Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 330,35 Kb.
səhifə152/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   148   149   150   151   152   153   154   155   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

227. Mineral təhlil üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
Ağır mayelərdə bölüşdürücü qıfın vasitəsi ilə və çini qablarda mineralların şlixdən ayrılması. Dalğalı bölüşdürücünün və ya kvartanın köməyi ilə nümunələrin azaldılması. Fraksiyaları turşularda qaynatmaq yolu ilə dəmir hidroksid plyonkalarından azad olunması. Yatağın əsas mineralının monomineral fraksiyasına ayrılması. Binokulyar mikroskop altında monomineral fraksiyada qatışıqların zahirən müəyyən edilməsi. Analizlərin nəticələrinin sənədləşdirilməsi və qeyd edilməsi.
Bilməlidir: mineralogiyanın əsaslarını, mineralların, tətbiq olunan ağır mayelərin, turşuların və digər reaktivlərin xassələrini və onlardan istifadə etmə qaydalarını; binokulyar mikroskopun quruluşunu; analizlərin nəticələrinin sənədləşdirilməsi qaydalarını.
228. Mineral təhlil üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Titan-sirkon filizlərindən olan nümunələrin, ilkin xammalın, aralıq məhsulların və hazır məhsulun təsdiq olunmuş metodikaya müvafiq kəmiyyətcə analizi. Lüminessent işıqlandırıcı tətbiq etməklə distensillimanit qatışığının kəmiyyətcə mineroloji analizi. Minerallar arasındakı kəmiyyət nisbətini müəyyən etməklə şlixlərin ayrılması. Monomineral fraksiyaların ayrılması və mineralın sıxlığının müəyyənləşdirilməsi. Müxtəlif xüsusi çəkisi olan ağır mayelərin alınması. İmmersiya metodu ilə mineralların müəyyən edilməsi. Bütün məhsullar üzrə bütün mineralların müvafiq oksidlərə hesablanması. Analizlərin nəticələrinin hesablanması və jurnala qeyd edilməsi.
Bilməlidir: geologiya və kristalloqrafiyanın əsaslarını; mineralların fiziki və kimyəvi xüsusiyyətlərini; mineraloji analizlərin aparılması metodikasını; ağır və immersion mayelərin xassələrini və onlardan istifadə etmə qaydalarını; aparılan analizlərin texniki şərtlərini və dövlət standartlarını.
229. Mineral təhlil üzrə laborant
İşin xüsusiyyəti.
5-ci dərəcə
Titan-sirkon filizlərinin qeyri-standart çox komponentli nümunələrinin müxtəlif tipli mikroskoplar altında tam kəmiyyətcə mineraloji analiz metodikasının seçilməsi və aparılması. Süni rutil nümunələrinin və konsentratlar əsasında alınan yeni növ məhsulların analizi. Şlixlərin və zənginləşdirmə məhsullarının, mineralların miqdarının zahirən müəyyənləşdirilib, tam təsvir etməklə kəmiyyətcə mineraloji analizi. Yoxlama analizlərinin aparılması. Mikroskopların sazlanması. Yeni mineraloji analiz metodlarının işlənilə hazırlanmasında iştirak etmək.
Bilməlidir: kristallooptikanın əsaslarını; analizlərin aparılma metodikasının işlənilməsi və seçilməsinin əsaslarını; mineralların maqnit xassələrini və onların öyrənilmə metodlarını; analizləri yerinə yetirərkən tətbiq olunan cihazların və qurğuların quruluşunu və iş prinsipini; minerallarda xüsusi çəkinin müəyyən olunması metodlarını; mineralları təsvir etmə qaydalarını; görülən işlər üzrə sənədləşmənin aparılma qaydalarını.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin