F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h
191. Kran maşinisti İşin xüsusiyyəti. 4-cü dərəcə Yüklərin (dənəvər, dənə, 3 m-ə qədər uzunluqda meşə və digər analoji yüklərinin) boşaldılması, yüklənməsi və yerdəyişməsi zamanı sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 t-dan 15 t-dək olan qülləli özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-dək olan qülləli stasionar və eşşəkli müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş kranların idarə edilməsi. Çox da mürəkkəb olmayan işlərdə uzunluğu 3 m-dən 6 m-dək olan yüklərin yüklənməsi, boşaldılması, yerdəyişdirilməsi işlərini yerinə yetirən yükgötürmə qabiliyyəti 10 t-dan 25 t-dək olan yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi. Mürəkkəb işlərdə (6 m-dən uzun olan yüklərin körpülü və şlüzlü kranlarda, 3 m-dən artıq olan yüklərin qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranlarda) ehtiyatlı olmağı tələb edən yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsində, həmçinin texnoloji avadanlığın və onlarla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin stapelli və seksiyalarla yığılması və sökülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi zamanı körpü altlıqlarının və digər quraşdırıcı vasitələr və mexanizmlərinin yerdəyişməsi. Yükgötürmə qabiliyyəti 10 t-dək olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 t-dək olan qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dək olan qülləli stasionar və eşşəkli, müxtəlif yüktutanlarla təchiz edilmiş kranların idarə edilməsi. Yükgötürmə qabiliyyəti 3 t-dək olan müxtəlif yüktutan vəsaitlərlə təchiz edilmiş kabelli kranların idarə edilməsi.
Yükgötürmə qabiliyyəti 10 t-dək olan, müxtəlif yüktutma vasitələrlə təchiz edilmiş (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa işlərin aparılmasında) tırtıllı və pnevmatik təkərli kranların idarə edilməsi.
Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi, onların stellajlarda yerləşdirilməsi və oradan istehsal sahələrinə çatdırılması üzrə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan ştabelli kranların, avtomatik idarə edilən ştabelli kranların və müxtəlif yüktutma mexanizmləri və vəsaitləri ilə təchiz olunmuş körpülü ştabel kranlarının idarə edilməsi. Anbarlaşdırılan qiymətli materialların uçotu. Radioidarə ilə təchiz edilmiş kranların idarə edilməsi.
Bilməlidir: xidmət edilən kranların və onların mexanizmlərinin quruluşunu; yüklərin yerdəyişmə üsullarını; texnoloji avadanlığın quraşdırılmasını; məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin yığılması və sökülməsi üzrə texnoloji prosesinin əsaslarını; bina və qurğuların yığma konstruksiyasının elementlərini; xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi; stellajların yüklənməsinə qoyulan texniki şərtləri və tələbləri; xidmət olunan istehsalat sahələrinin yerləşdirilməsini; elektrotexnika və çilingər işini.