309. Trafaret, şkala və plato hazırlayan İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif cihazlar və məmulatlar üçün çertyoj və xüsusi şkala maşınlarında şkalaların hazırlanması. Relyef təsvirli fotokimya-oyma metodu ilə kiçik cədvəllər, lövhələr, sxemlər, plastin və panellərin hazırlanması. Düzsəthli dəzgahlarda, yarımavtomat və avtomatlarda platolar üzərində şkala və sxemlərin və üzlük panellərin çapı. Elektrolitlərin düzəldilməsi. Tora bənzər trafaretlərin hazırlanması. Platoların qalvanik emaldan sonra aşındırılması. Fotoçapların retuşlanması. İki tərəfli çap sxemlərinin surətinin çıxarılması. Müxtəlif cihazların şkalalarına nişan, hərf, rəqəm və xətlərin yapışdırılması. Fotoaşındırma metodu ilə siferblatları çap etmək üçün matrisanın hazırlanması. Xidmət edilən avadanlığın sazlanması.
Bilməlidir:xidmət etdiyi avadanlığın quruluşunu və sazlama üsullarını; gördüyü işin həcmində kimya və elektrotexnika üzrə əsas məlumatları; metalın qalvanik çökmə və aşılanma proseslərini; fotokimya-oyma üsullarını; aşınma üçün məhlulların tərkibini və hazırlanması üsullarını.
310. Trafaret, şkala və plato hazırlayan İşin xüsusiyyəti. 4-cü dərəcə Çap sxemlərinin, maskaların, rəqəmli və hərfli trafaretlərin hazırlanması. Fotokimya, elektrokimya və birləşdirilmiş metodlarla platoların hazırlanması. Çap sxemlərinin ferrit tədarüklərinə köçürülməsi. Çap platolarına mikroskop altında nəzarət və düzəldilməsi. Müxtəlif cihazlar üçün manqanın folqa üzərində sxemlərin və qabarıq təsvirli məmulatların fotokimya-oyma metodu ilə hazırlanması. Elektrolitlərin tərtilə edilməsi.
Xidmət etdiyi avadanlığın sazlanması və tənzimlənməsi.
Bilməlidir: xidmət etdiyi avadanlığın konstruksiyasını və sazlanma qaydalarını; müxtəlif metodlarla platoların hazırlanma qaydalarını; çap platolarına nəzarət və düzəldilmə üsullarını; manqanın folqa üzərində sxemlərin hazırlanma xüsusiyyətlərini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını.