Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Maqnit nəzarəti üzrə defektoskopçu



Yüklə 330,35 Kb.
səhifə150/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   146   147   148   149   150   151   152   153   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

223. Maqnit nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Stasionar və keçirici defektoskoplarda bilavasitə aqreqatlarda onları çıxarmamaq şərtilə orta konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Silindrik məmulatlara cərəyan buraxan cihazlarla nəzarət və defektoqramlar üzrə defektlərin yerləşməsinin açılması. Səthdəki defektlərin açılması. Qaynaq birləşmələrinin keyfiyyətinə maqnitoqrafiya metodu ilə - maqnit plyonkasına yazmaqla nəzarət. Qaynaq tikişin keyfiyyətinin qiymətləndirilməsi. Lüminessent, ultrasəs və rentgen analizlərin nəticələrinə görə etalonların seçilməsi. Ferritin sayına görə austenit poladların maqnit keçiriciliyinin müəyyən edilməsi.
Bilməlidir: maqnit, elektromaqnit və maqnitoqrafik defektoskopların quruluşunu; metalların texnologiyası və qaynaq istehsalının əsaslarını; maqnit və elektromaqnit defektoskopiyanın təyinatını; maqnit, maqnitoqrafik və cərəyan buraxanın nəzarəti üzrə texniki şərtləri və təlimatları; iri detalları maqnitləşdirmə üsullarını.
İş nümunələri:
1. Austenit sinfindən olan poladdan detal - tablamadan sonra ferrit faza kəmiyyətini cihazla müəyyənləşdirmə.
2. Nəzarət nümunələri - defektoqramların hazırlanması.
3. Cərəyan buraxanla nəzarət zamanı yazı və markalama sistemi - sazlama və tənzimləmə.
4. Qaynaq flans, halqa, aralıq ştuser və borularla nippelin birləşmələri - maqnitli tozla nəzarət.
5. Vertolyotun çıxarılmayan yüngül əl çatan qovşaq və detalları - maqnitli tozla nəzarət.
6. Austenit sinfindən olan poladlarda qaynaq yerləri - ferrit fazasının bölgüsünü cihazla qeydə alma.
224. Maqnit nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
4-cü dərəcə
İstiliklə emal olunmuş detalların keyfiyyətinin müəyyənləşdirilməsi və materialın markaları üzrə çeşidlənməsi. Məmulatların ferrit fazasının miqdarına görə saf-çürük edilməsi. Qalvanik örtüklərin qalınlığının ölçülməsi. Maqnitləşdirmə əyrilərinin qurulması. Azmaqnitli və maqnitli məmulatların cərəyan buraxan metodu ilə nəzarət etdikdə maqnitləşdirmə rejiminin seçilməsi. Məmulatlara cərəyan buraxan metodu ilə nəzarətin optimal rejiminin seçilməsi.
Bilməlidir: maqnit, elektromaqnit və maqnitoqrafiya defektoskoplarının kinematik və elektrik sxemlərini; qalvanik örtüklərin istiliklə emalının əsaslarını; elektromaqnit induksiya defektoskoplarının təmir qaydalarını; ferrit fazasının maqnit keçiricilik qabiliyyətini müəyyən etmək üçün cihazların quruluşunu.
İş nümunələri:
1. Ferrozond vericiləri - həssaslığının müəyyən edilməsi.
2. Polad detallar - xrom örtüyünün qalınlığını müəyyən etmə.
3. Yayma pəstahları - çatların müəyyənləşdirilməsində maqnitli toz metodu.
4. Gisterezis əyrisi - maqnitləşdirilmənin müəyyənləşdirilməsi.
5. Qaynaqlı çıxıntıların, məsul ştuperlərin və borulu qaynaq birləşmələri - maqnitli tozla nəzarət.
6. Qaz-turbin mühərriklərinin işlək forsunkaları - qalaylanmış boru kəmərlərinə maqnitli tozla nəzarət.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin