Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə120/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   116   117   118   119   120   121   122   123   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

İşin xüsusiyyəti.
3-cü dərəcə
Mürəkkəb və əhəmiyyətli taxta məmulatlar və konstruksiyalar, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlər, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə emalı və örtülməsi. Müxtəlif yanğından mühafizə tərkibləri və qatışıqların hazırlanması. Hopdurucu materialların nümunələrinin hazırlanması və onların yanğına davamlılığının yoxlanılması. Mexaniki üsullarla qatışıqların hazırlanması və hopdurma işlərində mexanizmlərin idarə edilməsi. Görülən işlərin, sərf edilən materialların və kimyəvi maddələrin uçotu. Xidmət edilən avadanlıqların cari təmiri, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir: mürəkkəb taxta məmulatlar və konstruksiyaların, qiymətli material və parçaların, teatr dekorasiyalarının, bədii lövhə və maketlərin, kanatlar üçün üzvi yayların yanğından mühafizə tərkibləri ilə hopdurulması qaydalarını; zəhərli və kimyəvi maddələrin əsas xüsusiyyətlərini; onlarla iş qaydasını; yanğından mühafizə qatışıq və məhlullarının texniki şərtlərini və dövlət standartlarını; yanğından mühafizə məhlullarının hazırlanmasında işlənilən avadanlıqların iş prinsipini; kimyəvi maddələrin və materialların sərfinin uçotu qaydasını və onların yerinə yetirilməsi üzrə texniki sənədləşdirmənin tərtilə edilməsi.
164. Yanğından mühafizə vəsaitlərinin hopdurucusu
İşin xüsusiyyəti.
4-cü dərəcə
Xüsusi qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə tərkibi ilə örtülməsi və emalı. Reagentlərin işlənilə hazırlanması və daha əhəmiyyətli hopdurucular üçün tərkiblərin hazırlanması. Nümunənin seçilməsi və tətbiq edilən qatışıq və məhlulların keyfiyyətinin yoxlanılması. Kimyəvi maddələrin seçilməsi və bir-biri ilə əvəz edilməsi.
Bilməlidir: qiymətli bədii teatr dekorasiyalarının, rəsm (lövhə), panno və digər sənət əsərlərinin yanğından mühafizə hopdurucusu ilə hopdurulması qaydası və texnologiyasını, zəhərli və kimyəvi maddələrin xüsusiyyətlərini, onlarla davranış qaydasını; yanğından mühafizə hopdurucusunun texniki şərtlərini və dövlət standartlarını; material və kimyəvi maddələrin sərfi uçotun və yerinə yetirilən işlər üzrə texniki sənədləşdirmənin tərtilə edilməsi qaydalarını; qatışıq və məhlulların hazırlanmasında istifadə edilən avadanlıqların quruluşunu.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin