Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Metallarda qazların təhlili üzrə laborant



Yüklə 330,35 Kb.
səhifə154/213
tarix11.02.2023
ölçüsü330,35 Kb.
#83817
1   ...   150   151   152   153   154   155   156   157   ...   213
F hl pe l ri v i l rin Vahid Tarif- xtisas Sor u Kitab as (h

232. Metallarda qazların təhlili üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Vakuum-əridilmə metodu ilə metallarda qazların qeyri-standart üsulla müəyyənləşdirilməsi. Kütlə-spektrometri, xromatoqrafı tətbiq etməklə eyni vaxtda bir neçə qazın tərkibinin müəyyənləşdirilməsi. Vakuum-əridilmə qurğularında müəyyənləşdirilmə səhvlərinin qiymətləndirilməsi. Analiz şərtlərinin-temperaturun, analizin aparılma uzunluğunun və s. seçilməsi. İzotop və xromatoqrafik zirvələrin ölçülməsi. Ölçmə nəticələrinin yazılıb işlənilməsi. Kütlə-spektrometrin ölçmələr aparılmasına hazırlanması - vakuum sistemlərində lazımi vakuumun yaradılması, blokların qızdırılması, gücləndiricilərin sazlanması. Analiz edilən qazın izotop tərkibinin hesablanması. Analiz edilən nümunədə qazın miqdarının hesablanması. Qazların kütlə-spektrometrdə izotop analizi. Fon zirvələrinin açılması. Kütlə-spektrometrlərdə qaz qatışıqlarında qazların kəmiyyətcə müəyyənləşdirilməsi.
Bilməlidir: ionlaşdırıcı və maqnitboşaldıcı manometrləri olan vakuummetrlərin, xromatoqrafik kolonkaların, PH-metrlərin-detektorların iş prinsipini; qazlarla metalların bir-birinə təsirinin əsas qanunauyğunluqlarını; sorbsiya və həll olunmanın əsas prinsiplərini; radioaktiv və sabit izotopları; elektronikanın əsaslarını; izotopla durultmaq (izotop qatmaq) metodunun mahiyyətini, ondan metallarda qazları analiz etmək üçün istifadə edilməsini; vakuum ölçülməsinin fiziki əsaslarını; kütlə-spektrometriyanın fiziki əsaslarını; vakuum gigiyenasını; kütlə-spektrometrdə işləmə qaydalarını; vakuum-əridilmə qurğularında bir neçə qazın miqdarının eyni vaxtda müəyyənləşdirilməsinin xüsusiyyətlərini; səhvlərin (xətaların) tapılması metodlarını.
233. Metallarda qazların təhlili üzrə laborant
İşin xüsusiyyəti.
5-ci dərəcə
Etalonlu qaz qatışıqlarının tərtilə edilməsi. Xromatoqrafın, kütlə-spektrometrin civə, karbon oksidi, azot, hidrogen və etalonlu qaz qatışıqları üzrə sazlanması. Kütlə-spektrometrdə sızmanın aşkarlanması və onun aradan qaldırılması. Qaz qatışığının tərkibinin müəyyənləşdirilməsi. İzotopla durultmaq metodu ilə qazı metallarda müəyyənləşdirmək üçün istifadə olunan dozalaşdırıcının hazırlanması. Dərəcələrə bölmək üçün qaz qatışıqlarının hazırlanması. Qazların köməyi ilə kütlə-spektrometrin və xromatoqrafların dərəcələrə bölünməsi. Dozalaşdırıcı nümunələrdə kütlə və atom faizlərinin hesablanması. Vakuum sistemlərinin həcmlərini kalibrləmə. Xidmət olunan avadanlığın cari təmiri.
Bilməlidir: kütlə-spektrometrin blok sxemini; analiz edilən qazın buraxma sistemini, ionların mənbəyini, maqnit analizatorunu, ionların qəbuledicisini, ölçü sistemini, yüksək vakuumun alınma və ölçülmə sistemini; kütlə-spektrometrlərdə qazların izotop və ümumi analizini; izotopların ayrılma metodlarını; metalşünaslığın əsaslarını; oksigen-metal sistemini; hidrogen-metal sistemini, azot-metal sistemini, qazların metalların xassələrinə təsirini; metallarda qazların müəyyənləşdirilməsi metodlarını; metallarda oksidlərin bərpa edilməsi metodlarını və temperaturunu; nitritlərin istiliklə parçalanması, nitritlərin karbonla ayrılmasını; sızmaları tapmaq və ləğv etmək metodlarını.
Orta ixtisas təhsili tələb olunur.

Yüklə 330,35 Kb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin