Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə119/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   115   116   117   118   119   120   121   122   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

Bilməlidir: yüklərin yüklənməsi və nəql edilməsi norma və qaydalarını; taraların quruluşunu və daşınan yüklərin bərkidilməsi üsullarını.
161. Yardımçı fəhlə
İşin xüsusiyyəti.
2-ci dərəcə
Ehtiyatlı olmağı tələb edən yüklərin (şüşənin, yanğın təhlükəli və zəhərli maye ilə doldurulmuş butulkaların və s.) toz şəkilli materialların (sementin, üyüdülmüş əhəngin, gipsin və s.) əl ilə və arabacığın köməyi ilə daşınması, yüklənməsi və boşaldılması. Bütün növ yüklərin əl arabası və at arabasında daşınması. Təkər cütlərinin yonulmaq üçün dəzgahlara, hərəkət arabacıqlarının lokomotiv və vaqonlara diyirlədilə gətirilməsi.
Bilməlidir: ehtiyatlı olmağı tələb edən yüklərin və tozşəkilli materialların yüklənməsi, boşaldılması, yerdəyişməsi və qoyulması üsullarını; qəbul-təhvil sənədlərinin tərtilə edilməsi qaydasını; yüklərin növləşdirilməsi qaydalarını.
162. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu
İşin xüsusiyyəti.
2-ci dərəcə
Sadə ağac məmulatı və konstruksiyaların, müxtəlif material və parçaların yanğından mühafizə tərkibli məhlulla fırça ilə və vannada və ya rəng pultlarının və püskürücülərin köməyi ilə örtülməsi. Müxtəlif ağac məmulatlarının və konstruksiyaların, material və parçaların yanğından mühafizə emalı üçün hazırlıq işlərinin yerinə yetirilməsi. Verilmiş reseptura üzrə yanğından mühafizə tərkibli məhlulların hazırlanması. Daha yüksək ixtisaslı hopdurucunun rəhbərliyi altında mürəkkəb hopdurucu işlərinin yerinə yetirilməsində iştirak etmək.
Bilməlidir: taxta məmulatların və konstruksiyaların, material və parçaların yanğından mühafizə tərkibi ilə hopdurulması haqqında ümumi məlumatı; zəhərli kimyəvi maddələr, tərkilə və qatışıqlarla işləmək qaydasını; yanğından mühafizə tərkiblərinin hazırlanması və saxlanılması şərtlərini; yanğından mühafizə tərkiblərinin taxta məmulatlara və konstruksiyalara, material və parçalara hopdurulması qaydasını və üsullarını.
163. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin