Fakültə: Riyaziyyat •İxtisas: Riyaziyyat müəllimliyi •Qrup: rzm2002B •Kurs: IV •Tələbə



Yüklə 22,92 Kb.
səhifə1/2
tarix27.12.2023
ölçüsü22,92 Kb.
#200495
  1   2
Salmanova Təzəgül sərbəst iş.rzm2002b kopyası


A
zərbaycan Dövlət Pedaqoji Universiteti

Fakültə: Riyaziyyat


İxtisas: Riyaziyyat müəllimliyi
Qrup: RZM2002B
Kurs: IV
Tələbə: Salmanova Təzəgül
Fənn adı: Inkluziv təhsil və fərdiləşmiş təlim
Müəllimin adı: Şəfa Kazımova


Sərbəst işin mövzusu: Diferensial məzmun, fəaliyyət və diferensial tapşırıqları izah edin
D

iferensial təlim nədir?

Təlimin diferensiallaşdırılması şagirdlərin fərdi öyrənmə ehtiyaclarına, öyrənmə tərzləri və maraqlarına uyğun olaraq təlimin sürəti, səviyyəsi və ya növünün dəyişdirilməsidir. Məktəbə gələn şagirdlər müxtəlif maraqlara, şəxsiyyət tipinə, öyrənmə tərzlərinə və akademik biliklərə malik olurlar. Eyni təlim metodları bütün şagirdlərə tətbiq olunduqda səmərəli nəticə verməyə bilər. Diferensial təlim imkan verir ki, müəllim təlim prosesini şagirdlərin güclü və zəif tərəfləri, seçim və maraqlarına əsasən qura bilsin.
Diferensiallaşmanın əsas istiqamətləri
Diferensial təlimin ən önəmli elementləri seçim, çeviklik, davamlı formativ qiymətləndirmə və yaradıcılıqdır. Şagird haqqında əldə olunan bütün informasiyalardan diqqətli istifadə edərək 4 istiqamətdə diferensiallaşmanı təmin etmək mümkündür:

  • məzmun;

  • proses;

  • nəticə;

  • təlim mühiti.

Məzmunun diferensiallaşdırılması
Məzmun dedikdə şagirdlərin öyrənməsini istədiyimiz bilik və ya bacarıqlar, bu bacarıqlara yiyələnmələri üçün istifadə etdiyimiz resurs və ya mexanizmlər nəzərdə tutulur. Məsələn: dərsliklər, əlavə oxu materialları, videolar, kompüter.
Məzmun dedikdə şagirdlərin öyrənməsini istədiyimiz bilik və ya bacarıqlar, bu bacarıqlara yiyələnmələri üçün istifadə etdiyimiz resurs və ya mexanizmlər nəzərdə tutulur. Məsələn: dərsliklər, əlavə oxu materialları, videolar, kompüter proqramları, ekskursiyalar, mühazirələr və s. Şagirdlərin mövcud biliklərinə əsasən müvafiq fəaliyyətin təşkil edilməsi, daha dərindən öyrənmək üçün mövzu seçiminin onlara verilməsi, sadə və ya mürəkkəb tapşırıqların verilməsi məzmunun diferensiallaşmasına aiddir. Məzmunun diferensiallaşdırılması zamanı dərsin təlim nəticəsini dəyişmək və ya bəzi şagirdlərdən gözləntini aşağı salmaq əvəzinə verilən tapşırığın bütün şagirdlər üçün həllinin əlçatan olmasını təmin etmək lazımdır. Unutmayaq ki, hər bir tapşırıq dərsin məqsədinə xidmət etməlidir. Diferensiallaşdırma zamanı tapşırığın əsas məqsədini, şagirdlərdə formalaşdırılması nəzərdə tutulan əsas bacarıqları göz ardı etmək olmaz. Belə bir nümunəyə baxaq:
Zalda 5 sırada cəmi 100 izləyici əyləşmişdir. Birinci və ikinci sırada 52 izləyici, ikinci və üçüncü sırada 43 izləyici, üçüncü və dördüncü sırada 34 izləyici, dördüncü və beşinci sırada isə 30 izləyici əyləşib. Hər bir sırada neçə izləyici əyləşib?



  • proqramları, ekskursiyalar, mühazirələr və s. Şagirdlərin mövcud biliklərinə əsasən müvafiq fəaliyyətin təşkil edilməsi, daha dərindən öyrənmək üçün mövzu seçiminin onlara verilməsi, sadə və ya mürəkkəb tapşırıqların verilməsi məzmunun diferensiallaşmasına aiddir. Məzmunun diferensiallaşdırılması zamanı dərsin təlim nəticəsini dəyişmək və ya bəzi şagirdlərdən gözləntini aşağı salmaq əvəzinə verilən tapşırığın bütün şagirdlər üçün həllinin əlçatan olmasını təmin etmək lazımdır. Unutmayaq ki, hər bir tapşırıq dərsin məqsədinə xidmət etməlidir. Diferensiallaşdırma zamanı tapşırığın əsas məqsədini, şagirdlərdə formalaşdırılması nəzərdə tutulan əsas bacarıqları göz ardı etmək olmaz. Belə bir nümunəyə baxaq:

  • Zalda 5 sırada cəmi 100 izləyici əyləşmişdir. Birinci və ikinci sırada 52 izləyici, ikinci və üçüncü sırada 43 izləyici, üçüncü və dördüncü sırada 34 izləyici, dördüncü və beşinci sırada isə 30 izləyici əyləşib. Hər bir sırada neçə izləyici əyləşib?

Bu çalışmanın məqsədi seçmə üsulundan istifadə edərək şagirdlərdə çevik məntiqi düşünmə qabiliyyətini formalaşdırmaqdır. Çətinlik çəkən şagirdimizə bir sıradakı izləyici sayını desək, şagird sadəcə ardıcıl çıxma əməlini yerinə yetirərək cavabı tapacaq, lakin bu zaman məsələdə tələb olunan məntiqi düşünmə qabiliyyəti şagirddə formalaşmayacaq.


Bəs necə edə bilərik?

  • Ç
    ətinlik çəkən şagirdlər üçün verilən ədədləri kiçildə bilərik:

  • G
    üclü şagirdlər üçün isə ədədləri böyüdə bilərik və ya məsələni yenidən yazmağı istəyə bilərik:

İndividual şagirdlərin nəzərə alınması:

  • Tapşırıqla məşğul olarkən şagird hansı maneələrlə qarşılaşa bilər?

  • Əvvəlki biliklərə əsaslanaraq və onları genişləndirərək şagird bu tapşırığın məqsədini necə həyata keçirə bilər?

  • Hansı rəyləri verməliyəm?

  • Hansı yönləndirici sualları verməliyəm?

  • Şagirdlərin anlamasını təmin etmək üçün hansı müzakirələri təşkil etməliyəm?

Bu suallar bütün şagirdlər üçün uyğundur, siniflə və fərdi səviyyədə həll edilməlidir.
Beləliklə, məzmun şagirdlərin bilik səviyyəsi, maraq və seçimlərinə əsaslanaraq ən vacib bilik və bacarıqlar üzərində fokuslanmaqla və ya öyrənmənin mürəkkəbliyini artırmaqladiferensiallaşdırıla bilər.

Yüklə 22,92 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin