Fakültə:İqtisadiyyat İxtisas: İqtisadiyyat Kurs



Yüklə 95,56 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü95,56 Kb.
#45236
növüReferat
  1   2   3   4   5   6   7
referat 6565


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ NAXÇIVAN UNİVERSİTETİ



Fakültə:İqtisadiyyat

İxtisas: İqtisadiyyat

Kurs:II

Fənn:Biznesin əsasları

FənnMüəllimi: Əli Cabbarov

Mövzu:Kiçik biznes və onun təşkili

Tələbə:Songül Səlimova

REFERAT İŞİ

Naxçıvan 2021

PLAN


1.Kiçik biznesinmahiyyəti və xarakteristikası.

2.Kiçik biznesin təşkili xüsusiyyətələri.

3.Xarici ölkələrdə kiçik biznesin inkişafı.

4.Kiçik biznesə dövlət köməyi.

5.Kiçik biznesin prespektiv formalarının inkişafı

1.Kiçik biznesinmahiyyəti və xarakteristikası.

Bazar iqtisadiyyatının mühüm tərkib hissəsi sayılan sahibkarlıq, hər şeydən əvvəl kiçik biznesdə əksini tapmışdır, hansıki istehlak bazarında rəqabət mühitinin yaranmasına əhəmiyyətli dərəcədə səbəb olmuşdur, dünya təcrübəsində kiçik biznes iqtisadi artımın tempinə, ümumi milli məhsulun strukturuna və keyfiyyətinə təsir göstərir. Keçid iqtisadiyyatı şəraitində kiçik biznesin dövlət tərəfindən dəstəklənməsinə və ona kömək göstərilməsinə zərurət xeyli artıra. Kiçik biznesin inkişaf dinamikası bir çox amillərdən, o cümlədən sahibkarların biznes fəaliyyəti ilə məşğul olmağa hazırlıq səviyyəsindən asılıdır. Belə ki, sahibkarlann kifayət qədər peşəkarlıq hazırlığı olmaması kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasının vacib səbəblərindən biri hesab edilir. Kiçik biznesin Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafında, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rolu böyükdür. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbiriəri haqqında» fərmanı və 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» ölkədə kiçik biznesin İnkişaf etdirilməsini nəzərdə tutur. Kiçik müəssisələrin funksional rolu aşağıdakılardan ibarətdir:

-çevikliklə istehsalatı dəyişməkdə olan yeni elmi-texniki tələblərə uyğunlaşdırır;

-iri müəssisələri kiçik seriyalı məhsullardan azad edərək ixtisaslaşdırmanın inkişafına kömək göstərir;

-elmi-texniki tərəqqidə, innovasiyada kəşfiyyatçı rolunu oynayır;

- yeni məmulat istehsalının mənimsənilməsinə cəhd edir;inhisarçıların çəkindiyi riski öz üzərinə götürür;

- kapitalın daha yüksək sürətlə dövriyyəsini təminedir və öz şəxsi nailiyyətlərinə diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində kiçik müəssisələr fərqli adlar altında fəaliyyət göstərirlər. Məsələn, Almaniyanın iqtisad elmində kiçik müəssisələr orta müəssisələrdən fərqlənmir və «Mittelştand» adı ilə bu müəssisələrə «Orta təbəqə» kimi baxılır, ABŞ və İngiltərədə «kiçik biznes və kiçik firma», Fransada «sənətkarlıq», Latın Amerikasında «kiçik sənaye». Afrikada «kiçik istehsalat», bezi ölkələrdə «qeyri-formal sektor», Polşada «kiçik biznes»,Macarıstanda «kiçik biznes və yaradıcı təsərrüfat», postsovet respublikalannda «kiçik müəssisə, kiçik sahibkarlıq və kiçik biznes» adlandırırlar.

Almaniyada kiçik və orta müəssisələrin tərifi belədir «Maliyyələşdirilməsi kapital bazarından olmayan, istehsalatda bilavasitə iştirak edərək, sahibkarlıq riskini öz üzərinə götürüb, hüquqi şəxslər tərəfindən sərbəst idarə edilən, sənətkarlıq istehsalatında, sənayedə, ticarətdə, mehmanxana təsərrüfatında fəaliyyət göstərən sahibkarlıq vahididir».

Fransada kiçik və orta müəssisələrin ümumi konfederasiyasının nizamnaməsində yazılmışdır: «Başçısı onun sahibkarı olmaqla, ona şəxsi rəhbərlik edərək, maliyyə işləridə daxi lolmaqla, müəssisənin fəaliyyəti barədə məsuliyyət daşımaq şərtilə yaradılan müəssisələ kiçik və orta müəssisələr adlanır».

ABŞ-da kiçik biznes haqqında qanunda göstərilir ki, «əmlak və idarəetmədə müstəqil olan, öz fəaliyyət dairəsində hökmranlıq etməyən müəssisələr kiçik biznes müəssisələrinə aid edilir».

<>termini iri təsərrüfatçılıq formalarından onu ayırmaq üçün kəmiyyətcə müəyyənlaşdirilmesini nəzərdə tutur. Kiçik biznesin müxtəlif ölkələrin iqtisadiyyatında əhəmiyyətli rolu tədqiqatçıları vadar etdir ki, ona kəmiyyət və keyfiyyət nöqteyi-nəzərdən yanaşılsın. Kiçik sahibkarlığın müəyyənləşdirilməsi problemi təkcə nəzəri əhəmiyyət kəsb etmir. Onun dəqiq müəyyənləşdirilməsi birincisi, iqtisadiyyatın bu sahəsində təsərrüfat fəaliyyətinin statistik uçotunu aparmağa, ikincisi, kiçik müəssisəyə dövlət köməyi, vergi, kredit-maliyyə proqramların işləyib hazırlamağa imkan verir. Kiçik biznesin kəmiyyət meyarlarına aiddir;

- məşğulişçilərin sayı;

- satışın (dövriyyənin) həcmi;

- aktivlərindəyəri.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar kiçik və orta biznesin formal kəmiyyət müəyyənləşdirilməsindən istifadə edirlər. Bu yaxın vaxtlara qədər əsas meyar kimi işçilərin sayı: kiçik müəssisə üçün 250 nəfərədək və orta müəssisə üçün 500 nəfərədək qəbul olunurdu.

Lakin müəssisənin kiçik biznes subyektinə aid etmək üçün təkcə kəmiyyət meyarlardan istifadə kifayət deyil. Təcrübə göstərir ki, işçilərinin sayı az olan müəssisələrdən bəzilərinin illik dövriyyəsi bir neçə milyon dollara çatır. Bunu artıq kiçik biznes saymaq olmaz.

Avropa Birliyi ölkələrində isə müəssisələrin kiçik, orta və ya iri olmasını müəyyənləşdirmək üçün üç göstəricidən istifadə edilir: işçilərin sayı, ümumi məhsulun həcmi və mənfəətin həcmi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarı ilə iqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq (biznes) subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri təsdiq edilmişdir.

Sahibkarlıq subyektlərinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər İki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır.

Yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin say meyarı əsas götürülür.

Hüquqi şəxs yaratmadan sahib karlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu hədlərlə müəyyən edilmiş illik dövriyyə meyarı əsas götürülür.

Bu cür müxtəliflik və dünya praktikası müəssisələrin ölçüləri üzrə bölgünün şərti olduğunu göstərir. Bununla belə qeyd etmək lazımdır ki, bir meyarla müəssisənin differensiallaşdırılması kifayət deyildir. Məsələn, istehsalın yüksək dərəcədə mexanikləşdirilməsi və avtomatlaşdırılması zamanı kiçik müəssisələrə eyni zamanda kifayət qədər iri elektrik stansiyalar və digər müəssisələr də aid edilə bilər. Bu arada kiçik və orta sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının təkmilləşdirilməsi zərurəti ölkə prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)» adlı çoxmühüm əhəmiyyətə malik sənəddə də əksini tapmışdır. Bu, bir daha sübut edir ki, bizim ölkədə kiçik, orta və iri müəssisələrin sərhədlərinin dəqiq müəyyənləşdirilməsində əlavə meyarlardan istifadə olunması zəruridir. Fikrimizcə, dörd göstəricidən istifadə etmək məqsədə uyğun sayıla bilər; işçilərin sayı, ümumi məhsulun həcmi, kapitalın həcmi və mənfəətin həcmi.

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış respublikalarda, o cümlədən Azərbaycanda kiçikmüəssisələr işçilərin sayına və sahə mənsubiyyətinə görə müəyyən olunur.

Dünya təcrübəsi göstərir ki, müəssisələrin təsnifləşdirilməsi məqsədilə natural və dəyər göstəriciləri şəklində olan aşağıdakı meyarlardan daha çoxistifadə olunur: İşçilərin sayı, sabit kapitalın həcmi, kapital qoyulşunun həcmi, satılmış məhsulun həcmi, elektrik enerjisinin istehsalı, əsas fondların dəyəri.

Beləliklə, kiçik, orta və iri müəssisələrin təsnifləşdirilməsində bir ölkənin qanun vericiliyi iləmüəyyən edilir və əsasən dövlətin onlar üçün müəyyən etdiyi imtiyazlardan və güzəştlərdən istifadəni tənzimləmək məqsədi yönlüdür. Çünki bazar münasibətləri əsasında fəaliyyət göstərən hər bir ölkədə dövlət kiçik və orta müəssisələr üçün müxtəlif imtiyazlar və rorta müəssisələr üçün müxtəlif imtiyazlar və güzəştlər tətbiq edir. Bu imtiyazlar və güzəştlər sistemi əhalinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına stimul yaratmaq məqsədi daşıyır.


Yüklə 95,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin