Fakültə:Təbiətşünaslıq
və
kənd
təsərüffatı
İxtisas:Torpaqşünaslıq və aqrokimya
Şöbə:Əyani
Fənn:Torpaq biokimyası
Kurs:
II
Müəllim:Xudaverdiyev Fərman Paşa
Tələbə:Əhmədov İntiqam İlqar oğlu
Mövzu:Torpaqda humusun miqdarı
Əgər, torpaq hissəciklərinə lupa altında baxmalı olsaq,
orada müxtəlif bitki və heyvan qalıqlarını görmək
mümkündür. Pinset vasitəsi ilə bu qalıqları torpağın
mineral hissəsindən asanlıqla ayırmaq olur. Sonra
kimyəvi yolla torpaqda olan humusun və yaxud
çürüntünün miqdarını təyin etmək olar. Belə ki,
götürülmüş torpaq nümunəsi üzərinə qələvi məhsul əlavə
edilməklə, qara maddəni humusu ayırmaq mümkündür.
Bütün torpaqlarda eyni iki proses gedir.
1. Birinci prosesdə mürəkkəb üzvi birləşmələr axıra
qədər parçalanır. Bu proses üzvi maddələrin
minerallaşması adlanır.
2. İkinci proses humusəmələgəlmə prosesidir.
Humusəmələgəlmə prosesi çox mürəkkəb bir
prosesdir. Humusun əmələgəlmə mənbəyini
bitkilərin məhv olan kök və budaqları, tökülən
yarpaqları (meşədə) torpaqda yaşayan və tələf olan
müxtəlif heyvan və mikroorqanizmlər təşkil edir.
Üzvi qalıqların torpaqda parçalanmasının bir hissəsini
atmosfer amilləri təşkil edirsə, digər bir hissəsini isə
torpaqda yaşayan soxulcanların, həşərat və yereşən
qurdların fəaliyyəti təşkil edir. Lakin üzvi maddələrin
parçalanaraq torpaq humusuna çevrilməsində əsas amil
olaraq mikroorqa¬nizmlər, bakteriyalar və göbələklərin
fəaliyyəti hesab olunur. Torpağın hər qramında
mikroorqanizmlərin sayının 2 milyardı keçməsi sübuta
yetirilmiş¬dir. Məhz mikroorqanizmlərin həyat fəaliyyəti
nəticəsində torpaqda humus əmələ gəlir, toplanır və
çevrilir.
Humusun kimyəvi tərkibi çox mürəkkəb olduğu üçün,
onu bir və bir neçə birləşmə şəklində göstərmək mümkün
deyildir. Bir sıra yeni tədqiqat¬lar torpağın üzvi
maddəsindən çoxlu miqdarda xüsusi və dəqiq müəyyən
edilmiş azotlu və azotsuz kimyəvi birləşmələr ayırmağa
imkan vermişdir. Ancaq onların heç birini humus
adlandırmaq olmaz.
orpaqda olan çürüntü maddələr həllolma və ekstraksiya
qabiliyyətinə görə iki əsas qrupa bölünür:
Humin turşuları
Fulvo turşular (əvvələr kren və apokren adlanırdı).
Humin turşular
Humin turşular - aerob şəraitdə əmələ gəlir. O, zəif
qələvidə həll olur, lakin suda və turşuda həll olmur.
Humin turşularının məhlulu tünd rəngdə olur. Çöllər
zonasının qara torpaqlarının çürüntü hissəsində humin
turşusu-nun element tərkibi aşağıdakılardan ibarətdir:
karbon 52-62 %, oksigen 31- 39 %, azot 2,6-5,1 %
hidrogen 2,5-5,8 %. Bunlardan əlavə 10 %-ə qədər Si, P,
S, Fe, Ca, К və s. ibarət kül elementləri olur. Humin
turşuları torpağın mineral hissələrilə qarşılıqlı təsirə
girdikdə humatlar əmələ gətirir. İki və üç valentli
kationların Ca, Mq, Fe, Al humatları suda həll olmur.
Onlar kolloid çöküntülər (gellər) əmələ gətirir. Bir
valentli kationların - K, Na, NH4 humatları isə suda həll
olur və Kolloid məhluludur (zol). Torpaqda humin
turşuların çox hissəsi gel, az hissəsi mütəhərrik kolloid və
çox cüzi bir hissəsi isə molekulyar məhlul halında olur.
Əsasən qara, şabalıdı, bəzən boz - meşə torpaqlarda
üstünlük təşkil edir. Azərbaycanda dağqara (meşə
altından çıxmış), dağ boz-qəhvəyi (şabalıdı), çəmən-boz
torpaqlarında humin turşusu fulvoturşulara nisbətən
üstünlük təşkil edir.
Fulvoturşular
Fulvoturşular - kolloid maddələr olmaqla, torpaq
hissəciklərini yüksək udma qabiliyyətinə malikdir. Onun
udma qabiliyyəti hər 100 qr maddəyə 200-60 ml ekv.
miqdarı ilə ölçülür. Fulvoturşuların podzol torpaqlarda
elementar tərkibi 45,3 % karbon, 5 % hidrogen, 47,3 %
oksigen və 2,4 % azotdan ibarətdir. Humin turşuları ilə
müqayisədə oksigen n miqdarı çox, azot və karbonun
miqdarı nisbətən azdır. Humin turşulardan fərqli olaraq
onlar suda, turşuda və qələvidə yaxşı həll olur.
Fulvoturşuların məhlulu açıq-qonuru rəngdə, quru
preparatı isə qonuru rəngdə olur. Meşə döşənəyində turş
mühitdə podzoləmələgəlmə prosesi aktiv gedir.
Fulvoturşuların tərkibində humin turşularından fərqli
olaraq C, H, O elementləri çox olur. Fulvoturşuların
külündə Al, Fe üstündür. Onların sulu məhlulunda pH-ı
2,5-3-dür. Azərbaycanın dağ-çəmən, qonur dağ-meşə,
şoranlı, şorakətli torpaqlarında fulvoturşuları humin
turşularından üstündür. Yer kürəsində müxtəlif
torpaqlarda təbii şəraitdən asılı olaraq humusun miqdarı
da fərqlidir. Mərkəzi Asiyanın boz torpaqlarında humus
daha az olub, 1-2%-ə bərabərdir. Aparılmış
hesablamalara görə ayrı-ayrı torpaqlarda humusun
ehtiyatın da fərqlidir. Məsələn, mülayim qurşağın boz-
meşə torpaqlarının 100 m-lik qatında bir hektara 175 ton
təşkil edir. Bu göstərici tipik qara torpaqlarda 700 tona
çatır, Mərkəzi Asiyanın boz torpaqlarında 70 tona duşur.
Torpağın humuslu horizontunda işığın inteqral
əksetdirmə tərəddüdlərinin hüdudu və orta qiymətləri
Torpaqlar
İnteqral
əksetdirmənin
orta arifmetik
kəmiyyəti %
Orta
arifmetik
səhvlər
Tərəddüdlərin
ehtimal
hüdudları
P
=0,95
Dağ-çəmən
9,3
0,31
6,9-11,7
Torflu
7,9
0,49
4,7-11,1
Çəmən və
çəmən-bataqlıq
13,1
0,52
9,5-16,7
Çimli-podzol
16,9
0,78
10,5-23,3
Açıq-boz meşə
21,1
0,57
17,2-25,0
Boz meşə
18,1
0,54
13,9-22,3
Tünd-boz meşə
7,4
0,41
4,1-10,7
Tipik
qaratorpaqlar
8,2
0,25
6,4-10,0
Adi
qaratorpaqlar
7,9
0,18
6,4-9,4
Qafqazyanı
qaratorpaqlar
11,6
0,32
8,9-14,3
Şabalıdı
13,2
0,21
11,6-14,8
Açıq-şabalıdı
21,8
0,32
19,3-24,3
Boz torpaqlar
27,7
0,28
25,7-29,7
Qırmızı
torpaqlar
18,6
0,17
17,4-19,8
Sarı torpaqlar
16,6
0,45
13,4-19,8
Document Outline
Dostları ilə paylaş: |