SOCAR fəaliyyət sahəsi üzrə
1.SOCAR-ınhansı struktur vahidi quruda və dənizdə neft və qaz yataqlarının işlənməsi və abadlaşdırılması,neft və qazın hazırlanması, quyuların cari və əsaslı təmiri işləri ilə məşğul
olur?
A) “Azəriqaz” İstehsalat Birliyi
B)) “Azneft” İstehsalat Birliyi
C) Geofizika və Geologiya İdarəsi
D) Neft Kəmərləri İdarəsi
E) Ekologiya İdarəsi
2.“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və“Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Saziş (Əsrin Müqaviləsi) neçə şirkət arasında və nə vaxt bağlanmışdır?
A)) 13 şirkət arasında, 20 sentyabr 1994-cü ildə
B) 11 şirkət arasında, 20 sentyabr 1994-cü ildə
C) 12 şirkət arasında, 5 oktyabr 1995ci ildə
D) 8 şirkət arasında, 20 sentyabr 1996-cı ild ə
E) 13 şirkət arasında, 12 noyabr 1995-ci ildə
3.Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmasına nə vaxtdan etibarən başlanılmışdır?
A) 2007-ci ildən etibarən.
B) 2005-ci ildən etibarən.
C) 2006-cı ildən etibarən.
D) 2008-ci ildən etibarən.
E) 2011-ci ildən etibarən.
4.Əsrin faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı aşağıda göstərilən ölkələrin hansının parlamenti tərəfindən tanınmamışdır?
A) Meksika
B) Pakistan
C) Kolumbiya
D) Çexiya
E)) Türkiyə
5.1971-ci il təqvimi Azərbaycan neft tarixində hansı hadisənin baş verməsi ilə yadda qalmışdır?
A) Yeni Neft Emalı zavonunun tikilməsi ilə
B) “Azneft” İstehsalat Birliyinin yaradılması ilə
C)) Azərbaycanda milyardıncı ton neft çıxarılması ilə
D) Neft hasilatının ən yüksək səviyyəyə çatdırılması ilə
E) Neft sənayesi işçilərinin peşə bayramının təsis edilməsi ilə
6.“Azərbaycan Silahlı Qüvvələr Günü” hər il təqvimin hansı günündə dövlət bayramı günü kimi qeyd olunur?
A) 9 noyabr
B)) 26 iyun
C) 9 oktyabr
D) 28 may
E) 17 noyabr
7.Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayraq haqqında qərar nə vaxt və hansı orqan tərəfindən qəbul edilmişdir?
A) 26 iyun 1918-ci ildə, Nazirlər Şurası tərəfindən
B)) 9 noyabr 1918-ci ildə, Nazirlər Şurası tərəfindən
C) 28 may 1918-ci ildə, Azərbaycan Parlamenti tərəfindən
D) 9 noyabr 1918-ci ildə, Azərbaycan Parlamenti tərəfindən
E) 15 sentyabr 1918-ci ildə, Milli Şura tərəfindən
8.Azərbaycan Respublikasında 1993-cü ilin 15 iyun təqvimi hər il hansı tarixi bayram günü kimi qeyd edilir?
A) RespublikaGünü
B)) Milli Qurtuluş Günü
C) Dövlət Bayrağı Günü
D) Milli Dirçəliş Günü
E) Konstitusiya Günü
9.Azərbaycan Respublikasının müstəqillik tarixinin ilk dövrlərində baş vermiş hadisələrin düzgün xronoloji ardıcıllığını müəyyən edin.
1.Ümummilli Lider Heydər Əliyevin birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi
2.Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu
3.“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul olunması
4.Azərbaycan Respublikasının BMT-yə qəbul olunması
A) 1, 3, 2, 4
B) 3, 4, 1, 2
C) 4, 3, 1, 2
D) 3, 1, 2, 4
E) 1, 3, 4, 2
10.Azərbaycan Dövlət Bayrağının rənglərinin mənaları hansı bənddə tam doğru göstərilmişdir?
A)mavi rəng -islam dininəmənsubluğu bildirir
qırmızı rəng -müasir cəmiyyət qurmaq, müasirləşmə,inkişaf istəklərini bildirir
yaşıl rəng- Azərbaycan xalqının türk mənşəli olmasını bildirir
B)mavi rəng- Azərbaycan xalqının türk mənşəli olmasını bildirir
qırmızı rəng- islam dininə mənsubluğu bildirir
yaşıl rəng- Avropaya inteqrasiya istəyini bildirir
C)mavi rəng -Azərbaycan xalqının türk mənşəli olmasını bildirir
qırmızı rəng-müasir cəmiyyət qurmaq, müasirləşmə, inkişaf istəklərini bildirir
yaşıl rəng-islam dininə mənsubluğu bildirir
D)mavi rəng-səmanı əks etdirir
qırmızı rəng-Avropaya inteqrasiya istəyini bildirir
yaşıl rəng- islam dininə mənsubluğu bildirir
E)mavi rəng- Azərbaycan xalqının türk mənşəli olmasını bildirir
qırmızı rəng- Qərbə inteqrasiya istəyini bildirir
yaşıl rəng-milli mənsubiyyəti bildirir
Dostları ilə paylaş: |