Fakultənin Elmi –Metodik şurasında təsdiq olunmuşdur. Protokol №8


XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı



Yüklə 49 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü49 Kb.
#35043
1   2   3   4
7 ci movzu monqollar

4. XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı.Məktəb və mədrəsələr. Monqol hücumları Azərbaycan mədəniyyətinə mənfi təsir göstərsə də, onu inkişafdan saxlaya bilmədi. Azərbaycan Şərqin əsas elm və mədəniyyət mərkəzlərindən biri olaraq qalırdı. Təhsil sisteminin əsasını məktəb və mədrəsələr təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verirdi. Burada şagirdlərə yazmağı və oxumağı öyrədirdilər. Əsas diqqət şəriət dərslərinə, Quranın oxunuşuna yönəldilirdi. Orta təhsil müəssisələri mədrəsələr idi. XIII - XIV əsrlərdə Təbrizdə Qazaniyyə, Qiyasiyyə,Fələkiyyə, Məqsudiyyə, Nəsriyyə adlı mədrəsələr vardı.

Təbriz Universiteti. Təbrizin Rəbi Rəşidi məhəlləsində F.Rəşidəddin tərəfindən yaradılmış ali mədrəsə - Universitet Bağdaddakı Nizamiyyə mədrəsəsindən sonra Şərqdə ikinci ali təhsil ocağı idi. XX əsrin əvvəlinə kimi Azərbaycanda və qonşuŞərq ölkələrində bu tipli mədrəsə olmamışdır. Təbriz Universitetində təbiətşünaslıq, tarix, fəlsəfə, təbabət, ilahiyyat, astronomiya və başqa şöbələr fəaliyyət göstərirdi. Universitetdə 500-ə qədər alim dərs deyir, 7 min tələbə oxuyurdu. Tələbələrin 6 min nəfəri müxtəlif müsəlman ölkələrindən gəlmişdi. Universitetlə birlikdə Alim və Tələbə məhəllələri, 60 min kitaba malik böyü bir Kitabxana Rəbi Rəşidi məhəlləsində yerləşirdi. Şam - Qazandakı iki böyük kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu.

Elmin inkişafı. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə açılmış rəsədxana və XIV əsrin əvvəlində Şam - Qazanda tikilmiş rəsədxana Şərqdə astronomiya elminin mərkəzlərinə çevrilmişdi. Ürgənc vəRey rəsədxanaları nümunəsində tikilmiş Marağa rəsədxanası Avropada elmin inkişafına, eləcə də Səmərqənddəki Uluqbəy və Pekin rəsədxanalarının elmi fəaliyyətinə müsbət təsir göstərmişdi.

Marağa rəsədxanasının fəaliyyətində əvəzsiz rol oynayan Nəsirəddin Tusi (1201 - 1274) Hülakü xanın məsləhətçisi, Abaqa xanın isə vəziri olmuşdu. O, ”Zic Elxani” (“Elxani cədvəlləri”), ’’Əxlaqi - Nasiri”, ’’Təhriri - Öqlidis” (“Evklidin şərhi”) əsərləri ilə elmə böyük töhfələr vermişdir. Böyük alimin qəbri üzərində “Elm ölkəsini şahı” sözləri yazılmışdır.

Məşhur Azərbaycan alimi Məhəmməd Naxçıvani İbn Sina kimi sağlamlığı insanın əqli və fiziki inkişafının əsası hesab edərək, ölkədə müalicə evlərinin - Dar üş-şəfalann (şəfa evləri) olması haqqında ətraflı məlumat vermişdi. Azərbaycanın yalnız cənub ərazisində 67 şəfa evi var idi. Ölkədədaruxanalar (apteklər) da fəaliyyət göstərirdi.

Məhəmməd Naxçıvani uzun müddət dövlət katibi və ölkənin baş qazısı kimi fəaliyyət göstərmişdi.

Hülakülər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddinin məşhur “Came ət təvarix” (“Tarixlər toplusu”) əsərində dünya və Azərbaycan tarixinə diqqət yetirilmişdir.

Coğrafiya sahəsində Zəkəriyyə Qəzvininin, Həmdullah Qəzvininin və Əbdürrəşid Bakuvinin əsərlərini xüsusilə qeyd etmək lazımdır. Dilçilik sahəsində Hinduşah Naxçıvani və onun oğlu Məhəmməd Naxçıvani daha çox tanınır.

Memarlıq və incəsənət. Monqolların ikinci yürüşü dövründə dağıdılan Gəncə şəhərinin bərpasına 1239-cu ildən başlandı. XIII - XIV əsrlərin qovşağında Sultaniyyə və Mahmudabad şəhərləri salınmışdı.

Abşerondakı Mərdəkan dairəvi və dördkünc qalaları, Nardaran,Ramana qalaları, Təbrizdə Elxani vəziri Tacəddin Əlişahm tikdirdiyi “Əlişah məscidi” (sonralar “Ərk qalası” kimi tanınmışdır) Naxçıvandakı Gülüstan türbəsi, 1305 - 1313-cü illərdə Sultaniyyədə tikilmiş Olcaytu Xudabəndətürbəsi, Bərdə türbəsi (1322), Qarabağlar kəndindəki memarlıq kompleksindəQoşaminarəni birləşdirən Baştağ türbəsi XIII - XIV əsrlərin çox qiymətli memarlıq abidələridir.



Musiqi sənətinin inkişafında Səfiəddin Urməvinin (1230 - 1294) vəƏbdülqadir əl-Marağayinin (1353 - 1445) əvəzsiz xidmətləri olmuşdur. Ə.Marağayi ilk dəfə muğamların təsnifatını vermişdir.


Yüklə 49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin