221. Lüminoforların təhlili üzrə laborant İşin xüsusiyyəti. 4-cü dərəcə Müəyyən olunmuş metodikalar üzrə rəngli televiziya üçün lüminoforların analizinin aparılması. Piknometrik metodla toz nümunəsinin sıxlığının müəyyənləşdirilməsi. Müxtəlif fraksiyaların çökmə vaxtının hesablanması. Toz nümunəsinin mayedə çökmə əyrisinin çıxarılması. Çökmə əyrisinin işlənilməsi və lüminoforun dənəmetrik tərkibinin hesablanması. Sökülən elektron-şüa trubkasında, yaxud sökülən elektron topda lüminoforların aydınlığının müəyyənləşdirilməsi. Lüminoforların spektral xarakteristikalarının çıxarılması, onun rəng koordinatlarının ölçülüb hesablanması. Yüksək vakuumlu avadanlığa xidmət.
Bilməlidir:optika, elektrik işığının, analitik və fiziki kimyanın əsaslarını; fiziki-kimyəvi analizin əsaslarını; induksiyalama mənbələrinin sxemlərini; tətbiq edilən cihazların və aparatların quruluşunu və onlardan istifadə qaydalarını.
222. Maqnit nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 2-ci dərəcə Sadə və orta konfiqurasiyalı detalların maqnit metodu ilə nəzarəti, silindrik və yastı formalı məmulatları cərəyan buraxan metodu ilə nəzarət. Maqnit və elektromaqnit defektoskopların qoşulması və sazlanması. Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallara maqnit metodu ilə nəzarət. Maqnit suspenziyaların hazırlanması. Uçot jurnalının aparılması.
Bilməlidir: maqnit və elektromaqnit defektoskopların iş prinsipini; elektrotexnika və radiotexnika üzrə elementar məlumatları; maqnit suspenziyasının tərkibinə daxil olan komponentlərin təyinatını və xassələrini; maqnitləşdirmə və maqnitsizləşdirmə hallarını.
İş nümunələri: 1. Hamar val, dilçək - qalıq maqnitləşdirməyə maqnitli tozla nəzarət.
2. Kran detalı - maqnitli tozla nəzarət.
3. Avarlı vintin pərləri - kökündən kəsiyə nəzarət.
4. Boru - defektli sahələri nişanlayıb yığmaqla cərəyan buraxan cihazlarla nəzarət.
5. Vertolyotun aparıcı vintinin dayaqları və vtulka halqaları - maqnitli tozla nəzarət.