Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Lüminoforların təhlili üzrə laborant



Yüklə 330,35 Kb.
səhifə149/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   145   146   147   148   149   150   151   152   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

221. Lüminoforların təhlili üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Müəyyən olunmuş metodikalar üzrə rəngli televiziya üçün lüminoforların analizinin aparılması. Piknometrik metodla toz nümunəsinin sıxlığının müəyyənləşdirilməsi. Müxtəlif fraksiyaların çökmə vaxtının hesablanması. Toz nümunəsinin mayedə çökmə əyrisinin çıxarılması. Çökmə əyrisinin işlənilməsi və lüminoforun dənəmetrik tərkibinin hesablanması. Sökülən elektron-şüa trubkasında, yaxud sökülən elektron topda lüminoforların aydınlığının müəyyənləşdirilməsi. Lüminoforların spektral xarakteristikalarının çıxarılması, onun rəng koordinatlarının ölçülüb hesablanması. Yüksək vakuumlu avadanlığa xidmət.
Bilməlidir: optika, elektrik işığının, analitik və fiziki kimyanın əsaslarını; fiziki-kimyəvi analizin əsaslarını; induksiyalama mənbələrinin sxemlərini; tətbiq edilən cihazların və aparatların quruluşunu və onlardan istifadə qaydalarını.
222. Maqnit nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
2-ci dərəcə
Sadə və orta konfiqurasiyalı detalların maqnit metodu ilə nəzarəti, silindrik və yastı formalı məmulatları cərəyan buraxan metodu ilə nəzarət. Maqnit və elektromaqnit defektoskopların qoşulması və sazlanması. Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Maqnit suspenziyaların hazırlanması. Uçot jurnalının aparılması.
Bilməlidir: maqnit və elektromaqnit defektoskopların iş prinsipini; elektrotexnika və radiotexnika üzrə elementar məlumatları; maqnit suspenziyasının tərkibinə daxil olan komponentlərin təyinatını və xassələrini; maqnitləşdirmə və maqnitsizləşdirmə hallarını.
İş nümunələri:
1. Hamar val, dilçək - qalıq maqnitləşdirməyə maqnitli tozla nəzarət.
2. Kran detalı - maqnitli tozla nəzarət.
3. Avarlı vintin pərləri - kökündən kəsiyə nəzarət.
4. Boru - defektli sahələri nişanlayıb yığmaqla cərəyan buraxan cihazlarla nəzarət.
5. Vertolyotun aparıcı vintinin dayaqları və vtulka halqaları - maqnitli tozla nəzarət.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin