41. Qaz generatorçusu İşin xüsusiyyəti. 2-ci dərəcə Hidravlik cəftələrin və xam qaz kollektorlarının, qaz generatorlarının, tozyığanlarının və fenollu tabaqların qatrandan və fusdan təmizlənməsi. Qazgenerator qapaqlarının yandırılma və söndürülməsi. Şlak təmizləyən mexanizmlərin işinin müşahidə edilməsi. Şlak və külün yığışdırılması, onların yüklənməsi və müəyyən olunmuş yerə nəqli. Skrubberin dayaqlarından və hidrocəftələrdən şlakın çıxarılması. Hidrocəftələrin fırlanan qapaqlarına xidmət. Hərəkətdə olan mexanizmlərin yağlanması. Qaz generatorlarının yanacaqla doldurulması, onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması işində iştirak. Yükləmə avadanlığına xidmət. Daha yüksək ixtisaslı qaz generatorçusunun rəhbərliyi altında qazgeneratorlara xidmət üzrə digər işlərin görülməsi.
Bilməlidir: qaz generatorların iş prinsipini şlak təmizləyən mexanizmlərin konstruksiyasını və iş prinsipini; hidravlik cəftələrin və qaz kollektorlarının yerləşməsi və quruluşunu; hidrocəftələrin və qaz kollektorlarının növləri və xüsusiyyətlərini; qaz generatoru yanacağının növləri və xassələrini, onun doldurulması və qarışdırılması qaydasını; hidrocəftələrə suyun verilmə sxemini; xidmət olunan avadanlığın və mexanizmlərin işində nasazlıqların müəyyən və ləğv edilməsi üsullarını; şlakın və külün çıxarılması və nəql edilməsi qaydalarını; istifadə olunan cihazları və qurğuları; qazla zəhərlənmə və buxarlanma hallarında ilkin yardım göstərilməsi qaydasını.
42. Qaz generatorçusu İşin xüsusiyyəti. 3-cü dərəcə Odun, torf, şist və kömürlə işləyən kiçik məhsuldarlı qaz generatorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Qaz generatorlarının doldurulmasının və buxar-hava üfürülməsinin tənzimlənməsi. Kiçik məhsuldarlıqlı 10-a qədər qazgeneratorlarına xidmət və onların fasiləsiz işinin təmin olunması, Buxar-su üzlüklərə, buxaryığıcılara xidmət. 20000 kub metr/saatadək olan qaztəmizləyici qurğularda, sistemlərdə, aqreqatlarda qazın təmizlənməsi. Pikalarla və pnevmatik alətlərlə yanacağın qarışdırılması. Yanma zonalarının ölçülməsi və qaz generatorlarının işində nasazlıqların aradan götürülməsi. Generator bölməsində yanma, üfürmə, temperatur rejimi və istilik mübadilə aparatının işinə nəzarət. Qaz generator stansiyasının avadanlığının təmiri üzrə işlərdə iştirak.
Bilməlidir: qaz generatorlarının quruluşunu; energetik qazın alınmasının texnoloji prosesini; yanacağın qazlaşdırılması ilə bağlı fizika və kimya üzrə əsas məlumatları; energetik qazın tərkibi və onun xassələrini; xam qaz kollektorunun yerləşməsini; buxar, su və qaz kəmərlərinin sxemini; qaztəmizləyici sistemin quruluşunu və qazın təmizlənməsinin texnologiyasını; generatorların yanacaqla doldurulma qaydasını; onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması üsullarını.