21. Balonları dolduran İşin xüsusiyyəti 2-ci dərəcə Doldurucu rampalarda balonların təzyiq altında qaz və kimyəvi maddələrlə doldurulması. Kommunikasiya və rampa armaturuna xidmət. Balonları doldurmaq üçün doldurucu rampaya verilməsi. Balonların sıxılmış və mayeləşdirilmiş qazlarla doldurulması üzrə avtomat cihazlarının işinin tənzimlənməsi. Özübağlayıcı klapanların vəziyyətinin öyrənilməsi. Boru kəmərləri avadanlığının, oksigenli armaturların və doldurucu qurğuların cari təmirində iştirak etmək. Doldurulmuş balonların rampadan nəql etdirilməsi və anbarlaşdırılması. Qazların və kimyəvi maddələrin təsnifatından asılı olaraq balonların rənglənməsi və möhürlənməsi. Balonların doldurulması üzrə sənədlərin aparılması. Balonlar üzrə pasportların doldurulması.
Bilməlidir: təzyiq altında qaz və kimyəvi maddələrin alınmasının texnoloji prosesləri haqqında məlumatları; doldurucu rampanın iş prinsipini; qapayıcı-tənzimləyici armaturun, qoruyucu qurğuların və boru kəmərlərinin yerləşmə sxemini; qazın və kimyəvi maddələrin tərkibindən asılı olaraq balonların boyanmalı olan rənglərini; qaz sızılmasının aşkar edilməsi və boru kəmərlərində su olmasının müəyyənləşdirilməsi və aradan qaldırılmasını; təzyiq altında olan balonlarla davranmaq qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
22. Balonları dolduran İşin xüsusiyyəti: 3-cü dərəcə Stansiya və xüsusi qurğularda balonların oksigen və digər qazlarla doldurulması. Balonların maye xlor, ftorlu hidrogen və freonla doldurulması, stansiyaya verilməsi və doldurulma üçün qoyulması. Balonların doldurulma səviyyəsinə nəzarət. Stansiya və qurğularda balonların doldurulması üzrə avtomatik cihazların iş rejiminin tənzimlənməsi. Oksigenin boru kəmərləri ilə ötürülməsi. Doldurucu rampanın, boru kəmərlərinin, armatur və balonların cari təmiri.
23. Balonları dolduran İşin xüsusiyyəti. 4-cü dərəcə Avtomobil balonlarının qazdoldurucu kompressor stansiyalarının qazdoldurucu kalonkalarında sıxılmış təbii qazla doldurulması. Qaz balonlarına baxış qaz doldurucu kalonların boru kəmərlərinin, şlanqların, qapayıcı və qoruyucu armaturun birləşmə germetikliyinin yoxlanılması və brakın ayrılması. Avtomobil balonlarının qazın təzyiqi üzrə qazdoldurma kalonlarında və avtomobil balonlarında doldurma səviyyəsinə nəzarət. Nəzarət-ölçü cihazların və siqnalizasiya vasitələrinin avtomobil balonlarının sıxılmış qazla doldurulması işində yoxlanılması. Avtomobil balonlarında olan qazın təzyiqi və temperaturu barədə dispetçerə məlumatların verilməsi. Qazdolduran kalonların və avtomobillərin qoruyucu klapanlarının sazlığının yoxlanılması. Qazdolduran kalonların cari təmirində iştirak etmək.
Bilməlidir:qazdoldurucu kalonların quruluşunu; avtomobil qazdoldurucu kompressor stansiyasında sıxılmış təbii qazın istehsalının texnologiyasını; təbii qazın fiziki-kimyəvi xüsusiyyətlərini; müxtəlif tipli avtomobil balonlarının quruluşunu və xarakteristikasını; avtomobil balonlarının sıxılmış qazla doldurulması qaydasını və normalarını; buraxılmış qazın uçotunun forması və qaydasını; xidmət olunan avtomobillərin qeyd edilmə qaydalarını; nəzarət-ölçü cihazları və avtomatlarının quruluşunu və tətbiqi qaydalarını; xidmət olunan avadanlığın təhlükəsiz istismarı qaydalarını.