181. Kimyəvi təhlil üzrə laborant İşin xüsusiyyəti. 3-cü dərəcə Qəbul olunmuş metodika üzrə komponentləri qabaqcadan ayırmadan orta mürəkkəbli analizlərin aparılması. Analiz olunan materiallarda müxtəlif metodlarla maddələrin faiz tərkibinin .müəyyən edilməsi. Piknometr vasitəsi ilə materiallarda və maddələrdə özlülüyün, ərimə qabiliyyətinin, xüsusi çəkinin, Reyd üzrə buxarın möhkəmliyinin, analiz olunan məhsulların induksiya müddətinin, turşuluğun və kokslaşma dərəcəsinin, bağlı putada neft və neft məhsullarının alışma temperaturunun və soyumanın müəyyən olunması. Mürəkkəb olmayan titrlərin qoyulması və yoxlanılması. Müxtəlif filiz nümunələrin, xrom, nikel, xromlu nikel poladların, çuqun və alüminium ərintilərin, metallurgiya prosesləri məhsullarının, aşqarların, yanacağın və mineral yağların kimyəvi tərkibinin müxtəlif növ analizlərinin aparılması. Neft və neft məhsullarında kükürd və xloridin müəyyənləşdirilməsi. Mürəkkəb analizlərin keçirilməsi və xüsusi avadanlıqda lak-boya məhsullarının və sementin fiziki-kimyəvi xassələrinin müəyyənləşdirilməsi. Lak-boya materialları üçün əridicilərin seçilməsi. Analiz olunan materialların analitik tərəzilərdə çəkilməsi. Laboratoriya avadanlığının sazlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında mövcud sxemlər üzrə laboratoriya qurğularının yığılması. Laboratoriya qurğusunun işi üzərində müşahidə və göstəricilərinin yazılması.
Bilməlidir:ümumi və analitik kimyanın əsaslarını; titrlərin qurulma və yoxlama üsullarını; tətbiq edilən reaktivlərin xassələrini və onlara qoyulan tələbləri; orta mürəkkəbli analizlərin aparılma metodikasını və istifadə olunan reagentlərin xassələrini; yerinə yetirilən analizlərə dövlət standartlarını və xidmət olunan sahə üzrə əmtəə məhsullarını; analitik tərəzilərdən, elektroliz qurğusundan, fotokalorimetrdən, refraktometrdən və başqa oxşar cihazlardan istifadə qaydalarını; nümunələrin və aparılan analizlərin keyfiyyətinə qoyulan tələbləri; həll olma, süzmə, ayırma və kristallaşma proseslərini; laboratoriya avadanlığının sazlama qaydalarını.