Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə137/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   133   134   135   136   137   138   139   140   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

196. Laborant-metalloqraf
İşin xüsusiyyəti.
2-ci dərəcə
Karbonlu poladlardan, çuqunlardan xüsusi ərintilərin və alüminium, maqnezium və mis əsaslı ərintilərin metalloqrafik analizi. Xüsusi ərinti nümunələrinin metalloqrafik sınağa hazırlanması. Nümunələri qələvi və turşu məhlullarında aşındırma. Metalların əsas struktur tərkibinin və etalonlar üzrə defektlərin müəyyənləşdirilməsi. Rokvell, Brinell və Vikkers cihazlarında istiliklə emal olunmuş yoxlama nümunələrinin bərkliyinin yoxlanılması. Karbonsuzlaşdırma qatının dərinliyinin və dənənin ölçülərinin müəyyənləşdirilməsi. Maqnit metalloqrafiya metodu ilə austenit və austenit-ferrit sinfindən olan poladlarda alfa-fazanın müəyyən edilməsi.
Bilməlidir: makro və mikroşliflərin hazırlanma üsullarını; keçirilmə, bərklik cədvəlləri; stolüstü metalloqrafik mikroskopların quruluşunu və onlara qulluq etmə qaydalarını; bərkliyi müəyyən etmək üçün olan Rokvell, Brinell və Vikkers cihazlarının quruluşunu; laboratoriya elektrik peçlərində və vannalarında işləmə qaydalarını; makro və mikroşlifləri aşındırmaq üçün istifadə olunan əsas reaktivləri; metalloqrafiyanın elementar əsaslarını; dəmir-karbonlu ərintilərin vəziyyətinin diaqramını; analitik tərəzinin quruluşunu, onlara qulluq və onlarla işləmə qaydalarını.
197. Laborant-metalloqraf
İşin xüsusiyyəti.
3-cü dərəcə
Mürəkkəb poladların, qara və əlvan metalların nümunələrinin makro və mikrostrukturunun metalloqrafik üsulla struktur və kəmiyyət analizi. Mikro və makroşliflərin hazırlanması və onların markalanması. Metalların qeyri-metal qoşmalarla çirklənmə dərəcəsinin təyin edilməsi. Poladın mikro və makrostrukturu üzrə, texniki şərtlərlə və standartlarla müəyyən olunmuş etalonlara və ballara müvafiq sınağı üzrə defektlərin təsnifləşdirilməsi. Ərintilərdə qazla doymuş qatın dərinliyinə nəzarət. Ərimə, əymə, döymə və ştamplama zamanı optiki pirometrlə temperatura nəzarət. Kristalitarası korroziyaya meylliliyin sınaqdan keçirilməsi. Bilavasitə məmulatlarda hazırlanmış yerləri aşındırdıqda defektlərin xarakteri və ölçüsünün təyin edilməsi. Strukturun tədqiq edilməsi və fotoçəkiliş üçün mikroskopların sazlanması. Mikro və makrostrukturun foto şəkilinin çəkilməsi. Bərkliyin kateqoriyasını müəyyənləşdirmək üçün nümunələrin və detalların peçlərdə istiliklə emalı.
Bilməlidir: poladın markalarını və onların kimyəvi tərkibini: müxtəlif materialların, ərintilərin metalloqrafik üsulla analiz aparma metodikasını və texnologiyasını; sınaqdan keçirilən metalların dövlət standartlarını; metalloqrafik mikroskopların, optiki pirometrlərin, fotoaparatların, ikiokulyarlı optik şüşələrin, nəzarət-ölçü cihazlarının quruluşunu, onların sazlanma və qulluq etmə qaydalarını; qalvanometrin, voltmetrin, termoparın və ampermetrin iş prinsipini; mürəkkəb poladlarla tipik makro və mikrostrukturun xarakteristikasını; dənə ölçüsünü müəyyən etmə üsullarını; termo emalın əsas növlərini; mexaniki sınağın nəticələrinə görə poladlarda bərkliyin xarakteristikasını; termik emalla metalın strukturu arasında qarşılıqlı əlaqəni; poladlarda, tökmələrdə, döymələrdə, ştamplanmış pəstahlarda, qaynaq birləşmələrində, yaymalarda defektlərin növ müxtəlifliyini.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin