202. Laborant qütb qrafikçisi İşin xüsusiyyəti. 3-cü dərəcə Müəyyən olunmuş metodika üzrə qütb qrafikası metodu ilə quru nümunələrin və məhsulların sadə eynicinsli iki-üç növbəli analizlərinin aparılması. Alınmış əyrilərin formaları üzrə elektrolitin keyfiyyətcə və kəmiyyətcə müəyyənləşdirilməsi, analizlərin nəticələrinin yazılması.
Bilməlidir:nümunə materiallarının və məhsullarının əsas xassələrini; analizin keçirilmə metodikasını; analizlərin nəticələrinin yazılış qaydasını.
203. Laborant qütb qrafikçisi İşin xüsusiyyəti. 4-cü dərəcə Müəyyən olunmuş metodika üzrə dərin vakuum və ya yüksək təzyiq altında işləyən aparatlar tətbiq etməklə quru nümunələrin və məhlulların qütb-standart analizlərinin aparılması. Məhlulda ionların qatılığının müəyyən olunması. Metal nümunələrin (külçə şəklində olan sink və s.) analizlərinin aparılması. Xidmət olunan avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif tipli polyaroqrafların, analitik tərəzilərin və elektrik cihazlarının quruluşunu, analitik kimyanın və qütb qrafikalı analizlərin əsaslarını, analizlərin keçirilmə metodikasını, nümunələrin keyfiyyətinə qoyulan tələbləri; xidmət olunan avadanlığın cari təmirinin aparılma qaydalarını.
204. Laborant-radiometrist İşin xüsusiyyəti. 3-cü dərəcə Müxtəlif qurğularda probların radiometrik ölçülməsi. Sayğacların göstəricilərinin (xarakteristikaların) çıxarılması. Hesab xarakteristikaların qrafiklərinin qurulması və iş nöqtəsinin seçilməsi. Natura fonu və etalonun ölçülməsi. Jurnalda yazıların aparılması. Müxtəlif izotop tərkibli nümunələrin xüsusi fəallığının (aktivliyinin) müəyyən edilməsi üzrə bütün hesablamaların yerinə yetirilməsi.
Bilməlidir: radioaktivlik və radioaktiv parçalanmanın nəzəriyyəsini və əsaslarını; reaktiv şüalanmanın maddə ilə qarşılıqlı əlaqəsini; aktivliyin nisbi ölçülmə metodunun əsaslarını; yenidən hesablanma qurğularının iş prinsipi və əsas qovşaqlarını; radioaktiv maddələrlə işləməyin sanitar qaydalarını; elektron aparatura və radioaktiv şüalanma mənbələri ilə təhlükəsiz işləmə qaydalarını.