170. Yük nəqledici İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif istehsalat yüklərinin: xammal, material, yarımfabrikat, detal, məmulat, alət, cihaz və s. ehtiyatlılıq tələb edən yüklərin, yanğın və partlayış təhlükəli maddələrin əl ilə və ya arabacıqlarla və digər nəqliyyat vasitələrində iş yerinə daşınması. Yüklərin anbara gətirilməsi, təhvil verilməsi üzrə qəbul-təhvil sənədlərinin tərtilə edilməsi.
Bilməlidir: daşınan yüklərin adlarını; material, detal və birləşmələrin emalının texnoloji ardıcıllığını; zərərli, yanğın və partlayış təhlükəli maddələrin nəql edilmə qaydasını, onların yerləşdirilməsi üsullarını; qəbul-təhvil sənədlərinin tərtilə etmə qaydasını.
171. Yük nəqledici İşin xüsusiyyəti. ' 4-cü dərəcə Əl ilə və arabacıqlar və digər nəqliyyat vasitəsi ilə iş yerinə monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərinin, xüsusi ehtiyatlılıq tələb edən yüklərin daşınması.
Bilməlidir: məmulatların daşınması, partlayış təhlükəli maddələrin yerləşdirilməsi qaydalarını; təhvil-qəbul sənədlərinin tərtilə edilmə qaydasını.
172. Yükləyicinin sürücüsü İşin xüsusiyyəti. 2-ci dərəcə Traktora yükvuran və yükboşaldanların, vaqona yükvuran və yükboşaldanların, bütün xüsusi yüktutma mexanizmlərin və qurğuların daha yüksək ixtisaslı sürücünün rəhbərliyi altında idarə olunması. Müxtəlif yüklərin yüklənməsi, boşaldılması, yerləşdirilməsi və ştabellərə yığılması. Yükləmə-boşaltma və yüktutma mexanizmlərinin və qurğuların planlı-xəbərdarlıq təmirində iştirak.
Bilməlidir: xidmət olunan yükvuranların və yükboşaldan mexanizmlərin və onların aqreqatlarının quruluşu haqqında əsas məlumatları; onların istismarı, montajı, işə salınması, sürülüb yoxlanılmasının tənzimlənməsi üzrə təlimatı; yağların və sürtkü materiallarının xassələrini; nasazlıqların səbəblərini və onların aradan götürülmə metodlarını.