquqi şəxs;

yayıcı-redaksiya və ya naşirlə müqavilə

bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi

informasiya vasitəsi məhsullarının yayılmasını

həyata keçirən fiziki və ya hüquqi şəxs;

pornoqrafik materiallar-əsas məzmunu seksual

münasibətlərin anatomik və fizioloji

cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan

bədii, foto, rəsm əsərləri, informasiyalar və

digər materiallar.


Maddə 4. Kütləvi informasiya vasitələrinin

istehsalı və yayımının əsas prinsipləri


Kütləvi

informasiya vasitələrinin redaksiyaları öz

fəaliyyətlərində obyektivliyə, informasiyanın

şəraitə uyğun mükəmməlliyinə, peşəkarlığa, hər

kəsin doğru-dürüst informasiya almaq, fikir və

söz azadlığı hüququna, vətəndaşların şəxsi

həyatına hörmətə, peşə etikasına əməl

edilməsinə, pornoqrafik materialların istehsalı

və yayımının yolverilməzliyinə əsaslanmalıdır.
Maddə 5. Kütləvi informasiya vasitələri

haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi
Kütləvi

informasiya vasitələri haqqında Azərbaycan

Respublikasının qanunvericiliyi Azərbaycan

Respublikasının Konstitusiyasından, bu

Qanundan, «Televiziya və radio yayımı

haqqında», «Məlumat azadlığı haqqında»,

«Vətəndaşların müraciətlərinə baxılma

qaydası haqqında», «Rabitə haqqında»,

«Dövlət sirri haqqında», «Müəlliflik

hüququ və əlaqəli hüquqlar haqqında»

Azərbaycan Respublikası qanunlarından, habelə

digər müvafiq qanunvericilik aktlarından

ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar

çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun

arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq

müqavilələr tətbiq edilir.
Maddə 6. Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan

Respublikasının ərazisində kütləvi informasiya

vasitələri dövlət dilindən istifadə edirlər.

Azərbaycan Respublikası

vətəndaşlarının kütləvi informasiyanın

istehsalı və yayımında Azərbaycan Respublikası

əhalisinin danışdığı başqa dillərdən, habelə

dünyada geniş yayılmış digər dillərdən istifadə

etmək hüququ vardır.
Maddə 6-1. Kütləvi informasiya vasitələrinin

maliyyələşdirilməsi


Kütləvi informasiya

vasitələri qanunla qadağan olunmuş mənbələr

istisna olmaqla, istənilən vəsaitlər hesabına

maliyyələşdirilə bilər.


II fəsil.

Kütləvi informasiya azadlığının əsasları


Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi

informasiya vasitələri üzərində dövlət

senzurasına, habelə bu məqsədlə xüsusi dövlət

orqanlarının və ya vəzifələrin yaradılmasına və

maliyyələşdirilməsinə yol verilmir. Məlumatın

və ya müsahibənin müəllifi olduqları hallardan

başqa, dövlət orqanlarının, bələdiyyələrin,

idarə, müəssisə və təşkilatların, ictimai

birliklərin vəzifəli şəxslərin, habelə siyasi

partiyaların kütləvi informasiya vasitələrində

yayılan məlumat və materialların qabaqcadan

onlarla razılaşdırılmasını tələb etmək və ya

yayılmasını qadağan etmək hüququ yoxdur.

Fövqəladə vəziyyətin qüvvədə olduğu

müddət ərzində şərtləri və bu şərtlərin həyata

keçirilməsi qaydası göstərilməklə kütləvi

informasiya vasitələrinin azadlığı müvəqqəti

məhdudlaşdırıla bilər.


Maddə 8. Kütləvi informasiya vasitələrinin

məlumat almaq hüququ


Kütləvi

informasiya vasitələri cəmiyyətdəki iqtisadi,

siyasi, ictimai və sosial durum haqqında, dövlət

orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və

təşkilatların, ictimai birliklərin, siyasi

partiyaların, vəzifəli şəxslərin fəaliyyəti

barədə operativ və doğru-dürüst məlumatlar almaq

hüququna malikdirlər. Bu hüquq Azərbaycan

Respublikasının qanunvericiliyində göstərilən

hallardan başqa, məhdudlaşdırıla bilməz.

Dövlət orqanları, bələdiyyələr, idarə,

müəssisə və təşkilatlar, ictimai birliklər,

siyasi partiyalar, vəzifəli şəxslər öz

fəaliyyətləri haqqında məlumatı kütləvi

informasiya vasitəsinin sorğusu əsasında,

habelə mətbuat konfransları keçirmək yolu ilə,

yaxud başqa formalarda verirlər.

İnformasiya almaq üçün sorğu yazılı və

şifahi ola bilər. Tələb olunan informasiyanı

adları çəkilən orqan, təşkilat və ictimai

birliklərin rəhbərləri, onların müavinləri,

mətbuat xidmətinin işçiləri, yaxud digər

səlahiyyətli şəxslər verə bilərlər.

Məlumatın əldə edilməsi barədə yazılı

sorğuya Azərbaycan Respublikasının

qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada

və müddətdə baxılır. Qanunda göstərilən müddətdə

həmin məlumat öz operativliyini itirərsə,

sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan

gec olmayaraq cavab verilməlidir.

Kütləvi informasiya vasitəsinin

nümayəndəsi məlumatı verməkdən imtina edən

dövlət orqanlarından, bələdiyyələrdən, idarə,

müəssisə və təşkilatlardan, ictimai

birliklərdən, siyasi partiyalardan və ya

vəzifəli şəxslərdən Azərbaycan Respublikasının

qanunvericiliyinə uyğun şəkildə şikayət etmək

hüququna malikdir.


Maddə 9. Antiinhisar tədbirlər
Dövlət

kütləvi informasiya vasitələrinin iqtisadi

müstəqilliyinə təminat verir, kütləvi

informasiya vasitələri məhsullarının istehsalı

və yayımı sahəsində inhisarçılıq fəaliyyətinin

və haqsız rəqabətin qarşısını almaq üçün

Azərbaycan Respublikasının qanunvericiliyinə

uyğun tədbirlər görür.


Maddə 10. Kütləvi informasiya azadlığından

sui-istifadənin yolverilməzliyi


Azərbaycan

Respublikasının qanunvericiliyi ilə qorunan

sirləri yaymaq, mövcud konstitusiyalı dövlət

quruluşunu zorakılıqla devirmək, dövlətin

bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı

və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud

dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı

altında vətəndaşların şərəf və ləyaqətini

alçaldan şayiələr, yalan və qərəzli yazılar,

pornoqrafik materiallar çap etdirmək, böhtan

atmaq, yaxud digər qanunazidd əməllər törətmək

məqsədilə kütləvi informasiya vasitələrindən

istifadə olunmasına yol verilmir.

Bu Qanunun jurnalistlər üçün

müəyyənləşdirdiyi hüquqlardan sui-istifadə

edərək ictimai əhəmiyyətli məlumatları

gizlətməyə və ya saxtalaşdırmağa, kənar şəxsin

və ya kütləvi informasiya vasitəsi olmayan

təşkilatın xeyrinə məlumat toplamağa yol

verilmir. Yalnız cinsinə, dinə münasibətinə,

vəzifəsinə, cəmiyyətdə tutduğu möqeyə, habelə

siyasi etiqadına görə vətəndaşı və ya

vətəndaşların müəyyən qrupunu hörmətdən salmaq

məqsədilə jurnalist hüquqlarından istifadə edib

informasiya yaymaq qadağandır.

İnformasiya dərc

olunarkən onun mənası hər hansı vasitə ilə, o

cümlədən sərlövhələr, şəkilaltı sözlər

vasitəsilə dəyişdirilib təhrif oluna bilməz.

Dərc edilmiş (efirə getmiş) informasiyalar,

şayiələr təsdiq olunmadıqda həmin kütləvi

informasiya vasitəsində bu barədə mütləq

məlumat verilməlidir.

Kütləvi


informasiya vasitələrindən vətəndaşların şəxsi

həyatına qəsd məqsədilə istifadə etmək

qadağandır.
Maddə 10-1. Gizli lent yazıları
Gizli audio və

video yazılardan, kino və foto çəkilişindən

istifadə etməyə və ya hazırlanmış məlumat və

materialları yaymağa yalnız aşağıdakı hallarda

yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə

yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikasının

Konstitusiyası ilə müəyyən edilmiş hüquq və

azadlıqlarının qorunması üçün zəruri tədbirlər

görülmüşdürsə;

2) məhkəmənin qərarı ilə nümayiş

etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli

audio-video yazılardan, kino-foto çəkilişindən

istifadə olunması və onun yayılması Azərbaycan

Respublikasının qanunvericiliyinə uyğun

şəkildə məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın yayılmasına,

informasiya mənbəyinin açıqlanmasına yol

verilməyən xüsusi hallar
Kütləvi

informasiya vasitəsi redaksiyasının və ya

jurnalistin:
1) şəxsin gizli saxlanmaq şərtilə

verdiyi məlumatı yayılan xəbər və materiallarda

açıqlamasına;

2) adının bildirilməməsi şərtilə

məlumat vermiş şəxsin kimliyini göstərməsinə;

3) təhqiqatçının, müstəntiqin, ibtidai

araşdırmaya prosessual rəhbərliyi həyata

keçirən prokurorun və ya məhkəmənin icazəsi

olmadan ibtidai istintaq və təhqiqat

məlumatlarını yaymasına;

4) cinayət etməkdə təqsirləndirilən

yetkinlik yaşına çatmayanların və ya qanuni

nümayəndələrinin razılığı olmadan onların

şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına

yol verilmir.
Kütləvi informasiya vasitəsinin

məlumatın dərc olunmasına (efirə verilməsinə)

məsul redaktoru və (və ya) jurnalist istintaqda,

yaxud məhkəmə icraatında olan işlə əlaqədar

qanunla müəyyən edilmiş hallardan başqa,

informasiya mənbəyini açıqlamağa məcbur edilə

bilməz. Bu halda müəllifi açıqlanmayan təsvirə,

məqaləyə, şəkilə və ya karikaturaya görə

məsuliyyət buraxılışa məsul redaktorun, yaxud

jurnalistin üzərinə düşür.

Redaktor və ya jurnalist aşağıdakı

hallarda məhkəmə tərəfindən öz mənbəyini

açıqlamağa məcbur edilə bilər:
1) insan həyatının müdafiəsi üçün;

2) ağır cinayətin qarşısını almaq

məqsədilə;

3) ağır cinayət törətməkdə ittiham

olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi

üçün.
Bu maddənin birinci hissəsinin 3-cü

bəndinin tələbləri jurnalistin müstəqil

təhqiqat aparmaq hüququnu məhdudlaşdırmır.».


Maddə 12. Müəlliflik hüququ və əlaqəli

hüquqların obyektlərindən və oxucu

məktublarından istifadə edilməsi
Müəlliflik

hüququ və əlaqəli hüquqların obyektlərindən

kütləvi informasiya vasitələrinin istifadəsinə

«Müəlliflik hüququ və əlaqəli hüquqlar

haqqında» Azərbaycan Respublikası Qanununun

tələblərinə əməl etməklə yol verilir.

Oxucu (dinləyici, tamaşaçı) məktubları

dərc edilərkən (efirə verilərkən) onların

məzmununu təhrif etməyən ixtisara və redaktəyə

yol verilir. Qanunvericilikdə nəzərdə tutulmuş

hallardan başqa redaksiya oxucu (dinləyici,

tamaşaçı) məktublarına cavab verməyə məcbur

deyildir.

Qanunvericilikdə nəzərdə tutulmuş

hallardan başqa kütləvi informasiya vasitəsinin

redaksiyası imtina etdiyi materialı dərc etməyə

(efirə verməyə) məcbur edilə bilməz.
Maddə 13. Reklamın yayılması
Kütləvi

informasiya vasitələrində reklam «Reklam

haqqında» Azərbaycan Respublikasının

Qanununa uyğun olaraq hazırlanır və yayılır.

Reklam xarakterli məlumat və

materiallar üzrə ixtisaslaşmayan mətbu

nəşrlərdə reklam bir nömrənin ümumi həcminin 40

faizindən, teleradio Proqramlarda (verilişlərdə)

isə ümumi yayımın 25 faizindən çox olmamalıdır.
III fəsil.

Kütləvi informasiya vasitələrinin təşkilinin

hüquqi əsasları
Maddə 14. Kütləvi informasiya vasitəsinin təsis

edilməsi


Mətbu nəşrlərin

təsis edilməsi üçün dövlət orqanlarından icazə

tələb olunmur.

Mətbu nəşr təsis etmək istəyən

hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün

əvvəl müvafiq

icra hakimiyyəti orqanına rəsmi müraciət

etməyə borcludur. Müraciətdə aşağıdakılar

göstərilməlidir:
mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi

ünvanı;


mətbu nəşrin təsisçisinin, varsa

redaktorunun (baş redaktorunun) adı, soyadı;

mətbu nəşrin təsisçisi, yaxud redaksiyası

hüquqi şəxsdirsə, qeydiyyatdan keçirilmiş

nizamnaməsi.
Mətbu nəşrin təsisçisi müvafiq

icra hakimiyyəti orqanına rəsmi müraciət

etmədən yayıldıqda, yaxud müraciətdə göstərilən

məlumatların doğru olmadığı aşkarlandıqda müvafiq

icra hakimiyyəti orqanı həmin nəşrin

fəaliyyətinə xitam verilməsi barədə müvafiq

məhkəmə qarşısında məsələ qaldırır.

Kütləvi informasiya vasitələrini

dövlət orqanları, bələdiyyələr, siyasi

partiyalar (yalnız mətbu nəşrlər üçün), ictimai

birliklər, idarə, müəssisə və təşkilatlar,

Azərbaycan Respublikası ərazisində daimi

yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə

birlikdə təsis etmək hüququna malikdirlər.

Xarici dövlətlərin hüquqi və fiziki

şəxslərinin Azərbaycan Respublikası ərazisində

kütləvi informasiya vasitəsi təsis etməsi

Azərbaycan Respublikasının bağladığı

dövlətlərarası müqavilə ilə tənzimlənir (xarici

dövlətin hüquqi şəxsi dedikdə hüquqi şəxsin

nizamnamə kapitalının və ya səhmlərinin 30

faizindən çoxunun xarici dövlətlərin hüquqi

şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya

təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici

dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan

hüquqi şəxslər başa düşülür).

Bu maddənin beşinci hissəsində və bu

Qanunun 21-ci maddəsində göstərilən, habelə

Azərbaycan Respublikasının qanunvericiliyi ilə

nəzərdə tutulan digər hallardan başqa xarici

ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki

şəxslərinin kütləvi informasiya vasitələrini

maliyyələşdirməsinə yol verilmir.

Həmçinin:


məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə

azadlıqdan məhrum etmə yerlərində cəza çəkən,

habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə

tərəfindən təsdiq edilən şəxslər;


dövlət qeydiyyatından keçməyən, yaxud

fəaliyyəti qanunla qadağan olunan ictimai

birliklər və siyasi partiyalar kütləvi

informasiya vasitəsi təsis edə bilməzlər.


Televiziya və radio yayımını həyata keçirən

şəxsin təsis edilməsi qaydaları müvafiq

qanunvericiliklə müəyyən edilir.
Maddə 15. İxtisaslaşmış kütləvi informasiya

vasitələri


Cəmiyyətin

müəyyən sahələrini daha ətraflı işıqlandırmaq

üçün, habelə kommersiya məqsədilə ixtisaslaşmış

kütləvi informasiya vasitələri yaradıla bilər.

Bu zaman buraxılışdakı mətn və fotoların

həcminin ən azı 50 faizi kütləvi informasiya

vasitəsinin yaradılmasına səbəb olmuş məqsədə

həsr olunmalıdır.

İxtisaslaşmış

kütləvi informasiya vasitələri: reklam, uşaq və

gənclər, informasiya, biznes, sosial, texniki,

ədəbi-bədii, idman, sahə (elm, təhsil, incəsənət,

təsərrüfat və s.) və digər yönümlü ola bilər.
Maddə 16. İnformasiya agentliyi
Kütləvi

informasiya vasitəsi redaksiyasının, naşirin,

yayıcının bu Qanunla müəyyənləşdirilən statusu

və hüquqi vəziyyəti informasiya agentliklərinə

də şamil edilir.

İnformasiya agentliklərinin xəbər və

materialları digər kütləvi informasiya

vasitələrində və kütləvi informasiya

agentliklərində yayılarkən mütləq həmin

informasiya agentliyinə istinad edilməlidir.


Maddə 17. Təsisçinin statusu
Təsisçi

(həmtəsisçi) kütləvi informasiya vasitəsi

redaksiyasının nizamnaməsini təsdiq edir,

redaksiya ilə (redaktorla, baş redaktorla)

müqavilə bağlayır, kütləvi informasiya

vasitəsinin istehsal və yayım istiqamətlərini

müəyyənləşdirir, onun maliyyə, avadanlıq və

texniki təchizat məsələlərini həll edir.

Təsisçi kütləvi informasiya

vasitəsində çıxış etmək, bəyanat vermək, digər

rəsmi məlumatlar dərc etdirmək hüququna

malikdir. Təsisçinin çıxış və bəyanatının

maksimum həcmi redaksiyanın qeydiyyatdan

keçirilmiş nizamnaməsində, yaxud təsisçi ilə

baş redaktor (redaktor) arasında bağlanmış

müqavilədə müəyyənləşdirilə bilər. Həmin çıxış,

bəyanat və rəsmi məlumatlarla bağlı şikayət və

iddialara görə təsisçi özü məsuliyyət daşıyır.

Təsisçi (idarə, müəssisə, təşkilat,

dövlət orqanları, bələdiyyələr, siyasi

partiyalar, ictimai birliklər) ləğv olunarsa,

əgər qeydiyyatdan keçirilmiş nizamnamədə

başqa hal nəzərdə tutulmayıbsa, redaksiya

kollektivi eyni adlı kütləvi informasiya

vasitəsi təsis etməkdə üstün hüquqa malikdir.

Təsisçi bu Qanunda, nizamnamədə və

redaksiya ilə (redaktorla, baş redaktorla)

bağlanmış müqavilədə göstərilən hallar istisna

olmaqla, kütləvi informasiya vasitəsinin

istehsalına və yayımına müdaxilə etmir.

Kütləvi informasiya vasitəsinin

həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət

göstərirlər.
Maddə 18. Naşirin statusu
Naşir öz

hüquqlarını bu Qanun, habelə Azərbaycan

Respublikasının müəssisələr və sahibkarlıq

fəaliyyəti haqqında qanunvericiliyi əsasında

həyata keçirir və həmin qanunvericiliyə uyğun

şəkildə vəzifələr daşıyır.

Naşir eyni zamanda kütləvi

informasiya vasitəsinin təsisçisi, redaksiyası,

yayıcısı, redaksiya əmlakının mülkiyyətçisi ola

bilər.
Maddə 19. Kütləvi informasiya vasitəsinin

istehsalının və yayımının dayandırılması və ya

ona xitam verilməsi


Kütləvi

informasiya vasitəsinin istehsalı və yayımı yalnız

təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti

dayandırıla, yaxud ona xitam verilə bilər.

Kütləvi informasiya vasitəsi

təsis olunduqdan sonra bir il ərzində fəaliyyət

göstərmirsə, müvafiq

icra hakimiyyəti orqanı onun istehsalı və

yayımına məhkəməyə müraciət etmədən xitam verə

bilər. Həmçinin bu Qanunun 43-cü maddəsinə uyğun

olaraq müvafiq icra hakimiyyəti orqanı

teleradio təşkilatının fəaliyyətini müvəqqəti

dayandırmaq hüququna malikdir.

Kütləvi


informasiya vasitəsinin istehsalına və yayımına

təsisçi tərəfindən xitam verildikdə, eyni adlı

kütləvi informasiya vasitəsi təsis etməkdə

kütləvi informasiya vasitəsinin başçısı, yaxud

jurnalist kollektivi üstün hüquqa malikdir.

Təsisçinin

kütləvi informasiya vasitəsinin istehsalını və

yayımını yalnız redaksiya nizamnaməsində, yaxud

təsisçi ilə redaksiya (redaktor, baş redaktor)

arasında bağlanmış müqavilədə nəzərdə tutulan

hallarda dayandırmaq və ya ona xitam vermək

hüququ var.

Fəaliyyətin

müvəqqəti dayandırılmasına səbəb olmuş hallar

aradan qaldırıldıqda, kütləvi informasiya

vasitəsinin nəşri (efirə buraxılması) bərpa

edilir.

Məhkəmə şikayət



ərizəsi ilə əlaqədar apardığı araşdırmadan

sonra işin vəziyyətindən asılı olaraq aşağıdakı

tədbirlərdən birini və ya bir neçəsini seçə,

yaxud kütləvi informasiya vasitəsinin şikayətə

səbəb olmuş fəaliyyətinə bəraət qazandıra bilər:
1) məhkəmə təkzib,

düzəliş və ya cavab verilməsi barədə qətnamə

çıxarır;

2) kütləvi

informasiya vasitəsinin istehsalını və yayımını

iki ayadək müvəqqəti dayandırır;

3) cərimə

sanksiyası tətbiq edir;

4) kütləvi

informasiya vasitəsinin istehsalına və yayımına

xitam verir.
Kütləvi

informasiya vasitəsinin şikayətə səbəb olmuş

fəaliyyətinə bəraət qazandırmaq üçün:
a) informasiyanın

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə